* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. İşıq olmaq, aydınlaşaraq görünə bilmək, işıqla dolmaq. [Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gecə tonqal yanardı; Qazma işıqlanardı. M.Seyidzadə. // Məc. mənada. Cahan işıqlanacaq sülh ilə, səadət ilə. Ə.Vahid. 2. Səhər açılmağa başlamaq, dan yeri sökülmək. (Bu mənada çox vaxt “hava” sözü ilə). Gözlərimi açdım, gördüm hava təzə işıqlanır. C.Məmmədquluzadə. İndi də ki saat dörddür, hələ işıqlanmayıb. Ə.Haqverdiyev. Hacı Qasım işıqlanmamışdan qabaq yuxudan oyandı… E.Sultanov. Hava işıqlanana oxşamırdı. Mir Cəlal. 3. məc. Hər hansı bir hissin təsiri ilə üzündə, gözlərində sevinc əlaməti zahir olmaq, ruhlanmaq, canlanmaq. Qarı pulu görən kimi gözləri işıqlanıb dedi: – Mənim gözüm üstə! “Aşıq Qərib”. Bu səsləri Lütfəli eşidən kimi … şadlığından işıqlanıb güldü. İ.Musabəyov.
Azərbaycan dilinin izahlı lüğəti / işıqlanmaq1 1. İŞIQLANMAQ Mirzə Vahid sarğıya baxınca qırışlı çöhrəsi işıqlandı (H.Abbaszadə); MÜNƏVVƏR OLMAQ Münəvvər olsun aləmlər; Görünsün mahtab, oxqay! (Aşıq Saleh); NURLANMAQ ..Şəfəqilə nurlanır göyləri yurdumuzun (Mir Cəlal); ZİYALANMAQ Günəş çıxdı, ziyalandı yer üzü (A.Səhhət). 2. İŞIQLANMAQ İndi də ki saat dörddür, hələ də işıqlanmayıb (Ə.Haqverdiyev); DAN YERİ SÖKÜLMƏK/AĞARMAQ/ QIZARMAQ Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülür (M.İbrahimov); SABAHIN GÖZÜ AÇILMAQ Açıldı bir zaman sabahın gözü; Göründü dağlarda günəşin özü (S.Vurğun); SƏHƏR AÇILMAQ [Rübabə:] Hələ səhər açılmağa çox qalıb (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / işıqlanmaq2 глаг. 1. освещаться, осветиться: 1) становиться, стать светлым, видимым, наполняться, наполниться светом. Ətrafda hər şey parlaq işıqla işıqlandı всё вокруг осветилось ярким светом 2) перен. просветлеть под влиянием какого-л. чувства, мысли. Sevincdən gözləri işıqlandı радостью осветились глаза, sifəti təbəssümlə işıqlandı лицо осветилось улыбкой 2. безл. светать, рассветать, рассвести (о приближении восхода солнца, наступлении рассвета); işıqlanır светает, рассветает, занимается рассвет. Payızda hava gec işıqlanır осенью светает поздно 3. светлеть, просветлеть: 1) становиться, стать светлым, сделаться более светлым, ясным. Göyün üzü işıqlandı небо просветлело 2) перен. становиться, стать спокойным, радостным
Azərbaycanca-rusca lüğət / işıqlanmaq1 f. to light up, to brighten; to be* lighted; Səma işıqlanır The sky is brightening; İşıqlanır It is dawning, Day is breaking; İşıqlanıb It’s already daylight
Azərbaycanca-ingiliscə lüğət / işıqlanmaq1 гл. 1. экуь хьун; экв гьатун; 2. югъ ахъа (экуь) жез авалун, лаз ягъун, экуь хьун (гьава); 3. пер. руьгь акатун, ччан атун, экв атун (вилериз), шадвилин лишанар гьатун (мес. вилера, ччина).
Azərbaycanca-ləzgicə lüğəti / işıqlanmaq