* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••• | 3.43 |
2003 | •••••• | 5.91 |
2004 | •••••••••••• | 12.80 |
2005 | •••• | 3.37 |
2006 | ••••••• | 6.98 |
2007 | ••••••• | 6.98 |
2008 | •••• | 4.14 |
2009 | •••••••••••••••••••• | 22.24 |
2010 | ••••••••••••••• | 15.89 |
2011 | ••••••••••••• | 14.16 |
2012 | ••••••••••• | 11.62 |
2013 | •••••••••••••••••••• | 22.03 |
2014 | •••••••••••••••• | 17.16 |
2015 | ••••••••••••• | 14.12 |
2016 | ••••••••••• | 11.28 |
2017 | ••••••••• | 9.10 |
2018 | ••••••••••• | 11.39 |
2019 | •••••••••••• | 12.38 |
2020 | ••••••••• | 9.42 |
1 is. [ər.] 1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. [Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım … ibadətdədir. M.F.Axundzadə. Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə. □ İbadət etmək – dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq. Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov. 2. Sitayiş, pərəstiş. □ İbadət etmək – sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək. // Məc. mənada. Qiblə deyil, qaşlarına baş əymək; Gecəgündüz mənim ibadətimdir. M.P.Vaqif. Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / ibadət2 dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin; sitayiş.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / ibadət3 ə. 1) sitayiş etmə, pərəstiş etmə; sitayiş, pərəstiş; 2) namaz, dua; 3) qulluq, köləlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ibadət2 1. İBADƏT (dini mahiyyətdə olan mərasim) İldə bir yol gəliri oy irsən; Göy məscidə ibadətə? (M.Rahim); AYİN Aldanmıram ki, doğrudur ayımı, ey əmu! (M.Ə.Sabir); ZİYARƏT Zəvvar ziyarətdən qayıdanbaş namazını Araz qırağında qılmışdı.. (S.Rəhimov). 2. ibadət bax pərəstiş
Azərbaycan dilinin sinonimlər lüğəti / ibadət2 сущ. 1. богослужение, моление, молитва, служба. Gününü ibadətlə keçirmək проводить время за молитвой, axşam ibadəti вечерняя молитва, günorta ibadəti обедня, ibadətə getmək ходить на богослужение 2. поклонение, почитание, культ. Bütlərə ibadət поклонение идолам, ruhlara ibadət поклонение духам, oda ibadət поклонение огню
Azərbaycanca-rusca lüğət / ibadət1 i. divine service, praying; ~ etmək to pray (to), to offer prayers (to); ~ə getmək to go* on (a) pilgrimage
Azərbaycanca-ingiliscə lüğət / ibadət1 [ər.] сущ. ибадат (1. ибадат авун, дуьа кӀелун (авун), капӀ авун; 2. гзаф еке гьуьрмет авун, икрам авун, сажда авун; ibadət etmək ибадат авун, сажда авун).
Azərbaycanca-ləzgicə lüğəti / ibadət