Nəhəng dəniz iblisi
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir.
Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.