Mübariz İbrahimovun ev-muzeyi (Biləsuvar)
Mübariz İbrahimovun ev muzeyi — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub, yaşadığı evin həyətində inşa olunan ev-muzey. Muzey Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata evində inşa edilmişdir.
== Tarixi ==
Muzeyin inşası 2019-cu ilin mart ayında başlamışdır. Muzeyin açılışı 2021-ci ilin iyulunda baş tutmuşdur.
== Ekspozisiya ==
Muzey 1 mərtəbədən ibarət olan sərgi zalından ibarətdir. Muzey istifadəyə verildikdən sonra, burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyatını əks etdirən eksponatlar yer alır.