İbrahimov sözü azərbaycan dilində

İbrahimov

Yazılış

  • İbrahimov • 99.4933%
  • İBRAHİMOV • 0.3918%
  • ibrahimov • 0.0979%
  • İbrahİmov • 0.0085%
  • İbraHİMOV • 0.0085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla İbrahimov
Abdulla Hacıbaba oğlu İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1962–1980), əməkdar hüquqşünas. == Həyatı == Abdulla İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olan A.İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirmişdir. Abdulla İbrahimov 1944–1958-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhər milis idarəsi rəisinin müavini olmuşdur. 1958–1960-cı illərdə isə o, Bakı şəhərinin prokuroru vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan respublikası Daxili İşlər nazirinin müavini işləmiş A.İbrahimov 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilmişdir. A.İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmiş, 1980–1991-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Hüquq Şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra isə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Abdulla Hacıbaba oğlu İbrahimov 2003-cü il iyulun 5-də 82 yaşında vəfat etmişdir.
Akif İbrahimov
Akif İbrahimov (azərb. Akif İsmayıl oğlu İbrahimov;‎30 oktyabr 1952, Bakı) — riyaziyyatçı (tətbiqi rizaziyyat), fizika-riyaziyyat elmləri doktoru == Həyatı == Akif İsmayıl oğlu İbrahimov 30 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. === Ailəsi === Akademik İsmayıl İbrahimovun oğludur. === Təhsili === 1971–1976-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Moskvada SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Qubkin adına Neft İnstitutunun elmi işçisi, xarici neft şirkənin əməkdaşı olub. 2000-ci ildən Texas Ştatının universitetinin professorudur. Neft sənayesinə dair elmi əsərləri xarici ölkələrdə çap olunmuşdur.
Alim İbrahimov
Alim Səhrab oğlu İbrahimov – 26 dekabr 1993-cü il; Ucar rayonunun Qazıqumlaq kəndi, Azərbaycan – 29 sentyabr 2020-ci il; Tərtər rayonu Suqovuşan, Azərbaycan – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra o, təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbində alıb. Hələ uşaq yaşlarından musiqiyə həvəsi olub. Alim İbrahimov 2004–2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub, daha sonra Milli Konservatoriyanın nəzdində Musiqi Kollecində təhsilini davam etdirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib. 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Alim də cəbhəyə yollanır. Döyüşlərdə rəşadət göstərir, Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Mədəniyyət.az == Hərbi xidməti == Alim İbrahomov Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.[1] Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alimcan İbrahimov
Alimcan Qirfanoviç İbrahimov (12 mart 1887, Sultanmurad, Ufa quberniyası – 21 yanvar 1938, Kazan) — 21.1.1938, Kazan) — Tatarıstan yazıçısı, ictimai xadimi. == Həyatı == Ufa quberniyasının (Başqırdıstan) Sultanmuradov adlı tatar kəndində vilayətin sayılıb-seçilən ruhani ailəsində göz açan Ə. İbrahimov əvvəlcə Orenburq şəhərindəki Vəli mədrəsəsində, sonra Ufadakı məşhur "Qaliya" mədrəsəsində təhsil alır. İlk hekayəsini – " Şagird Zəkinin mədrəsədən qovulması" — 1907-ci ildə yazan Əlimcan iki il sonra Kazan universitetinə daxil olur və qısa müddət ərzində tatar ictimai-mədəni həyatının fəal nümayəndəsinə çevrilir. 1912-ci ildə "Gənc ürəklər" romanını bitirən Ə. İbrahimov həmin dövrdən başlayaraq tatar ədəbiyyatı və dilinə, ədəbi –bədii tənqidə, tatar teatrına dair çoxsaylı məqalə və çıxışları ilə ədəbi və elmi ictimaiyyətin diqqətini cəlb edən istedadlı yazıçı, ədəbiyyatşünas, dilçi və fəal ictimaiyyətçi kimi tanınmağa başlayır. 1913–1917-ci illlərdə Kiyevdə, Odessada, Suxumidə, Ufada və Moskvada yaşayan Ə. İbrahimov 1917-ci ilin payızında Kazana qayıdır və o vaxtdan bütün həyat və fəaliyyətini Tatarstanda ictimai-mədəni quruculuq işlərinə həsr edir. Ötən əsrin 20–30-cu illəridə Ə. İbrahimov Tatarıstanda milli ədəbiyyatın və mətbuatın, təhsilin və maarifin, humanitar elmlərinin inkişafında misilsiz xidmətlər göstərmişdir. 1925-ci ilin yanvarında Tatarıstan Respublikası Akademiya Mərkəzinin prezidenti seçilən Ə. İbrahimov qısa müddət ərzində Tatarıstanda ayrı-ayrı sahələr üzrə elmin təşkilati işləri və inkişafı istiqamətində çox böyük uğurlar qazanır. Bədii yaradıcılıqla yanaşı paralel olaraq elmi fəaliyyətini də davam etdirən Ə. İbrahimov bir sıra digər məsul vəzifələrdə də çalışmışdır. 1927-ci ildə bədii yaradıcılığının və elmi fəaliyyətinin iyirmi illiyi münasibətilə Ə. İbrahimov RSFSR Akademiyasının akademiki seçilmiş ÜMİK-nin qərarı ilə Əmək Qəhrəmanı adına layiq görülmüşdür. "Qazax qızı", " Dərin köklər", "Bizim günlər" kimi məşhur romanları, bir sıra maraqlı povest və hekayələri ilə XX əsr tatar əəədəbiyyatında, Tatar dili və tarixinə, inkişaf mərhələlərinə dair qiymətli monoqrafiya və araşdırmaları ilə təkcə doğma tatar ədəbiyyatı və elmində yüksək zirvələr kəşf edən Ə. İbrahimov, eyni zamanda, bütünlükdə XX əsr türk xalqları ədəbiyyatlarının inkişafında, eləcə də, türk xalqlarının, türk dövlətlərinin humanitar elmlər sahəsində qazandıqlari uğurlara öz töhfəsini vermiş görkəmli ədəbiyyat və elm xadimlərindəndir.
Atiq İbrahimov
Atiq Ariz oğlu İbrahimov (d. 24 iyun 1990; Mingəçevir, Azərbaycan SSR, SSRİ - 16 oktyabr 2020; Ağdərə, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub. Subay idi. === Təhsili === 5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur. == Əmək fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib. == Hərbi xidməti == Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır.
Ayaz İbrahimov
Ayaz Sultan oğlu İbrahimov (10 iyun 1998, Yeniyol, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı və hərbi xidməti == Ayaz İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2004–2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb. Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Aydın İbrahimov
Aydın İbrahimov (tam adı: İbrahimov Aydın Əli oğlu; 17 sentyabr 1938, Kirovabad – 2 sentyabr 2021, Bakı) — Azərbaycan SSR güləşçisi; SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi; "Neftçi" PFK-nın ilk prezidenti (1988–1997). == Fəaliyyəti == 1960-cı illərdə idmanın güləş növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.1988-ci ildə Bakının "Neftçi" komandasının prezidenti vəzifəsinə gətirilmişdir. Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanmışdır. 1997-ci ildə bu postu tərk etmişdir.Bakının "Dinamo" idman cəmiyyətinin üzvü idi. Görkəmli idmançı 2 sentyabr 2021-ci ildə 82 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. == Uğurları == Güləş üzrə 1963-cü il Dünya çempionu; Güləş üzrə 1966-cı il Avropa çempionu; Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. 1964-cü il güləş üzrə SSRİ çempionu, 1963-cü il SSRİ gümüş mükafatcısı, 1960 və 1957-ci illər SSRİ bürünc mükafatçısı.
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Ağəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Bəhram İbrahimov
Bəhram İbrahimov (tam adı: İbrahimov Bəhram Məhəmməd oğlu; d. (1930-2016), Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ— jurnalist, “İnşaatçı” qəzetinin şöbə müdiri (1949-2006), “İnkişaf” qəzetinin redaktoru (2006-2016), Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri, “Qızıl Qələm” mükafatı laureatı, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi” == Həyatı == İbrahimov Bəhram Məhəmməd oğlu 1930-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunu fransız dili mütəxəssisi kimi bitirmişdir. Sonralar Jurnalist Sənətkarlığı institutunu qutarmış, Moskvadakı V.İ. Lenin adına Hərbi Siyasi Akademiyanın, habelə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun kadrların təkmilləşdirilməsi kursunun müdavimi olmuşdur. Əmək fəaliyyətinə Füzuli rayonunda müəllim kimi başlamış, Sənaye Tikintisi Nazirliyinin fəhlə yataqxanasında tərbiyəçi kimi fəaliyyət göstərmişdir. Mətbuatda 1949-cu ildən fasiləsiz çıxış etmiş, ölkə tikinti kompleksinin bütün sahələrini işıqlandıran sanballı və dəyərli yazılar dərc etdirmiş, ən mühüm buraxılış obyektlərindən maraqlı səhifələr hazırlamışdır. 40 ildən artıq “İnşaatçı” qəzetində şöbə müdüri işləmişdir. O, “İnşaatçı”nı quran, zamanın keşməkeşlərindən üzüağ, qalib çıxmasına yardım edən insanlardan, prinsipial jurnalistlərdən idi. 2006-cı ildən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) orqanı olan “İnkişaf” qəzetinin redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri olmuşdur. Bəhram müəllim tək öz ömrünü deyil, yüzlərlə insanın tale yükünü daşıyan el ağsaqqalı, çoxlarının qaranlıq yoluna işıq salan ziyalı və əsl azərbaycanlı idi.
Bəhruz İbrahimov
Bəhruz Fazil oğlu İbrahimov (22 may 1983, Kovşad[d], Füzuli rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Aygün Fərhadova ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavanşir İbrahimov
Cavanşir Zeynal oğlu İbrahimov (1962, Bakı – 26 yanvar 1992, Daşaltı, Şuşa rayonu) — döyüşçü, Daşaltı əməliyyatı iştirakçısı və şəhidi. == Həyatı == İbrahimov Cavanşir Zeynal oğlu 1962-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhərinin Nizami rayonunda yerləşən 12 saylı orta məktəbi bitirdikdən sonra Bakı Kooperativ Texnikumuna daxil olub. Ordu sıralarında iki il xidmət edib. Hərbi xidmətini Macarıstanda keçirən Cavanşir haqqında qulluq etdiyi hərbi hissənin komandanlığı adından evinə təşəkkür dolu məktublar gəlib. 1985-ci ildə ailə quran Cavanşirin iki oğlu – Oruc İbrahimov və Orxan İbrahimov dünyaya gəlib. == Döyüş yolu == Cavanşir İbrahimov Dağlıq Qarabağ müharibəsi zamanı heç bir çağırış gözləmədən könüllü olaraq cəbhəyə yollandı. O, həmin vaxt hələ formalaşmaqda olan Azərbaycan Milli Ordusunun ilk əsgərlərindən biri idi. Onun döyüş yolu daha çox Şuşa istiqamətindəki məntəqələrdən keçib. O, Quşçular, Malıbəyli, Nəbilər, Ağdərə və Kərkicahanda ermənilərin planlarının qarşısını alanlardan olub.
Cəfər İbrahimov
Cəfər Məmməd oğlu İbrahimov (15 iyun 1904, Gədəbəy, Yelizavetpol qəzası – 2 mart 1977, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.[mənbə göstərin] == Həyatı == Cəfər İbrahimov 15 iyun 1904-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. O, 1939–1940 illərdə müəllim işləmiş, 1941–1943 illərdə Bakı şəhəri Çaparidze rayon partiya komitəsində şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Cəfər İbrahimov 1943–1977 illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur. Cəfər İbrahimova 1972-ci ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilmişdir. Cəfər İbrahimov 2 mart 1977-ci ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Cəfər İbrahimov orta əsrlər dövrü tarixinin tədqiqatçılarından idi. O, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti haqqında bir sıra qiymətli tədqiqat əsərlərinin müəllifidir. == Əsas elmi əsərləri == Qaraqoyunlu dövləti. Bakı, 1948. Azərbaycanın XV əsr tarixinə dair oçerklər.
Eldar İbrahimov
Eldar Rza oğlu İbrahimov (12 mart 1945, Naxçıvan rayonu) — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, iqtisadi elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir. 1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.Ailəlidir 3 övladı var.
Elmar İbrahimov
Elmar Nəriman oğlu İbrahimov (2 sentyabr 1998; Mingəçevir, Azərbaycan — 30 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar İbrahimov 2 sentyabr 1998-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Evin tək övladı idi. Kiçik yaşlarından atasını itirmişdir. Orta təhsilimi Mingəçevir şəhər 2 N-li məktəbdə alıb. Məzun olduqdan sonra Peşə məktəbinə qəbul olub, qaz qaynaqçısı peşəsinə yiyələnib. 2016-cı ildə hərbi xidmətə yollanıb, topçu olaraq xidmət edib.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar İbrahimli Talış Madagizin azad edilməsində savaşıb. 30 sentyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhid olub. 16 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanı'nda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar İbrahimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elnur İbrahimov
Elnur İbrahimov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Elnur İbrahimov (kiçik gizir) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi.
Elsevər İbrahimov
Elsevər Nəriman oğlu İbrahimov (6 noyabr 1999; Aşağı Layısqı, Şəki, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər İbrahimov 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Bir bacısı qəzada vəfat etmişdi. 2006-cı ildə Aşağı Göynük kənd tam orta məktəbinin I sinfinə gedib və 2017-ci ildə orta təhsilini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda əsgəri xidmətini başa vurub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elsevər İbrahimov Füzuli, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.. Elsevər İbrahimov noyabr ayının 15-də Aşağı Layısqı kəndinin "Mərdanlar" qəbiristanlığında tor-pağa tapşırılıb.
Elton İbrahimov
İbrahimov Elton Nazim oğlu — Azərbaycanda "Eurovision - 2012" milli seçimin finalçısı, ikinci yer tutdu. Gənc müğənni, musiqiçi, rəqqas. == Həyatı == Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiyada, Novosibirsk şəhərində anadan olub. Orada 73 saylı orta məktəbi bitirib. 6 yaşından etibarən "Antares" klubunda idman bal rəqsləri ilə məşğul olmuşdur. Rusiyada keçirilmiş çox sayli müsabiqələrə qatılmış, 100-den cox mükafat qazanmışdır. 8 yaşından "Sintez" pop sənəti studiyasında ifaçılıqla məşğul olmuşdur. Novosibirsk 3 saylı musiqi məktəbini bitirib, gitar və pianoda ifa edir. 2006-cı ildə "Action" adlı qrupda çalışmış və bu qrup beynəlxalq müsabiqələrdə iki dəfə əsas mükafatın sahibi olmuşdur. 2012-ci ildə yerli səs müsabiqəsi olan "Qızıl Not" yarışmasının qalibi olmuşdur.
İbrahimov
İbrahimov — Azərbaycan soyadı. === A === Abdulla İbrahimov (1921–2003) — azərbaycanlı hüquqşünas. Ağaəli İbrahimov (d. 1946) — azərbaycanlı rəssam. Alimcan İbrahimov (1887–1938) — Tatarıstan yazıçısı və ictimai xadimi. Aydın İbrahimov (d. 1938) — azərbaycanlı güləşçi. === C === Cəfər İbrahimov (1904–1977) — Azərbaycan tarixçisi. === E === Eldar İbrahimov (d. 1945) — Azərbaycan iqtisadçısı.
Elçin İbrahimov
Elçin İbrahimov (şəhid)
Elşən İbrahimov
Elşən İbrahimov (tam adı: Elşən Cahangir oğlu İbrahimov; 27 mart 2002; Şəki, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən İbrahimov Cahangir oğlu 2002-ci il 27 martda Şəki şəhərində anadan olub. 2008-ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə birinci sinifə gedib. Həmin məktəbi 2019-cu ildə bitirmiş və Bakı sosial iqtisad kollecində bank işi ixtisasına qəbul olub. Həmin ilin ikinci yarımilində isə kollecini dəyişərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə daxil olub. == Hərbi xidməti == Elşən İbrahimov 2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Elşən İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən İbrahimov oktyabrın 4-də Tərtər rayonunda gedən döyüşlər zamanı şəhid olub. Şəkidə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Eyvaz İbrahimov
Eyvaz Abbas oğlu İbrahimov — Azərbaycanlı teatr aktyoru. == Həyatı == Eyvaz İbrahimov 14 yanvar 1969-cu ildə Kəlbəcər rayonunda doğulub. 28 iyun 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 7 sentyabr 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Fariz İbrahimov
Fariz Rasim oğlu İbrahimov (11 sentyabr 1989; Kiyev, Ukrayna — 21 iyul 2014; Nelipivka, Donetsk, Ukrayna) — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri, Donbass müharibəsi şəhidi. == Həyatı == Fariz İbrahimov 11 sentyabr 1989-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Atası Fariz İbrahimov azərbaycanlı, anası Larisa Petrovna ukraynalıdır. Ailəsi və dostları, xüsusilə də, ulu babası onu Fedor olaraq çağırırdı. Boks üzrə Kiyev çempionu, Dinamo Kiyev FK azarkeşlərinin hərəkatının təşkilatçılarındandır. 2013-2014-cü illərdə Avromeydan hərəkatında iştirak etmişdir. Müharibənin başlaması ilə əlaqədar əvvəlcə, hərbçilərə kömək məqsədilə "Ürəkdən ürəyə" xeyriyyə fondunu qurdu, sonra isə könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə yazıldı. === Hərbi xidməti və ölümü === Fariz İbrahimov 2014-cü ilin aprelindən başlayan Donbass müharibəsində "baş əsgər" rütbəsində, qumbaraatan və köməkçi atıcı vəzifəsində iştirak etmişdir. Mexanikləşdirilmiş Qoşunların Kropivnitski şəhərində yerləşən 34-cü Motoatıcı Batalyonunun tərkibində bir çox hərbi əməliyyatlarda fərqlənmişdir. Fariz İbrahimov 21 iyul 2014-cü ildə Dzerjinsk şəhəri yaxınlığında terrorçuların kəşfiyyat məntəqəsinə hücum edən dəstənin tərkibində döyüşə davam etmişdir.
Fazil İbrahimov
== Həyatı == Fazil İbrahimov — Qarabağ müharibəsi şəhidi. İbrahimov Fazil Müzəffər oğlu 30 iyun 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası İbrahimov Müzəffər Sarı oğlu Sadınlar kəndindən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gəlmiş, müxtəlif zavodlarda işləmişdir. Fazil də bu şəhərdə böyümüş, uşaqlıq illərini burada keçirmişdi, məktəbə ilk addımlarını burada atmışdı. Sumqayıtdakı 21 nömrəli orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Sumqayıt politexnik texnikumuna daxil olaraq oranın inşaat fakültəsini bitirmişdi. Sonra Almaniyada hərbi xidmətdə olmuş, 1990-cı ildə ordudan tərxis olunub Sumqayıta qayıtmışdı. "Rahibə" kiçik müəssisəsində ixtisası üzrə işləmişdir. Qarabağ müharibəsinin başlamasından sonra 1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. Çox keçmir ki, onun sorağı Laçının Güləbird, Fingə və digər kəndlərindən gəlir. Qorxubilməz igid əsgər yaralı dostunu döyüş meydanından çıxararkən düşmən snayperinin gülləsinə tuş gəlir.
Fuad İbrahimov
Fuad İbrahimov (Fuad Natiq oğlu İbrahimov; 2 sentyabr 1982, Şuşa, DQMV) — azərbaycanlı dirijor, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2023-cü ildən), Münhen Yeni Filarmoniyasının və Bakı Kamera Orkestrının baş dirijoru (2014-cü ildən), Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == İbrahimov Fuad Natiq oğlu 1982-ci ilin 2 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Şuşa şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. == Karyerası == Musiqi təhsilinə 12 yaşında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında oxuyarkən başlamışdır. Orada professor Tofiq Aslanovun sinfinə daxil olub (1994-1998), daha sonra Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənclərin simli orkestrinin üzvü olub. 1998-ci ildə VII Respublika Musiqi Müsabiqəsinin (Bakı) qalibi olub. 15 yaşında olarkən Maestro Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinə viola ifaçısı kimi qəbul olunub və 2001-ci ilə qədər orkestrdə çalışıb. 1998-ci ildə o, həmçinin Bakı Musiqi Akademiyasına professor Bayandur Mehdiyevin viola sinfinə daxil olmuş, 2001-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Köln Ali Musiqi Məktəbinə (Almaniya) professor Rayner Muqun sinfinə daxil olmuşdur. Bu müddət ərzində İbrahimov “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təqaüdünə, eləcə də Dr.Karl Dörken-Verner Riçard adına təqaüdlərə layiq görülüb, Yehudi Menuhin Xeyriyyə Fondunun himayəsi altında Almaniyanın bir çox şəhərlərində konsertlər verib. Fransada Berlioz mükafatına layiq görülüb.
Aydın İbrahimov (güləşçi)
Aydın İbrahimov (idmançı)
Bəhram İbrahimov (əsgər)
Bəhram Sakit oğlu İbrahimov (5 may 1999; Ərəbbəsrə, Yevlax, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhram İbrahimov 5 may 1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib. Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbdə təhsil alıb. 2017–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Bəhram İbrahimov Suqovuşan, Goranboy, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqamətində gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvarın 12-də tapılaraq ailəsinə təhvil verilib. Yevlaxda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhram İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur İbrahimov (kiçik gizir)
Elnur Dönməz oğlu İbrahimov (29 avqust 1998; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur İbrahimov (əsgər)
Elnur Məhiyəddin oğlu İbrahimov (29 noyabr 1995, Vladimirovka, Quba rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elnur İbrahimov 29 noyabr 1995-ci ildə Quba rayonunun Vladimirovka kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Elnur İbrahimov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-si isə Elnur İbrahimov doğulduğu Quba rayonunun Vladimirovka kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İbrahimov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elnur İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Elza İbrahimova
Elza İmaməddin qızı İbrahimova (10 yanvar 1938, Hacıqabul – 11 fevral 2012, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının (2008) və Dağıstanın xalq artisti, milliyətcə ləzgidir. == Həyatı == Elza İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.. == Yaradıcılığı == Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Elçin İbrahimov (alim)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016-2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.2018-2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Elçin İbrahimov tərcümə və redaktə fəaliyyəti ilə də məşğul olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 75.21 dəfə / 1 mln.
2002 •••••••••• 71.95
2003 ••••••••••••••• 107.48
2004 ••••••••••• 75.80
2005 ••••••••• 65.45
2006 •••••••••••• 85.59
2007 •••••••••••••• 102.12
2008 ••••••••••••• 91.84
2009 ••••••••••••• 93.75
2010 •••••••••••••••••••• 151.50
2011 ••••••••••• 77.81
2012 •••••••••• 69.87
2013 •••••••• 59.37
2014 ••••••• 48.22
2015 ••••••• 46.10
2016 ••••••• 51.54
2017 •••••••• 55.28
2018 •••••••• 55.59
2019 ••••••• 52.16
2020 •••••• 43.10

"ibrahimov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ibrahimov nədir? #ibrahimov sözünün mənası #ibrahimov nə deməkdir? #ibrahimov sözünün izahı #ibrahimov sözünün yazılışı #ibrahimov necə yazılır? #ibrahimov sözünün düzgün yazılışı #ibrahimov leksik mənası #ibrahimov sözünün sinonimi #ibrahimov sözünün yaxın mənalı sözlər #ibrahimov sözünün əks mənası #ibrahimov sözünün etimologiyası #ibrahimov sözünün orfoqrafiyası #ibrahimov rusca #ibrahimov inglisça #ibrahimov fransızca #ibrahimov sözünün istifadəsi #sözlük