İbrahimi sözü azərbaycan dilində

İbrahimi

Yazılış

  • İbrahimi • 98.9160%
  • ibrahimi • 1.0840%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Firudin İbrahimi
Firudin Qəni oğlu İbrahimi (21 noyabr 1919, Astara, Gilan ostanı – 1947, Təbriz) — dövlət xadimi, natiq və publisist, Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru. == Həyatı == Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.O, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olmuşdur. 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilmişdir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir. O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. "Ettelat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmamazlıqlarını ifşa edən publisistik məqalələr yazmışdı.
Fərhad İbrahimi
Fərhad İbrahimi Korabbaslu - (d. 1935, Ərdəbil, İran, — ö. 9.2.2019, Ərdəbil, İran) azərbaycanlı şair. "Ayrılıq" mahnısının sözlərinin müəllifi. == Həyatı == Fərhad (Rəcəb) İbrahimi Korabbaslu 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Kurabazlı (Korabbaslu) kəndində anadan olmuşdur. Fərhad (Rəcəb) İbrahimi Kurabazli "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəllifidir.Fərhad İbrahimi 84 yaşında İranın Ərdəbil şəhərində vəfat etmişdir. == Mahnıları == "Ayrılıq" mahnısının sözləri Fərhad İbrahimiyə məxsusdur.
İbrahimi dinlər
İbrahimi dinlər, həmçinin Tövhidi dinlər və ya Vəhy dinləri — Yaxın Şərqdən çıxmış, ortaq nöqtə olaraq İbrahim peyğəmbəri əsas alan dini təlimlərə verilən ad. Hazırkı üzvləri: İbrahim dinləri, İbrahim nəslinin peyğəmbərləri ilə müqayisə olunan Orta Şərq mənşəli monoteist dinlərdir. Xronoloji qaydada, İbrahim dinləri Yəhudilik, Xristianlıq və İslamdır. Bəzən bəhailər də bu kateqoriyaya daxil olur. == Mənşəyi və tarixi == Yəhudilik və Xristianlıq peyğəmbərlərindən İbrahimin oğlu İshaqın nəsilləri; İsmail peyğəmbər Məhəmməd İslamın nəslindən sayılır. İbrahim kəlməsi "çox millətlərin atası" mənasını verir. Məkkəlilər İbrahimin dinini mandayizm adlandırırdılar. Quranda İbrahim bir hanif olaraq xatırlanır. İbrahimin adı Tanahda Abram olaraq xatırlanır. İslam mədəniyyətində səmavi dinlər anlayışı bəzən İbrahim dinləri anlayışına cavab olaraq istifadə olunsa da, tam eyni deyil.
Ənuşirəvan İbrahimi
Ənuşirəvan İbrahimi — 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşı. == Haqqında == Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may 1926-cı ildə Astara da anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün orada davam etdirib. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada təsis edilmiş Polis akademiyasında təhsil almağa başlayır. Düşmən qüvvələri qarşısında dayanmaq onlarla mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birgə gənc könüllülərdən ibarət "Babək" qrupunu təşkil edirlər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah rejimi tərəfindən hərəkatçılar eləcə də onların tərəfdarları olan minlərlə insan həbs edilir, güllələnir və ya pis havalı cənub rayonlarına sürgün edilirdilər. Məhz bu təqiblərdən qurtulmaq üçün 16 min nəfərə yaxın firqəçi Sovet Azərbaycanına mühacirət edir. Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir. Təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada "İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır.
Uta İbrahimi
Uta İbrahimi (alb. Flutura Ibrahimi; 27 noyabr 1983) — Kosovalı alpinist. O, dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk alban oldu. O, dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk alban oldu. İbrahimi bunu 22 may 2017-ci ildə etdi, bundan sonra o, Manaslu (8163 m), Ço Oyu (8201 m), Lhotse (8516 m) və Qaşerbrum (8080 m) zirvələrini fəth etdi və rəsmi olaraq Balkanlardan ilk qadın oldu. 8000 metrdən yuxarı beş zirvəyə qalxın. == Bioqrafiya == Uta İbrahimi Kosovonun Gnjilane şəhərində anadan olub. O, Priştina Universitetinin İqtisadiyyat fakültəsini bitirib, burada marketinq üzrə təhsil alıb. O, karyerasına İliriya Universitetində marketinq üzrə köməkçi kimi başlayıb və daha sonra müxtəlif özəl şirkətlərdə eyni peşədə çalışıb. Beləliklə, Uta Ogilvy Karrota marketinq agentliyinin direktoru vəzifəsini tutdu.
Məhəmməd Həsən İbrahimi
Məhəmməd İbrahimi (1 noyabr 1984, Kazerun) — İran futbolçusu, hücumçu. İbrahimi 2009-cü ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Şirazın Muxabirat klubunda oynamışdır.
Əbuzər İbrahimi Türkman
Əbuzər İbrahimi Türkman (1347 hicri şəmsi, Tehran) 2014 cü ilin yanvarından Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədridir. Onun həm hövzə (dini) və həm universitetdən hüquq üzrə təhsili vardır. Doktorluq dərəcəsini Müfid universitetindən almışdır. 1375 hicri şəmsi ilindən Mədəniyyət və İslami Əlaqələr Təşkilatında çalışır. İbrahimi 2014 cü ilin yanvarından mədəniyyət və irşad naziri Əli Cənnətinin əmri ilə Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. == Çalışdığı vəzifələr == Onun çalışdığı vəzifələrdən biri Ali Dini Rəhbərin universitetlər üzrə nümayəndəsi (1373), İran İslam Respublikasının Ankarada Mədəniyyət nümayəndəsi(1375–1376), Beynəlxalq Mədəniyyət jurnalının idarə heyətinin üzvü, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və okeaniya ölkələri bölməsinin müavini, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və Okeaniya ölkələri bölməsinin direktoru, Rusiyada İran Mədəniyyət Mərkəzinin sədri (2008 mart −2013 sentyabr) O, 1387 və 1389 cu günəş illərində nümunəvi mədəniyyət mərkəzi sədri seçilmişdir. == Əsərləri == Onun əsərlərindən Quran lətifələri, üç şəhərin hekayələri –Böyük Xorasanın şəhərləri və şəxsiyyətləri barədə, alimlərin dastanları rus dilində əlhüda nəşriyyatı 2003, Rusiya Federasiyası 1391 Əmir Kəbir nəşriyyatı, Rusiya camaatının adət ənənələri 1391 əlhüda nəşriyyatı, Tolstoyun ayaqqabıları ilə yol getmək Elm və Mədəniyyət nəşriyyatı 1392, müasir Rusiya siyasi partiyaları Sülh Akademiyası nəşriyyatı 1392 və hal hazırda çapda olan Rusiyada islam və müsəlmanlar kitablarına işarə etmək olar. Yüzdən çox elmi məqalələri fars, ingilis, rus, türkmən və türkiyə türkcəsində daxili və xarici mətbuatda çap olunmuşdur. == İstinadlar == https://icro.ir/. "Mədəniyyət və İslami Əlaqələr Təşkilatı".
Aişə Sultan (Sultan İbrahimin qızı)
Aişə Sultan (d. 1643 - ö. 1675) — Sultan İbrahimin qızı və Turhan Sultanın qızı. Evliliklər Ayşə Sultan Sultan İbrahimin qızı və Turhan Sultanın böyük qızı idi. Bir çox mənbələrdə onun varlığı tez-tez şübhə altına alınır və tez-tez bibisi ilə qarışdırılır, buna görə də Ayşə Sultana xalasının son ərləri İbşir Mustafa Paşanın və ya erməni Süleyman Paşanın evli olduğu deyilir. İlk dəfə on yaşında Bağdad və Hələb valisi Haseki Mehmed Paşa ilə evləndi. Bundan əvvəl, 1645-ci ildə Mehmed Paşa, Ayşə ilə evlənmədən əvvəl ölən IV Muradın qızı Gevherhan Sultanla evləndi. Mehmed Paşa 1661-ci ilin iyununda edam edildi və Ayşə dul qaldı. Qardaşı Sultan Mehmed ərini edam etdikdən sonra onu Qahirənin yeni valisi Defterdar İbrahim Paşa ilə evləndirir. Evlilik onun ölümünə qədər davam etdi.
Atikə Sultan (Sultan İbrahimin qızı)
Atikə Sultan (1644, Konstantinopol – 1667, Konstantinopol) — Osmanlı sultanı Sultan İbrahimin qızı. Sultan İbrahimin çərkəs əsilli kənizlərindən Leyla Saçbağlı Sultandan doğulan Atikə Sultanın həyatıyla bağlı yetərli məlumat yoxdur. Hətta bəzi mənbələrdə anasının baş hasəki Xədicə Turhan Sultan olduğu qeyd olunur. Hələ 2 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, mərhum sultanın digər xanımları və qızları kimi o da, Köhnə saraya göndərilmişdir. Ancaq həmin il nənəsi Validə Kösəm Sultanın istəyilə atasının müsahiblərindən Topal Kənan Paşayla nikahlanmışdır. Tamamilə formal olan bu nikahın ardıından Kənan Paşa müxtəlif əyalətlərə təyin edildi. 1656-cı ildə 2 ay müddətinə kaptan-ı dərya olaraq xidmət etmişdir. Ancaq daha sonra vəzifələrindən azad edilmiş, bu səbəblə 1658-ci ildə Abxaz Həsən Paşa üsyanına qoşulmuşdur. Bu səbəblə qardaşı IV Mehmedin əmriylə nikah dərhal pozulmuşdur. Boşandıqdan bir il sonra Topal Kənan Paşa 16 fevral 1659-cu ildə vəfat etmişdir.
Beyhan Sultan (Sultan İbrahimin qızı)
Beyhan Sultan (Osmanlıca: بيحان بن ابراهيم) (d. 1645 - ö. 1701) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin qızı. == Həyatı == Beyhan Sultan 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim. Hələ 1 yaşında ikən atası onu Kiçik Həsən Paşayla nigahlamışdı. Bu tamamilə siyasi bir evlilik idi və məqsəd paşanı özünə tabe etmək idi. Ancaq olduqca yaşlı olan Həsən Paşa bir il sonra vəfat etdi və Beyhan Sultan hələ 2 yaşında ikən "dul" qaldı. Ardından atası Sultan İbrahimin məcburiyyəti ilə öz xanımından ayrılan sədrəzəm Həzərparə Əhməd Paşa ilə evləndirildi. Ancaq 1 il sonra ərinin edam edilməsiylə yenidən dul qaldı.
Fatma Sultan (I İbrahimin qızı)
Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı. == Həyatı == Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.
Fatma Sultan (Sultan İbrahimin qızı)
Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı. == Həyatı == Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.
Gövhərxan Sultan (I İbrahimin qızı)
Gövhərxan Sultan (d. 1642, İstanbul - ö. 27 oktyabr 1694, Ədirnə) - Osmanlı padşahı İbrahimın qızı. Hələ dörd yaşında 23 noyabr 1646'da Çavuşzadə Mehmed Paşa ilə evləndi. Ərinin müxtəlif yerlərdə hakim təyin edilməsi səbəbilə ömrünün bu illərində dayanmadan köç etmişdir. Bu evlilik Paşanın 1681 tarixindəki ölümünə qədər davam etdi. 1692 tarixində dönəmin kaptan-ı dəryası Halvaçı Yusif Paşa'yla evləndi. 27 oktyabr 1694 tarixində ögey qardaşı II Əhmədin səltənət illərində Ədirnədə vəfat etdi. Məzarı Şahzadə külliyəsindəki türbəsində yerləşir.
Gövhərxan Sultan (Sultan İbrahimin qızı)
Gövhərxan Sultan (d. 1642, İstanbul - ö. 27 oktyabr 1694, Ədirnə) - Osmanlı padşahı İbrahimın qızı. Hələ dörd yaşında 23 noyabr 1646'da Çavuşzadə Mehmed Paşa ilə evləndi. Ərinin müxtəlif yerlərdə hakim təyin edilməsi səbəbilə ömrünün bu illərində dayanmadan köç etmişdir. Bu evlilik Paşanın 1681 tarixindəki ölümünə qədər davam etdi. 1692 tarixində dönəmin kaptan-ı dəryası Halvaçı Yusif Paşa'yla evləndi. 27 oktyabr 1694 tarixində ögey qardaşı II Əhmədin səltənət illərində Ədirnədə vəfat etdi. Məzarı Şahzadə külliyəsindəki türbəsində yerləşir.
Ümmügülsüm Sultan (Sultan İbrahimin qızı)
Ümmügülsüm Sultan (d. yanvar 1642 - ö. 1655) — Osmanlı sultanı Sultan İbrahimin qızı. == Həyatı == Ümmügülsüm Sultan 1642-cü ilin yanvarında Topqapı sarayında doğuldu. Anası Dilaşub Sultandır. Uşaqlıq illəri Topqapı sarayında keçdi. Hələ 5 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, yerinə özündən bir yaş böyük ögey qardaşı IV Mehmed taxta çıxarıldı. Nənəsi Validə Kösəm Sultanın himayəsində Topqapı sarayında yaşamağa davam etsələr də, 1651-ci ildə nənəsi saray üsyanı nəticəsində öldürüldü və o, bacısı Ayşə Sultan və anası Dilaşub Sultan mərhum padşahın digər xanımları və qızlarıyla birlikdə Köhnə saraya sürgün edildi. Çox keçmədən Validə Turhan Sultan tərəfindən 1653-cü ildə vəzir Əhməd Paşayla nigahlandırıldı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozca adanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı.
İbrahimiyyə mədrəsəsi
İbrahimiyyə mədəsəsi — Azərbaycanın Şuşa şəhərində İbrahimxəlilxan məscidində fəaliyyət göstərən mədrəsə. == Mədrəsənin tarixi == XVIII əsrin ikinci yarısından Şuşa şəhərində bir sıra mədrəsə fəaliyyət göstərirdi. Bu mədrəsələr əsasən şəhərdəki məscidlərin nəzdində idi. Məscid mədrəsələrinin əsas xüsusiyyətlərindən biri orada təhsil alan şagirdlərin əsasən aşağı təbəqənin nümayəndələrindən ibarət olması idi. Saraylarda təhsil silki xarakter daşıdığı halda, məscid məktəbləri ümumi xarakter daşıyırdı. Dövlət məktəblərinin azlığı, silkliyi və təhsil haqqının çox olması, həmçinin təhsilin rus dilində aparılması ucbatından kasıb təbəqənin nümayəndələri belə məktəblərdə oxuyanların çox az hissəsini təşkil edirdi. Məscid məktəblərinin əsas xüsusiyyətlərindən biri də onların təhsil haqqından yığılan pul ilə idarə olunması idi. Əvvəllər olduğu kimi, təhsil haqqı pul və təsadüfi hədiyyələrdən ibarət idi. Hədiyyə bir dəfə uşaq məktəbə daxil olarkən, bir dəfə də "Quran"ı oxuyarkən verilirdi. Hədiyyələr əsasən uşaqlar müxtəlif mərhələləri keçdikləri zaman verilirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.19 dəfə / 1 mln.
2004 •• 0.34
2007 ••••• 1.27
2008 •• 0.49
2009 ••• 0.64
2010 •• 0.45
2011 0.17
2012 •••• 0.95
2013 •••••••••• 2.48
2014 •••••••••••••••••••• 5.15
2015 •••• 1.02
2016 •••••••••• 2.43
2017 •••• 0.98
2018 ••••••• 1.65
2019 •••••••••• 2.36
2020 •• 0.27

"ibrahimi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ibrahimi nədir? #ibrahimi sözünün mənası #ibrahimi nə deməkdir? #ibrahimi sözünün izahı #ibrahimi sözünün yazılışı #ibrahimi necə yazılır? #ibrahimi sözünün düzgün yazılışı #ibrahimi leksik mənası #ibrahimi sözünün sinonimi #ibrahimi sözünün yaxın mənalı sözlər #ibrahimi sözünün əks mənası #ibrahimi sözünün etimologiyası #ibrahimi sözünün orfoqrafiyası #ibrahimi rusca #ibrahimi inglisça #ibrahimi fransızca #ibrahimi sözünün istifadəsi #sözlük