İbrahim sözü azərbaycan dilində

İbrahim

Yazılış

  • İbrahim • 99.5296%
  • İBRAHİM • 0.3910%
  • ibrahim • 0.0794%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I İbrahim
I İbrahim (Şirvanşah) — Şirvanşah (1382–1417). İbrahim (Osmanlı imperiyası) — Osmanlı sultanı (1640-1648).
İbrahim
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.
II İbrahim
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. == Fəaliyyəti == === Hakimiyyətə gəlməsi === Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü. == Həyatı == Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. == Fəaliyyəti == 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür. === Həbs edilməsi (2015) === 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı.
Sevil İbrahim
İbrahimova Sevil Həsənağa qızı — rejissor. == Həyatı == Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
Sultan İbrahim
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!
Vaqif İbrahim
Vaqif İbrahim (tam adı: İbrahimov Vaqif Əliyar oğlu) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978). == Həyatı == Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir. Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.
Xəlil İbrahim
Xəlil İbrahim oğlu İbrahimov (1892, Şuşa – 18 mart 1938, Nargin adası, Abşeron rayonu) — "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru, jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi. == Həyatı == Xəlil İbrahimov 1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirmişdir. X.İbrahimov 1909–1911-ci illərdə təqaüd almadığından Bakıdakı təhsilini də yarımçıq qoymalı olur. Təhsilini dayandırdığı dövrdə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demişdir. Daha sonra Xəlil İbrahim Bakıya qayıdaraq təhsilini davam etdirmiş və məktəbi bitirmişdir. 1920–1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat"-ın sıralarında Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırılan Xəlil İbrahim 12 noyabr 1937-ci ildə həbs edilir. 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının 11 mart tarixli qərarı ilə Xəlil İbrahim "xalq düşməni" elan edildi. Əmlakı müsadirə olundu və martın 18-də Nargin adasında güllələndi.
Xəzər İbrahim
Xəzər Zafir oğlu İbrahim (30 may 1978) — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı sabiq Fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 30 may 1978-ci ildə anadan olmuşdur. Əslən Lənkəran rayonu Kənarmeşə kəndindəndir. Evlidir, bir oğlu və üç qızı var. Xəzər İbrahim Bakı Dövlət Universitetində təhsil almışdır. O, həmçinin Vaşinqtonda yerləşən Corctaun Universitetində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirmişdir. == Karyerası == 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışmışdır. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləmişdir. 26 iyul 2021 tarixində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılmışdır. 26 iyul 2021 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
İbrahim Paşa
İbrahim paşa (ö. 1780) — Mesxetiyanın 15-ci paşasıdır. Çandarlı I İbrahim Paşa (ö. 25 avqust 1429) — II Murad dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Parqalı İbrahim Paşa (d. 1493 - ö. 15 mart 1536) — Sultan Süleyman Qanuni dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
İbrahim Peyğəmbər
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İbrahim Qafarov
İbrahim Musa oğlu Qafarov (23 noyabr 1936, Hacı Elyaz, Zəngibasar rayonu – 26 sentyabr 2018) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == İbrahim Qafarov 23 noyabr 1936-cı ildə Ermənistanda İrəvan mahalının Zəngibasar rayonunun Hacı Elyaz kəndində anadan olmuşdur. 1953-cü ildə Sabirabad şəhərində orta məktəbi bitirmişdir. 1954–1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1959-cu ildə Sabirabad rayonunun H. Aslanov adına kolxozunda başlamışdır. 1963–1964-cü illərdə Gəncə şəhərində kolxoz və sovxozlara rəhbər kadrlar hazırlayan kursda təhsil almışdır. 1964-cü ildən Sabirabad rayon Partiya Komitəsində təlimatçı, 1965-ci ildən Sabirabad rayon taxıl məhsulları satış bazasında direktor, 1973-cü ildən Partiyanın XX qurultayı adına kolxoz idarə heyətinin sədri,, 1985-ci ildən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun direktoru, 1990-cı ildən "Əkinçi" kooperativinin sədri vəzifələrində işləmişdir. == Siyasi fəaliyyəti == 1981-ci ildən Sabirabad rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 83 nömrəli Sabirabad-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan İbrahim Qafarov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan İbrahim Qafarov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olmuşdur.
İbrahim Qaradağlı
İbrahim Məcnun oğlu Qaradağlı (1907, Qaradağlı, Ərəş qəzası – 19 iyun 1978, Ağdaş rayonu) — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib. İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. == Həyatı == Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.
İbrahim Qurbanov
İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp – 29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == İbrahim Qurbanov 1925-ci ilin mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya göz açıb. Əmək fəaliyyətinə hələ 15 yaşında olarkən kənd sovetinin katibi vəzifəsində başlayıb. Sonralar mühasib, məktəb direktoru kimi vəzifələrdə çalışıb. 1944-cü ildə o vaxtki Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi seçilib. 1947-ci ildə tutduğu KP Əzizbəyov Rayon Komitəsinin təlimatçısı vəzifəsini tutub.Respublika Partiya Məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan KP Əli-Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirdi. Sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur. İ.Qurbanov 1957-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.
İbrahim Qədimov
İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas. == Həyatı == İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir). Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub. 1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb. 1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
İbrahim Qəznəvi
İbrahim Qəznəvi — Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır. == Xarici siyasət == Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı. == Daxili siyasət == Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı.
İbrahim Rükabzadə
İbrahim Rüstəmli
İbrahim Rəhimov
Rəhimov İbrahim Molla Rəhim oğlu (5 (17) avqust 1850, Dağ Kəsəmən, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 3 aprel 1927, Dağ Kəsəmən, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — həkim diplomu almış ilk azərbaycanlı , Azərbaycanın ilk psixiatr həkimi, keçmiş "Saburov bağı" psixiatrik xəstəxanasının "Kəskin ruhi xəstəliklər" şöbəsinin müdiri. == Həyatı == İbrahim Rəhimov 1849-cu ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulub. Atası Rəhim Süleyman oğlu Yelizavetpol qəzasının Dağkəsəmən kəndinin dövlət kəndlilərindən idi. O, şərq dillərini və şəriəti mənimsəyərək mollalıq etmişdir. 1850-ci ildə Tiflis Klassik Gimnaziyasında müəllim kimi fəaliyyətini davam etdirən Molla Rəhim ailəsini Tiflisə köçürür və oğlunun tərbiyəsi ilə özü məşğul olur, əvvəlcə ona "Qurani-Kərim"i və doğma dilini öyrədir, 1858-ci ildə isə İbrahimi dərs dediyi gimnaziyanın hazırlıq kursuna göndərir. Ciddi gimnaziya qaydaları ilə tərbiyyə alan İ.Rəhimov artıq birinci sinifdə rus dilini mükəmməl bilirdi. O dərslərini yaxşı oxuyur, öyrədilən proqramı asanlıqla qavrayırdı, onun soyadı əlaçılar gimnazistlərin siyahısında idi . == Təhsil == === Moskva Universiteti illəri === Rəhimovun 1867-ci ildə Tiflis quberniyası gimnaziyasının direktoruna ünvanlanan müraciəti diqqətsiz qalmır. Təhsildə qazandığı müvəffəqiyyətlərin, dünyəvi elmlərə həvəsini,xüsusi əqli inkişafa malik olmasını nəzərə alan Tiflis Klassik Gimnaziyasının Pedaqoji Şurası 1867-ci il iyunun 19-da keçirilən növbəti iclasında İ. Rəhimova Moskva Universitetində oxumaq üçün zəmanət verir. Əla qiymətlərlə gimnaziyanı bitirən İ.Rəhimov həmin il Moskvaya gəlir,qəbul imtahanlarını müvəffəqiyyətlə verir.
İbrahim Rəisi
Seyid İbrahim Rəisi (fars. سید ابراهیم رئیسی‎; 14 dekabr 1960, Məşhəd – 19 may 2024, Bəkrabad kənd dairəsi[d], Şərqi Azərbaycan ostanı) — İranın 8-ci prezidenti (2021–2024). == Həyatı == Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat 14 dekabr 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açmışdır. Rəisi ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlamışdır. O, həmçinin, Şəhid Mütəhhəri adına universitetdə fiqh və fakültəsinin doktoranturasını da bitirmişdir. 20 yaşında Kərəc şəhərində vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərmişdir. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam etmişdir. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olmuşdur. Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunmuşdur. Rəisi, 1994-cü ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilmiş və 10 il boyunca bu vəzifəsində qalmışdır.
İbrahim Sadıqlı
İbrahim Şahin oğlu Sadıqlı (28 iyun 1993, Bakı – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrahim Sadıqlı 1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub. == Hərbi xidməti == İbrahim Sadıqlı 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi. Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi.
Hacı İbrahim Nehrəmli
İbrahim İbrahimov(tam adı: İbrahim Hüseyin oğlu İbrahimov; 28 may 1958) — milyonçu, "Nehrəm Xəzər" layihəsi ilə məşhurlaşan, Naxçıvan Ali Məclisinin I çağırış deputatı, iş adamı, bankir. == Həyatı == İbrahim İbrahimov 1958-ci ildə Azərbaycanda, Naxçıvan MSSR, Babək rayonunda anadan olub. İbrahim İbrahimov Hüseyn oğlu kimi tanınan Hacı İbrahim Nehrəmli Xəzər adaları layihəsi ilə məşhurlaşmış Azərbaycanın iş adamlarından biridir. Altmış dörd yaşlı İbrahim İbrahimov 1958-ci ilin 28 mayında Naxçıvan AR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin iqtisadi fakültəsini bitirib. İbrahim İbrahimov evlidir və onun iki övladı var. == İş həyatı == İbrahim İbrahimov anadan olduğu və yaşadığı regionda bir sıra məscidlər, xəstəxanalar, məktəblər tikdirmiş və təmir etmişdi, həmçinin tarixi abidələri bərpa etmişdi. O, kəndlərdə su boruları, körpülər tikərək, yollar salaraq kəndlərin infrastrukturunu yaxşılaşdırmışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov "İkan"adlı tikinti şirkətinin əsasını qoyur.
Hacı İbrahim Paşa
Hacı İbrahim Paşa (ö. dekabr 1604) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qazı olaraq xidmət etdikdən sonra Hələb əyalətinin dəftərdarı oldu. 1582-1583, 1585-1588 və 1591-1594-cü illərdə 3 dəfə baş dəftərdar olaraq xidmət etmişdir. 1594-cü ildə Konya bəylərbəyi olaarq Anadoluya göndərildi. Burada davam edən Cəlali üsyanıyla mübarizə apardı. 1596-cı ildə vəzifədən alınsa da, 1598-ci ildə Hələb bəylərbəyi, daha sonra altıncı vəzir olaraq Cəlali üsyançısı Qarayazıcıoğlunun üzərinə göndərildi. 1600-cü ildə bu üsyançıya məğlub oldu və ardından vəzifədən alınaraq Konyaya sürgün edildi. 1603-cü ilin dekabrında Misir bəylərbəyi olsa da, bir il sonra bölgədə çıxan üsyanda qətlə yetirildi (dekabr 1604).
Hacı İbrahim Qasımov
Hacı İbrahim Hacı Mahmud oğlu Qasımov (1886, Bakı – 1936, Bakı) — jurnalist, teatr tənqidçisi, tərcüməçi, "Kəlniyyət" jurnalının və "Bəsirət" qəzetinin redaktoru, "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi. == Fəaliyyəti == Hacı İbrahim Qasımov Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasının əleyhidarı idi. 27 oktyabr 1913-cü il tarixli "Iqbal" qəzetində Hacı Ibrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: "…"Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar". 1913-cü ilin avqustun əvvəlində "Kaspi" qəzetində Şuşadan yazılmış bir xəbər dərc edilir və orada "Leyli və Məcnun" operasının tamaşaya qoyulacağı məlum olur. "Kaspi" qəzetinin bu məlumatına "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi, XX əsrin əvvəllərində mətbuat səhifələrində bir sıra maraqlı yazıları və o cümlədən teatr tənqidçisi kimi şöhrət qazanmış Hacı İbrahim Qasımov mətbuat səhifələrində etirazını bildirir. O, 1913-cü il 4 avqust tarixli "İqbal" qəzetində "Kaspi" qəzetində dərc olunmuş xəbərin "Nicat" teatr heyətini artıq dərəcədə təəccübləndirdiyini yazır və "Leyli və Məcnun" operasının bütünlüklə "Nicat" ın teatr heyətinə məxsus olduğunu və bu vaxta qədər "Nicat"dan başqa kimsə onu tamaşaya qoymadığını göstərir. Buna görə də H.İ.Qasımov "Leyli və Məcnun" operası Şişədə oynanarsa mütləq "Nicat" ın iddiasına Şişədən teatro dəstəsi cavabdeh olacaqdır" yazır. 1919-cu ildə Bakıda "Nicat" mədəni maarif cəmiyyətinin dram artistləri Namik Kamal bəyin "Vətən, yaxud Silistrə" əsərinin tamaşasını hazırlayıb, onu "Vətən, yaxud Osmanlı müharibəsi" adi ilə tamaşaçılara göstərdilər.
Hacı İbrahim ağa Axundov
Hacı İbrahim bəy Dünbili
Hacı İbrahim bəy Hüseyn ağa oğlu Dünbili (1824-?) — XIX əsr Azərbaycan ədibi, din xadimi. == Həyatı == Hacı İbrahim bəy Hüseyn ağa oğlu Dünbili 1824-cü ildə Xoy şəhərində anadan olmuşdu. Məhəmmədsadıq xan Dünbilinin nəvəsidir. "Şəhid Azərbaycani" kimi tanınır. O, İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O, hicri-qəməri 1262 (1845)-ci ildə oxumaq üçün Nəcəfə getmiş, o dövrün alimləri yanında təhsil almış, sonra isə vətəninə qayıtmışdı". Hacı İbrahim bəy Dünbilinin Təbrizdə kitabı daşbasma üsulu ilə çap olunmuşdur.
Hacı İbrahimov
Hacı İbrahimov Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi
Hacı İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru. İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub. == Həyatı == İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır. == Fəaliyyəti == İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.
Hacıağa İbrahimbəyli
Hacıağa Məmmədəli oğlu İbrahimbəyli (8 dekabr 1890, Salyan, Cavad qəzası – bilinmir, Bakı) — azərbaycanlı hərbçi-mayor. == Həyatı == Hacıağa Məmmədəli oğlu İbrahimbəyli 1890-cı ilin dekabr ayının 8-də Salyan rayonunda anadan olmuşdur. Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. Əli bəy Hüseynzadənin qardaşı qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən Hacımurad və Həyat adlı iki övladı dünyaya gəlmişdir. O, 1914–1915-ci illərdə Birinci Dünya müharibəsində iştirakçısıdır. Bundan başqa Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin rəisi vəzifəsində çalışmışdır. == Əsərləri == Atları hesaba almaq üçün müvəqqəti qanun və arabaların səfərbərliyə dair hesabatının dəstur əl əmə. Bakı: Azərbaycan hərbi kolleci, 1925. Методика военной подготовки учащихся: в помощь военруку и преподавателю гражданского учебнего заведения (Şagirdlərin hərbi hazırlığı metodikası: mülkü məktəblərin hərbi dərs rəhbərlərinə və müəllimlərinə kömək). Bakı: Azərnəşr, 1944.
Hacıağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
Hacımurad İbrahimbəyli
Hacımurad Hacıağa oğlu İbrahimbəyli (29 yanvar 1924, Bakı – 4 mart 1999, Bakı) — Azərbaycan-sovet və Rusiya tarixçisi, tarix elmləri doktoru, professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademik katibi, polkovnik. == Əsərləri == Х.-М. Ибрагимбейли. Битва за Кавказ. — Москва : Знание, 1983. 62 с. Х.-М. Ибрагимбейли. Кавказ в Крымской войне 1853—1856 гг. и международные отношения. — М., 1971 Х.-М. Ибрагимбейли. Крах Эдельвейса и Ближний Восток.
Hakim İbrahimov
Hakim Elçin oğlu İbrahimov (2 oktyabr 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub. == Həyatı == Hakim İbrahimov 1990-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. == Karyerası == XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı. Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.
Heydərizadə İbrahim Əfəndi
Heydərizadə İbrahim Əfəndi (1863, İstanbul – 1933, Mədinə) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 2029. İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, I, 404. İbnülemin, Son Sadrıazamlar, XI, 1717, 1721, 1723, 1727; XIII, 2041, 2071; XIV, 2111, 2123. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 163–165, 180, 249, 255–258, 262. Danişmend, Kronoloji2, s. 163–164, nr. 176, 177, 181, 182.
Hikmət İbrahimli
Hikmət İbrahimov
Hikmət İbrahimov (tam adı: Hikmət Camal oğlu İbrahimov) — kimyaçı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. == Ümumi məlumatlar == İbrahimov Hikmət Camal oğlu 19 sentyabr 1951-ci ildə Naxçıvan şəhərində həkim ailəsində anadan olmuşdur. 1968-ci ildə C. Məmmədquluzadə adına 2 nömrəli Naxçıvan şəhər orta məktəbini gümüş medalla bitirdikdən sonra, eyni ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə o, "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə təhsilini başa vuraraq, həmin ildən Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunda laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, 1976-cı ildə mühəndis vəzifəsinə keçirilmiş, 1980-ci ildə kiçik elmi işçi, 1985-ci ildə böyük elmi işçi, 1992-ci ildə aparıcı elmi işçi,1999-cu ildə laboratoriya müdiri vəzifələrinə yüksəlmişdir. Elmi-Tədqiqat "Olefinlər" İnstitutunun "Elastomerlər" laboratoriyasında akademik Nadir Seyidovun rəhbərliyi ilə etilen-prorilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində tədqiqat işlərinə başlamış və modifikator kimi heksen-1-dən istifadə edildiyində effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Bu istiqamətdə tədqiqat işlərini yekunlaşdıraraq o, 1979-cu ildə "Polimerlər kimyası" üzrə dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 2000-ci ildən Elmi-Tədqiqat Neft-Kimya Prosesləri İnstitutunda elmi fəaliyyətini davam etdirərək aparıcı elmi işçi vəzifəsinə seçilmiş, 2010-cu ildən "Alkilləşmə" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 2011-ci ildən ömrünün sonunadək "Katalitik krekinq və piroliz" laboratoriyasının müdiri olmuşdur. 2010-cu ildə H. C. İbrahimov "Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi" mövzusunda dissertasiya işi müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış, 2019-cu ildə "Neft kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Hikmət İbrahimov (əsgər)
Hüseyn İbrahimov
Hüseyn İbrahimov (yazıçı) — azərbaycanlı nasir. Hüseyn İbrahimov (neftçi) — Sovet neftçisi.
Hüseyn İbrahimov (neftçi)
Hüseyn Rüstəm oğlu İbrahimov (15 aprel 1951, Ayıbasar, Laçın rayonu) — SSRİ Ali Sovetinin deputatı (1984–1989), Sovet neftçisi. == Həyatı == Hüseyn Rüstəm oğlu İbrahimov 1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olub. 1968-ci ildə Azərbaycan neft kimya institutuna qəbul olub, 1973-cü ildə həmin institutu bitirib. 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. 1984-ci ildən Sovet İttifaqı KP-nın üzvü seçilib. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984–1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilmişdir. XII çağırış (1989–1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü seçilmişdir.
Hüseyn İbrahimov (yazıçı)
Hüseyn Məmmədəli oğlu İbrahimov (23 may 1919, Şahtaxtı, Naxçıvan qəzası – 10 aprel 2008, Naxçıvan) — Azərbaycan nasiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1952), Azərbaycanın Xalq yazıçısı (1998). == Həyatı == Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır. === Ədəbi fəaliyyəti === Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır.
Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur. O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.
Həmzət İbrahimov
Həmzət İbrahimov (10 iyul 1934, Şali, Şimali Qafqaz diyarı[d] – 10 mart 2006, Qroznı, Çeçenistan, Rusiya) — Kimya elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının qurucularından biri və ilk prezidenti, Rusiya Elmlər Akademiyasının Hərtərəfli Tədqiqat İnstitutunun direktoru, yeddinci çağırış SSRİ Ali Sovetinin deputatı, ictimai xadim. == Bioqrafiya == 1958-ci ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-cü ildə Moskva Dövlət Universitetində aspiranturanı bitirir. Orada "İkili dəmir sistemlərində səth gərginliyi və adsorbsiyasının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Diplomu müdafiə etdikdən sonra Qroznıya qayıdır. Onun səyləri sayəsində Çeçen-İnquş Pedaqoji İnstitutunda aspirantura açılır. 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. 1983-cü ildə "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Əməkdar Elm və Texnika İşçisi" adına layiq görülür. Dövlət Mülki Aviasiya Elmi-Tədqiqat İnstitutunun sifarişi ilə İbrahimovun rəhbərliyi altında civə və amalqamların aviamaterialara təsiri, eləcə də obyektlərin demerkurizasiyası üçün təsirli üsulların işlənib hazırlanması üzrə tədqiqat aparılmışdır. Hazırlanmış metodların Moskva, Daşkənd, İrəvan hava limanlarında tətbiqi bir neçə milyon rubl iqtisadi effekt vermişdir.
IV İbrahim xan Qaraxani
İbrahim bin Hüseyn bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1178. ildə əmisi II Məsud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
I İbrahim (sultan)
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!

ibrahim sözünün leksik mənası və izahı

ibrahim sözünün etimologiyası

  • 1 Avraam sözünün dəyişmiş formasıdır. Saranın əri olub. Mənası “çoxlarının atası” (el atası) deməkdir. Qədim yəhudi sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ibrahim

ibrahim sözünün rus dilinə tərcüməsi

"ibrahim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ibrahim nədir? #ibrahim sözünün mənası #ibrahim nə deməkdir? #ibrahim sözünün izahı #ibrahim sözünün yazılışı #ibrahim necə yazılır? #ibrahim sözünün düzgün yazılışı #ibrahim leksik mənası #ibrahim sözünün sinonimi #ibrahim sözünün yaxın mənalı sözlər #ibrahim sözünün əks mənası #ibrahim sözünün etimologiyası #ibrahim sözünün orfoqrafiyası #ibrahim rusca #ibrahim inglisça #ibrahim fransızca #ibrahim sözünün istifadəsi #sözlük