1848-ci ildəki inqilablar
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur.
İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi.
İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühüm rol oynadı.
== Başlanğıcı ==
İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.