Henle ilgəyi
Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək.
Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır.
== İstinadlar ==
== Mənbələr ==
Prof.