İlklərin şəhəri
İlklərin şəhəri və ya pionerlər (öncülər) şəhəri (fars. شهر اولینها) — Təbriz şəhərinin qeyri-rəsmi ləqəbidir. Ləqəb İranda baş verən ilklərin bir çoxunun burada baş verməsinə və Təbriz şəhərinin İranın müasirləşməsinə verdiyi töhfələrinə görə verilmişdir.
Çap sənayesi: İlk çap binasının əsasə Şahzadə Abbas Mirzə tərəfindən Təbriz şəhərində qoyulmuşdur. Bu hadisədən 12 il keçdikdən sonra Tehran şəhərində nəşriyyat açılmışdır.
Kitabxana: Tərbiyət kitabxanası İranda yaradılmış ilk ictimai kitabxanadır. 1921-ci ildə Məhəmməd Əli Tərbiyət tərəfindən yaradılmışdır.
Qonaq evi və ya hotel: Təbriz İranda modern hotellərin və qonaq evlərinin tikildiyi ilk şəhərdir.
Kinoteatr: İranda ilk ictimai kinoteatr 1900-cı ildə Təbriz şəhərində açılmışdır.
Məktəb: Yeni üsulla tədris aparan ilk məktəb 1893-cü ildə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində yaradılmışdır.