imperiyasında sözü azərbaycan dilində

imperiyasında

Yazılış

  • imperiyasında • 65.4851%
  • İmperiyasında • 34.5149%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bizans imperiyasında din
Şərqi Roma İmperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans İmperiyasında — rəsmi din. == Tarixi == Bizans Avropa tarixində, eləcə də bütün dünyada xristian mədəniyyətinin beşiyi sayılır. Xristianlığın təsdiqlənməsi, ortodoksal pravoslav nümunəsi üzrə tamamlanmış klassik forma əldə etməsi məhz Bizansda baş verdi. Bizans mədəniyyətinin xüsusiyyətlərini və xarakter cizgilərini müəyyənləşdirən həlledici amil məhz xristianlıq oldu. Təsadüfi deyil ki, orta əsrlər mədəniyyətinin mühüm hadisələrindən biri, bəlkə də ən başlıcası xristianlığın yayılmasıdır. I əsrdə Roma imperiyasının uzaq əyalətlərinin birində – İudeydə yaranmış xristianlıq belə bir rəvayətlə bağlı idi ki, Yer üzündə insan qiyafəsində adı İsa olan bir allah yaşayıb. I əsrdə Fələstində doğulmuş İsa peyğəmbər oba-oba gəzərək öyrədirdi ki, tezliklə allah ədaləti bərqərar edəcək. O, suyu çaxıra çevirir, ölüləlri dirildir və digər möcuzələr edirmiş. Romalıların onu çarmıxa çəkmələrinə baxmayaraq 3 gündən sonra dirilən peyğəmbər göylərə qalxaraq yenidən qayıdacağını, həm diriləri, həm də ölüləri mühakimə edəcəyini bildirdi.
Osmanlı imperiyasında mətbuat
Osmanlı imperiyasında çox sayda qəzet və jurnallar nəşr olunurdu. Qəzet və jurnalların nəşri Osmanlı imperiyasında mətbuat mədəniyyətinin yayılmasına səbəb oldu. Osmanlı imperiyasında nəşr edilən ilk qəzet 1795-ci ildə Bəyoğluda Fransa səfiri Verninak-Sen-Maur tərəfindən təsis edilmişdir. Qəzet 1796-cı ilin martına qədər Bulletin de Nouvelles adı altında nəşr olundu. Qəzet Gazette française de Constantinople adı altında 1796-cı ilin sentyabrından 1797-ci ilin mayına qədər, 1797-ci ilin may-iyul ayları arasında isə Mercure Oriental adı altında nəşr olundu. Qəzetin əsas məqsədi İstanbulda yaşayan əcnəbi vətəndaşlara 1789-cu il Böyük Fransa inqilabından sonra ölkənin siyasəti haqqında məlumatları çatdırmaq olub. Qəzetin əsas oxucu kütləsi Fransa vətəndaşları idi. Qəzet xarici və azsaylı auditoriyaya xitab etdiyi üçün yerli əhalinin diqqətini cəlb etmədi. İki ildən sonra qəzetin nəşri dayandırıldı. 26 noyabr 1800-cü ildə Misirdə nəşr olunan ilk ərəb qəzeti olan Əl-Tənbih (The Alert) general Jak-Fransua Menou tərəfindən təsis edilib.
Səfəvi imperiyasında qadınlar
Səfəvi imperiyasında (1501-1736) qadınlar — Səfəvi imperiyası zamanı cəmiyyətdə qadınların vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyasında qadınlar aid olduqları sosial statusdan asılı olaraq geniş hüquqlar və azadlıqlardan yararlana bilirdilər. Yuxarı sinfə məxsus olan qadınlar həm təhsildə, həm də siyasi baxımdan imperiya ərazisində aktiv idilər. Digər sosial siniflərdən olan qadınlar hətta əri belə olmadan səyahət edə bilmə kimi azadlıqlardan yararlanmaqla birlikdə, öz ailələrinin maliyyə vəziyyətini də idarə edirdilər. Cəmiyyətin bütün sferalarında qadınlarla qarşılaşmaq mümkün idi. Lakin I Abbasın 1629-cu ildə ölümündən sonra qadınların cəmiyyətdəki rolu azalmağa başladı və onlar ictimai nəzərdən uzaqlaşmağa başladılar. II Abbasın hakimiyyəti dövründə qadınlara qarşı məhdudiyyətlər tədbiq edildi. Bu hakimiyyət dövrü Səfəvi imperiyasında qadınlar üçün çətin mərhələ kimi dəyərləndirilir. Yuxarı sinfə məxsus olan qadınlar imperiya daxilində həm ictimai, həm də idarəetmə məsələlərində mühüm rol oynayırdılar. Onlar bir çox sferalarda olduğu kimi, imperiyanın siyasi məsələləri üzərində də söz haqqına sahib idilər.
Səfəvi imperiyasında xristianlıq
Səfəvi imperiyasında xristianlıq — Səfəvi imperiyası daxilində xristianların və xristianlığın vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyası çoxetnoslu və çoxdinli bir imperiya idi. XVII əsrdə imperiya ərazisində yaşayan xristianlar əsas olaraq 3 qrupa bölünməkdə idilər: Gürcü Pravoslav Kilsəsinə mənsub olan gürcülər. Erməni Həvari kilsəsinə mənsub olan ermənilər. Roma-Katolik kilsəsinə mənsub olanlar. Bura əsasən avropalı missionerlər və digər şəxslər, son dönəmdə katolikliyə keçənlər daxil idi. Bu son qeyd edilənlər əsasən ermənilər idi. Xristianlar əsasən imperiyanın xarici dövlətlərlə, xüsusən Avropa dövlətləri ilə ticarətlərində mühüm rol oynayırdılar. Bu ticarət fəaliyyətləri zamanı Avropa ilə yaranan tanışlıq sonradan onların imperiyanın diplomatik fəaliyyətlərinə də cəlb olunmalarına yol açdı. Həmçinin I Abbasın hakimiyyəti dövründən etibarən xristianlardan müsəlmanlığı qəbul edənlər imperiyanın müxtəlif dövlət vəzifələrində də yüksəlmə imkanı əldə etdilər.
Osmanlı imperiyasında təhsil
Osmanlı İmperiyasında təhsil — İslam təhsil sisteminin əsasını təşkil edən mədrəsə Osmanlı dövründə təhsil sisteminin əsasına çevrilmiş və Osmanlı İmperiyasına uyğun şəkildə inkişaf etmişdir. Mədrəsə ibtidai məktəbindən sonra orta, lisey, ali məktəb və universitet təhsili verən təhsil müəssisəsidir və İslam kimliyinə görə yalnız müsəlmanların təhsil aldığı bir təhsil müəssisəsi idi. İmperatorluq hüdudlarında müsəlmanların təhsili İslam dininin müddəalarına uyğun olaraq üləma adlı dini qrup tərəfindən idarə olunurdu. Qərb tipli təhsil sisteminin qurulmasından əvvəl, məmur yetişdirmək üçün Acemi Oğlan Ocağı və Enderun Məktəbi ; Mülki əhalinin təhsili üçün Sıbyan məktəbləri və mədrəsələri yaradıldı. İlk mədrəsə 1331-ci ildə qurulan İznik Orhaniyyə mədrəsəsi idi.
Səfəvilər imperiyasında yezuitlər
Səfəvilər imperiyasında yezuitlər — Səfəvilər imperiyasında mövcud olmuş Yezuit Ordeni. XVI əsrdə İran körfəzinə çatan ilk Avropa missionerləri xristian Yezuit Ordeni idi. Hindistanın Qoa şəhərində tezuit missiyasının qurucusu Fransisk Ksaveri Hollandiya Respublikasından olan Qaspar Barzeusu rəhbər seçmişdi. Bərzeus 1549-cu ildə Hörmüz adasına gəlmiş və gələn ili çoxlu hesabatlar yazmaqla keçirmişdir. O və əsgərləri adada olarkən Hörmüzün açıq dini mühitindən faydalanaraq sərbəst fəaliyyət göstərirdilər. Adanın nominal hökmdarı Turanşah da daxil olmaqla, bir çox müsəlman Barzeus tərəfindən vəftiz olunmuşdur. Hindistana gedərkən Hörmüzdən keçən Səfəvi diplomatının qızı və həyat yoldaşı da daxil olmaqla, bir neçə tanınmış şəxs də onun səyi nəticəsində xristianlığa keçmişdir. O, həmçinin məscidləri kilsəyə çevirməyə və yəhudilərin Hörmüzdə qalmasını qadağan etməyə cəhd göstərmişdir. Buna görə də hakim Səfəvi şahı I Təhmasibin (hak. 1524–1576) və yerli əhalinin qəzəbinə məruz qalmışdır.
Roma imperiyasında xristianların təqibi
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən, daimi xarakter daşımayan və adətən lokal xarakterli təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı. Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir.
Rusiya İmperiyasında yəhudi kənd təsərrüfatı koloniyaları
Rusiya İmperiyasında yəhudi kənd təsərrüfatı koloniyaları (ivr. ‏ההתיישבות היהודית החקלאית בדרום אוקראינה‏‎; rus. Еврейские земледельческие колонии в Российской империи) — Rusiya imperiyasının müxtəlif quberniya və əyalətlərində yaradılmış, yaradılmağa cəhd edilmiş etnik yəhudi təsərrüfat gettoları və ya yəhudi kənd təsərrüfatı koloniyaları. Digər etnik millətlərə nəzərən kənd təsərrüfatı sahəsində əhəmiyyətli uğurlar və bol məhsul əldə edən yəhudilərin imperiya boyunca müxtəlif təsərrüfat koloniyalarının yaradılması Rusiya imperiyasının XIX əsrin 40-cı illərindən etibarən əsas daxili siyasətlərindən biri olmuşdur. İlk dəfə 1806-cı ildə Rusiya imperiyasının Xerson quberniyasında yaradılmış kənd təsərrüfatı ilə məşğul olan yəhudilərin yaşadığı məskənlər. Yəhudilərin özlərinə məxsus koloniyalarda yaşaması üçün Rusiya imperiyasında 1804-cü ilin 9 dekabr tarixində xüsusi fərman qəbul edilmişdir. Həmin fərmana görə yaradılması nəzərdə tutulan yaşayış məskənlərində yəhudilər üçün müxtəlif güzəştlər nəzərdə tutulmuşdu. Vergilərin azadılması, torpaq qiymətlərinin aşağı salınması və yəhudilər üçün stabil saxlanılması, Rusiya imperiyası daxilində hərbi xidmətdən azad olma kimi güzəştlər kənd təsərrüfatı ilə məşğul olan yəhudilər üçün nəzərdə tutulmuşdu. Rusiya imperiyasının 1827-ci ildən etibarən ardıcıl olaraq müxtəlif dünya dövlətləri ilə müharibələrə girməsi səbəbindən yəhudilər üçün nəzərdə tutulmuş həqiqi hərbi xidmət keçməməklə bağlı imtiyaz həmin ildən etibarən ləğv edilmişdir. Yeni Rusiya və Qərbi Kraydakı digər koloniyalar da zamanla sözügedən imtiyazlara qoşulmuşdular.
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı (ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration) — Səfəvi imperiyasının tarixi barədə yazılmış elmi əsər nəzərdə tutulur. Kitab Mage Publishers tərəfindən Uillem Floorun müəllifliyində və tərcüməçiliyində hazırlanmışdır. Əsərin əsaslandığı tarxi əsərin müəllifi isə Mirzə Nağı Nasiridir. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin müəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.

Oxşar sözlər

#imperiyasında nədir? #imperiyasında sözünün mənası #imperiyasında nə deməkdir? #imperiyasında sözünün izahı #imperiyasında sözünün yazılışı #imperiyasında necə yazılır? #imperiyasında sözünün düzgün yazılışı #imperiyasında leksik mənası #imperiyasında sözünün sinonimi #imperiyasında sözünün yaxın mənalı sözlər #imperiyasında sözünün əks mənası #imperiyasında sözünün etimologiyası #imperiyasında sözünün orfoqrafiyası #imperiyasında rusca #imperiyasında inglisça #imperiyasında fransızca #imperiyasında sözünün istifadəsi #sözlük