imperiyasının sözü azərbaycan dilində

imperiyasının

Yazılış

  • imperiyasının • 88.3103%
  • İmperiyasının • 11.6169%
  • İMPERİYASININ • 0.0728%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Osmanlı imperiyasının tarixi
Osmanlı imperiyasının tarixi — Osmanlı imperiyası I Osman tərəfindən yaradılmışdır.
Osmanlı imperiyasının yüksəlişi
Osmanlı Dövləti Yüksəlmə Dövrü — II Muradın (1421–1444, 1446–1451) ölümündən sonra yerinə oğlu Fateh Sultan Məmməd (II. Məmməd) (1444–1446, 1451–1481) padşah olduğunda, artıq Osmanlı Dövləti, Pasinler müharibəsinin bütün sarsıntılarını sovuşdurmuş və quruluş dövrünü tamamlamış bir imperiya olaraq dünya Thumbnail yerini almağa hazır idi. 1451'de II. Məmməd, atalarının bir çox dəfə girişip də bilmədikləri İstanbulu almaq işini düşünə biləcək və bunu reallaşdıra qədər özünü güclü hiss edirdi. en:wikipe Finkel, Caroline, Osman's Dream, Basic Books, 2004. Culture de l'Empire ottoman : la vie dans l'Empire ottoman et son influence sur l'Occident, l'Afrique et l'Asie.
Osmanlı İmperiyasının Ordusu
Osmanlı ordusu (osman. اردوي همايون) — Osmanlı imperiyasının rəsmi ordusu. Osmanlı ordusunun tarixi iki əsas dövrə bölünür. Klassik dövr adlanan birinci dövr dövlətin yarandığı 1299-cu ildən XIX əsrin əvvələrinə qədər davam etmişdir. Bu dövrdə əsasən müxtəlif tipli hərbi islahatlar keçirilmişdir. İkinci dövr isə müasir dövr adlanır və bu dövrdə Osmanlı ordusu quru qoşunları, donanma və hava qüvvələri olmaqla üç yerə bölünür. Osmanlı imperiyasının ordusunun formalaşması zamanı Rum sultanlığı, Elxanilər dövləti və Məmlük dövlətində istifadə olunan hərbi sistemlərdən istifadə olunmuşdur. Osmanlı ordusunda ordu başçısı xaqan adlandırıdı. Piyada və atlılardan təşkil olunmuş hərbi birləşmələr, zamanla müsəllam qoşun növünün tərkibinə qatılmışdır. 1299-cu ildə dövlət yaranarkən Osmanlının paşalarından olan Ələddin Paşa və Qadı Cəndərəli Qara Xəlilin rəhbərliyi ilə türk gənclərindən təşkil olunmuş, hər biri min nəfərlik, iki ordu birləşməsini yaradıldı.
Rusiya imperiyasının himni
Боже, царя храни! Сильный, державный, Царствуй на славу нам, Царствуй на страх врагам, Царь православный. Боже, царя храни! Боже, Царя храни! Славному долги дни Дай на земли! Гордых смирителю: Слабых хранителю, Всех утешителю — Все ниспошли! Перводержавную Русь Православную Боже, храни! Царство ей стройное, В силе спокойное, - Все ж недостойное, Прочь отжени! О, провидение, Благословение Нам ниспошли! К благу стремление, В счастье смирение, В скорби терпение Дай на земли!
Osmanlı imperiyasının bayraqları
Osmanlı imperiyasının bayraqları — Osmanlı imperiyasının mövcudiyyəti boyunca istifadə etdiyi müxtəlif bayraqlar. Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi müəyyən bayrağı yoxdur. Sultanların suvernelik əlamətləri olaraq müxtəlif tuğ, tuğra və sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir. Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774) dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim (1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq rəsmi Osmanlı bayrağı edildi. Bu bayraq hələ də Türkiyə Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın geometric xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə hüququ baxımdan standartlaşdırılmışdır.
Osmanlı İmperiyasının demoqrafiyası
Bu məqalə Osmanlı İmperatorluğunun əhali sıxlığı, etnik qrupları, təhsil səviyyəsi, dini mənsubiyyəti və əhalinin digər aspektlərini özündə əks etdirən demoqrafik göstəricidir. Osmanlı İmperiyasında siyahıyaalma XIX əsrdə başlamışdır. Əvvəlki dövrlər üçün əhalinin sayı və p paylanması müşahidə olunan demoqrafik nümunələrə əsasən qiymətləndirilir. Əhalinin XVIII əsrdə XVIəsrə nisbətən az olmasının səbəbi məlum deyildir. Lakin XIX əsrin əvvəllərindən əhalinin sayı artmağa başladı: imperiyanın Avropa əyalətlərində (əsasən Balkanlarda ) təxminən 10 milyon, Asiya əyalətlərində 11 milyon və Afrika əyalətlərində təxminən 3 milyon olmaqla, ümumi əhalisi sayı 25-32 milyona çatmışdır. 1900-cü illərdə 18,5 milyon ilə 1800-cü illərə yaxın bir əhali sayı mövcud idi. Bu dövrdə imperiyanın sərhədləri 3 milyon kvadrat kilometrdən 1 milyon kvadrat kilometrə qədər azaldı. Bu o deməkdir ki, əhali iki dəfə artıb və buna görə də əhalinin sıxlığı artıb. Epidemiyalar və qıtlıqlar əhəmiyyətli pozulmalara və demoqrafik dəyişikliklərə səbəb oldu. 1785-ci ildə Misir əhalisinin təxminən on altıda biri vəbadan öldü və 18-ci əsrdə.19-cu əsrdə Hələbin əhalisi 20% azalıb.
Osmanlı imperiyasının bölünməsi
Osmanlı imperiyasının bölünməsi (türk. Osmanlı İmparatorluğu'nun parçalanması, 30 oktyabr 1918-ci il — 1 noyabr 1922-ci il) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının bu münaqişədə məğlub olması və hələ bu hadisədən əvvəl başlayan süqutu nəticəsində, əvvəllər türklərin hakimiyyəti altında olan böyük ərazilər və xalqlar konqlomeratının meydana çıxması nəticəsində baş vermiş siyasi hadisə. İmperiya bu siyasi hadisələr zamanı bir neçə yeni dövlət və ərazilərə bölündü. Osmanlı imperiyasının bölünməsi bu dövlətin müharibəyə girdiyi ilk günlərdən Türkiyəyə qarşı çıxan qüvvələr tərəfindən nəzərdə tutulmuşdu. Baxmayaraq ki, Osmanlı imperiyası ilə döyüşən Antanta dövlətləri bu ərazidə müharibədən sonrakı məqsədlərində çoxlu ziddiyyətlər var idi. Onlar Osmanlı imperiyasının bölüşdürülməsi ilə əlaqədar öz aralarında bir neçə ikili və üçlü müqavilələr bağlamışdı. 1918-ci ilin noyabrında İstanbul Antanta qüvvələri tərəfindən işğal edildikdən sonra Osmanlı hökuməti 1920-ci ildə Sevr müqaviləsini imzaladı. Bununla belə, Türkiyənin İstiqlaliyyət müharibəsi müttəfiqləri müqavilə ratifikasiya olunmamışdan əvvəl yenidən danışıqlar masasına oturmağa məcbur etdi. Müttəfiqlər və Türkiyə Böyük Millət Məclisi 1923-cü ildə əksər ərazi məsələlərini həll edən Sevr müqaviləsini əvəz edən yeni Lozanna müqaviləsini imzalayıb ratifikasiya etdilər. Həll olunmamış məsələlərdən biri də Mosul mübahisəsinin sonradan Millətlər İttifaqının iştirakı ilə həll edilməsidir.
Qazaxıstan Rusiya imperiyasının tərkibində
Qazaxıstanın rus müstəmləkəçiliyi 1731-ci ildə Rusiyanın Gənc Kiçik Xan Əbülxairi ilhaq etməsi ilə başladı. Bu proses 130 ildən çox davam etdi və 1960-cı illərin ortalarında başa çatdı. 1731-1860-cı illərdə Qazaxıstan Rusiyaya, yalnız formal olaraq tabe idi, qəbilə və qəbilələrin hökmdarları müstəqil bir siyasət yürüdürdülər. Çar hökuməti xalq üsyanlarını vəhşicəsinə yatırsa da, ölkənin daxili işlərinə qarışmırdı (məhkəmə, qəbilələrarası məsələlər). Nüfuzlu insanlara və qəbilə rəhbərlərinə maaş və rütbələr verməklə, inzibati islahatlar aparmaqla və yerinə yetirməyənləri cəzalandırmaqla hakimiyyətini gücləndirdi. 1822 "Sibir qazaxlarının nizamnaməsi", 1824 "Orenburq Qazaxlarının Nizamnaməsi" Qazaxıstan torpaqlarının idarəetmə qaydasını müəyyənləşdirdi. Bu qanunlara görə Orta və Kiçik Juz xanlıqları ləğv edildi. Kiçik Juz xanlığını Rusiyadakına bənzər bir inzibati sistem əvəzlədi. Orta Juzda "böyük sultan" ın hakim vəzifəsi gətirildi. Daxili rayonlar yaradıldı.
Rusiya İmperiyasının Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti 11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı 1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.
Rusiya İmperiyasının Ərzurum vilayəti
Ərzurum vilayəti (rus. Эрзерумская область) — Şərqi Anadoluda, 1878–ci ildə Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati vahid. 1878-ci ilin əvvəlində Osmanlı İmperiyasının keçmiş Ərzurum vilayətinin rus ordusu tərəfindən tutulmuş hissələrində Ərzurum vilayəti (rus. Эрзурумский область) təşkil edildi. Bundan qısa müddət sonra dairə rəislərinə mümkün qədər dəqiq olmaqla tüstü və təxmini əhali sayı göstərilməklə vilayətdəki yaşayış məntəqələrinin siyahılarının tərtib edilməsi əmri verildi. Siyahılar kənd müdirlərinin və şəhər muxtarlarının nəqli əsasında tərtib edilirdi. 1878-ci ilin may ayının 13-nə çatdırılan siyahılar yekun işlənilmə üçün erməni əsilli ermənişünas tarixçi Aleksandr Eritsova verildi. Eritsov tərəfindən yaşayış yerlərinin adlarının düzgün transkipsiyası bərpa edilməyə çalışılmış, hesablanan yekunlar dəqiqləşdirilmiş, siyahıya izah və əlavələr daxil edilmişdir. VI. Приложенія. 2) Списокь населенныхь пунктовь бывшей Эрзерумской области, находившейся во временномь управленіи Россіи, составленный А. Д. Ерицовымь, стр.
Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi
Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir. 1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi. Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu.
Qərbi Roma İmperiyasının süqutu
Qərbi Roma İmperiyasının süqutu (Roma İmperiyasının süqutu, Romanın süqutu) — Qərbi Roma İmperiyasının uzun sürən tənəzzül prosesi. Bunun nəticəsində dövlət öz geniş ərazisini idarə edə bilməmiş və mövcudluğunu dayandırmışdır. 455-ci ildə Roma vandallar tərəfindən tutuldu və 476-cı il sentyabrın 4-də federatların lideri Odoakr Qərbi Roma İmperiyasının sonuncu imperatoru Romul Avqustu devirdi . Beləliklə, çoxəsrlik qədim Roma dövləti süqut etdi və Roma tarixində antik dövr başa çatdı.
Səfəvi imperiyasının sədrlərinin siyahısı
Səfəvi imperiyasının sədrlərinin siyahısı - I Şah İsmayıl öz dövlət təşkilatında ondan əvvəl bölgədə hakim olan Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış, onların dövlət təşkilatı və divan sisteminə bənzər bir təşkilat yaratmışdır. Sədr vəzifəsi də Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir ki, biz bədənin bu hissəsinə qəlb deyirik. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi «sədrneşin», yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan «sidr» ağası kimi, ya da məclisdə başda oturan mənasını anladır. Sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İsgəndər bəy Münşi “Tarix-i Aləmara-yi Abbasi” əsərində Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini göstərirdi:"Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni onların mənafeyini müdafiə etməlidirlər); vəqfləri (övqaf) idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər. Oqtay Əfəndiyev Səfəvi dövlətində sədr vəzifəsinin öhdəliklərinə belə izah verir: “Sədr - funksiyası dövlətin dini siyasətinin həyata keçirilməsinə başçılıq etməkdən ibarət olan yüksək saray vəzifəsi.” Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani) olmuşdur. Səfəvi imperiyasında sədr vəzifəsini icra etmiş şəxslərin siyahısı aşağıdakı kimidir Əfəndiyev, Oqtay.
Rusiya imperiyasının Krımı ilhaq etməsi
Rusiya imperiyasının Krımı ilhaqı — əvvəllər Krım xanlığına bağlı yarımada olan Krım 19 aprel 1783-cü il tarixində Rus imperiyası tərəfindən ilhaq edilməsi hadisəsi nəzərdə tutulur. İlhaqdan əvvəlki müddətdə rus imperiyası Krımın daxili işlərinə müdaxilələr edərkən, Krımın bağlı olduğu Osmanlı imperiyası Krım ilə yetərincə maraqlanmamaqda idi. İlhaqdan sonra tam 134 il boyunca rus imperiyası tərəfindən idarə edilən Krımdakı rus hakimiyyəti 1917-ci il iqilabından sonra qısaömürlü Krım Xalq Cümhuriyyətinin elan edilməsiylə sonlandı. Rusiya Vətəndaş müharibəsi dövründə tez-tez əl dəyişdirən Krım 1921-ci ildən 1954-cü ilə qədər Rusiya Sovet Federativ Sosialist Respublikasının, daha sonra isə Ukrayna Sovet Sosialist Respublikasının və 1991-ci ildə müstəqilliyini qazanan Ukraynanın hakimiyyəti altında qaldı. 2014-cü ildə Rusiya tərəfindən yenidən ilhaq edilən Krımın son ilhaqı isə hələ beynəlxalq arenada rəsmi olaraq tanınmamaqdadır. Krımın Qara dənizin kənarında olması, yanında Qafqaza gedən yolun olması ruslar üçün yarımadanı strateji baxımdan önəmli hala gətirməkdə idi. Osmanlı imperiyası isə bu təhlükənin fərqinə XVIII əsrin sonlarında başa düşdü. Rusiyanın Qara dəniz sahillərini əlinə keçirərək isti sulara çatma məqsədi üçün etdiyi müharibələrdən biri olan 1735–1739 Osmanlı-Rus-Avstriya müharibəsi nəticəsində imzalanan Belqrad müqaviləsi ilə ruslar Krımı müharibə yolu ilə ala bilməyəcəklərini başa düşərək sərhədlərini genişlətmə məsələsində strateji dəyişikliklərə getdilər. Krım xanlığının daxili işlərində qarışıqlıqlar çıxarmaq sürətiylə xanlığı içdən zəiflətmək və Osmanlı imperiyasının da zəif olduğu anda buranı almağı planlayan ruslar bu məqsədlə 1740-cı ildə Krım ilə əlaqələri nizamlamaq üçün Kiyevə vali təyin etdilər və Krıma da konsul təyin etdilər. Təyin edilən konsul Krımın sosial, siyasi və iqtisadi vəziyyətini, yarımadanın topoqrafik və strateji strukturunu, xalqın və Krımın hakim elitasının adət və ənənələri kimi xüsusiyyətlərini müntəzəm olaraq Rusiyaya bildirdi.
Səfəvi imperiyasının Bağdad hakimlərinin siyahısı
Səfəvi imperiyasının Bağdad hakimlərinin siyahısı — Bağdad şəhəri Səfəvi imperiyası hakimiyyəti altında olarkən oraya hakim olaraq təyin edilmiş şəxslərin siyahısı nəzərdə tutulur. Bağdad iki dəfə Səfəvi hakimiyyəti altında olmuşdur. İlk mərhələdə 1508-ci ildə başlayan Səfəvi hakimiyyəti 1534-cü ilə qədər davam etmiş və bu ildə şəhər Osmanlı imperiyası tərəfindən ələ keçirilmişdir. Səfəvi hakimiyyətinin ikinci mərhələsi isə 1623-cü ildə başlamış və 1638-ci ilə qədər davam etmişdir. Siyahı: Bağdadın tutulması (1624) Bağdadın işğalı (1534) Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East. Springer. 2014. ISBN 978-1137495068. Maeda, Hirotake.
Səfəvi imperiyasının Birinci Sunja yürüşü
Səfəvi imperiyasının I Sunja yürüşü - 1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi çərçivəsində baş vermiş hərbi toqquşma. Rusiyanın Şimali Qafqazda tədirəcən möhkəmlənməsi Səfəvi imperiyasının narahatlığına səbəb olurdu. Xüsusən rusların Şimali Qafqazda Səfəvi nüfuz dairələrinə yaxın hesab edilən yerlərdə istehkamlar tikməsi Səfəvi imperiyasını qəti addımlar atmağa sövq etdi. Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı. Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi. Bu gərginliklər də 1651-1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi. Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı.
Səfəvi imperiyasının Kirman hakimlərinin siyahısı
Səfəvi imperiyasının Kerman hakimlərinin siyahısı — Kerman bölgəsi Səfəvi imperiyası hakimiyyəti altında olarkən oraya hakim olaraq təyin edilmiş şəxslərin siyahısı nəzərdə tutulur. Bölgə 1501-ci ildə Səfəvi dövləti yaradıldıqdan bir neçə il sonra ona birləşdirilmiş və dövlətin süqutuna qədər onun tərkibində qalmışdır. Siyahı: Səfəvi imperiyası Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Rudi Matthee. KERMAN vii.
Səfəvi imperiyasının ordusu
Səfəvi imperiyasının ordusu — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvi dövlətinin ordusu. Səfəvi imperiyasının ordusunun təməli dövlətin yaradılmasından daha əvvəlki dövrdə qoyulmuşdur. Səfəvi ordeni zamanından mövcud olan müəyyən ordu sistemi dövlətin yaradılması uğrunda mübarizənin başladılması, dövlətin yaradılması, möhkəmlənməsi, genişlənməsi ilə paralel formada təkmilləşmişdir. Səfəvi ordusunda əsaslı islahat Şah I Abbasın adı ilə bağlıdır. Onun ordudakı islahatlarının əsas məqsədi qızılbaş əmirlərinin özbaşınalıqlarının qarşını almaq, vahid mərkəzdən idarə olunan güclü ordu yaratmaq və itirilmiş torpaqları geri qaytarmaq idi. Səfəvi ordusunun əsasını imperiyanın ilk şahı I İsmayıl (1501–1524) qoymuşdur. Bu prosesin əsası 1500-cü ildə, yəni Gilanda bir bölgə olan Lahicanda gizlənən İsmayılın artıq açıq fəaliyyətə başlamaq qərarına gəlməsi ilə qoyulmuşdur. Azərbaycana gedərkən ordu toplamış və Rəştə çatdığı zaman 450, Taroma çatdığı zaman isə 1500 döyüşçüsü olmuşdur. Yaydan etibarən artıq İsmayılın ətrafında 7 mindən artıq döyüşçü toplanmışdı. Bu ordunun demək olar ki, hamısı türk tayfalarından ibarət idi.
Tibet imperiyasının xronologiyası
Bu, Tibet imperiyasının VI əsrdən IX əsrə qədər olan tarixinin xronologiyasıdır.
Əfşar imperiyasının parçalanması
Əfşar imperiyasının parçalanması — Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsdlə öldürülməsindən sonra onun qardaşı oğlu Əliqulu xan (sui-qəsdi təşkil edənlərdən biri) taxt-tacı ələ keçirərək özünü Adil adı altında şah elan etdi. O, Nadir şahın bütün oğlanları və nəvələrinin edam edilməsi əmrini verdi, bircə istisna kimi isə Rzaqulu Mirzənin oğlu 13 yaşlı Şahrux sağ saxlanıldı. Bu əsnada, Nadir şahın keçmiş xəzinədarı Əhməd şah Dürrani müstəqilliyini elan edərək Dürranilər imperiyasını yaratdı. Bundan sonrakı proseslərdə imperiyanın şərq torpaqları tədricən itirildi və hal-hazırda Dürranilər imperiyasının varisi olan Əfqanıstanın bir parçası halına gəldi. Osmanlı imperiyası qarışıqlıqdan yararlanaraq əvvəlki dövrlərdə Şərqi Anadolu və Mesopotamiyada Nadir şaha itirdiyi torpaqları geri qaytardı. Şimaldakı bölgələr isə fərqli tale yaşadılar. 1744-cü ildə Nadir şah tərəfindən sadiq xidmətlərinə görə müvafiq olaraq Kaxetiyanın vəKartlinin kralı edilən II İrakli və II Teymuraz qarışıqlıqdan yararlanaraq öz müstəqilliklərini elan etdilər. II İraklı II Teymurazın ölümündən sonra Kartli taxtına da sahib çıxdı və iki krallığı Kartli-Kaxetiya krallığı altında birləşdirdi. Bu, üç əsrdən sonra ilk dəfə indiki şərqi Gürcüstanın birləşdirilməsi demək idi. Dövlətin mərkəzində tədricən qarışıqlığın durmadan artmasına görə o, Zəndlər dövründə də faktiki müstəqillik səviyyəsində olan muxtariyyətini qorumağa nail oldu.
Azərbaycan Sasanilər imperiyasının tərkibində
Atropatena (Pəhləvi dili: Ādurbādāgān/Āδarbāyagān) — e․ə․IV əsrdə yaranmış qədim Azərbaycan dövləti․ Paytaxtı Qazaka idi․ == Midiya satraplığı == Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti (e.ə.336-e.ə.330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Bu əyalətə Azərbaycanın dövlət xadimi Atropat başçılıq edirdi. Mənbələrdə bu ada ilk dəfə e.ə.331-ci ildə təsadüf edilir. Eyni zamanda Atropatın Midiya ordusuna ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var. Atropat yeganə Əhəməni satrapı idi ki, İsgəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu dövlətlərin idarəsini də ona tapşırdı. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqil siyasət yürüdən bir dövlətə çevrildi. == Sasanilər dövləti == III əsrin əvvəllərində Fars vilayətinin hakimi Ərdəşir Parfiyanın şimalına doğru hərəkət etdi. Sonuncu Parfiya Hökmdarı V Arbatannın ordusu ilə farslar arasında 224-cü ilin aprelində Suzian gölü yaxınlığında həlledici döyüş oldu. Parfiyanın paytaxtı Ktesifon ələ keçirildi.
Azərbaycan Əhəmənilər imperiyasının tərkibində
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Səfəvi imperiyasının müdafiə divarları
Səfəvi imperiyasının müdafiə divarları dövlətin şəhərsalma, orduda odlu silahlardan istifadə olunma prinsiplərinə görə az sayda idi. Müdafiə tikililəri funskiyasını daha çox şəhər qalaları yerinə yetirməkdəydi. Bu qalalar şəhərə hücum olacağı təqdirdə müdafiəni düzgün təşkil etməyə xidmət etməklə birlikdə, şəhərdə yaşayanlar üçün sığınacaq funskiyasını yerinə yetirməsi üçün də nəzərdə tutulmuşdu. Səfəvi imperiyası dövrü onun idarə etdiyi ölkələrdə müdafiə tikililərinin sayının azaldığı dövrdür. Tarixçi Rudi Mattheeyə görə, bunun səbəbləri qismən mərkəzi müdafiə sistemi qavramının olmaması, yerli özünüidarə etmə sisteminin zəif inkişafı və bəzi nümunələrdə bərpa işlərinin zəif olması idi. Məsələn, I Abbas (1587-1629) dövləti mərkəzləşdirmək və güclü hakimiyyət qurmaq üçün iç bölgələrdəki istehkamların bir hissəsinin uçurulması əmrini də vermişdi. Bunu etməyinin səbəblərindən biri Osmanlı imperiyasının həmişə möhkəmləndirilmiş qalaya sahib şəhər və qəsəbələrə hücum edir kimi düşüncələr idi. Həmçinin ölkənin daxilində yerləşən və yerli hakimlər tərəfindən idarə olunan qalaların sökülməsi ilə onların mərkəzi hakimiyyətə qarşı mümkün üsyanların da müdafiə qabiliyyətlərini zəiflətmək idi. Bu dağıdılan qalaların ümumi xüsusiyyəti çox zaman xarici müdafiə xətlərində yerləşməmələri idi. Səfəvi imperiyasında müdafiə divarları ilə bağlı hesabatlar ziddiyyətlə və qeyri-müəyyəndir.
Əfşar imperiyasının hərbi donanması
Əfşar imperiyasının hərbi donanması — 1734-cü ildən etibarən Nadir xan (1736-cı ildən etibarən şah) dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Maskat sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi. Əfşarlara qədər dövlətdə hərbi donanma yaradılması üçün sonuncu cəhd 1718-ci ildə edilmişdi. Bu cəhd də Səfəvi şahının donanma yaratmaqda istəksiz olması səbəbindən baş tutmamışdı. Yaradılmasından sonra keçən 10 il ərzində Əfşar imperiyasının hərbi donanması uğurlu eksponsionist siyasət həyata keçirirdi. Bu donanma Maskatı və İran körfəzindəki bir çox adanı ələ keçirməyi bacarmış, lakin şimalda Osmanlı və Rusiya donanmaları ilə rəqabər aparmaqda uğursuz olmuşdu.
Əfşar imperiyasının hərbi sistemi
Əfşar imperiyasının hərbi sistemi — Əfşarların hərbi sistemlərinin kökü Səfəvilər dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı. Yerli sərkərdə olan və türkman Əfşar tayfasına mənsub Nadirqulu xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi və onlar indiki İranın şimal-şərqində fəaliyyət göstərirdilər. Nadirqulu özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatırdı. Tarixçi Maykl Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə, onun ən böyü üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir tərəfindən idarə olunması idi. Nadir şahın 1747-ci ildə öz sərkərdələrindən bir qrupunun əli ilə qətlə yetirildikdən sonra dövlət tədricən dağılmağa və on illər boyunca davam edəcək vətəndaş müharibəsinə sürüklənməyə başladı. Elə bu proseslərin başlaması ilə də Nadirin bir zamanların nə güclü ordusu hesab edilən ordusu da dağıldı. Ali hakimiyyəti ələ almaq üstündə Əfşarlardan bir çox mübarizə aparsa da, onlardan başqa da namizədlər çox idi. Ölkədəki ali hakimiyyətin bərpası isə yalnız Ağa Məhəmməd şah Qacarın dövründə bərpa edildi. Bu XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın uğurlu hərbi yürüşlərindən sonra mümkün oldu. Əfşar ordusu əsasən süvari birliklərə əsaslanan bir ordu idi.
Osmanlı İmperiyasının zirehli döyüş gəmilərinin siyahısı
Osmanlı İmperatorluğunun zirehli döyüş gəmiləri siyahısı — Osmanlı İmperiyasına aid olan və olması planlanan döyüş gəmiləri.Millətçi türklərin 1908-ci ildə Osmanlıda güc qazanmasından sonra İttihad və tərəqqi partiyası iqtidara gəldi; güclü bir Osmanlı Donanması hazırlamaq üçün planlara başlandı . 1910-ci ildə edilən Osmanlı Donanması keçid mərasimində ciddi əskiklik açıqca görülmüşdü.Girişilən zirehli gəmi inşa işləri Abdül Kadirdə olduğu kimi müvəffəqiyyətsizliklə nəticələnmişdi, bunun üçün Donanma Cəmiyyəti quruldu; yerli ianələr toplanması yolu ilə gəmi alışını hədəfləməktəydi. Bu səylərə baxmayaraq donanma pis vəziyyətdə qaldı. Donanmanın qeyri-kafiliyi, Birinci Balkan müharibəsinda qəti olaraq görüldü. Bu döyüşdə Osmanlı Donanması, Yunan Donanması tərəfindən İmroz və Mondros Dəniz Müharibəsində iki dəfə məğlubiyyətə uğradıldı. Balkan müharibələrinin bitməsinin ardından, donanma mövzusunda Osmanlı İmperatorluğu ilə Yunanıstan Krallığı arasında bir yarış başladı. Donanmanın müvafiq hala gələ bilməsi üçün Donanma Cəmiyyətinin səyləri ilə Birləşmiş Krallıqdan Sultan I. Osman gəmisi və özü [[Reşadiye sinifi zirehli döyüş gəmiləri]]ndən iki gəmi daha sifariş edildi. Lakin Birləşmiş Krallıq, Birinci Dünya Müharibəsinin təhlükəsini səbəb göstərərək pulu verilmiş olan gəmiyə əl qoydu.Zırhlılardan Sultan I. Osman , HMS Agincourt ; Sultan Rəşad , HMS Erin adını aldı. Onların düzəltdikləri ianələr ilə bu döyüş gəmilərini maraqla gözləyən Osmanlı xalqı, gəmilərə əl qoyulduğunu eşidəndə qəzəbi alovlandı. Almaniya İmperiyası, bu hadisə üzərinə SMS Goeben müharibə kruvazörü ilə SMS Breaslau yüngül kruvazörünün Osmanlının paytaxtı İstanbula 1914-ci ildə göndərdi, iki döyüş gəmisi də Osmanlı Donanmasının mülkiyyətinə keçdi.
Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi
Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi — 1909-cu ildə devrilmiş Məhəmmədəli şah Qacarın tərəfdarları və əleyhdarları arasında İranda gedən vətəndaş müharibəsi zamanı Rusiya imperiyasının İranda yaşayan rus vətəndaşlarını və Rusiyanın İranla ticarətini qorumaq bəhanəsi ilə Qacar dövlətinin tərkibində olan Cənubi Azərbaycana hərbi müdaxiləsi. 1909-cu il aprelin 20-də general-mayor İ.Snarskinin başçılığı ilə rus ordusu rus konsullarını qorumaq üçün Təbrizi işğal edənə qədər Rusiya imperiyası Məhəmməd Əli şahı və onun avtoritar idarəetməsini dolayı yolla dəstəkləyirdi. Rusiya imperiyasının şaha dəstəyi silah göndərilməsi, kazak briqadasının komandiri polkovnik Vladimir Lyaxova borc pul verilməsi və konstitusiya hərəkatının liderlərə qarşı irimiqyaslı təbliğatın aparılması daxil idi. Bir il davam edən Təbriz üsyanı (1908-1909) zamanı Rusiya öz konsulluğunun təhlükəsizliyi ilə bağlı narahatlığını dəfələrlə dilə gətirirdi. Xarici işlər naziri Aleksandr İzvolski ilə baş nazir Hüseyn-Koli Nezam əl-Saltane Mafi arasında yazışmalarda rusların hərbi müdaxiləsi və Təbrizi ələ keçirməsi məsələsi dəfələrlə qaldırılmışdır. Bundan sonra iki il ərzində rus ordusu Xəzər dənizi ətrafındakı əraziləri işğal etməyə cəhd etdi. Ruslar Astara və Bəndər-Ənzəli şəhərlərini tutdular və hətta Məhəmmədəli şah Qacar devrildikdən sonra da rus sərkərdələri uğursuz yürüşlə onun monarxiyasını bərpa etməyə cəhd etdilər. Bununla belə, Rusiyanın təsiri Qacar ​​sarayında və bürokratiyada qaldı, Osmanlı imperiyasını təhdid etdi və I Dünya müharibəsində fars kampaniyasına səbəb oldu. 1905-1911-ci illərdə İranda Konstitusiya İnqilabı baş verdi. Zadəganlar, ruhanilər və ziyalıların etirazı nəticəsində Müzəffərəddin şah Qacar 1906-cı ilin oktyabrında konstitusiya qəbul etməyə və Məclis (parlament) yaratmağa məcbur oldu.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Səfəvi imperiyasının I Sunja yürüşü
Səfəvi imperiyasının Kerman hakimlərinin siyahısı
Səfəvi imperiyasının Kerman hakimlərinin siyahısı — Kerman bölgəsi Səfəvi imperiyası hakimiyyəti altında olarkən oraya hakim olaraq təyin edilmiş şəxslərin siyahısı nəzərdə tutulur. Bölgə 1501-ci ildə Səfəvi dövləti yaradıldıqdan bir neçə il sonra ona birləşdirilmiş və dövlətin süqutuna qədər onun tərkibində qalmışdır. Siyahı: Səfəvi imperiyası Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Rudi Matthee. KERMAN vii.
Səfəvi imperiyasının Luristan hakimlərinin siyahısı
Səfəvi imperiyasının Luristan hakimlərinin siyahısı — Səfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. Vilayət 1508-ci ildə Şah Rüstəm Abbasi dövründə Səfəvi hökmdarı Şah I İsmayıldan asılılığı qəbul etmişdir. 1578–1587-ci illər istisna olmaqla (bu illərdə vilayətin yerli hakimi Osmanlı imperiyası ilə ittifaqda olmuşdur), Səfəvi imperiyasının süqutuna qədər ona tabe olmuşdurlar. Siyahıda vilayəti və ya onun hissələrini idarə etdiyi bilinən şəxslər göstərilmişdir. Hakim və ya bəylərbəyi ifadələrinin hər ikisi də vilayət valilərini təsvir etmək üçün işlədilmişdir. Səfəvi Luristanı Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher.
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı — Qəndəhar mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Bu şəhərə sahib olan dövlət Hindistana gedən ticarət yollarından gələn böyük vergilərə də sahiblik edəcəkdi. Səfəvi imperiyası bu şəhəri ilk dəfə 1537-ci ildə I Təhmasibin dövründə ələ keçirdi, lakin növbəti əks-hücuma keçən Böyük Moğol imperiyası şəhəri geri qaytara bildi. Lakin Böyük Moğol imperiyası hökmdarı Hümayun hakimiyyətdən devrildikdən sonra şah I Təhmasibdən yardım istədi və Cənubi Azərbaycanın Sultaniyyə şəhərində baş tutmuş görüşdə razılığa gəlindi ki, taxta geri dönməsinə ediləcək hərbi yardımdan sonra Hümayun bunun qarşılığında şiəliyə keçəcək və Qəndəharı I Təhmasibin oğlu Murad Mirzənin xeyrinə güzəştə gedəcəkdi. Belə də oldu, lakin Murad Mirzənin qısa müddət sonra ölümü ilə bu şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrildi. 1545-ci ildə Osmanlı ilə Səfəvi imperiyası arasında olan müharibədən istifadə edən moğollar şəhəri ələ keçirirlər, Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı. 1590-cı illərdə Səfəvi imperiyasının pis vəziyyətindən yararlanan moğollar şəhəri yenidən ələ keçirdilər, 1620-ci illərin əvvəllərində isə Səfəvilər şəhəri yenidən geri qaytardılar. Bundan əvvəl isə, Şah I Abbas Qəndəharı mühasirəyə almış, lakin uğursuz olmuşdu. 1622-ci ildə yenidən Səfəvi imperiyası hakimiyyəti altına qayıdan şəhər 1638–ci ildə yenidən əl dəyişdirdi və bu hal 1649-cu ilə qədər davam etdi. Bu ildə II Abbas şəhəri uğurlu yürüşlə geri qaytardı və onun şəhərə yerləşdirdiyi qarnizon uğurla moğolların 3 mühasirəsini dəf etməyi bacardı.
Rusiya imperiyasının protektoratı altında olan erməni muxtariyyəti layihəsi
Rusiyanın tərkibində erməni muxtariyyəti (erm. Հայոց թագավորություն, rus. Армянская автономия в составе России) — Rusiya imperiyasının protektoratı altında Erməni muxtar çarlığının yaradılması haqqında layihə. Bu, erməni mənşəli nüfuzlu Rusiya subyektləri tərəfindən hazırlanmış və 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı imperator I Nikolaya təqdim edilmişdir. I Nikolay müharibədə qalib gəldikdən sonra Rusiyaya yeni birləşdirilmiş ərazilərin təşkilati-ərazi bölgüsü və idarəetmə sistemi planı hazırlanan dövrdə bu təklifi rədd etmişdir. Buna baxmayaraq, o, ermənilərin bəzi istəklərini təmin etmiş və Rusiya imperiyasının tərkibində Erməni vilayətinin yaradılmasını təsdiqləmişdir. Bu vilayət 1840-cı ilə qədər mövcud olmuşdur. Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsindən xeyli əvvəl erməni siyasi və mənəvi liderləri "torpaqlarını İran və Osmanlı hökmranlığından azad etmək" xahişləri ilə Rusiyaya dəfələrlə müraciət etmişdilər.. II Yekaterinanın Rusiya taxtına gəlməsi ilə erməni–Rusiya münasibətlərində xeyli canlanma baş vermiş, erməni və gürcü dünyəvi və mənəvi liderləri yenidən Rusiyadan himayəçilik planları ilə Rusiya rəhbərliyinə üz tutmağa başlamışdılar. İri erməni tacirləri, habelə 1760-cı və 1766-cı illərdə katolikozlar V Akop və I Simeon Rusiyanın protektoratlığı təklifləri ilə imperatriçaya müraciət etmişdilər.

Oxşar sözlər

#imperiyasının nədir? #imperiyasının sözünün mənası #imperiyasının nə deməkdir? #imperiyasının sözünün izahı #imperiyasının sözünün yazılışı #imperiyasının necə yazılır? #imperiyasının sözünün düzgün yazılışı #imperiyasının leksik mənası #imperiyasının sözünün sinonimi #imperiyasının sözünün yaxın mənalı sözlər #imperiyasının sözünün əks mənası #imperiyasının sözünün etimologiyası #imperiyasının sözünün orfoqrafiyası #imperiyasının rusca #imperiyasının inglisça #imperiyasının fransızca #imperiyasının sözünün istifadəsi #sözlük