incəsənəti sözü azərbaycan dilində

incəsənəti

Yazılış

  • incəsənəti • 86.9276%
  • İncəsənəti • 12.9189%
  • İNCƏSƏNƏTİ • 0.1535%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan incəsənəti
Gürcüstan incəsənəti — Gürcüstan mədəniyyətinin bir hissəsi. 1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı. Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi. Gürcü xalq rəssamı olan N. Pirosmanişvili Pikassonun ən sevimli rəssamlardan biri idi.
Hərb incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Mayya incəsənəti
Mayya incəsənəti — Mezoamerikan Mayya sivilizasiyasının incəsənəti. == Yaranması və xüsusiyyətləri == Mayyalılar sənət əsərlərini taxta və daş alətlərinin köməyi ilə yaradırdılar, dəmirdən yalnız eramızın 11-ci əsrində istifadə etməyə başlamışdılar, ancaq İspanların fəthi Mayyalılar arasında metal alətlərin yayılmasının qarşısını aldı. Hər Mayya krallığının özünəməxsus regional məktəbləri var idi. Bu məktəblər öz krallığında izlənilməsi tələb olunan tərz və incəsənət ənənələri yaradırdılar.. Mayya sənət əsərləri insanın qüdrəti və əhəmiyyəti barədə fikirləri əks etdirir. Bir çox sənət əsəri real həyatın xüsusiyyətlərini əks etdirməyə çalışırdı, canlı görüntülər yaradırdı. Təsviri sənət Mayya elitası tərəfindən ideoloji silah kimi istifadə olunurdu, Mayya allahlarının sonsuz güc sahibi olduqları iddia edilirdi. Əsərlərin çoxu padşahların və elitanın gücünü və böyüklüyünü öyərək, Mayya tanrılarının məhdudiyyətsiz gücə sahib olduğunu müdafiə edirdi. Mayya padşahları onları ucaltmaq məqsədi ilə müəyyən qaydalara uyğun olaraq təsvir edilirdi. Mayya sənəti klassik dövrdə özünün ən yüksək dövrünə çatdı.
Merovinq incəsənəti
Merovinq incəsənti — frankların kralı Xlodvisin xristianlığı qəbul etməsindən tutmuş Merovinqlər sülaləsinin sonuncu nümayəndəsi Çilderix İlin taxtdan endirilərək yerinə Karolinq sülaləsininilk hökümdarı Qısa Pepin gətirilməsinə qədər Qaulda inkişaf etmiş sənət və memarlığı ifadə edən termin == Memarlıq == Merovinqlər sülaləsindən günümüzə çox az struktur qalmışdır, lakin arxeoloji qazıntılarda xristianlığın ilk dövrü kilsələrindəki memarlıq üslubunun əksər kilsələrdə davam etdirildiyi anlaşılırdı. == Heykəl == Merovinqlər sülaləsi dövründə klassik üsluba uyğun mərmər sarkofaqları Akvitaniyadakı emalatxanalarda istehsal olunmağa davam etdi. Bu əsərlərin ən gözəlini özündə əks etdirən, Paris yaxınlığındakı Jouarre monastırındakı sarkofaqdan olan abbat Teodechildenin sarkofaqı nəfis şəkildə işlənmiş dəniz qabığı formaları ilə bəzədilib. Arxiyepiskop Aqilbertin (ö. 680) sarkofaqında "son hökm" səhnələri yenidən canlandırıldı. Bəzi sarkofaqlarda bir tərəfdən xristianlıqla bağlı səhnələr, digər tərəfdən isə alman mifologiyasından səhnələr yer alırdı. == Dekorativ sənətlər == Merovinq ornamental sənətinin ən uğurlu nümunələri arasında kral ailəsi üçün qızıldan düzəldilib daş-qaşla bəzədilmiş, daha əhəmiyyətli şəxslər üçün bürünc və ya dəmir büstqalterlər, tokalar, qılınc sapları və s. (hamısı ölülərlə birlikdə dəfn edildi), kilsələrdə qurbangahı bəzəmək üçün hazırlanmış xaçlar, qalıqlar, kitab qutuları, müxtəlif fincanlar və s. sayıla bilər. İrlandiya rahibləri tərəfindən qurulan bir çox monastırlarda (Fransada Lükseuil və Korbi monastırları; İsveçrədəki Sankt Qailen monastırı və s.) işıqlandırma sənətinin çox uğurlu nümunələri verilmişdir.
Müharibə incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Niderland incəsənəti
Niderland incəsənəti — orta əsrlərdə tarixi Niderland ərazisində inkişaf etmiş vahid rəssamlıq məktəbi. XVI əsr Niderland burjua inqilabı nəticəsində Niderland incəsənəti Hollandiya və Flamand rəssamlıq məktəblərinə ayrılmışdır. XV əsr Niderland intibahı boyakarlıq məktəbi (mehrab rəsmləri, portret və miniatürlər) Avropada ən məşhur rəssamlıq məktəbi olmuşdur. XV – XVI əsrlərdə şpaler sənəti, zərgərlik, tikmə, XVI əsrin sonundan isə krujeva hörmə sənəti inkişaf etmişdir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Roman incəsənəti
Roman incəsənəti – 1066-cı ildə normanların İngiltərəni fəth etməsi ilə başlayan XII əsrdə Qotik incəsənətin ortaya çıxmasına qədər davam edən incəsənət hərəkatı. İngiltərədə Norman üslubu, Avropada isə Roman üslubu olaraq adlandırılır. O dövrdə kilsələr və monastırlar ətrafdakı tək daş binalar idi. Böyük tavanın çəkisi divarların üzərində idi. Buna görə də, divarlar qalın və pəncərələr kiçik olurdu. Dörd divaraın üzərinə böyük tavan qoyulurdu. Buna görə Romanüslubuna "kobud" üslub deyilirdi. == Xüsusiyyətləri == Roman üslubu Roman memarlığından başqa dövrün sənət nümunələri olan həm heykəltəraşlıqda, həm də rəssamlıqda güclü üslub olaraq səciyyələnirdi. Zəburun bu dövrün ən zəngin bəzədilmiş əsərləri olan işıqlandırılmış əlyazmalarındakı səhnələrdə bu üslubun görüntülərini görmək olar. Sonuncu kilsələrdə ən çox yayılmış mövzular üçün Bizans ikonoqrafik modellərini izləməyə davam etdi, bunlar Məsihin Əlahəzrətində, Son Qiyamətdə və Məsihin Həyatından səhnələrində seçilir.
Rusiya incəsənəti
== Rus ikonası == Çoxsaylı daxili çəkişmələrə baxmayaraq qədim rus dövlətinin “Xüsusi xalq yığıncağı” quruluşu inkişaf edirdi. Knyazların nüfuzlarını yalnız döyüşlərdə deyil, həmçinin mənəvi sahədə göstərməsi ilə qədim rus mədəniyyətinin çiçəklənməsinə şərait yaratdı. Rus torpaqlarında XVI əsr milli özünü dərkin yüksəliş dövrü oldu. XVI əsrdə Rus kilsə ikonları ikonataslarda (pravoslav kilsəsində: ikonaların asıldığı divar) birləşdi. İlk öncə ikonatasın mərkəzi sırası- “Deisusnıy çin” seçilirdi. Yuxarı yaruslara “bayamarlar” , südverən Məryəmin və peyğəmbərlərin daxil idi. Aşağıda ikonostasın orta qapısında və onların kənarlarında blaqoveşşeniye (xristian bayramları ndan birinin adı), adlarına məbəd ithaf olunmuş yevangelist (incilin xəyali müəllifi) və müqəddəslərin təsvirləri yerləşdirildir. İkona müstəliqil əsər olub anca ansabl təşkil edirdilər. İkonaçı rəssamlar onların ansamblda dekorativ səsləşməsini nəzərə alırdılar. İkonastas Allahın hüzürunda olduğu ideyasını təəssüratını təcəssüm etdirdi.
Skif incəsənəti
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. == Tarixi == Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.
Səfəvi incəsənəti
Səfəvi dövrü incəsənəti — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti. Bu, kitab və memarlıq baxımından incəsənətin yüksək səviyyəsi idi; bu dövrdə həmçinin keramika, metal, şüşə və bağlar baxımından da diqqət çəkirdi. Səfəvilər dövründə Azərbaycanda məişət keramikası və kaşı məmulatı istehsalı inkişaf etmişdi. Keçmişdə memorial məqsəd dağıyan türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edirdi. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu. XVI əsrin ikinci yarısından Cənubi Azərbaycanda inkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi. == Tarixi kontekst == Səfəvi sülaləsinin hakimiyyətinin təməlləri XIV əsrin əvvəllərində yaradılmış Səfəviyyə ordeni ilə atılmışdı. Ordenin əsasını Şeyx Səfiəddin Ərdəbili qoymuş və ona öz adını vermişdi.
İntibah incəsənəti
İntibah sənətinin ilk təşəbbüsçüləri XIV əsrdə İtaliyada meydana gəlmişdi. Bu dövrün sənətçiləri Pyetro Kavallini (1259–1344), Simone Martini (1284–1344) və (ilk növbədə) Cotto (1267–1337) ənənəvi dini mövzularda kətan hazırlayarkən beynəlxalq qotik ənənəsindən başladılar, lakin yeni sənət üsullarından istifadə etməyə başladılar: mənzərəni arxa planda istifadə edərək şəkillərin daha real və canlı görünməsinə imkan verən üç ölçülü kompozisiya qurur. Bu, işlərini görüntü konvensiyaları ilə tamamlanan əvvəlki ikonoqrafik ənənədən kəskin şəkildə fərqləndirdi. İşlərini təyin etmək üçün Protointibah termini istifadə olunur. İtalyan sənəti tarixində müxtəlif əsrlərdə müvafiq terminlər yaranmışdır: duçento — 1200-е. İtal. ducento (iki yüz). Beynəlxalq qotika. treçento — 1300-е. İtal.
Norveç təsviri incəsənəti
Orta əsrlər incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
Qacar dövrü incəsənəti
Qacar dövrü incəsənəti — 1781-1925-ci illərdə mövcud olmuş Qacarlar dövlətinin incəsənəti. Ağa Məhəmməd şah Qacar və xələflərinin dövründə nisbi sülh şəraiti incəsənətin inkişafına səbəb olmuşdur. Məşhur Azərbaycan rəssamı Mirzə Qədim İrəvani bir çox əsərini bu üslubda çəkmişdir. 1988-ci ildə çəkilmiş "Aşıq Qərib" filmində Qacar miniatür məktəbi nümunələrindən istifadə edilmişdir.
Qafqaz Albaniyasının incəsənəti
Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərq incəsənəti ilə əlaqəli olan tarixi və regional incəsənətdir. Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş incəsənət ənənələri İslamın yayılmasından sonra da müxtəlif formada davam etmiş və yerli xalqların orta əsrlər incəsənətinin formalaşmasına təsir göstərmişdir. Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi ənənələrin üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək əşyalarının tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir.
Səfəvi dövrü incəsənəti
Səfəvi dövrü incəsənəti — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti. Bu, kitab və memarlıq baxımından incəsənətin yüksək səviyyəsi idi; bu dövrdə həmçinin keramika, metal, şüşə və bağlar baxımından da diqqət çəkirdi. Səfəvilər dövründə Azərbaycanda məişət keramikası və kaşı məmulatı istehsalı inkişaf etmişdi. Keçmişdə memorial məqsəd dağıyan türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edirdi. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu. XVI əsrin ikinci yarısından Cənubi Azərbaycanda inkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi. == Tarixi kontekst == Səfəvi sülaləsinin hakimiyyətinin təməlləri XIV əsrin əvvəllərində yaradılmış Səfəviyyə ordeni ilə atılmışdı. Ordenin əsasını Şeyx Səfiəddin Ərdəbili qoymuş və ona öz adını vermişdi.
Azərbaycan incəsənəti
Azərbaycan mədəniyyəti (az.-əski. آذربایجان مدنیتی‎) — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. XI–XIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi. Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib. İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır. Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş, XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır. Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar.
Bizans incəsənəti
Bizans İncəsənəti — Orta əsrlər incəsənətinin parçası hesab olunan Bizans İncəsənəti.
İtaliya incəsənəti
İtaliya incəsənəti —Bu dünya mədəniyyət tarixinin zəfər səhifəsidir. Heç vaxt, heç yerdə bu qədər görkəmli sənətkarlar, istedadlar yetişməmiş, incəsənətin bütün sahələrində bu qədər kəşflər edilməmiş, XVI-XVII əsrlər İtaliyasındakı kimi şah əsərlər yardılmamışdır. Həqəqitən bu dövrlər ölkənin qızıl yüzillikləridir. Rəssamların, heykəltəraşların və memarların statusu dəyişildi. Onlar sadə sənətkarlardan hörmət bəslənilən böyük sənətkarlara çevrildilər. Onların fəaliyyətləri yüksək qiymətləndirilir, saraylara dəvət olunur, Roma papaları, hersoqlar, xarici ölkələrin dövlət xadimləri onları öz saraylarına dəvət etmək üçün rəqabət aparırdılar. Sənətkarların individuallığı, yüksək sənətkarlığı, dərin biliklərə sahib olmağı dünya incəsənəti tarixinə İtaliya İntibahını bəxş etdi. Siyasi-iqtisadi şəraitin əlverişliliyi Avropa İntibahının məhz İtaliyada təşəkkülünə təkan verən səbəblərdən idi. = İtaliyada İntibah = İntibah yalnız klassik ənənələrin və parlaq mədəniyyətinin dirçəlməsi demək deyildir. Bu miflərə və bibliya süjetlərinə yeni baxış idi.
Norveç incəsənəti
Norveç təsviri incəsənəti — Norveçin ilk görkəmli milli rəssamı olan boyakar və qrafik Yohan Kristian Dal çoxlu mənzərə əsərləri yaratmışdır. XIX əsrin ortalarından xalq həyatına dair mövzulara və milli mənzərəyə maraq artır. XIX əsrin sonunda milli realist rəssamlıq məktəbi formalaşmağa başlayır. Boyakarlardan K.Kroq, E.Verenşöll, G.Munte, T.Kittelsen, heykəltaraş Q.Vigelannın yaradıcılığında demokratik və vətənpərvərlik ideyaları üstün yer tutur. Məşhur boyakar Edvard Munkun yaradıcılığı da bu dövrdə formalaşır. XX əsrin birinci yarısında təsviri sənətin inkişafında monumental-dekorativ sənət xüsusi yer tuturdu. XX əsrin ikinci yarısından modernist cərəyanlarla yanaşı demokratik və realist ənənələr davam etdirilir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Hun incəsənəti
Hun incəsənəti — əslən Orta Asiyadan olan Hunların Avropada yaratmış olduğu bütün mədəniyyət nümunələri nəzərdə tutulur. Hun sənəti əsasən qazanlar, qablar və zinət əşyaları, boyunbağılar, fibula və bilərziklərdən ibarətdir. Bu motivlərdə tez-tez təsvir edilən heyvan fiqurları ilə birlikdə, ağaclara və həndəsi şablonlara da rast gəlinir. Hun incəsənəti german tayfalarının incəsənətinə və ümumilikdə Avropa incəsənətinə böyük təsir etmiş, orada yunan-roma incəsənət ənənəsinin sona çatmasında rol oynamışdır. Hun incəsənəti özüdə Asiyadakı sivilizasiyalardan bəhrələnmişdir. Hunların maddi mədəniyyətini və incəsənətini öyrənə bilmək üçün iki qaynaq vardır: qədim əlyazmalar və arxeologiya. Lakin Hunlar köçəri həyat sürdükləri üçün onların incəsənəti və yaşamı barədə arxeoloji qaynaqlar az qalmışdır. Buna baxmayaraq, 1945-ci ildən sonra Hunlara aid olan xeyli sayda arxeoloji material aşkar edilmişdir. Təkcə 2005-ci ildən Hunlara aid olduğu bəlli olan 200 maddi mədəniyyət nümunəsi üzə çıxarılmışdır. Bu nümunələr Hun məzarları olmuşdur ki, oradan tapılanlar da Hunlara aid edilmişdir.
Türkmən incəsənəti
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. == Adı == Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. == Kitab sənəti == Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.
Azərbaycan təsviri incəsənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. == Tarixi == === Qədim dövr === Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).
Azərbaycan İncəsənəti (1934)
Azərbaycan incəsənəti filmi rejissor Qriqori Braginski tərəfindən 1934-cü ildə çəkilmişdir. Azdövlətkinosənayedə istehsal edilmişdir. Film Azərbaycan milli incəsənətinin inkişafından, təbliğindən və incəsənət ustalarının xalqa xidmətindən bəhs edir. == Məzmun == Film Azərbaycan milli incəsənətinin inkişafından, təbliğindən və incəsənət ustalarının xalqa xidmətindən bəhs edir. == Filmin üzərində işləyənlər == Rejissor: Qriqori Braginski Bəstəkar: Müslüm Maqomayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycanda bağ incəsənəti
Azərbaycan bağları və ya bağçaları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. == Tarixi == === Orta əsrlər və erkən müasir dövr === Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
Müjdə xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur. == Orta əsrlər və intibah == Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir. Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir.
Müsəlman Şiə İncəsənəti və Dram Cəmiyyəti
Müsəlman Şiə İncəsənəti və Dram Cəmiyyəti — sənət ocağı. == Tarixi == 1883-cü ildə Eynəli bəy Sultanov tərəfindən Naxçıvanda yaradılmışdır. Naxçıvan teatrının bünövrəsini təşkil edən cəmiyyət Mirzə Fətəli Axundovun "Molla İbrahim Xəlil Kimyəgar", "Müsyo Jordan və drəviş Məstəli şah", "Vəziri-xani-Lənkəran", "Hacı Qara", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haverdiyevin "Dağılan tifaq", "Pəri cadu", Cəlil Məmməquluzadənin "Ölülər",Nəriman Nərimanovun "Nadir şah", Eynəli Sultanovun "Tatarka"( "Azərbaycan qızı" və başqa əsərləri tamaşaya qoyulmuşdur. Onların tamaşaya qoyulmasında Eynəli Sultanov, Cəlil Məmmədquluzadə,habelə teatr həvəskarlarından M.Xəlilov, Q.Şərifov, P.Sultanov, M.Mirzəyev (Şürbi),Məhəmməd Tağı Sidqi və başqalarının mühüm xidmətləri olmuşdur. Tamaşalardan yığılan pul yoxsul şagirdlərə paylanırdı. Cəlil Məmmədquluzadə xatirələrində yazırdı: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 334.
Nyu-Cersi rus incəsənəti muzeyi
Nyu-Cersi rus incəsənəti muzeyi / MoRA (ingilis dilində:Museum of Russian Art — MoRA) — 1980-cı ildə ABŞ-nin Nyu-Cersi ştatının Cersi-Siti (ingilis dilində:Paulus Hook, Jersey City) şəhərində açılmış müasir rus incəsənəti muzeyi. Muzeyin yerləşdiyi tarixi bina bərpa və yenidənqurma işləri aparıldıqdan sonra 2010-cu ildə yenidən tamaşaçıların istifadəsinə verilmişdir . == Tarixi == Nyu-Cersi rus incəsənəti muzeyi 1980-cı ildə Committee for the Absorption of Soviet Emigres tərəfindən sovet mühacirlərinin əsərlərinin toplanılması məqsədilə təşkil olunmuşdur . Muzeydə rus incəsənətinə və mədəniyyətinə (xüsusilə, XX və XXI əsrlər) böyük diqqət yetilmişdir .
Orta əsrlər təsviri incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
Tikotin Yapon İncəsənəti Muzeyi
Tokotin Yapon İncəsənəti Muzeyi (ivr. ‏מוזיאון טיקוטין לאמנות יפנית‏‎) – İsrailin Hayfa şəhərində, Karmel dağının təpəsində yerləşən yapon incəsənəti muzeyi. Orta Şərqdə yapon incəsənətinə həsr olunmuş yeganə muzeydir. Muzey 1960-cı ildə kolleksiyaçı Feliks Tikotin və Hayfa şəhərinin meri Abba Huşi tərəfindən yaradılmışdır. == Tarixi == Feliks Tikotin yapon incəsənətinin kolleksiyaçısı olan yəhudi olmuşdur. O, topladığı kolleksiyalarla bir çox muzeydə yapon incəsənəti sərgiləri təşkil etmişdir. İkinci dünya müharibəsi zamanı nasistlərdən qaçmış və kolleksiyasını Niderlandda gizlətmişdir. Müharibədən sonra kolleksiyasını İsrailə gətirməyə qərar vermiş və 1956-cı ildə İsrailə gələrək kolleksiyasını muzeylərindən birinə bağışlamışdır. Hayfa şəhərini ziyarət edərkən şəhərin meri Abba Huşi ilə görüşmüş və Hayfada yapon incəsənəti muzeyi qurmaq qərarına gəlmişdir. Tikotin Niderland, Belçika, Fransa, İngiltərə və Yaponiyaya səyahət edərək ideyası üçün dəstək axtarmışdır.
Tramp: razılaşma incəsənəti (kitab)
"Tramp: razılaşma incəsənəti" — Biznes maqnat, milyarder, ABŞ-nin 45-ci prezidenti Donald Tramp və jurnalist Toni Şvartz tərəfindən yazılmış biznes, ticarət haqqında kitab. Yarı xatirələr və yarı biznes məsləhətləri təqdim edən kitab, 'The New York Times' siyahısında 13 həftə ardıcıl olmaqla ümumilikdə 48 həftə bestseller olub. Donald Trampın yazdığı ilk kitabdır. Kitab 2016-cı ildə baş tutmuş ABŞ Prezident Seçkiləri Kompaniyasında yenidən diqqət mərkəzinə düşdü. Belə ki, Tramp çıxışlarının birində qeyd etmişdir ki, bu kitab onun ən böyük uğurlarından biridir və Bibliyadan sonra ən sevimli kitabıdır. Svartz bəyan etdi ki, özünün və Trampın birlikdə işindən peşmandır. Nəşriyyatçı Hovard Kaminski də öz növbəsində qeyd etmişdir ki, əslində Trampın kitabın yazılması ilə əlaqəsi yoxdur. Bu səbəbdən kitabın müəllifliyi ilə bağlı bəzi mübahisələr yaranmışdır. == Haqqında == Kitab ilk başlarda Trampın Kuinsdəki uşaqlığından bəhs edir. Növbəti səhifələrdə Manhettenə köçməmişdən öncə Bruklində ilk çalışdığı vaxtlar haqqında məlumat yer alır.
İncəsənətin klassifikasiyası haqqında mübahisələr
Sənət tarixçiləri və sənət filosofları arasında uzun müddətdir davam edən və konkret mədəni forma və ya əsərin hissəsinin incəsənət kimi klassifikasiyasına əsaslanan bir mübahisə mövzusu mövcuddur. Nəyin incəsənət kimi qəbul ediləcəyi, nəyin isə qəbul edilə bilməyəcəyi haqqında mübahisələr bu günə kimi davam etməkdədir. == Sənətin tərifi == Sənətin tərifi çətinlik yarada bilər. Estetiklər və sənət filosofları tez-tez nəyin incəsənət kimi təyin edilə biləcəyi haqqında mübahisələrdə iştirak edirlər. Orijinal və geniş yayılmış tərifə görə sənət, (ingiliscədə işlədilərn "art" sözü latın dilində "sənətkarlıq" və "əl işi" anlamında işlədilmiş "ars" sözündən gəlməkdədir) müəyyən bir biliyin effektiv tətbiqi nəticəsində yaranmış, daha çox bacarığa əsaslanan məhsul və ya prosesdir; bu tərif özünü "liberal sənətlər" və "döyüş sənəti" kimi ifadələrdə daha aydın göstərir. Lakin, müasir anlamda söz, 1750-ci illərdən etibarən estetik nəticə üçün bacarığın istifadəsi kimi anlaşılır. Onlayn Britannika Ensiklopediyasına görə, "incəsənət bacarıq və təsəvvürlərin başqaları ilə paylaşılması üçün estetik obyektlər, mühit və ya təcrübənin yaradılmasıdır." Lakin, müasir dövrdə "sənət" ifadəsinin necə istifadəsinin doğru olacağı haqqında çoxsaylı mübahisələr vardır; "sənət" ifadəsi altında nəyin nəzərdə tutulmasından bəhs edən çoxsaylı kitablar və jurnal məqalələri nəşr edilmişdir. 1969-cu ildə Teodor Adorno qeyd edirdi ki, "aydındır ki, incəsənət haqqında heç nə aydın deyil." Aydın deyil ki, kimin incəsənəti bölmək hüququ var. Sənətkarlar, filosoflar, antropoloqlar və psixoloqlar hərəsi incəsənəti öz fəaliyyət sahələrinə uyğun olaraq istifadə edir və bir-birinə oxşamayan təriflər verirlər. Sənət sözünün ikinci, daha dar, daha gec formalaşmış anlamı "yaradıcılıq işi" və "incəsənət" sözlərinin abbreviaturası kimi işlədilir.
İntibah dövrü təsviri incəsənəti
İntibah sənətinin ilk təşəbbüsçüləri XIV əsrdə İtaliyada meydana gəlmişdi. Bu dövrün sənətçiləri Pyetro Kavallini (1259–1344), Simone Martini (1284–1344) və (ilk növbədə) Cotto (1267–1337) ənənəvi dini mövzularda kətan hazırlayarkən beynəlxalq qotik ənənəsindən başladılar, lakin yeni sənət üsullarından istifadə etməyə başladılar: mənzərəni arxa planda istifadə edərək şəkillərin daha real və canlı görünməsinə imkan verən üç ölçülü kompozisiya qurur. Bu, işlərini görüntü konvensiyaları ilə tamamlanan əvvəlki ikonoqrafik ənənədən kəskin şəkildə fərqləndirdi. İşlərini təyin etmək üçün Protointibah termini istifadə olunur. İtalyan sənəti tarixində müxtəlif əsrlərdə müvafiq terminlər yaranmışdır: duçento — 1200-е. İtal. ducento (iki yüz). Beynəlxalq qotika. treçento — 1300-е. İtal.
İslam incəsənəti muzeyi (Doha)
İslam incəsənəti muzeyi (ərəb. متحف الفن الإسلامي‎‎‎) — Qətərin paytaxtı Dohada yerləşən və arxitektor Bey Yuyminin layihəsi əsasında yaradılan muzey. Muzeyin qalereyasının daxili dizaynı arxitektor Jan Mişel Vilmottun rəhbərliyi altında işlənilmişdir. == Tarixi və təsviri == Muzeyin binası qədim islam arxitekturası üslubunda tikilsə də, unikal dizayna malikdir. Bu muzey Fars körfəzi sahillərində yerləşən ərəb ölkələrinin ilk incəsənət muzeyidir və islam incəsənətinin iri kolleksiyasına, tədqiqat institutuna və kitabxanaya malikdir. Muzeyə, həmçinin ərəb motivləri əsasında fransız Aralıq dənizi mətbəxinin xidmətlərini təklif edən yüksək səviyyəli mətbəx də daxildir. Tunis yazıçısı və incəsənətşünası Sabiha əl-Hemir 1206-cı ildən 2008-ci ilədək muzeyin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir. Muzeyin ümumi sahəsi 45 000 m²-dir. Muzey Doha körfəzinin cənub qurtaracağında, Doha limanı yaxınlığında yerləşir. Muzeyin tikintisi Türkiyənin Baytur Constr.Co.

"incəsənəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#incəsənəti nədir? #incəsənəti sözünün mənası #incəsənəti nə deməkdir? #incəsənəti sözünün izahı #incəsənəti sözünün yazılışı #incəsənəti necə yazılır? #incəsənəti sözünün düzgün yazılışı #incəsənəti leksik mənası #incəsənəti sözünün sinonimi #incəsənəti sözünün yaxın mənalı sözlər #incəsənəti sözünün əks mənası #incəsənəti sözünün etimologiyası #incəsənəti sözünün orfoqrafiyası #incəsənəti rusca #incəsənəti inglisça #incəsənəti fransızca #incəsənəti sözünün istifadəsi #sözlük