* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İrəliyə doğru tərəqqi etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş. Ölkənin inkişafı. Sənayenin inkişafı. Kənd təsərrüfatının inkişafı. – Həsən bəy Zərdabi Azərbaycanı feodal geriliyindən qurtarıb yeni yola, Avropa inkişafı yoluna çıxarmaq istəyirdi. M.İbrahimov. □ İnkişaf etdirmək – 1) irəlilətmək, tərəqqi etdirmək, yüksəltmək. Kütlələrin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək. Respublikada üzümçülüyü inkişaf etdirmək; 2) kamilləşdirmək, təkmilləşdirmək, daha da artırmaq, daha da yaxşılaşdırmaq, möhkəmləndirmək, qüvvətləndirmək. Səsini inkişaf etdirmək. Əzələləri inkişaf etdirmək. Hafizəni inkişaf etdirmək. İnkişaf etmək – 1) tərəqqi etmək, irəliləmək, artmaq, yüksəlmək, genişlənmək. İncəsənətimiz olduqca inkişaf etmişdir; 2) kamilləşmək, yetkinləşmək, artmaq. Axır zamanlar o, xeyli inkişaf etmişdir; 3) böyümək, yetişmək, möhkəmlənmək, qüvvətlənmək. İdman nəticəsində əzələləri olduqca inkişaf etmişdir. İnkişaf etmiş – 1) yüksək səviyyəyə çatmış, sənaye, mədəniyyət və s. cəhətdən çox irəli getmiş, tərəqqi etmiş. İnkişaf etmiş ölkələr; 2) yetkinləşmiş, yetişmiş, kamilləşmiş, görüş dairəsi geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam.
Azərbaycan dilinin izahlı lüğəti / inkişaf3 ə. irəliləmə, qabağa getmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / inkişaf4 \ – maddi və ideal obyektlərin geriyə dönməz və istiqamətli olması ilə səciyyələnən qanunauyğunluq keyfiyyət dəyişməsi.
Fəlsəfə terminlərinin izahlı lüğəti / inkişaf1 Ərəb sözüdür. Kəşf kəlməsi ilə kökdaşdır, hərfi mənası “açma, meydana çıxarmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / inkişaf1 İNKİŞAF – TƏNƏZZÜL Azərbaycan xalq təsərrüfatının həlledici sahəsi olan neft sənayesi sürətlə inkişaf etmişdir. Al, mən bu dildə şeir oxumağa tənəzzül etmərəm! (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / inkişaf2 сущ. развитие: 1. процесс роста, созревания, совершенствования кого-, чего-л. Fiziki inkişaf физическое развитие, təbii inkişaf естественное развитие, sosial inkişaf социальное развитие, tarixi inkişaf историческое развитие, qanunauyğun inkişaf закономерное развитие, rüşeymin inkişafı развитие зародыша, bitkilərin inkişafı развитие растений, uşağın inkişafı развитие ребенка, inkişafını tezləşdirmək kimin, nəyin ускорять развитие кого, чего, inkişafına mane olmaq kimin, nəyin препятствовать, мешать развитию кого, чего 2. процесс духовного, умственного, культурного созревания. Əqli (zehni) inkişaf умственное развитие, psixiki inkişaf психическое развитие, istedadın inkişafı развитие таланта, intellektual inkişaf интеллектуальное развитие, mənəvi inkişaf духовное развитие 3. процесс расцвета, процветания. Mədəni inkişaf культурное развитие, hərtərəfli inkişaf всестороннее развитие, incəsənətin inkişafı развитие искусства 4. процесс развертывания, движения. Xalq təsərrüfatının inkişafı развитие народного хозяйства, sənayenin inkişafı развитие промышленности; inkişaf etmək развиваться, развиться; inkişaf etdirmək развивать, развить
Azərbaycanca-rusca lüğət / inkişaf1 i. (müxt. mənalarda) development, growth; sənayenin ~ı development / growth of industry; dilin ~ı growth of language; əqli ~ mental development; fiziki ~ physical development; dialektik ~ dialectical development; vərdişlərin ~ı development of habits; ~ etmiş developed; ~ etmiş ölkələr developed countries; ~ etdirmək to develop (d.)
Azərbaycanca-ingiliscə lüğət / inkişaf1 is. développement m ; évolution f ; progrès m ; ~ etdirmək développer vt
Azərbaycanca-fransızca lüğət / inkişaf1 [ər.] сущ. инкишаф, вилик финиф, развитие (урус.); // inkişaf etmək инкишаф авун: а) вилик фин, гегьенш хьун, хкаж хьун, артух хьун, кисир авун (харусенятди, промышленностди ва мс.); б) камил хьун, чирвилер артух хьун, агакьун; в) чӀехи хьун; гужлу хьун, кӀеви хьун, мягькем хьун (мес. мускулар, беден).
Azərbaycanca-ləzgicə lüğəti / inkişaf