Montqomeri avtobus xətti insidenti
Montgomery avtobus xətti insidenti, Amerika Birləşmiş Ştatlarının Alabama əyalətinin Montgomery şəhərində ictimai nəqliyyatdakı irqi ayrı-seçkilik tədbirlərinin ləğv edilməsini müdafiə edən qaradərili sakinlərin təşkil etmiş olduğu dinc etirazdır. Qarşıdurma 1 dekabr 1955-ci ildən 20 dekabr 1956-cı ilədək davam etmiş və ABŞ Ali Məhkəməsinin nəqliyyatda irqi ayrı-seçkiliyi qanunsuz elan etdiyi qərarı ilə sona çatmışdır.
Montgomery qanunlarına görə, zəncilərin ilk dörd sırada oturması qadağan idi, səbəbi isə bu yerlərin “yalnız ağlar” üçün ayrılmış yerlər olması idi. “Yalnız ağlar” üçün nəzərdə tutulan bütün yerlər tutulmuşdusa, arxa cərgələrdə qaralar üçün nəzərdə tutulan yerlərdə oturan qaralar durmalı və bu yeri avtobusdakı ağ rəngli sərnişinlərə vermək məcburiyyətində idilər.
Martin Lüter Kinq 1955-ci ildə cənub əyalətlərində ictimai nəqliyyatda ayrı-seçkiliyin təzahürünü belə təsvir etmişdir:
Avtobus sürücüləri arasında zəncilər yoxdur və bəzi ağdərili sürücülər nəzakətli olsalar da, ağ dərili sürücülərin həddindən artıq çoxu qaradərililərə qarşı təhqir və söyüşlər həyata keçirdirlər. Avtobusda qara dərililər də bağırdıqca, təbii olaraq səsləri eşidilir: “Qara İnək”, “Zəncilər”, “Qara meymun”. Tez-tez zəncilər girişdə gediş haqqını ödəyirdilər və daha sonra arxa platformadan yenidən avtobusa minmək üçün enməyə məcbur olurdular və çox vaxt zəncilər gediş haqqını götürərək arxa qapıya gəlmədən avtobus tərk edirdilər... Avtobusda “yalnız ağlar üçün” boş yerlər var idi. Avtobusda ağ dərili sərnişinlər olmasa da, yaxud da qaralar çox olsa da, ilk dörd oturacaqda oturmağa icazələri yox idi. Ancaq bu hamısı deyildi.