İnstitutu sözü azərbaycan dilində

İnstitutu

Yazılış

  • İnstitutu • 88.5819%
  • institutu • 11.3631%
  • İNSTİTUTU • 0.0551%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.
Kibernetika İnstitutu
İdarəetmə Sistemləri İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır. == Elmi istiqamətləri == İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir: İdarəetmənin nəzəri və tətbiqi problemləri; Süni intellekt texnologiyaları; Sosial-iqtisadi sistemlərin tədqiqi. == Tarixi == Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi. 1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır. 1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır.
Konfutsi İnstitutu
Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir. Mərkəzi iqamətgahı Xanban adlanır. == Tarixi == İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb. 2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi. == Missiyası == Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. == "Çin dili körpüsü" == Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir. Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.
"Azdövsutəslayihə" institutu
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu və ya qısaca Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olmuş su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu idi. Əsas binası Bakı şəhərində yerləşirdi. 16 may 2024-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və Azərsu ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Yeni yaradılan publik hüquqi şəxs ləğv edilən institutların hüquqi varisi hesab edilib. == Tarixi və fəaliyyəti == === 1930–1950-ci illər === 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı.
Azdövsutəslayihə institutu
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu və ya qısaca Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olmuş su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu idi. Əsas binası Bakı şəhərində yerləşirdi. 16 may 2024-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və Azərsu ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Yeni yaradılan publik hüquqi şəxs ləğv edilən institutların hüquqi varisi hesab edilib. == Tarixi və fəaliyyəti == === 1930–1950-ci illər === 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı.
Biofizika İnstitutu
Biofizika İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi. İnstitutda 57 nəfər əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 4 nəfəri dossent, 1 nəfər böyük elmi işçi, 24 nəfəri elmi işçi, 12 nəfər mütəxəssis 15 nəfəri isə texniki işçilərdir. == Tarixi == Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq, Forum paytaxtımızda 2011-ci ildən keçirilməkdədir və hər il bu mühüm tədbir, dünyanın müxtəlif tanınmış siyasətçilərini, alimlərini, ictimai xadimlərini, kütləvi informasiya vasitələri nüməyandələrini və müxtəlif peşə sahiblərini bir araya gətirir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən Nobel mükafatı laureatlarının iştirakını da xüsusi vurğulamaq lazımdır. Onların sırasında Kimya üzrə Nobel mükafatı laureatları, professor Keri Benks Mullis, Arye Varş, Kurt Vütrex, Əhməd Zevayl, fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatları professor Ervin Neyeri və Tomas Kristian Züdhofu, fizika sahəsi üzrə Corc Smutu və başqalarını misal göstərmək olar. Qabaqcıl dünya alimlərinin fikrincə XXI əsr biologiyada, o cümlədən biofizikada keyfiyyətcə yeni ciddi elmi irəliləyişlər əsri olacaq. Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir.
Bioresurslar İnstitutu
Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır. == Əsas fəaliyyət istiqamətləri == Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi. Bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları. Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları == Elmi nəticələr == Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.
Botanika İnstitutu
Botanika İnstitutu — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: Biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov. == Fəaliyyət istiqamətləri == Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması == Tarixi == Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AR ETN Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırki AR ETN Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırki Mərkəzi Nəbatat Bağı Publik hüquqi şəxs), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırki AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində inkişaf etmiş və fəaliyyət göstərmişdir. İİnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, Qafqaz florasının bilicisi, SSRİ Dövlət mükafatı laureatı, SSRi Elmlər Akademiyasının həqiqi üzvü A.A.Qrossheymin mühüm rolu olmuşdur. İnstituta akademik A.A.Qrossheymdən (1936-1947) sonra akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952); b.ü.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.X.Tutayuq (1957-1962), akademik U.K.Ələkbərov (1978-1988), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010), akademik V.M.Əli-zadə (2011-2021) rəhbərlik etmişlər. 2021-ci ildən bugünədək İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır. Ali bitkilərin hərtərəfli öyrənilməsi sahəsi üzrə qazanılmış nailiyyətlərdə azərbaycanlı alimlərin - H.Ə.Əliyev, Y.M.İsayev, V.X.Tutayuq, Q.F.Axundov, M.M.Abutalıbov, İ.S.Səfərov, Ə.X.Xəlilov, R.Y.Rzazadə, H.M.Qədirov, V.C.Hacıyev, R.Q.Əsgərova, S.H.Musayev, N.M.İsmayılov və başqa görkəmli alimlərin töhfələri qeyd olunmalıdır.
Huver institutu
Huver müharibə, inqilab və sülh institutu (ing. Hoover Institution on War, Revolution, and Peace) — Stenford Universiteti sisteminin bir hissəsi olan ABŞ-də yerləşən siyasi araşdırma mərkəzi. == Tarixi == 1919-cu ildə Bir Dünya müharibəsi kitabxanası olaraq Herbert Huver tərəfindən qurulmuşdur. Huver, XX əsrin əvvəlləri ilə əlaqəli çox sayda material topladı və "müharibə, inqilab və sülh kitabxanası" yaratmaq üçün öz ana vətəni Stanford'a bağışladı. Zaman keçdikcə kitabxana siyasət və iqtisadiyyatda uzunmüddətli analitik proqramlar üçün vacib bir tədqiqat mərkəzinə çevrildi. == Kitabxana == Huver İnstitut Kitabxanası, Birinci Dünya Müharibəsi və Oktyabr İnqilabı dövründə Rusiya tarixindəki ən böyük xarici anbarlardan biridir. Bu sənədlər arasında general Pyotr Vranqel, Aleksandr Kerenski, general Lavr Kornilov, knyaz Qeorqiy Lvov , Vladimir Kokovtsov, Rusiyanın Parisdəki səfiri Vasili Maklakov, rus diplomatı Mixail Qirs, general N. N. Yudenich və başqaları kimi Rusiyanın və ağ hərəkatın görkəmli ictimai və siyasi xadimlərinin şəxsi fondları və fərdi sənədləri yerləşir. Kitabxanada 1895-1917-ci illər arasında çar gizli polisinin Huver Maklakova verilən arxivləri vardır . Əvvəlcə hərbi kitabxana ümumi fondlardan ayrı olaraq Stenford Universitetində yerləşdirildi və 1941-ci ildə Huver Qülləsinə köçdü.
Karolinska İnstitutu
Karolinska İnstitutu (ing. Karolinska Institute) — İsveçin Solna şəhərində yerləşən ali təhsil müəssisəsi.
Mikrobiologiya İnstitutu
== Haqqında == Mikrobiologiya institutu (əvvəllər Mikrobiologiya sektoru) 1972-ci ildə təşkil olunub. Fəaliyyət istiqaməti: Bioloji aktiv maddələrin produsenti olan mikroorqanizmlərdən istifadənin fizioloji-biokimyəvi və ekoloji əsasları == Laboratoriyalar == === Mikrob fermentləri laboratoriyası === Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: makromisetlərdə oksireduktaza və hidrolazaların sintezinin fizioloji-biokimyəvi və biotexnoloji əsasların tədqiqi. Struktur bölmənin əsas elmi nəticələri: Makromisetlərdə hidrolazaların sintezinin təbiətinin müəyyənləşdirilməsi, bitki mənşəli tullantıların utilizasiyasının bioloji üsullarının elmi və praktik əsaslarının işlənib hazırlanması. === Neft mikrobioloqiyası laboratoriyası === Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft mikrobiologiyası və ekoloji biotexnalogiya. Landsaftin çirklənməyə davamlılığı probleminin nəzəri əsaslarının işlənib hazırlanması; layların neft çıxımını artırmağa imkan verən mikrobioloji metodun işlənib hazırlanması və tətbiq edilməsi; texnogen təsirdən pozulmuş torpaq ekosistemlərində biorenudatsiya metodlarının nəzəri problemlərinin və tətbiqinin işlənib hazırlanması. Struktur bölmənin əsas elmi nəticələri: Abşeronun neft yataqlarında yüksək iqtisadi səmərə ilə tətbiq edilən layların neft çıxımını artırmağa imkan verən metod işlənib hazırlanıb; "Neftçıxarmanın biotexnalogiyası" adlı monoqrafiya və 100-dən çox elmi məqalə çap olunub, Azərbaycanın və keçmiş SSRİ-nin 16 patenti və müəlliflik şəhadətnaməsi alınıb. Neftlə çirklənmiş torpaqların biorenudasiya metodu işlənib hazırlanmış və Abşeronda tətbiq edilmişdir. === Su mikrobioloqiyası laboratoriyası === Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Xəzər dənizinin Azərbaycan sahillərinin sularının və gruntunun mikroobioloji tədqiqi. Struktur bölmənin əsas elmi nəticələri: Xəzər dənizənin sularının mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplanmış, suyun və qruntun avtoxton mikroflorasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edilmişdir. === Hitotrof mikroorqanizmlər laboratoriyası === Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: 1.
Rays İnstitutu
Rays Universiteti (ing. Rice University) və ya tam adı Vilyam Marş Rays Universiteti (ing. William Marsh Rice University) və ya sadə şəkildə adlanması Rays — ABŞ-nin özəl elmi-tədqiqat universiteti. Texas ştatında, Hyustonda, Hyuston muzeylər rayonu və Texas Tibb Mərkəzi yaxınlığında yerləşir. == Tarixi == Universitetin tarixi Massaçusets ştatından olan biznesmen Vilyam Marş Raysın adı ilə bağlıdır. Texas ştatında pambıq satışı ilə məşğul olan Rays yüksək məbləğdə vəsait əldə edir. O, 1891-ci ildə Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra Raysın vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan onun vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Smitsonian İnstitutu
Smitsonian İnstitutu (ing. Smithsonian Institution) — ABŞ-nin milli muzeyi, dünyanın isə ən böyük muzeyi və tədqiqat mərkəzlərindən biri İnstitut hər il yay ayları paytaxt Vaşinqtonda dünya ölkələrinin mədəni ənənələrinin tanıdılması məqsədilə Smitsonian Folklor Festivalı keçirir.
Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
Ukrayna İnstitutu
Ukrayna İnstitutu — Ukrayna mədəniyyətini təbliğ və təmsil edən Ukraynanın dövlət qurumu. İnstitut Ukrayna Nazirlər Kabineti tərəfindən 2017-ci ildə qurulmuşdur. İnstitut Ukrayna Xarici İşlər Nazirliyinin idarəetmə sferasına daxildir. Agentlik tam fəaliyyətinə 2018-ci ilin yayında Vladimir Şeykonun bura rəhbər seçilməsindən sonra başlamışdır. == Funksiyaları == Təşkilatın başlıca məqsədi mədəniyyət diplomatiyası vasitəsilə Ukraynanın beynəlxalq və daxili mövqeyinin gücləndirilməsidir. Ukrayna İnstitutunun fəaliyyəti özündə kino, musiqi, təsviri incəsənət, ədəbiyyat, ifaçılıq sənəti, akademik layihələr və proqramlar, mədəni diplomatiyanın inkişafı və araşdırmalar sahələrini birləşdirir. 2019-cu ildə institut 85 layihə reallaşdırmışdır. Bu layihələrə Nyu-Yorkda keçirilən Ukrayna Müasir Musiqi Festivalı, Avstriya-Ukrayna 2019 mədəniyyət ili, ukrayna dilində audiobələdçilərin dünya muzeylərində istifadəyə verilməsi, konsertlər İKT ilə əlaqəli hadisələr və başqalarını misal göstərmək olar == Məqsədləri == Ukrayna dilinin və Ukrayna mədəniyyətinin xaricdə təbliği, Ukraynanın dünyanın mədəni, elmi tədbirlərdə iştirakı; Beynəlxalq mobilliyin və qarşılıqlı mübadilənin dəstəklənməsi, mədəniyyət, təhsil, elm sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsi; Tədqiqat platforması.
Valyuta İnstitutu
Valyuta İnstitutu (ing. monetary institute) – ixtiyari pul siyasəti qarşısında sabit məzənnəni qorumaq üçün hazırlanmış valyuta lövhəsi ilə mərkəzi bank arasındakı pul hakimiyyətinin ara forması. == Yaranması == Valyuta İnstitutu mərkəzi bankın sonraki prototipidir. İlk pul quruluşunun 1861-ci ildə, Hindustanın geniş bölgəsinin İngilis müstəmləkəsi olduğu zaman Britaniya Hindistanda qurulduğuna inanılır. 1861-ci ildə koloniya kağız pullar haqqında bir qanun qəbul etdi, ona görə xüsusi banklardan pul çıxarmaq hüququ Hindistanın müstəmləkə hökumətinə verildi. Xüsusi bank qeydləri 1867-ci ilə qədər dövriyyədə olmağa davam etdi. Pul məsələsinin yeni təşkilati-hüquqi forması qarışıq xarakter daşıyırdı. Rəsmi emitent Maliyyə Nazirliyinin Kağız Pulların Çıxarılması Departamenti tərəfindən təmsil olunan Hindistanın müstəmləkə hökuməti idi. İngiltərə Bankı banknotların buraxılmasından texniki olaraq məsuliyyət daşıyırdı. Pul dövriyyəsinin təşkili müstəmləkə hökumətinin agentləri rolunda səlahiyyətli banklar tərəfindən həyata keçirildi.
Veysman İnstitutu
Xaim Veysman adına institut (ivr. ‏מכון ויצמן למדע‏‎) Rexovotda — İsraildə ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat institutu. Veysman institutunda təbiət elmləri sahəsində (riyaziyyat, fizika, kimya, biologiya, informatika, nevrologiya və beyinin tədqiqi) tədqiqat şöbələri vardır. İnstitutda həmçinin ikinci və üçüncü akademik səviyyəyə daxil olmaq istəyən tələbələr üçün Faynberq adına ali məktəb fəaliyyət göstərir. İnstitut bakalavr səviyyəsində fəaliyyət göstərmir. Tədris ingilis dilində həyata keçirilir. == Tarixi == Ali məktəb Rexovotda 1934-cü ildə Ziv ailəsi tərəfindən vaxtsız vəfat etmiş oğlanları Daniel Zivin xatirəsinə təsis edilib.
Zoologiya İnstitutu
ARETN Zoologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat institutlarından biri idi. 28 iyul 2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini-nin tabeliyinə keçib. Direktor vəzifəsini aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qismət oğlu Eyvazov icra edir. == Tarixi == Azərbaycanın öz milli elmi kadrları və zooloji tədqiqatlar aparan xüsusi təşkilatları olmadığından, heyvanlar aləminin öyrənilməsi kiçik stansiya və laboratoriyalarda yerinə yetirilirdi. Azərbaycanda heyvanlar aləminin hərtərəfli, planauyğun, sistemli tədqiqi yalnız bu məqsədə xidmət edən elmi idarələrin və ali təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılmasından sonra mümkün oldu.1932-ci ildə SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin tərkibində quru və su faunası seksiyalarından ibarət Zoologiya bölməsi yaradıldı və professor V. S. Yelpatyevski bölməyə rəhbər təyin edildi. SSRİ EA Azərbaycan filialı Rəyasət heyətinin qərarı ilə 1936-cı il martın 1-də Zoologiya bölməsi bazasında Zoologiya İnstitutu təşkil olundu. Zoologiya İnstitutu yaradıldığı ildə iki şöbədən – quru heyvanları və su heyvanları şöbələrindən ibarət idi. V. S. Yelpatyevski institutun direktoru və quru onurğalı heyvanları şöbəsinin rəhbəri, professor S. M. Qubin direktor müavini, professor A. N. Derjavin su heyvanları şöbəsinin rəhbəri təyin edildi. 1939-cu ildən 1950-ci ilə qədər instituta b.e.n. Ə. Əlizadə, 1950–1960-cı illərdə akademik S. Əsədov, 1960-cı ilin mart ayından 2011-ci ilədək akademik M. Musayev, 2011-ci ildən 2016-cı ilin mart ayınadək AMEA-nın müxbir üzvü İ. X. Ələkbərov, 2016–2019 illərdə E. F. Yusifov rəhbərlik etmiş, hazırda institutun direktoru vəzifəsini aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qismət oğlu Eyvazov icra edir.
İqtisadiyyat İnstitutu
İqtisadiyyat İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın strukturuna daxil olan elmi təşkilatdır. İnstitutun direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanovdur. == Tarixi == 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan, sonrakı dövrdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində öz fəaliyyətini davam etdirən və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhfələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA-nın nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 14 aprel 1958-ci il tarixində Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. 2019-cu ildən etibarən aprelin 14-ü AMEA İqtisadiyyat İnstitutunda "İnstitut Günü" kimi qeyd olunur. İnstitut fəaliyyətə başladığı ilk dövrdə (1958–1960-cı illərdə) onun quruluşu 5 şöbədən — "Siyasi iqtisad və iqtisadi fikir", "Sənaye iqtisadiyyatı", "Kənd təsərrüfatının iqtisadiyyatı", "Sosialist istehsalının yerləşdirilməsi" və "Xalq təsərrüfatı tarixi"ndən ibarət olub. Sonrakı dövlərdə (1961–1965, 1966–1970, 1971–1985, 1986–1990-cı illər) İnstitutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və Respublikanın hökumət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmin dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmişdir. XX əsrin 70-80-ci illərində İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini səciyyələndirən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə İnstitut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması ilə yanaşı, bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitutunun qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.
Şərqşünaslıq İnstitutu
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: Filologiya elmləri doktoru, Gövhər Baxşəli qızı Baxşəliyeva. == Tarixi == AMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır. Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir. İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır. == Fəaliyyət istiqamətləri == Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı; Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri. == Elmi nəticələr == Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır.
Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. == Direktorları == Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Əlyazmalar İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır. 1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında "Əlyazmalar şöbəsi" yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa Sultanovun səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21–24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu (RƏF) öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi.
Sorb İnstitutu
Sorb İnstitutu (y.sorb Serbski institut, alm. Sorbisches Institut‎, ) — Almaniyanın Bautzen şəhərində yerləşən elmi müəssisədi. Sorb dillərinin tədqiqi və tarixi, mədəniyyəti və sosial həyatı ilə bağlı araşdırmalarla məşğuldur. == Tarixi == İnstitut 1992-ci ildə yaradılmışdır. 1951-ci il mayın 1-də sorbiyalı professor Pavol Novotnının təşəbbüsü ilə Bautzendə yaradılmış Sorb Etnologiyası İnstitutunun bazasında yaradılmışdı. 1 avqust 1952-ci ildə Sorb Etnologiyası İnstitutu Almaniya Akademiyasının (1972-ci ildən - ADR Elmlər Akademiyası) tərkibinə daxil olmuşdu. Sorb İnstitutunun rəhbərliyi Bautzendə yerləşir. Elmi müəssisənin filialı Kottbusda yerləşir. Ştat cədvəli 15 elmi işçi və 11 elmi, texniki və inzibati heyətdən ibarətdir. Sorb İnstitutunun əməkdaşları Almaniyada və xaricdə müxtəlif ali təhsil müəssisələrində dərs deyirlər.
Maliyyə institutu
Maliyyə institutu — maliyyə-kredit sistemində fəaliyyət göstərən təşkilat. Qərb iqtisadi ənənəsinin şərhində maliyyə institutları investorlar (ev təsərrüfatları) və sahibkarlar (investisiyaların istehlakçıları) arasında vasitəçilərdir. Geniş çərçivədə maliyyə institutunun üç əsas növü var: Depozit təşkilatı — əmanətləri qəbul edən və idarə edən və kredit verən təşkilat, o cümlədən bank, tikinti cəmiyyəti, kredit ittifaqı, trast şirkəti və ipoteka brokeri; Müqavilə təşkilatı — sığorta şirkəti və pensiya fondu İnvestisiya təşkilatı — investisiya bankı, anderrayter və investisiyaları idarə edən digər müxtəlif növ maliyyə qurumları.
Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialı
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Qazax filialı === Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır. 2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir. Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.
Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutu
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası"; 2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Hüquq və İnsan Haqları İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərir. == Tarixi == İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"[[1]] təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi. İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
Kaliforniya Nanosistemlər İnstitutu
Kaliforniya Nanosistemlər İnstitutu (ing. California NanoSystems Institute) — ABŞ-də nanotexnologiyalar üzrə innovasiya lideri olan elmi müəssisə; Los-Anceles Kaliforniya və Santa-Barbara Kaliforniya universitetlərinin birgə əməkdaşlığı nəticəsində 2000-ci ildə yaradılmışdır.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. == Tarixi == Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Konfutsi İnstitutu (BDU)
Konfutsi İnstitutu — Bakı Dövlət Universitetinin nəzdində olan qurumlardan biri; Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzi. == Tarixi == İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılmışdır. İnstitutun yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olmuşdur. İş partnyoru isə Bakı Dövlət Universiteti ilə möhkəm iş əlaqəsi olan Çin Xalq Respublikasının ən tanınmış universitetlərindən biri Anxoy Universiteti olub. Ona görə də hər iki ali məktəb arasında "Təhsil əməkdaşlığı haqqında memorandum" və "Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi İnstitutunun yaradılması haqda saziş" imzalanmışdır. == Filialları == İlk 4 il ərzində Mərkəzin müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılmışdır. === Xəzər Universiteti === Xəzər Universitetində olan qurumlardan biridir. Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır. == "Çin dili körpüsü" == Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə 2015-ci ildə burada olaraq keçirilib.
Konfutsi İnstitutu (Xəzər Universiteti)
Konfutsi İnstitutu — Xəzər Universitetində olan qurumlardan biri; Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. Direktoru xanım Fen-xuadır. == Tarixi == İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.
Koreya Nəqliyyat İnstitutu
Koreya Nəqliyyat İnstitutu — Cənubi Koreyanın Baş nazirliyinə tabe olan araşdırma mərkəzi. İnstitutda tədqiqatlar Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi və yerli hökumət orqanlarının sifarişi ilə aparılır. 2014-cü ilin dekabrında mərkəz Secon şəhərindəki Koreya Milli Tədqiqat Kompleksinə köçürülmüşdür. == Tarixi == İnstitut 1985-ci ilin noyabr ayında qəbul edilmiş Mülki Aktın 32-ci maddəsi əsasında yaradılmış və 1987-ci ilin avqustunda Şəhər nəqliyyatının tənzimlənməsinin təşviqi haqqında Qanunun 24-cü maddəsi əsasında rəsmi olaraq fəaliyyətə başlamışdır. 1999-cu ildə İqtisadi, Humanitar və Sosial elmlər üzrə Milli Tədqiqat Şurasına qoşulmuş və Koyan şəhərində yerləşən İnşaat və Nəqliyyat Tədqiqat Kompleksinə köçmüşdür. 2014-cü ildən Secon şəhərində fəaliyyət göstərir. 2017-ci ilin dekabrından prezidenti OH Cehakdır. Cehak İnstitutun 14-cü prezidentidir. Daha öncə LEE Çenq Vun həmin postu tutmuşdur. == Strukturu == Koreya Nəqliyyat İnstitutunun 99-u fəlsəfə doktoru və 230 nəfəri tədqiqatçı olmaqla, 300 nəfər işçisi var.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu (kor. 한국 문학 번역원, LTI Korea, əvvəllər Koreya Ədəbiyyatı Tərcümə fondu kimi tanınan) 1996-cı ildə Cənubi Koreya hökuməti tərəfindən Koreya ədəbiyyatı və mədəniyyətini xaricdə tanıtmaq və bununlada dünya mədəniyyətinə töhfə vermək məqsədi ilə təsis olunmuşdur. LTI Korea Koreya ədəbiyyatının yüksək keyfiyyətli tərcüməsini təmin etmək üçün tərcümələr və nəşrlərə sponsorluq edir, Koreya ədəbiyyatının ixrac bazasının gücləndirilməsi və Koreyalı və xarici naşirlər üçün bir şəbəkənin yaradılması üçün xaricə müxtəlif mübadilə proqramlarını təşkil edir. Həmçinin peşəkar tərcüməçilərə Koreya ədəbiyyatının tərcümə imkanlarını genişləndirməyə kömək edir. == Tarixi == 1996-cı il. Koreya Ədəbiyyatı Tərcüməsi Fondu təsis olundu. 2001-ci il. Fondun adı "Koreya Ədəbiyyatı Tərcüməsi İnstitutu" na dəyişdirildi, təşkilat böyüdü. Dr. Park Huan-Dok qurucu prezident təyin olundu.
Kurçaloy İslam İnstitutu
Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu (rus. Курчалоевский исламский институт имени Ахмата-Хаджи Кадырова) — Çeçenistan Respublikasının ən yüksək dini təhsil müəssisəsi. Şimali Qafqazda ilk İslam institutu. Kurçaloy şəhərinin mərkəzi hissəsində yerləşir. == Tarixi == 1988-ci ildə din xadimi, təşəbbüskar və xeyriyyəçi olan Nasuha Hacı Əhmədov Şimali Qafqazda Şimali Qafqaz mədrəsəsinin əsasını qoymuşdur. Eyni zamanda, Əhmədov planlarını həyata keçirmək üçün Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırova müraciət etmişdir. Əvvəlcə instituta Nasuha Hacı Əhmədovun adı verilmişdir. 29 aprel 1991-ci ildə mədrəsə ali dini təhsil müəssisəsinə çevrilmiş və Kurçaloy İslam İnstitutu adlandırılmışdır. 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun ölümündən sonra institutun adı Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu olaraq dəyişdirildi. 2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İslam universitetində yenidənqurma tədbirləri həyata keçirilmişdir.
Litva Dil İnstitutu
Litva Dil İnstitutu (lit. Lietuvių kalbos institutas) — Litvanın paytaxtı olan Vilnüs şəhərində yerləşən, dövlət tərəfindən dəstəklənən Litva dilinin araşdırmaları ilə məşğul olan qurum. == Tarixi == İnstitutun mənşəyi 1930-cu ildə Litva dili lüğətinin yazılması ilə bağlıdır. 1939-cu ildə Antanas Smetona Kaunasda Litva Araşdırma İnstitutunun əsasını qoyub. İnstitutun məqsədləri arasında Litva dilini araşdırmaq, Litva dilində materialları yığmaq, onlara nəzarət etmək və Litva araşdırmalarını Litvada və xaricdə təmsil etmək var idi. 1941-ci ilin yanvarın 16-da Litva SSR Elmlər Akademiyası təsis olunub. Bundan təxminən eyni vaxtda ona tabe olan Litva Dil İnstitutunun əsası qoyulub. Üçüncü Reyx işğalı zamanında da institut öz fəaliyyətini davam edirdi. II Dünya Müharibəsindən sonra institut 12 işçi ilə fəaliyyətini davam edirdi. 1952-ci ildə o, Litva Ədəbiyyat İnstitutu ilə biləşdirilib.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M.Qorki adına Ədəbiyyat İnstitutu
Maksim Qorki adına Ədəbiyyat İnstitutu — Moskvada (Rusiya) humanitar profilli ali məktəb. İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar "Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi" yaradılıb. 1933-cü ildə M. Qorkinin təşəbbüsü ilə (1946-cı ildən M. Qorkinin adını daşıyır) axşam fəhlə ədəbiyyat universiteti kimi açılıb. 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının nəzdində (1936–1939-cu illərdə axşam institutu, 1963–1965-ci illərdə qiyabi institut kimi) fəaliyyət göstərmişdir və indiki adı ilə adlandırılıb. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb. == Tarixi == Hazırda instituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. İnstitutda müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbi janrlar üzrə yaradıcı seminarlar keçirirlər. İnstitutun nəzdində Ali Ədəbiyyat Kursları (qeyri-humanitar təhsilli yazıçı və şairlər üçün), Ali Bədii Tərcümə Məktəbi, Redaktorlar kursu, Korrektorlar kursu və N. A. Bonkun xarici dil kursları fəaliyyət göstərir. İnstitutda K. Paustovski, Konstantin Simonov, Yuri Trifonov, Çingiz Aytmatov, Rəsul Həmzətov, E. Vinokurov, V. Sokolov, Fazil İsgəndər, Y. U. Moriyu, A. Pristavkin, Bella Axmadulina, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Oljas Süleymenov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Mingəçevir Politexnik İnstitutu
Mingəçevir Politexnik İnstitutu və ya qısaca MPİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır. Mingəçevir Politexnik İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır. İnstitut Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli binada yerləşmişdir. İnstitutda sahəsi 3942,8 m² olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı olmuşdur. Tədris prosesində eyni zamanda "Azərbaycan İstilik Elektrik Stansiyaları" MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20–30 yerlik auditoriyalardan istifadə olunub. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.

"institutu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#institutu nədir? #institutu sözünün mənası #institutu nə deməkdir? #institutu sözünün izahı #institutu sözünün yazılışı #institutu necə yazılır? #institutu sözünün düzgün yazılışı #institutu leksik mənası #institutu sözünün sinonimi #institutu sözünün yaxın mənalı sözlər #institutu sözünün əks mənası #institutu sözünün etimologiyası #institutu sözünün orfoqrafiyası #institutu rusca #institutu inglisça #institutu fransızca #institutu sözünün istifadəsi #sözlük