institut sözü azərbaycan dilində

institut

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • institut • 63.2985%
  • İnstitut • 36.6783%
  • İNSTİTUT • 0.0232%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
İnstitut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
İnstitut (Samux)
İnstitut — Azərbaycan Respublikasının Samux rayonunun Çoban Abdallı inzibati ərazi vahidində fəhlə qəsəbəsi. == Tarixi == Yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın-Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən ərazisindəki elmi-tədqiqat institutunun adı ilə adlandırılmışdır.<ref name="ATEL"/ == Coğrafiyası və iqlimi == Qəsəbə Gəncəçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 2000 nəfərdir. Əhalisinin əsasını azərbaycanlılar təşkil edir. Bundan başqa ruslar, ukraynalılar da yaşayır.
İnstitut (dəqiqləşdirmə)
İnstitut — elmi tədqiqat idarəsi; ali məktəb növü; İnstitut — ictimai quruluşun bu və ya digər forması; İnstitut — rok-qrup. İnstitut — futbol klubu. İnstitut (Samux) — Samuxda yaşayış məntəqəsi.
Sosial institut
Sosial və ya ictimai institut — bu və ya digər cəmiyyətə və ya bu və ya digər sosial qrupa xas olan, kollektiv şəkildə paylaşılan dəyərlərə əsaslanan və hərəkət, düşüncə və hiss üsulları kimi ümumiləşdirilən bir-biri ilə əlaqəli normalar sistemi. Sosial institutlar normalar və sosial gözləntilər əsasında qurulur və sosial həyat praktikalarını doğurur. Sosial institutlar ideyası sosial struktur anlayışı və insanların sosial mütəşəkkil fəaliyyəti ilə əlaqələndirilir . İnstitutlara xüsusi mülkiyyət, demokratiya, vətəndaşlıq, nikah, müqavilə, ailə və s. misal göstərmək olar. İnstitutlar sosial rolları müəyyən edir , sosial institutlarda dəyişikliklər sosial dəyişikliyin əsas meyarı hesab olunur . Belə bir fikir var ki, bu və ya digər ölkədə mövcud olan sosial institutların xarakteri həmin ölkənin uzunmüddətli perspektivdə inkişafının uğur və ya uğursuzluğunu müəyyən edir. == Terminin tarixi == Ehtimal olunur ki, ictimai elmlərdə "institut" terminini ilk dəfə italyan filosofu və tarixçisi, müasir sosiologiyanın sələfi Cambattista Viko (1668–1744) işlətmişdir. 1693-cü ildə mülki qurumlar haqqında bir neçə əsər yazmışdır. Sosioloji ədəbiyyatda "institut" anlayışı sosiologiyanın bir elm kimi formalaşmasından bəri istifadə olunmağa başlandı və institusional yanaşma sosiologiyanın yaradıcıları — Ogust Kont və Herbert Spenserə qədər gedib çıxır.
Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialı
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Qazax filialı === Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır. 2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir. Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.
Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutu
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası"; 2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Hüquq və İnsan Haqları İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərir. == Tarixi == İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"[[1]] təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi. İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
Kaliforniya Nanosistemlər İnstitutu
Kaliforniya Nanosistemlər İnstitutu (ing. California NanoSystems Institute) — ABŞ-də nanotexnologiyalar üzrə innovasiya lideri olan elmi müəssisə; Los-Anceles Kaliforniya və Santa-Barbara Kaliforniya universitetlərinin birgə əməkdaşlığı nəticəsində 2000-ci ildə yaradılmışdır.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. == Tarixi == Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.
Kibernetika İnstitutu
İdarəetmə Sistemləri İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır. == Elmi istiqamətləri == İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir: İdarəetmənin nəzəri və tətbiqi problemləri; Süni intellekt texnologiyaları; Sosial-iqtisadi sistemlərin tədqiqi. == Tarixi == Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi. 1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır. 1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır.
Konfutsi İnstitutu
Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir. Mərkəzi iqamətgahı Xanban adlanır. == Tarixi == İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb. 2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi. == Missiyası == Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. == "Çin dili körpüsü" == Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir. Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.
Konfutsi İnstitutu (BDU)
Konfutsi İnstitutu — Bakı Dövlət Universitetinin nəzdində olan qurumlardan biri; Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzi. == Tarixi == İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılmışdır. İnstitutun yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olmuşdur. İş partnyoru isə Bakı Dövlət Universiteti ilə möhkəm iş əlaqəsi olan Çin Xalq Respublikasının ən tanınmış universitetlərindən biri Anxoy Universiteti olub. Ona görə də hər iki ali məktəb arasında "Təhsil əməkdaşlığı haqqında memorandum" və "Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi İnstitutunun yaradılması haqda saziş" imzalanmışdır. == Filialları == İlk 4 il ərzində Mərkəzin müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılmışdır. === Xəzər Universiteti === Xəzər Universitetində olan qurumlardan biridir. Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır. == "Çin dili körpüsü" == Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə 2015-ci ildə burada olaraq keçirilib.
Konfutsi İnstitutu (Xəzər Universiteti)
Konfutsi İnstitutu — Xəzər Universitetində olan qurumlardan biri; Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. Direktoru xanım Fen-xuadır. == Tarixi == İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.
Koreya Nəqliyyat İnstitutu
Koreya Nəqliyyat İnstitutu — Cənubi Koreyanın Baş nazirliyinə tabe olan araşdırma mərkəzi. İnstitutda tədqiqatlar Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi və yerli hökumət orqanlarının sifarişi ilə aparılır. 2014-cü ilin dekabrında mərkəz Secon şəhərindəki Koreya Milli Tədqiqat Kompleksinə köçürülmüşdür. == Tarixi == İnstitut 1985-ci ilin noyabr ayında qəbul edilmiş Mülki Aktın 32-ci maddəsi əsasında yaradılmış və 1987-ci ilin avqustunda Şəhər nəqliyyatının tənzimlənməsinin təşviqi haqqında Qanunun 24-cü maddəsi əsasında rəsmi olaraq fəaliyyətə başlamışdır. 1999-cu ildə İqtisadi, Humanitar və Sosial elmlər üzrə Milli Tədqiqat Şurasına qoşulmuş və Koyan şəhərində yerləşən İnşaat və Nəqliyyat Tədqiqat Kompleksinə köçmüşdür. 2014-cü ildən Secon şəhərində fəaliyyət göstərir. 2017-ci ilin dekabrından prezidenti OH Cehakdır. Cehak İnstitutun 14-cü prezidentidir. Daha öncə LEE Çenq Vun həmin postu tutmuşdur. == Strukturu == Koreya Nəqliyyat İnstitutunun 99-u fəlsəfə doktoru və 230 nəfəri tədqiqatçı olmaqla, 300 nəfər işçisi var.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu (kor. 한국 문학 번역원, LTI Korea, əvvəllər Koreya Ədəbiyyatı Tərcümə fondu kimi tanınan) 1996-cı ildə Cənubi Koreya hökuməti tərəfindən Koreya ədəbiyyatı və mədəniyyətini xaricdə tanıtmaq və bununlada dünya mədəniyyətinə töhfə vermək məqsədi ilə təsis olunmuşdur. LTI Korea Koreya ədəbiyyatının yüksək keyfiyyətli tərcüməsini təmin etmək üçün tərcümələr və nəşrlərə sponsorluq edir, Koreya ədəbiyyatının ixrac bazasının gücləndirilməsi və Koreyalı və xarici naşirlər üçün bir şəbəkənin yaradılması üçün xaricə müxtəlif mübadilə proqramlarını təşkil edir. Həmçinin peşəkar tərcüməçilərə Koreya ədəbiyyatının tərcümə imkanlarını genişləndirməyə kömək edir. == Tarixi == 1996-cı il. Koreya Ədəbiyyatı Tərcüməsi Fondu təsis olundu. 2001-ci il. Fondun adı "Koreya Ədəbiyyatı Tərcüməsi İnstitutu" na dəyişdirildi, təşkilat böyüdü. Dr. Park Huan-Dok qurucu prezident təyin olundu.
Kurçaloy İslam İnstitutu
Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu (rus. Курчалоевский исламский институт имени Ахмата-Хаджи Кадырова) — Çeçenistan Respublikasının ən yüksək dini təhsil müəssisəsi. Şimali Qafqazda ilk İslam institutu. Kurçaloy şəhərinin mərkəzi hissəsində yerləşir. == Tarixi == 1988-ci ildə din xadimi, təşəbbüskar və xeyriyyəçi olan Nasuha Hacı Əhmədov Şimali Qafqazda Şimali Qafqaz mədrəsəsinin əsasını qoymuşdur. Eyni zamanda, Əhmədov planlarını həyata keçirmək üçün Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırova müraciət etmişdir. Əvvəlcə instituta Nasuha Hacı Əhmədovun adı verilmişdir. 29 aprel 1991-ci ildə mədrəsə ali dini təhsil müəssisəsinə çevrilmiş və Kurçaloy İslam İnstitutu adlandırılmışdır. 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun ölümündən sonra institutun adı Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu olaraq dəyişdirildi. 2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İslam universitetində yenidənqurma tədbirləri həyata keçirilmişdir.
Litva Dil İnstitutu
Litva Dil İnstitutu (lit. Lietuvių kalbos institutas) — Litvanın paytaxtı olan Vilnüs şəhərində yerləşən, dövlət tərəfindən dəstəklənən Litva dilinin araşdırmaları ilə məşğul olan qurum. == Tarixi == İnstitutun mənşəyi 1930-cu ildə Litva dili lüğətinin yazılması ilə bağlıdır. 1939-cu ildə Antanas Smetona Kaunasda Litva Araşdırma İnstitutunun əsasını qoyub. İnstitutun məqsədləri arasında Litva dilini araşdırmaq, Litva dilində materialları yığmaq, onlara nəzarət etmək və Litva araşdırmalarını Litvada və xaricdə təmsil etmək var idi. 1941-ci ilin yanvarın 16-da Litva SSR Elmlər Akademiyası təsis olunub. Bundan təxminən eyni vaxtda ona tabe olan Litva Dil İnstitutunun əsası qoyulub. Üçüncü Reyx işğalı zamanında da institut öz fəaliyyətini davam edirdi. II Dünya Müharibəsindən sonra institut 12 işçi ilə fəaliyyətini davam edirdi. 1952-ci ildə o, Litva Ədəbiyyat İnstitutu ilə biləşdirilib.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M.Qorki adına Ədəbiyyat İnstitutu
Maksim Qorki adına Ədəbiyyat İnstitutu — Moskvada (Rusiya) humanitar profilli ali məktəb. İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar "Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi" yaradılıb. 1933-cü ildə M. Qorkinin təşəbbüsü ilə (1946-cı ildən M. Qorkinin adını daşıyır) axşam fəhlə ədəbiyyat universiteti kimi açılıb. 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının nəzdində (1936–1939-cu illərdə axşam institutu, 1963–1965-ci illərdə qiyabi institut kimi) fəaliyyət göstərmişdir və indiki adı ilə adlandırılıb. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb. == Tarixi == Hazırda instituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. İnstitutda müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbi janrlar üzrə yaradıcı seminarlar keçirirlər. İnstitutun nəzdində Ali Ədəbiyyat Kursları (qeyri-humanitar təhsilli yazıçı və şairlər üçün), Ali Bədii Tərcümə Məktəbi, Redaktorlar kursu, Korrektorlar kursu və N. A. Bonkun xarici dil kursları fəaliyyət göstərir. İnstitutda K. Paustovski, Konstantin Simonov, Yuri Trifonov, Çingiz Aytmatov, Rəsul Həmzətov, E. Vinokurov, V. Sokolov, Fazil İsgəndər, Y. U. Moriyu, A. Pristavkin, Bella Axmadulina, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Oljas Süleymenov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.

institut sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Bəzi elmi-tədqiqat idarələrinin adı. Dilçilik institutu. Elmi tədqiqat institutu. 2. Bolşevik inqilabından əvvəl: imtiyazlı siniflərdən olan qızlar üçün qapalı orta məktəb. Dünən cənab şeyxülislam “institut” məktəbində müsəlman qızlarının birindən soruşub ki: “Pəs niyə anan bu gün məktəbə gəlmədi?” C.Məmmədquluzadə. 3. hüq. İctimai münasibəti, yaxud biribiri ilə bağlı olan münasibətləri nizama salan hüquq normalarının məcmusu. // İctimai quruluşun bu və ya başqa forması.

    Azərbaycan dilinin izahlı lüğəti / institut
  • 2 1) elmi tədqiqat idarəsi; Məsələn, dilçilik institutu; 2) köhnəlmiş söz: ali məktəb növü; 3) ictimai münasibətlərin bu və ya digər sahəsində hüquq normaları toplusu, ictimai quruluşun bu və ya digər forması; 4) bəzi ali məktəblərin və elmi tədqiqat müəssisələrinin və müəyyən fəaliyyət növü ilə məşğul olan qurumun adı.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / institut

institut sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 İNSTİTUT (ali təhsil müəssisəsi) Cövdət iki gün idi ki, instituta getmirdi (H.Abbaszadə); DANİŞGƏDƏ (arx.) [Doktor:] Böyük tənəffüsdə hamı bayıra çıxmışdı. Mən de səsli-küylü tələbələrin arasında danişgədənin həyətinə endim (F. Sadıqov); ELM OCAĞI (fr.v.) Mühiddinli: Dağılasan belə elm ocağı, olasan səhrayi-kəbir (Ə.Kərim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / institut

institut sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. институт: 1. истор. высшее учебное заведение. Pedaqoji institut педагогический институт, tibb institutu медицинский институт, xarici dillər институту институт иностранных языков 2. научно-исследовательское учреждение. Elmi-tədqiqat institutu научно-исследовательский институт, dilçilik institutu институт языкознания, kibernetika institutu институт кибернетики, zoologiya institutu институт зоологии 3. здание, помещение института 4. юрид. совокупность норм права, охватывающих определенный круг общественных отношений. Demokratik institutlar демократические институты; см. təsisat II прил. институтский. İnstitut həyatı институтская жизнь, institut illəri институтские годы

    Azərbaycanca-rusca lüğət / institut

institut sözünün inglis dilinə tərcüməsi

institut sözünün fransız dilinə tərcüməsi

institut sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] институт (1. бязи кӀелдай чӀехи школайрин ва илимдин идарайрин тӀвар; 2. кьетӀен ихтиярар авай классрикай тир рушар патал юкьван школа (большевикрин революциядилай вилик); 3. юр. къанун хьиз кьабулнавай бязи къайдаяр, гьукьукьдин нормайрин кӀватӀал.

    Azərbaycanca-ləzgicə lüğəti / institut

"institut" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#institut nədir? #institut sözünün mənası #institut nə deməkdir? #institut sözünün izahı #institut sözünün yazılışı #institut necə yazılır? #institut sözünün düzgün yazılışı #institut leksik mənası #institut sözünün sinonimi #institut sözünün yaxın mənalı sözlər #institut sözünün əks mənası #institut sözünün etimologiyası #institut sözünün orfoqrafiyası #institut rusca #institut inglisça #institut fransızca #institut sözünün istifadəsi #sözlük