* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Böyüklü-kiçikli, hər yaşda, böyük və kiçik. Körpünün üstü cırcındıra bürünmüş irili-xırdalı uşaqlarla dolu idi. M.Rzaquluzadə. 2. Həm iri, həm xırda; həm böyük, həm kiçik. Səhər tezdən yola çıxdıq. Nügədinin kölgəlik yollarını aşıb irili-xırdalı kəndlərdən keçdik. R.Rza. …Bir səhər Qumru yuxudan ayılarkən, artıq dəzgahını bir yığın irili-xırdalı yumaqlarla bəzənmiş gördü. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / irili-xırdalı1 1. и крупные и мелкие, крупные и мелкие вместе; 2. от мала до велика;
Azərbaycanca-rusca lüğət / irili-xırdalı2 прил. 1. крупные и мелкие (разных размеров). İrili-xırdalı qarpızlar крупные и мелкие арбузы, irili-xırdalı daşlar крупные и мелкие камни 2. большие и маленькие (разных возрастов, объёмов, величин и т.п.). İrili-xırdalı uşaqlar большие и маленькие дети, irili-xırdalı şəhərlər большие (крупные) и маленькие города
Azərbaycanca-rusca lüğət / irili-xırdalı1 s. 1. mixed, large and small, coarse and fine; 2. big and little; ~ uşaqlar children big and little
Azərbaycanca-ingiliscə lüğət / irili-xırdalı1 прил. 1. чӀехи-гъвечӀи, гьар са яшдин (мес. аялар); 2. ири-куьлуь, гьам ири, гьам куьлуь; гьам чӀехи, гьам гъвечӀи.
Azərbaycanca-ləzgicə lüğəti / irili-xırdalı