İsabala sözü azərbaycan dilində

İsabala

Yazılış

  • İsabala • 98.8764%
  • isabala • 1.1236%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsabala Bayramov
İsabala Bayramov (tam adı: İsabala Əli oğlu Bayramov; 1 sentyabr 1967, Hallavar, Böyük Qarakilsə rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il sentyabrın 1-də Ermənistan SSR Quqark rayonunun Hallavar kəndində anadan olub. Hərbi xidmətdən sonra bir müddət Komi MSSR-də praporşik işləyib. 1988-ci ilin 7 dekabrında baş vermiş zəlzələ zamanı evləri dağıldığından, həmçinin azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bu səbəbdən də, İsabala hərbi xidmətini bitirdikdən sonra Bakıya gəlmiş, ailə üzvləri ilə birlikdə Xutor ərazisində məskunlaşmışdır. Bakıya gəldikdən sonra müxtəlif yerlərdə günəmuzd (Maştağa bağlarında fəhlə, təsərrüfat hesablı emalatxanada işçi, BTTİ-də elektrik montyoru ) çalışmışdır. Ailəli idi. Həlak olduqda oğlu Sahil, ölümündən sonra isə daha 1 qızı Sahilə yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-da əmisi oğlu Bayramov Mübarizlə XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00.30 radələrində dinc əhaliyə silah atılan vaxt İsabala yaralanmış, onu Semaşko xəstəxanasına gətirənəcən yolda aldığı xəsarətdən vəfat etmişdir.
İsabala Hüseynov
İsabala Hüseynov (tam adı: İsabala Ceyhun oğlu Hüseynov; 15 sentyabr 2001; Bakı, Azərbaycan — 4 noyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində "Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.33 dəfə / 1 mln.
2003 •••••••••••••••• 0.79
2004 •••••••••••••••••••• 1.01
2006 •••••••••••••••••• 0.90
2007 ••••••••• 0.42
2008 ••••••••••••••• 0.73
2009 •••••••••• 0.48
2010 •••• 0.18
2011 •••• 0.17
2012 ••••••••• 0.43
2013 •••••• 0.29
2014 •••••••••••••• 0.69
2017 •••••••••• 0.49
2018 ••• 0.15
2019 ••• 0.14

isabala sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

İsa balası, balaca İsa.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#isabala nədir? #isabala sözünün mənası #isabala nə deməkdir? #isabala sözünün izahı #isabala sözünün yazılışı #isabala necə yazılır? #isabala sözünün düzgün yazılışı #isabala leksik mənası #isabala sözünün sinonimi #isabala sözünün yaxın mənalı sözlər #isabala sözünün əks mənası #isabala sözünün etimologiyası #isabala sözünün orfoqrafiyası #isabala rusca #isabala inglisça #isabala fransızca #isabala sözünün istifadəsi #sözlük