Həcər İsababayeva
İsababayeva Həcər Muştaq qızı —Azərbaycanın qabaqcıl poçt işçisi."Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyonu
Sosialist Əməyi Qəhrəmanı
== Həyatı ==
Həcər İsababayeva 1938-ci ildə Bakıda anadan olub.Ailəsi əslən Qubanın Alpan kəndindən olsa da, paytaxtda, Abdulla Şaiq küçəsi 99 ünvanında yaşayıblar.Ailədə 4 uşaq olublar– iki qardaş və iki bacı.Atası müharibədə olduğu üçün ailədə dolanışığ çətin olub Həyat elə gətirdi ki, Həcər xanım 3 uşağa – bacı və iki qardaşa baxmalı olur.Həcər xanımın uşaqlıq illəri Müharibə dövrünə təsadüf elədiyi üçün düzgün təhsil ala bilməyib,15 yaşında "Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyon çalışmağa başlayır və ömrünün 63-ilini bu işə həsr edir, və xalq arasında "Həcər xala" adı ilə sevilir.
Həcər İsababayeva ötən əsrin 50-ci illərindən bu günə kimi qabaqcıl poçtalyon kimi böyük şöhrət qazanıb. 1972-ci ildə ona əmək nailiyyətlərinə görə, "Lenin" ordeni və 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. H.İsababayeva 15 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Bir sıra ölkələrdə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Fransa və eləcə SSRİ ölkələrində Azərbaycanı təmsil etib. Bu ölkələrdə keçirilən tədbirlərdə çıxış edib.
Bəstəkar Eldar Mansurov Həcər xanımın poçtalyon fəaliyyətinə "Xoş müjdəli Həcərim" mahnısı həsr edib.
Həcər xanımın bir övladı – Namus Şahbalayev 1993-cü ildə Qarabağ müharibəsində şəhid olub. Qubanın Alpan kəndində dəfn etdilib.