Atababa sözü azərbaycan dilində

Atababa

Yazılış

  • Atababa • 93.6000%
  • atababa • 4.8000%
  • ATABABA • 1.6000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atababa Hacıbabayev
Atababa İsmayıl oğlu Hacıbabayev (25 sentyabr 1947-ci ildə doğulub ) — Azərbaycan teatrşünası, yazıçısl, publisisti, yumoristi. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat qəzetinin məsul katibi.(1987-2022) == Həyatı == Atababa Hacıbabayev 1947-ci ildə Bakının yaxınlığındakı Xırdalan kəndində anadan olub.Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor(eyni zamanda "Bakı teatrlarında" məcmüəsinin redaktoru) vəzifələrində çalışıb. (1971-1977-ci illər). 1971-ci ilin oktyabrından 1972-ci ilin sonuna kimi sovet ordusu sıralarında xıdmət edib. 1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sövet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ildən ömrünün sonuna kimi "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət") redaksiya heyətinin üzvü və məsul katibi olub. 2009-2015-ci illərdə eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb.
Atababa Hicri
Atababa Hicri — azərbaycanlı şair. == Həyatı == Meyxana yaradıcılığının inkişafında özünəməxsus yeri olan şairlərdən biri də 1863-cü ildə Bakının Maştağa kəndində anadan olmuş Atababa Hicridir. Onun şeirlərində Azərbaycan xalqının mənəvi dünyası, xarakterindəki mərdanəlik, nəcib keyfiyyətlər ifadə olunub. O, Azərbaycan ədəbi dilinin zənginləşməsinə, fars və ərəb tərkiblərindən təmizlənib cilalanmasına xüsusi diqqət yetirib. A.Hicri xalq ruhunda sadə, təbii və mənalı şeirlər, meyxanalar yaratmağa çalışmış, həyatı gerçəkliklərə fəal vətəndaşlıq mövqeyindən münasibət bildirib.
Atababa Musaxanlı
Atababa Musaxanlı (1905, Bakı – 14 avqust 1941) – ilk ədəbi tənqidçilərimizdən və "Kitabi – Dədə Qorqud"un ilk tədqiqatçılarından biri. 1934-cü ildən AYB-nın üzvü. == Həyatı == Atababa Daşdəmir oğlu 1905-ci ildə Bakı şəhərində anadan olmuşdu. İbtidai təhsilini rus –tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921–1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb. 17 dekabr 1937-ci ildə tutulub.
Atababa Mədətzadə
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Böyükağa Atababayev
Böyükağa Atababa oğlu Atababayev (1917-?) — azərbaycanlı rəqqas. == Həyatı == Böyükağa Atababa oğlu Atababayev 1917-ci ildə Bakıda anadan olmuşdu. 1933-cü illərdə Əli Bayramov adına klubda dram dərnəyinin üzvü olmuşdur. O, 1935-ci ilin dekabr ayından Əşrəf Səfərovun yenicə yaratdığı rəqs ansamblına üzv olur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı idi. Onu da qeyd edim ki, Böyükağanın həyat yoldaşı Böyükxanım da 1937-ci ildən 1947-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunda çalışıb. Böyükağa Atababayev özü isə 1957-ci ilə kimi filarmoniyada işləmişdir. O, 1941-ci ildə İranda qastrolda olmuş, Opera teatrının kollektivilə birgə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında rəqs səhnələrində iştirak etmişdir. 1943-cü ildə professor Bülbülün rəhbərliyi altında Bryansk cəbhəsində olmuş, konsert briqadasının tərkibində Hacı Məmmədov, Gülxar Həsənova, Teyyub Dəmirov, Fizzə Hənifəyeva və b. ilə birgə Böyükağa Atababayev də vardı.
Səbuhi Atababayev
Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır. == Həyatı == Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Şəhriyar Atababayev
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı repçi.2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. == Həyatı == Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. == Fəaliyyəti == === Erkən illəri === === 2009-cu illər === 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. === 2010-cu illər === 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib. Bu Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.44 dəfə / 1 mln.
2004 ••••••• 0.34
2005 •••••••••••••• 0.67
2006 ••••••••• 0.45
2008 ••••• 0.24
2009 ••••••••••••• 0.64
2010 ••••••••••••••• 0.73
2011 ••••••••••••••••• 0.86
2012 •••••••••••••••••••• 1.03
2013 ••••••••• 0.44
2014 ••••••• 0.34
2016 •••• 0.17
2017 ••••••• 0.33
2018 ••• 0.15
2019 ••• 0.14
2020 ••• 0.13

atababa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bir nəslin əcdadı, ulusu, ulu babası; ata-babaya bənzər oğul.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"atababa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atababa nədir? #atababa sözünün mənası #atababa nə deməkdir? #atababa sözünün izahı #atababa sözünün yazılışı #atababa necə yazılır? #atababa sözünün düzgün yazılışı #atababa leksik mənası #atababa sözünün sinonimi #atababa sözünün yaxın mənalı sözlər #atababa sözünün əks mənası #atababa sözünün etimologiyası #atababa sözünün orfoqrafiyası #atababa rusca #atababa inglisça #atababa fransızca #atababa sözünün istifadəsi #sözlük