atabask sözü azərbaycan dilində

atabask

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • atabask • 66.6667%
  • Atabask • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alyaska atabaskları
Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans, Alaskan Athabaskans, Alaskan Athapaskans, Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı. == Tarix == Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür. Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur. Bugün Denağinacada 75, Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir.
Atabaska gölü
Atabaska (ing. Athabasca) — Kanadanın Saskaçevan (26 faizi) və Alberta (74 faizi) əyalətlərində yerləşən iri şirin sulu göl. == Tarixi == Dene dillində Atabaska sözü ilə ilkin olaraq gölün cənub-qərb küncündə Atabaska çayının birləşməsindən yaranan böyük deltanı adlandırırdılar. 1801-ci ildən gölün adı indiki adına bənzəyən — "Athapaskow" olmuşdur 1820-ci ildə Corc Simpson həm gölü, həm də çayı Atabaska adlandırdı. == Coğrafiyası və təbii tarixi == Gölün sahəsi 7850, uzunluğu və eni müvafiq olaraq 283 və 50, maksimum dərinliyi 124 metrə bərabərdi. Böyüklüyünə görə göl Kanadanın 8-ci gölüdü. Su Kölə və Makkenzi çayların sistemləri vasitəsilə göldən şimala axır, nəticədə Şimal Buzlu Okeanına axır. Fort Chipewyan Albertada Avropanın ən qədim yaşayış məskənlərindən sayılır və gölün qərb sahilində yerləşir. Elə buradada Rivière des Rochers Atabaska gölünü qurudur və Kölə çayı tərəfinə axaraq, Vud Buffalo Milli Parkının şərq sərhədləri üzrə öz şimala yolunu tutur. Gölün şimal sahillində yerləşən Fond du Lak icmasının yaxınlığında gölün şərq hissəsi təxminən 1 km eninə qədər daralır, ordanda o, ən ucqar şərq nöqtəsinə olan Fon-Dyu-Lak çayının mənsəbinə qədər davam edir.
Atabaska çayı
Atabaska çayı (ing. Athabasca River; fr. Rivière Athabasca) - Kanadanın qərbində, Alberta əyalətinin ərazisində yerləşən çay. Makkenzi çayı sisteminə aiddir. Uzunluğu 1231 km, hövzəsinin sahəsi. 153 min km²-dir. Qayalı dağlardan başlanır. Böyük Düzənliklərdən axaraq Atabaska gölünə tökülür. Əsasən, qar suları ilə qidalanır. Aşağı axınınıda ortaillik su sərfi 651 m³/san.-dir.
Atabasklar
Atabasklar – Şimali Amerikada atabask dillərində danışan hindi xalqları qrupu. Sayları ABŞ-də 422 min nəfər (o cümlədən Alyaskada 19 min nəfər, Kaliforniya və Oreqonda 8 min nəfər, apaçilər və navaxolar 395 min nəfər; 2000): bunların arasında əsl atabasklar. 346 min nəfərdir; Kanadada, müxtəlif məlumatlara görə, 24 mindən 45 min nəfərədək Atabaskyada yaşayır. Atabaskların, eyak hindilərinin və tlinkitlərin (na-dene dillərinin daşıyıcıları) ümumi əcdadları Şimal-Şərqi Asiyadan Amerikaya sonuncu köçənlərdən olmuşlar. Təqribən eramızdan əvvəl 1500-cü ildə praatabasklar sahildən uzaq, qitənin daxilindəki yaşayış mühitinə meyilli olan qrup kimi bu birlikdən ayrılmışlar. Atabaskların ilk vətənlərinin Yukon çayının yuxarı axarında yerləşdiyi ehimal olunur. Atabaskların məskunlaşma prosesində 3 qrupa bölünmüşlər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.

"atabask" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atabask nədir? #atabask sözünün mənası #atabask nə deməkdir? #atabask sözünün izahı #atabask sözünün yazılışı #atabask necə yazılır? #atabask sözünün düzgün yazılışı #atabask leksik mənası #atabask sözünün sinonimi #atabask sözünün yaxın mənalı sözlər #atabask sözünün əks mənası #atabask sözünün etimologiyası #atabask sözünün orfoqrafiyası #atabask rusca #atabask inglisça #atabask fransızca #atabask sözünün istifadəsi #sözlük