Şah İsmayılın Gürcüstan yürüşləri
Şah İsmayılın Gürcüstan yürüşləri — Səfəvilərin I şahı I İsmayılın (1501–1524) hakimiyyəti dövründə indiki Gürcüstan ərazilərinə edilən qızılbaş yürüşləri.
1500-cü ildə Cabani döyüşündə Şirvanşahları məğlub edən, Bakı və Şamaxını ələ keçirən Şah İsmayıl 1501-ci ildə olmuş Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə qazanaraq Təbrizə daxil olub özünü şah elan etdi. Bundan sonra Səfəvi dövləti sürətlə ərazilərini böyüdərək imperiyaya çevrildi.
İlk Səfəvi hökmdarı Şah İsmayıl (1501–1524) Kartli və Kaxeti krallıqlarını 1510-cu illərin əvvəllərində özünün vassalı etdi. Lakin o, bu zaman hakimyyətini müasir İran bölgəsində möhkəmləndirməyə yönləndiyindən burada öz hakimiyyətini daha da gücləndirməklə məşğul olmadı. O, dəfələrlə Gürcüstana yürüşlər etdi, xüsusən 1518-ci ildə həyata keçirdiyi yürüş fərqlənirdi. Bu yürüş nəticəsində o, yenidən gürcü hakimlərini özünün vassalı etdi və 1522-ci ildə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirildi. Lakin əsl Səfəvilər tərəfindən təyin edilən hakimlər sisteminin yaradılması onun oğlu və varisi I Təhmasibin dövründə reallaşdı.
Osmanlı sultanı ilə münasibətlərin gərgin olmasını görən Şah İsmayıl gələcək mübarizədə mövqelərini yaxşılaşdırmaq üçün Gürcüstanda möhkəmlənmək qərarına gəldi. Gürcüstandakı vəziyyət də bünün üçün əlverişli idi, çünki orada bir-biri ilə mübarizə aparan bir neçə knyazlıq mövcud idi.