İsmayıllı sözü azərbaycan dilində

İsmayıllı

Yazılış

  • İsmayıllı • 99.6900%
  • İSMAYILLI • 0.2671%
  • ismayıllı • 0.0334%
  • İsmayıllI • 0.0095%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elabad (İsmayıllı)
Elabad — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqəsi Elabad kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Elabad kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Əhalisi 53 nəfərdir ki onunda 27 nəfəri kişi, 26 nəfəri qadındır. Ləzgilərdən ibarətdir..
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Göytəpə (İsmayıllı)
Göytəpə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 392 nəfərdir ki onunda 199 nəfəri kişi, 193 nəfəri qadındır.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gənzə (İsmayıllı)
Gənzə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzə kəndi İsmayıllı rayonunun qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 25 km aralıda, yaşıllıqlar qoynunda yerləşir. Mənbələrdə Kənzə kimidə qeydə alınmışdır. == Tarixi == Bir çox mənbələrdə Qanza variantında da qeydə alınmışdır. Tədqiqatçılar hidronimi ərəb dilindəki kənisa (atəşpərəst məbədi, kilsə) sözünün təhrif olunmuş forması hesab edirlər. Qanza variantı isə qədim Azərbaycan dilində "coşan", "məcrasından çıxan, qəzəblənən" mənalarında işlənmişdir. Azərbaycan dilinin şimal qrupu dialektlərində qanza turşumuş qatığa deyirlər. Kənd öz adını yaxınlığındakı Gənzədağın adından almışdır. Dağın başında qədim məbəd xarabalıqları qalmaqdadır.
Gəraybəyli (İsmayıllı)
Gəraybəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Gəraybəyli kəndi Qubaxəlilli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Gəraybəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 776 nəfərdir ki, onun da 382 nəfəri kişi, 394 nəfəri qadındır.
Hacı İsmayıllı
Hacıismayıllı (Cəlilabad)
Hapıtlı (İsmayıllı)
Hapıtlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Hapıtlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Aşıqbayramlı kəndi mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi əsasən haputlulardan ibarətdir. Əhalisi 190 nəfərdir ki onunda 91 nəfəri kişi, 99 nəfəri qadındır.
Lahıc (İsmayıllı)
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Məhəmmədəli İsmayıllı
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Pünhan İsmayıllı
Pünhan İsmayıllı (İsayev Pünhan Baba oğlu) - bədii qiraətçi. 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır.Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dilidir. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir. 1. Öyrətmə özünə öyrətmə məni - 2000 2. Gəldim yenə görüşünə, Ordubadım - 2001 3. Ocağınız gur yansın - 2002 4. Hamının Evində toy, nişan olsun - 2003 5. Oğul ya qız, fərqi nədir - 2004 6.
Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.
Qalagah (İsmayıllı)
Qalagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Bu oykonim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları el arasında "Qız qalası" adlandırılan qədim qalanın adı ilə bağlıdır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funkisyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qaraqaya (İsmayıllı)
Qaraqaya — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Mərkəzi” turizm zonasında yerləşir. Kəndin əhalisi 355 nəfərdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndin ərazisində “Kələmərc” istirahət mərkəzi fəaliyyət göstərir. Kənd “İsmayıllı-Lahıc”şossesinin kənarında yerləşir. Kəndin ərazisində yerləşən “Qaranohur” yeməkxanası ilboyu fəaliyyət göstərir. Əhalisi 363 nəfərdir ki onunda 179 nəfəri kişi, 184 nəfəri qadındır.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qoşakənd (İsmayıllı)
Qoşakənd (əvvəlki adı: Nərimankənd) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə Girdimançayın sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Əhalisi 636 nəfərdir ki onunda 319 nəfəri kişi, 317 nəfəri qadındır.
Qəzli (İsmayıllı)
Qəzli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Əhalisi 197 nəfərdir ki onunda 93 nəfəri kişi, 104 nəfəri qadındır.
Soltankənd (İsmayıllı)
Soltankənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Soltankənd kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 604 nəfərdir ki, onun da 305 nəfəri kişi, 299 nəfəri qadındır.
Əyriçay (İsmayıllı)
Əyriçay — İsmayıllı rayonunda çay. Göyçayın qoludur. Mənbəyini Baş Qafqaz silsiləsinin cənub ətəyindən (720 m. yüksəklikdən) alır. Hidronim çayın əyri formada qərbə tərəf axması ilə bağlı olaraq yaranmışdır.
Külüllü (İsmayıllı)
Külüllü — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 205 nəfərdir ki onunda 89 nəfəri kişi, 116 nəfəri qadındır.
İsmayıllı
İsmayıllı — Azərbaycanda şəhər, İsmayıllı rayonunun inzibati mərkəzi. Şəhərdən Bakıya qədər olan məsafə 175 kilometrdir. 1859–1864-cü ilə olan məlumata əsasən, Bakı quberniyasının Şamaxı qəzasının İsmayıllı kəndində 212 evdə 487 nəfəri kişilər, 463 nəfəri isə qadınlar olmaqla 950 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. 13–22 aprel 2019-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İsmayıllı şəhərində (ümümillikdə 87500) 55,004 nəfər (7,550 nəfəri kişilər, 7,454 nəfəri qadınlar) əhali yaşayır. İsmayıllı şəhərinin 50 sakini Qarabağ müharibəsi zamanı şəhid olmuş, ikisi isə Milli Qəhrəman adına layiq görülmüşdür. Çingiz Qəribxan oğlu Əmrəliyev 1966–20.08.1993 Mirzağa Kamal oğlu Əzimov 1966–03.03.1994 Natiq Yavər oğlu Abdullayev 1970–16.04.1994 Leytenant Fazil Lətif oğlu Əzimov 1962–22.05.1994 Bəhruz Bədəl oğlu Əbilov 1964–05.05.1994 Ruslan Marif oğlu Bədəlov 1969–01.02.1993 Ramiz Əbülfət oğlu Hacıyev 1963–15.01.1994 Zəfər Bəyi oğlu Mirzəyev 1968–12.01.1994 Mübariz Fəzayıl oğlu Orucov 1964–13.06.1992 Şahməmməd Məmməd oğlu Seyfəliyev 1971–08.05.1992 Rəşad Hüseyn oğlu Teyubzadə 1976–08.10.1995 Namiq Əsgər oğlu Şalbuzov 1973–23.01.1993 Eldar Səftər oğlu Məmmədov 1966–30.04.1994 Cavid Möhtəşəm oğlu Məmmədov 1973–25.02.1993 itkin Şirzad Zeydil oğlu Quliyev 1976–19.04.1997 itkin Polkovnik-leytenant Ağahüseyn Ağacəfhər oğlu Aslanov 1950–25.04.1994 İsmayıllı rayonu ərazisi e.ə II və I əsrdə Albaniyanın ərazisinə daxil olmuşdur. Girdimançayın dərəsini ətrafında isə güclü Alban dövləti mövcud olmuşdur. İndiki İsmayıllı şəhəri 1959-cu ilə kimi kənd, 1967-ci ilə kimi isə şəhər tipli qəsəbə olub. 1967-ci il 14 yanvarda bura rayon tabeli şəhər statusu verilib. Şəhərdə "Qız qalası" istirahət zonası Ax-Ox çayın sahilində Nağakənd bölgəsində yerləşir.
Xankəndi (İsmayıllı)
Xankəndi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Xankəndi kəndi Basqal kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Xankəndi kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şirvan xanı Mustafa xana məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Xankəndi çayının sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisi 431 nəfərdir ki, onun da 209 nəfəri kişi, 222 nəfəri qadındır.
Zeyvə (İsmayıllı)
Zeyvə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İsmayıllı rayonunun Zeyvə kəndi Basqal qəsəbə sovetinin tərkibindən Xankəndi kənd sovetinin tərkibinə verilmişdir. Qədim memarlıq abidələrindən XIX əsrə aid səkkizbucaqlı türbə mövcuddur. Kənd Baş Qafqaz yaylasında, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində, Basqal qəsəbəsinin yaxınlığında, rayon mərkəzindən 35 km şərqdə yerləşir. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zeyvə kəndində 22 evdə 66 nəfəri kişilər, 67 nəfəri isə qadınlar olmaqla 133 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Hazırda əhalisi 452 nəfərdir ki, onun da 237 nəfəri kişi, 215 nəfəri qadındır. Əhalisi heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. Kənddə məktəb fəaliyyət göstərir.
İvanovka (İsmayıllı)
İvanovka — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Sovet dövründən ölkədə qalan yeganə kolxoz. İvanovka İsmayıllı rayonunun mərkəzindən 12–14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar. Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İvanovka kənd inzibati ərazi dairəsində 2797 nəfər (1327 nəfəri kişilər, 1470 nəfəri qadınlar) əhali yaşayır. 1. b/l Vasili Nikolayeviç Belyakov 1962-04.12.1993 Arif Məhəmməd oğlu Əsgərov 1973-16.06.1993 itkin Şirinov Etibar Fazil oğlu 27.08.1993 - 09.11.2020 (Zəngilan rayonu) 1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu və o bugünkü günə kimi öz fəaliyyətini davam etdirir.
Qalacıq bələdiyyəsi (İsmayıllı)
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırmızı Oktyabr (İsmayıllı)
Yenikənd (əvvəlki adı: Qırmızı Oktyabr) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Kəlbənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Oktyabr kəndi Yenikənd kəndi adlandırılmışdır. Əhalisi 812 nəfərdir.
Qız qalası (İsmayıllı)
Qala İsmayıllı rayonunun Xanəgah kəndində yerləşir. Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədilə tikildiyi güman edilir. İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m² olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.. Ön istehkam Qarasu dərəsindədir.
"İsmayıllı-1" SES
"İsmayıllı-1" SES (tam adı: "İsmayıllı-1" su-elektrik stansiyası) — İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında yerləşən su-elektrik stansiyası. "İsmayıllı-1" su-elektrik stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində Azərbaycan Respublikasında inşa olunan obyektlərdən biridir. Kiçik su-elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir. Stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir. Stansiyanın binasının foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır. Bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir.

ismayıllı sözünün fransız dilinə tərcüməsi

"ismayıllı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ismayıllı nədir? #ismayıllı sözünün mənası #ismayıllı nə deməkdir? #ismayıllı sözünün izahı #ismayıllı sözünün yazılışı #ismayıllı necə yazılır? #ismayıllı sözünün düzgün yazılışı #ismayıllı leksik mənası #ismayıllı sözünün sinonimi #ismayıllı sözünün yaxın mənalı sözlər #ismayıllı sözünün əks mənası #ismayıllı sözünün etimologiyası #ismayıllı sözünün orfoqrafiyası #ismayıllı rusca #ismayıllı inglisça #ismayıllı fransızca #ismayıllı sözünün istifadəsi #sözlük