İsraillilər
İsraillilər (ivr. יִשְׂרְאֵלִים; ərəb. إسرائيليون) – İsrail dövlətinin vətəndaşları. Ölkə əhalisinin 75 faizini yəhudilər, 20 faizini ərəblər, 5 faizini digər etnik və dini azlıqlar təşkil edir.
Erkən İsrail mədəniyyəti əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Avropadan, Qərbi Asiyadan və Şimali Afrikadan Britaniya Fələstininə aliya edən yəhudi diasporunun nümayəndələri tərəfindən formalaşdırılmışdır. Sonradan Efiopiya, keçmiş Sovet respublikaları və Amerika qitəsindən yəhudi immiqrasiyası İsrail cəmiyyətinə yeni mədəni elementlər qatdı və müasir İsrail mədəniyyətinə dərin təsir göstərdi.
1948-ci ildə İsrail müstəqillik əldə etdikdən sonra, israillilər və İsrail əsilli şəxslər əsasən yəhudi diasporu ilə eyni olan, lakin digər etnik və dini qrupları da əhatə edən geniş diaspora malikdir. Ümumi İsrail əhalisinin təxminən 10 faizinin xaricdə, xüsusən də Rusiyada (Moskvada İsraildən kənarda ən böyük İsrail icması yerləşir), Hindistanda, Kanadada, Böyük Britaniyada, ABŞ-də və bütün Avropa ölkələrində yaşadığı təxmin edilir.
== Etnik və dini qruplar ==
İsrailin əsas etnik və dini qrupları aşağıdakılardır:
=== Yəhudilər ===
İsrail əsilli yəhudi əhalisinin əksəriyyəti Aşkenazi Yəhudiləri, Mizrahi Yəhudiləri, Sefarad Yəhudiləri, Efiopiya Yəhudiləri və digər yəhudi etnik bölmələrinin nəslindəndir. Tarixən böyük Mizrahi əhalisi və onilliklər boyu etnik qarışıqlıq səbəbindən İsrailin hazırkı yəhudi əhalisinin 50%-dən çoxu ən azı qismən Mizrahi mənşəlidir.