* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, məsum. – Gülzarın namuslu və ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. C.Cabbarlı. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / ismətli1 namuslu — həyalı — abırlı — əxlaqlı — təmiz — məsum
Azərbaycan dilinin sinonimlər lüğəti / ismətli1 İSMƏTLİ – NAMUSSUZ Görmüşdüm ağıllı, ismətli, qoçaq; Manqabaşçısıydı, qəşəng gəlindi (Ə.Cəmil); Bu namussuzu nə üçün qolları bağlı gətirmədin? (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / ismətli1 s. 1. honest, honest-minded; blameless, faultless, upright; virtue; ~ adam an honest / blameless person; 2. chaste; ~ gözlər chaste eyes; ~ arvad a chaste wife
Azərbaycanca-ingiliscə lüğət / ismətli1 sif. irréprochable ; immaculé, -e ; pudique ; modeste ; chaste
Azərbaycanca-fransızca lüğət / ismətli