iylənmiş sözü azərbaycan dilində

iylənmiş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iylənmiş • 91.1765%
  • İylənmiş • 8.8235%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İylənmiş corab
İylənmiş corab və ya qoxumuş corab – uzun müddət istifadə olunduqdan sonra spesifik xoşagəlməz qoxuya malik corablar. Qoxuya səbəb ammonyak, yağ turşuları (xüsusilə, izovalerian turşusu) və süd turşusu qarışığıdır. İylənmiş corablar it və ağcaqanad kimi bəzi heyvanları özünə cəlb edir. İylənmiş corab qoxusunu tez-tez ayaqla əlaqələndirsələr də, insan ayağının süd məhsulları, pendir, sosiska, balıq kimi qidalarla təması nəticəsində yaranır, eləcə də, təbiətdə bəzi bitkilər də iylənmiş corab qoxusuna malikdir. Bəzən iylənmiş corab qoxusuna binaların və avtomobillərin hava təmizləmə sistemlərində də təsadüf olunur və bu hal "iylənmiş corab sindromu" adlanır. İylənmiş corab qoxusunu azaltmaq üçün corabın hazırlandığı parçalara xüsusi materiallar daxil etməyi təklif edən yeni texnologiyalar təklif olunmuşdur. == Analiz == Uzun müddət istifadə olunmuş corabdan gələn spesifik iyin bu birləşmələrdən qaynaqlandığı düşünülür: yağ turşusu (yağ iyisi verir) dimetil disulfid (soğan iyisi verir) dimetil trisulfid 2-heptanon (banan iyisi verir) 2-nonanon (meyvə, piy, çiçək iyisi verir) 2-oktanon (alma iyisi verir) == Tibb == İylənmiş corab qoxusu izovalerik asidoz xəstəliyinin əlamətlərindən biridir. 2-ci növ diabeti müalicə etmək üçün istifadə olunan metformin maddəsindən bənzər qoxu gəldiyi üçün pasiyentlər bu dərmandan imtina edirlər. Yaponiyada istifadə olunan qoxubilmə testlərinin biri "tərli corab" iyisini müəyyən etməyə əsaslanıb. Alkil nitritlər yeni olduqda meyvə qoxusu versə də, vaxt keçdikcə onlardan iylənmiş corab iyisi gəlir.

iylənmiş sözünün leksik mənası və izahı

  • 1 f.sif. Qoxumuş, xarab olmuş, ağırlaşmış. İylənmiş balıq. – …Get iylənmiş qatığını satmağa! – baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / iylənmiş

iylənmiş sözünün sinonimləri (yaxın mənalı sözlər)

iylənmiş sözünün rus dilinə tərcüməsi

iylənmiş sözünün inglis dilinə tərcüməsi

iylənmiş sözünün fransız dilinə tərcüməsi

iylənmiş sözünün ləzgi dilinə tərcüməsi

"iylənmiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iylənmiş nədir? #iylənmiş sözünün mənası #iylənmiş nə deməkdir? #iylənmiş sözünün izahı #iylənmiş sözünün yazılışı #iylənmiş necə yazılır? #iylənmiş sözünün düzgün yazılışı #iylənmiş leksik mənası #iylənmiş sözünün sinonimi #iylənmiş sözünün yaxın mənalı sözlər #iylənmiş sözünün əks mənası #iylənmiş sözünün etimologiyası #iylənmiş sözünün orfoqrafiyası #iylənmiş rusca #iylənmiş inglisça #iylənmiş fransızca #iylənmiş sözünün istifadəsi #sözlük