işçiləri sözü azərbaycan dilində

işçiləri

Yazılış

  • işçiləri • 90.5193%
  • İşçiləri • 9.4620%
  • iŞçiləri • 0.0093%
  • İŞÇİLƏRİ • 0.0093%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hoqvarts işçiləri
Aşağıdaki personajlar Harri Potter romanlar seriyasındaki, Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbi'nin işçiləri, sakinləri və qurucularıdır. == Heyət və vəzifələri == == Əhəmiyyətli müəllimlər və personal == === Arqus Filç === Arqus Filç, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində xadimə olaraq çalışmaqdadır. Harri Potter romanlar seriyasındaki bütün kitablarda adı keçməkdədir. Kitabda Arqus Filçin bir Qofti(Sehrbaz nəslindən gəlməsinə baxmayaraq heç bir sehr gücü olmayan insana verilən bir sözdür) olduğu deyilməkdədir. Bu görə şagirdləri sevməz. Xüsusilə Harri Potter, Fred və Corcdan nifrət edər. Harrinin seçilmiş adam olmasına baxmayaraq heç bir səhvini bağışlamaz. Qaydaçı, qatı bir xarakteri vardır. Işgəncəni sevməsi ilə sadist ruhlu biri olduğu ortaya ilk kitapa çıxmışdır. "Missis Norris" adında bir pişiyi vardır.
Seks işçiləri
Seks işçisi — seks sənayesində çalışan bir şəxs. Termin birbaşa cinsi xidmətlər göstərənlər də daxil olmaqla, seks sənayesinin bütün sahələrində işləyən şəxslərə istinad edilir.
Dəniz işçiləri
Dəniz işçiləri — Viktor Hüqonun ilk dəfə 1866-cı ildə nəşr olunan romanı. Əsərdə Hüqonun sürgünə getdiyi və sürgün qərarı ləğv edildikdən sonra 15 il yaşadığı Gernsi adasından və orada yaşayan dəniz işçilərindən bəhs edir. Müəllif bu əsəri ilə bütün yoxsul dəniz işçilərinin, xüsusən də sevdiyi qadına qovuşmaq üçün təkbaşına qapalı qalmış gəmini xilas etməli olan bir dəniz işçisinin həyat mübarizəsini təqdirəlayiq və ətraflı təsvirlərlə ədəbiyyata gətirmişdir. == Personajlar == Jilyat - balıqçı Mas Lethierri - "Duranda" gəmisinin sahibi Derüşetta - Lethierrinin gənc qardaşı qızı Sierra Kluben - Duranda kapitanı Ebenezer Kaudre gənc Anqlikan keşişidir. == Süjet xətti == Romanın əsas personajı Gernsi adasında tənha yaşayan gənc balıqçı Jilyatdır. Ətrafındakılar onu sehrbaz hesab edirlər, lakin o, bacarıqlı dənizçidir. O, əmisi Mass Lethierri ilə yaşayan gənc gözəl Derüşettaya aşiq olur. Derüşetta, adada yeganə keçid olan Durandanın sahibidir. Bir vaxtlar onun yoldaşı Rantin onların ümumi xəzinəsindən 50 min frank oğurlayaraq qaçmışdı, lakin Lethierri işlərini yaxşılaşdıra bildi və hətta varlandı. Durandanın kapitanı pozulmaz dürüstlüyün və sərt əxlaqın təcəssümü olan Sierra Klubendir.
Gömrük İşçiləri Günü
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra — 1992-ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyuldu. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır. Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Tarix boyu mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul etmişdi. Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992 gömrük işçisi keşik çəkirdi. Aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan vermədi.
Prokurorluq işçiləri günü
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918–1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
Səhiyyə İşçiləri Günü
Səhiyyə İşçiləri Günü — Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı. Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Tibb işçiləri günü
Tibb İşçisi Günü (Tibb Günü) - SSRİ-də qeyd olunurdu və Rusiya Federasiyasında hər il iyun ayının üçüncü bazar günü qeyd olunur. SSRİ-də tibb işçisi günü SSRİ Ali Sovet Rəyasət Heyətinin 1 oktyabr 1980-ci il tarixli "Tətil və yaddaqalan günlər haqqında" fərmanına əsasən qeyd olunmağa baçlandı. Rusiya, Belarusiya, Ukrayna və Qazaxıstanda iyun ayının üçüncü bazar günü qeyd olunur. Bundan əlavə, Latviyada 2011-ci ildən etibarən Seymin fərmanı ilə eyni gün qeyd olunur və Azərbaycanda isə Tibb işçilərinin peşə bayramı 17 iyun qeyd olunur.
Televiziya və Radio İşçiləri Günü
Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür. 1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir. Televizorun (yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi.
Su təsərrüfatı və meliorasiya işçiləri günü
Su təsərrüfatı və meliorasiya işçiləri günü — Azərbaycan Respublikasında peşə bayramı; 2014-cü ildən etibarən hər il iyun ayının 5-i qeyd olunur. Bu peşə bayramı "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilmişdir.
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı (dan. Dansk Metalarbejderforbund - Dansk Metal) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. == Tərkibi == Bu təşkilat ətrafına təxminən 142 min üzvü toplanmışdır. == Rəhbəri == 2012-ci ildən təşkilatın rəhbəri Klaus Yensendir. == Mənbə == International Centre for Trade Union Rights; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİRK) – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-ci tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır. İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir. İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin — Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.
Azərbaycan Respublikasının əməkdar ali məktəb işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar nəqliyyat işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar tibb işçilərinin siyahısı
== 2012 ==
Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçilərinin siyahısı
== 1992 ==
Fici Sənaye İşçilərinin Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı — hər ilin 28 mart ayında keçirilən Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü. 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Mülki aviasiya işçilərinin peşə bayramı günü
Mülki aviasiya işçilərinin peşə bayramı günü — Azərbaycanda bayram günü Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü — 2006-cı il 6 dekabrdan etibarən hər il qeyd olunan peşə bayramı. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib. Hər il peşə bayramı ilə əlaqədar olaraq, bu sahədə çalışanlar müxtəlif fəxri adlar və Azərbaycanın digər dövlət təltifləri ilə təltif edilirlər. İndiki Azərbaycan ərazilərinə aid ilk ciddi rabitə fəaliyyəti Hülakülər dövlətinə təsadüf edir. Tarixə məlum olan ilk yazılı mənbə Qazan xanın 1303-cü ildə dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirməsidir. Poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli isə ilk dəfə 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən qoyulub. Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi isə birbaşa 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ya qısaca TİPİİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri. Bakı şəhərində yerləşir. Direktoru Vəfa Yaqubludur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. İnstitutun fəaliyyət istiqamətləri: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması; müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi; keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması; ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması; müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması. Əvvəlki adı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olmuş, 2 dekabr 2015-ci ildən indiki adını daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası ilə birlikdə vahid qurumda birləşdirilməsi nəzərdə tutulmuşdur. İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir: İnsan resursları mərkəzi; Əlavə təhsilin məzmun standartları söbəsi; Tədris resursları şöbəsi; Qiymətləndirmə şöbəsi; Monitorinq şöbəsi; Beynəlxalq layihələr şöbəsi; Layihələrin idarə edilməsi şöbəsi; Kadrlar şöbəsi; İnformasiya şöbəsi; Mühasibatlıq şöbəsi; Təsərrüfat şöbəsi.
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı (isp. Sindicato de Obreros Tipógrafos) — İspaniyanın mətbəə işçilərinin birləşdiyi aparıcı həmkarlar ittifaqı təşkilatı. 1897-ci ildə yaradılmışdır. Bu təşkilat ölkədə yaradılmış ilk katolik həmkarlar ittifaqı idi. La Organización Sindical Española, Escuela Sindical 1961. 1961: Madrid, page 27.
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. == Tərkibi == Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.

"işçiləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işçiləri nədir? #işçiləri sözünün mənası #işçiləri nə deməkdir? #işçiləri sözünün izahı #işçiləri sözünün yazılışı #işçiləri necə yazılır? #işçiləri sözünün düzgün yazılışı #işçiləri leksik mənası #işçiləri sözünün sinonimi #işçiləri sözünün yaxın mənalı sözlər #işçiləri sözünün əks mənası #işçiləri sözünün etimologiyası #işçiləri sözünün orfoqrafiyası #işçiləri rusca #işçiləri inglisça #işçiləri fransızca #işçiləri sözünün istifadəsi #sözlük