Sosial işçilərə qarşı zorakılıq
Müştərilərin sosial işçilərə qarşı zorakılığı nadir baş verən hadisələrdən deyildir. Qərb ştatında lisenziyalı sosial işçilər üzərində aparılan araşdırmada, Rey (1996) Sosial işçilərə qarşı zorakılğın əsasən fəaliyyət yerlərində baş verdiyini müəyyənləşdirmişdir.
Griffin (1995) Sosial iş hallarının daha da mürəkkəbləşdiyini və yardım prosesinin daha çox zorakılıqla dolu sosial kontekstdə təmin edildiyini bildirmişdir
Cəmiyyət içərisində işləyən sosial işçilər ofisdə işləyən həmkarlarına nisbətən daha böyük təhlükə ilə üzləşirlər, çünki onlar tez-tez təhlükəli məhəllələrdə xidmət göstərirlər və əgər hər hansısa bir problem yaranarsa, dərhal dəstək göstəriləbilmir.
Newhill(1996) Amerika Birləşmiş Ştatlarının iki ştatında NASW (Sosial İşçilərin Milli Assosiasiyası) üzvləri arasında keçirilən sorğuda respondentlərin 59 faizinin zorakı müştərilərlə işləmək üzrə təlimlər keçdiyini müəyyən edib.
Bütün sosial işçilər risk altında olsalar da, araşdırmalar göstərir ki, daha gənc və daha az təcrübəli kadrlar daha çox müştəri hücumu riski altındadır.
Elmi ədəbiyyatda qadın və ya kişi sosial işçilərdən hansıların daha çox zorakılıq və təhdid riski altında olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın sosial işçilər müştərilər tərəfindən edilən fiziki zorakılığa xüsusilə həssasdırlar. Tryon (1986) qadınların da kişi həmkarları kimi tez-tez fiziki hücumlara məruz qaldığını bildirmişdir.
Sosial işçilər ikinci dərəcəli və ya əvəzedici travma kimi tanınan şəfqət yorğunluğu (compassion fatigue) ilə üzləşə bilər. Şəfqət yorğunluğu prosesi, sosial işçilərin müştərilərinin əlamətlərini və simptomlarını yaşamalarının potensial psixoloji nəticəsidir.