jadeit sözü azərbaycan dilində

jadeit

Yazılış

  • jadeit • 73.3333%
  • Jadeit • 26.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jadeit
Jadeit – Na Al [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – element-qatışıqlarından asılı olaraq mineral müxtəlif rəngdə olur: ağ, yaşılımtıl (Cr3+, Fe2+), göy (Fe2+, Fe3+), bozdan qarayadək (Mn2+, Fe3+), zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – qeyri -şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,2-3,5; sərtliyi – 6,5-7,5; Ayrılma – {110} prizması üzrə orta, {010} və {100} üzrə qeyri-mükəmməl; Olduqca özlüdir; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik, sıx kriptokristallik kütlələr; Mineral aqreqatları: sıx, qarışıq-lifli, keçəyəoxşar. == Mənşəyi və yayılması == Tipik metamorfogen mineral olub, qələvilərlə zəngin süxurların yüksək temperatur və aşağı təzyiq şəraitində baş verən metamorfizmi prosesində əmələ gəlir. Ultraəsası süxurlarda, qlaukofan şistlərində qeyd edilir. Zərbə metamorfozmi nəticəsində plagioklazlar hesabına əmələ gəlmiş jadeit meteorit kraterlərində aşkar edilmişdir. Nadir hallarda həmçinin kontakt-metasomatik süxurlarda müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, serpentin, lavsonit, xlorit, qranat, mika, albit, maqnetit və b. Mineralın tapıldığı yerlər: San Benito yaxınlığında (ABŞ); Tomo (Birma); Kotaki (Yaponiya); Val-di Susa (İtaliya); Ris meteoritinin krateri (Almaniya) və b. Azərbaycanda Kəlbəcər rayonunun serpentinitlərində qeyd edilir.
Jadeitit
Jadeitit - monoklinopiroksen-jade­it­dən ibarət monomineral metamorfogen (me­tasomatik) süxur Jadeitit tərkibində cüzi miqdarda albit, analsim, natrolit, pumpelliit, epidot, soizit və b. minerallar iştirak edə bilər. Jadeitit adətən qırışıqlıq zonalarda, serpentinləşmiş hiperbazit massivləri içərisində linzavari və damarabənzər cismlər şəklində yatır. Dekorativ xüsusiyyətinə görə bəzək məmulatları hazırlamaq üçün istifadə edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 ••••••• 0.09
2012 •••••••••••• 0.17
2013 •••••••••••••••••••• 0.29

jadeit sözünün etimologiyası

Oxşar sözlər

#jadeit nədir? #jadeit sözünün mənası #jadeit nə deməkdir? #jadeit sözünün izahı #jadeit sözünün yazılışı #jadeit necə yazılır? #jadeit sözünün düzgün yazılışı #jadeit leksik mənası #jadeit sözünün sinonimi #jadeit sözünün yaxın mənalı sözlər #jadeit sözünün əks mənası #jadeit sözünün etimologiyası #jadeit sözünün orfoqrafiyası #jadeit rusca #jadeit inglisça #jadeit fransızca #jadeit sözünün istifadəsi #sözlük