jurnalistlərini sözü azərbaycan dilində

jurnalistlərini

Yazılış

  • jurnalistlərini • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Azərbaycan Respublikasının əməkdar jurnalistlərinin siyahısı
== 1991 ==
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
AbzasMedia jurnalistlərinin həbsi
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. == Arxa plan == "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur. == Xronologiya == === 2023 === ==== Noyabr ==== 2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.
Abzas Media jurnalistlərinin həbsi

Azərbaycan jurnalistlərinin həbsi (1911)
Azərbaycan jurnalistlərinin həbsi — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda nəşr edilən qəzetlərin idarəxanaların polis və jandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalistinin həbsi hadisəsi. == Hadisə == Novruz bayramı günlərində — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda çar jandarmı "panislamizmin təbliği" bəhanəsiylə Azərbaycan qəzetlərinin idarəxanalarını basaraq bir çox jurnalisti həbs etmişdi. Həbs edilənlər bunlar idi: "Yeni həqiqət" qəzetinin sahibi-imtiyazı Oruc Orucov və sərmühərriri Məhəmmədsadıq Axundov, "Səda" qəzetinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, həmin qəzetin əməkdaşları Cəfər Bünyadzadə, Pirqulu Mürsəlov və Əbdürrəhman Xaybulov (Seroqlazov); "Yeni füyuzat" jurnalının sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy, "Şəhabi-saqib" jurnalının sahibi-imtiyazı və sərmühərriri Əliabbas Mütəllibzadə. Bakı Quberniya Jandarm İdarəsindən Xüsusi Jandarmalar Korpusu rəisinə yazılan 22 mart (4 aprel) 1911-ci il tarixli (№ 1811) təliqadən öyrənirik ki, tanınmış jurnalist Hacı İbrahim Qasımov da sonradan həbs olunub. Eyni vaxtda həbs olunanaların evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri, kitab mağazaları axtarılaraq külli miqdarda yazılı material, redaksiya və mətbəələrdən, həmçinin satışda olan yüzlərlə qəzet və jurnal müsadirə olunub. Jurnalistlərin həbsinə səbəb "Günəş" və "Yeni həqiqət" qəzetlərindəki və "Yeni füyuzat" jurnalındakı bəzi məqalələr idi. Məqalələr bunlar idi: "Yeni həqiqət" qəzetindən: "Günəş" bağlandı", (№ 1, 21 yanvar 1911), "Mətbuat şöbəsi" (№ 5, 26 yanvar 1911), "Avropalılar və ovçuluq" (№ 24, 20 fevral 1911), "İran işləri" (№ 36, 7 mart 1911), "Novoye vremya" qəzetinin niyyəti" (№ 38, 8 mart 1911), "Müsəlmanlara qarşı", (№ 39, 13 mart 1911); "Günəş" qəzetindən: "İran və Türkiyə" (№ 49, 24 oktyabr 1910); "Yeni füyuzat" jurnalından: "Siyasi. Asiyada" (№ 2, 26 oktyabr 1910; № 6, 23 noyabr 1910), "Eyb və qüsür bizim özümüzdədir" (№ 5, 1 fevral 1911). Bu məqalələr həm də məhbusları panislamizmdə günahlandırmaq üçün istifadə edilmişdir. Qafqaz Senzura Komitəsində yerli və Şərq dilləri üzrə senzor olaraq çalışmış Mirzə Şərif Mirzəyev "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" adlı əsərində Tiflis Quberniya Jandarm İdarəsinin və Mətbuat İşləri üzrə Tiflis Senzura Komitəsinin Qafqaz canişininə yazdıqları raportları dərc edib.

"jurnalistlərini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#jurnalistlərini nədir? #jurnalistlərini sözünün mənası #jurnalistlərini nə deməkdir? #jurnalistlərini sözünün izahı #jurnalistlərini sözünün yazılışı #jurnalistlərini necə yazılır? #jurnalistlərini sözünün düzgün yazılışı #jurnalistlərini leksik mənası #jurnalistlərini sözünün sinonimi #jurnalistlərini sözünün yaxın mənalı sözlər #jurnalistlərini sözünün əks mənası #jurnalistlərini sözünün etimologiyası #jurnalistlərini sözünün orfoqrafiyası #jurnalistlərini rusca #jurnalistlərini inglisça #jurnalistlərini fransızca #jurnalistlərini sözünün istifadəsi #sözlük