jurnalistlərin sözü azərbaycan dilində

jurnalistlərin

Yazılış

  • jurnalistlərin • 84.8953%
  • Jurnalistlərin • 15.0628%
  • JURNALİSTLƏRİN • 0.0419%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Jurnalistlərin dostu" mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. == Tarixi == "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. == Məqsədi == Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Jurnalistlərin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Jurnalistlərin dostu mükafatı

Avropada öldürülən jurnalistlərin siyahısı
Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur. Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb. == Abxaziya == Aleksandr Tatl — "The Wall Street Journal"ın müxbiri. 22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur. Andrey Soloviyev — ITAR–TASS-ın fotojurnalisti. 27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür. Georgi Çanya — "Resonants"ın müxbiri. 26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Qali yaxınlığında Gürcüstan partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür. == Azərbaycan == Salatın Əsgərova — "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri. 6 yanvar 1991-ci ildə Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü. Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Azərbaycan Respublikasının əməkdar jurnalistlərinin siyahısı
== 1991 ==
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
AbzasMedia jurnalistlərinin həbsi
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. == Arxa plan == "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur. == Xronologiya == === 2023 === ==== Noyabr ==== 2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.
Abzas Media jurnalistlərinin həbsi

Azərbaycan jurnalistlərinin həbsi (1911)
Azərbaycan jurnalistlərinin həbsi — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda nəşr edilən qəzetlərin idarəxanaların polis və jandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalistinin həbsi hadisəsi. == Hadisə == Novruz bayramı günlərində — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda çar jandarmı "panislamizmin təbliği" bəhanəsiylə Azərbaycan qəzetlərinin idarəxanalarını basaraq bir çox jurnalisti həbs etmişdi. Həbs edilənlər bunlar idi: "Yeni həqiqət" qəzetinin sahibi-imtiyazı Oruc Orucov və sərmühərriri Məhəmmədsadıq Axundov, "Səda" qəzetinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, həmin qəzetin əməkdaşları Cəfər Bünyadzadə, Pirqulu Mürsəlov və Əbdürrəhman Xaybulov (Seroqlazov); "Yeni füyuzat" jurnalının sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy, "Şəhabi-saqib" jurnalının sahibi-imtiyazı və sərmühərriri Əliabbas Mütəllibzadə. Bakı Quberniya Jandarm İdarəsindən Xüsusi Jandarmalar Korpusu rəisinə yazılan 22 mart (4 aprel) 1911-ci il tarixli (№ 1811) təliqadən öyrənirik ki, tanınmış jurnalist Hacı İbrahim Qasımov da sonradan həbs olunub. Eyni vaxtda həbs olunanaların evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri, kitab mağazaları axtarılaraq külli miqdarda yazılı material, redaksiya və mətbəələrdən, həmçinin satışda olan yüzlərlə qəzet və jurnal müsadirə olunub. Jurnalistlərin həbsinə səbəb "Günəş" və "Yeni həqiqət" qəzetlərindəki və "Yeni füyuzat" jurnalındakı bəzi məqalələr idi. Məqalələr bunlar idi: "Yeni həqiqət" qəzetindən: "Günəş" bağlandı", (№ 1, 21 yanvar 1911), "Mətbuat şöbəsi" (№ 5, 26 yanvar 1911), "Avropalılar və ovçuluq" (№ 24, 20 fevral 1911), "İran işləri" (№ 36, 7 mart 1911), "Novoye vremya" qəzetinin niyyəti" (№ 38, 8 mart 1911), "Müsəlmanlara qarşı", (№ 39, 13 mart 1911); "Günəş" qəzetindən: "İran və Türkiyə" (№ 49, 24 oktyabr 1910); "Yeni füyuzat" jurnalından: "Siyasi. Asiyada" (№ 2, 26 oktyabr 1910; № 6, 23 noyabr 1910), "Eyb və qüsür bizim özümüzdədir" (№ 5, 1 fevral 1911). Bu məqalələr həm də məhbusları panislamizmdə günahlandırmaq üçün istifadə edilmişdir. Qafqaz Senzura Komitəsində yerli və Şərq dilləri üzrə senzor olaraq çalışmış Mirzə Şərif Mirzəyev "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" adlı əsərində Tiflis Quberniya Jandarm İdarəsinin və Mətbuat İşləri üzrə Tiflis Senzura Komitəsinin Qafqaz canişininə yazdıqları raportları dərc edib.

"jurnalistlərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#jurnalistlərin nədir? #jurnalistlərin sözünün mənası #jurnalistlərin nə deməkdir? #jurnalistlərin sözünün izahı #jurnalistlərin sözünün yazılışı #jurnalistlərin necə yazılır? #jurnalistlərin sözünün düzgün yazılışı #jurnalistlərin leksik mənası #jurnalistlərin sözünün sinonimi #jurnalistlərin sözünün yaxın mənalı sözlər #jurnalistlərin sözünün əks mənası #jurnalistlərin sözünün etimologiyası #jurnalistlərin sözünün orfoqrafiyası #jurnalistlərin rusca #jurnalistlərin inglisça #jurnalistlərin fransızca #jurnalistlərin sözünün istifadəsi #sözlük