jurnalistlər sözü azərbaycan dilində

jurnalistlər

Yazılış

  • jurnalistlər • 78.8307%
  • Jurnalistlər • 21.1328%
  • JURNALİSTLƏR • 0.0364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Jurnalistlər Birliyi
Azərbaycan Jurnalistlər Birliyi (AJB) – Azərbaycanda müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai–yaradıcı təşkilat. == Haqqında == Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai – yaradıcı təşkilatdır. O 1000–dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır. AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, Kütləvi İnformasiya Vasitələrin (KİV), azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 İyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəlirinə baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir. == Tarixi == Azərbaycan Jurnalistlər Birliyi ilk olaraq 1955-ci ildə, Azərbaycan KP MK–nın qərarı ilə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədlərdə, 1955–1959-cu illər arasında, Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədilə təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var. Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar, Təşkilat Bürosunun sədri, həmin illərdə AKP MK–nın Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış Şıxəli Qurbanovun Azərbaycan KP MK–nın Bürosuna göndərdiyi fevral 1959-cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov.
Azərbaycan Jurnalistlər İttifaqı

Beynəlxalq Jurnalistlər Federasiyası
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) (orijinal adı: International Federation of Journalists) — kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı. Mənzil-qərargahı Brüsseldə yerləşir. == Tarixi == Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə yaradılıb. O zaman təxminən iyirmi ölkədən 25 000-ə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil edirdi və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti Fransız müxbiri Georges Bourdon idi. Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyasını Londonda qurmağa qərar verdi. 1946-cı ildə Müttəfiqlərin və ya azad ölkələrin Jurnalistlər Federasiyası ləvğ olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaranmağa başladı. Soyuq müharibə nəticəsində Beynəlxalq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresində yenidən fəaliyyətə başladı. Bu layihə Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılacaqdı.
SSRİ Jurnalistlər İttifaqı
SSRİ Jurnalistlər İttifaqı — SSRİ-də kütləvi informasiya vasitələrində çalışanların ictimai təşkilatı. 1959-cu ildə Aleksey Acubeyin təşəbbüsü ilə yaradılıb.
Öldürülən Jurnalistlər(Avropa)
Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur. Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb. == Abxaziya == ♦Alexandre Tuttle — Wall Street jurnalının müxbiri.22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur. ♦Andrey Soloviev —ITAR–TASS–ın fotojurnalisti.27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür. ♦George Chanya — Rezonans müxbir.26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Gali yaxınlığında gürcü partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür. == Azərbaycan == ♦Çingiz Mustafayev — Demokratik Russiya Mətbuat Agentliyinin fotojurnalisti.15 iyun 1992–ci ildə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında gedən döyüşləri lentə alarkən erməni hərbi hava qüvvələri tərəfindən öldürülmüşdür. ♦Adil Bunyatov — Reuters Tv və Turan Xəbər Agentliyinin kamera operatoru.17 mart 1995–ci ildə baş verən üsyanı lentə alarkan polis qüvvələri tərəfindən oldürülmüşdür. ♦Elmar Hüseynov — Monitor jurnalının təsisçisi və redaktoru.Müxalif yazıları ilə tanınan Elmar Hüseynov 2 mart 2005–ci ildə yaşadığı mənzildə qətlə yetirilmişdir. ♦Novruzəli Məmmədəli — “Tolişi Sado” qəzetinin redaktoru.17 avqust 2009–cü ildə vəziyyəti ağırlaşdığı üçün aparildığı xəstəxanada vəfat etmişdir.Onun ölümü Bakıdakı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən hökümətin etinadsızlığı tərəfindən pislənilmişdir. ♦Rafiq Tağı — Azadlıq radiosunun.19 noyabr 2011–ci ildə bıçaqlanmış və 23 noyabr 2011–ci ildə xəstəxanada dünyasını dəyişmişdir.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Jurnalistlər üçün hərbi məlumat kitabı
Jurnalistlər üçün hərbi məlumat kitabı — jurnalistlər üçün nəzərdə tutulmuş məlumat kitabı. Tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir. Kitabın redaktoru Cavid İsmayıldır. Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib. == Mənbələr haqqında == Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi kömək göstərib. Kitabın tərtibçiləri Rəşad Süleymanov və Ramil Məmmədov, redaktoru Cavid İsmayıldır. Kitaba ön sözü Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev yazıb.
Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
"Jurnalistlərin dostu" mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. == Tarixi == "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. == Məqsədi == Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Avropada öldürülən jurnalistlərin siyahısı
Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur. Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb. == Abxaziya == ♦Alexandre Tuttle — Wall Street jurnalının müxbiri.22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur. ♦Andrey Soloviev —ITAR–TASS–ın fotojurnalisti.27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür. ♦George Chanya — Rezonans müxbir.26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Gali yaxınlığında gürcü partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür. == Azərbaycan == ♦Çingiz Mustafayev — Demokratik Russiya Mətbuat Agentliyinin fotojurnalisti.15 iyun 1992–ci ildə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında gedən döyüşləri lentə alarkən erməni hərbi hava qüvvələri tərəfindən öldürülmüşdür. ♦Adil Bunyatov — Reuters Tv və Turan Xəbər Agentliyinin kamera operatoru.17 mart 1995–ci ildə baş verən üsyanı lentə alarkan polis qüvvələri tərəfindən oldürülmüşdür. ♦Elmar Hüseynov — Monitor jurnalının təsisçisi və redaktoru.Müxalif yazıları ilə tanınan Elmar Hüseynov 2 mart 2005–ci ildə yaşadığı mənzildə qətlə yetirilmişdir. ♦Novruzəli Məmmədəli — “Tolişi Sado” qəzetinin redaktoru.17 avqust 2009–cü ildə vəziyyəti ağırlaşdığı üçün aparildığı xəstəxanada vəfat etmişdir.Onun ölümü Bakıdakı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən hökümətin etinadsızlığı tərəfindən pislənilmişdir. ♦Rafiq Tağı — Azadlıq radiosunun.19 noyabr 2011–ci ildə bıçaqlanmış və 23 noyabr 2011–ci ildə xəstəxanada dünyasını dəyişmişdir.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Azərbaycan Respublikasının əməkdar jurnalistlərinin siyahısı
== 1991 ==
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası
== Tarixi == Ölkəmizin idman mediası yaradıcı əməkdaşlarının milli birliyi missiyasını həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA 1995-ci ildə yaradılıb. == Məlumat == AİJA idmanımızın və idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir. == Fəaliyyət == Ölkə idmanımız, olimpiya hərəkatımız kimi, idman mediamızın da beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AIPS müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AIPS-in tam hüquqlu üzvü seçilib, Nizamnaməyə uyğun olaraq AIPS ətrafında birləşən milli assosiasiyalar eyni zamanda təşkilatın qitə bölmələrinə daxil olmalıdırlar. Azərbaycana Asiya seksiyasında yer ayırmışdılar. Təşkilatın rəhbəri Eldar İsmayılov hələ o vaxt, 13 il əvvəl İspaniyada gərgin danışıqlar apararaq AIPS rəhbərliyini ölkəmizin əsasən Avropa dəyərlərinə sadiqliyini və bu istiqamətdə inkişaf perspektivlərini sübut edə bildi. Beləliklə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun aparıcı qitə təşkilatında - Avropa İdman Mətbuatı İttifaqında (UEPS), hazırda AIPS EUROPE adlanan qurumda özünə layiq yer tuta bildi.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA

Beynəlxalq İdman Jurnalistləri Günü
Beynəlxalq İdman Jurnalistləri Günü — hər il 2 iyul tarixində qeyd olunan idman jurnalistlərinin beynəlxalq peşə bayramı Hər il 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 86 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü.Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Jurnalistlərin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Jurnalistlərin dostu mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. == Tarixi == "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. == Məqsədi == Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir. Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 57.90 dəfə / 1 mln.
2002 •••••••• 27.41
2003 ••••••••••••••••• 64.56
2004 ••••••••••••• 46.83
2005 ••••••••••••• 49.93
2006 ••••••••••••••••• 64.42
2007 •••••••••••••••• 58.57
2008 •••••••••••••• 51.65
2009 ••••••••••••••••• 65.91
2010 •••••••••••••••••• 67.35
2011 ••••••••••••••••••• 70.43
2012 •••••••••••••••••••• 77.61
2013 •••••••••••••••••••• 77.31
2014 •••••••••••••••• 61.61
2015 •••••••••••••••• 59.20
2016 •••••••••••• 45.64
2017 ••••••••••••••• 57.88
2018 •••••••••• 36.56
2019 ••••••••• 31.43
2020 ••••••• 23.74

"jurnalistlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#jurnalistlər nədir? #jurnalistlər sözünün mənası #jurnalistlər nə deməkdir? #jurnalistlər sözünün izahı #jurnalistlər sözünün yazılışı #jurnalistlər necə yazılır? #jurnalistlər sözünün düzgün yazılışı #jurnalistlər leksik mənası #jurnalistlər sözünün sinonimi #jurnalistlər sözünün yaxın mənalı sözlər #jurnalistlər sözünün əks mənası #jurnalistlər sözünün etimologiyası #jurnalistlər sözünün orfoqrafiyası #jurnalistlər rusca #jurnalistlər inglisça #jurnalistlər fransızca #jurnalistlər sözünün istifadəsi #sözlük