körfəzi sözü azərbaycan dilində

körfəzi

Yazılış

  • körfəzi • 84.1798%
  • Körfəzi • 15.4699%
  • KÖRFƏZİ • 0.3503%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heroonpol körfəzi
Heroonpol körfəzi — qədim dövrdə Süveyş körfəzinin adı. Heroonpolun yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır. Qırmızı dəniz və onun Süveyş körfəzinin şimalda Böyük Acı Gölə qədər uzandığına dair sübutlar var. II Ptolemey Filadelf e.ə. 270–269-cu illərdə Heroonpolda qərb-şərq kanalının əsasını qoymuş, Qırmızı dənizdən gələn duzlu suyun kanaldakı şirin su ilə qarışmasının qarşısını alaraq Heroonpol körfəzi ilə Qırmızı dəniz arasında gəmi nəqliyyatını təmin etmək məqsədilə burada gəmi qıfılı qurmuşdur.
Hudzon körfəzi
Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atlantik okeana çıxışı olan körfəzdir (Faktiki olaraq isə Hudzon daxili dənizdir). Körfəz Kanadanın Kvebek, Ontario, Manitoba və Nunavut vilayətlərinin ərazisi ilə hüdudlanır. Labrador dənizi ilə Hudzon boğazı vastəsilə birləşir, Şimal Buzlu okean ilə Foks körfəzi vastəsilə birləşir. Körfəzin sahəsi 1,23 milyon km² təşkil edir. Dərinliyi 258 metrdir. Oktyabrdan iyul ayına qədər buzla örtülü olur. Sularında Terka, Kambala və seld kimi balıqlar tutulur. Suiti bölgə üçün əhəmiyyətlidir.
Kadis körfəzi
Kadis körfəzi (isp. Golfo de Cádiz) — Andalusiyanın Atlantik okeanı sahilində və Kadis şəhərinin ətrafında yerləşən körfəz. Cəbəllütariq boğazı və Portuqaliyanın Sent Vinsent burnu arasında yerləşir. Kadis körfəzi 34°N və 37°15'N və 6°W və 9°45'W arasında şimal-şərq Atlantik okeanında yerləşir.
Kaliforniya körfəzi
Kaliforniya körfəzi (isp. Golfo de California), həmçinin Kortes dənizi kimi tanınır (isp. Mar de Cortés) — Körfəz Sakit okean akvatoriyasına daxildir. Kaliforniya yarımadası ilə Meksikanın materik hissəsi arasında yerləşir. Körfəzin suları Meksikanın Aşağı Kaliforniya, Cənubi Kaliforniya, Sonora və Sinoloa ştatlarının sahillərini yuyur. Körfəzin okeana çıxışı 5,3 milyon il əvvəl əldə etmişdir. Bununla da Kolorado çayı bir başa okeana çıxış əldə etmişdir. Araşdırmalar göstərmişdir ki, körfəzin dərinliyi sahildəki dayazlıqlardan başlayaraq Yuma şəhəri yaxınlığında 3000 metri keçir. Kaliforniya körfəzində iki iri ada vardır: Anhel-de-la-Quarda və Tiburon. Bundan əlavə kiçik adalarda vardır.
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Kamçatski körfəzi
Karaqin körfəzi — Sakit okeanda, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Kamçatski yarımadası ilə Ozernoy yarımadası arasında qərarlaşır. Materikin daxilinə 74 km uzanır. Eni 148 km-dir. Bəzi hissədə dərinlik 2 min metrdir. Qabarmanın həcmi iki metrdir. Sahilləri alçaqdır. Burada Ust-Kamçatski limanı yerləşir. == Tarixi məlumat == Körfəz ilk dəfə 1729-cu ildə Vitus Berinq tərəfindən kəşf edilmişdir. Əvvəllər Berinq dənizinin bir hissəsi hesab edilirdi.
Karaqin körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir.
Karpentariya körfəzi
Karpentariya körfəzi (ing. Gulf of Carpentaria) — Avstraliya materikinin şimal-şərq hissəsində, Arnhem torpağı ilə Keyp York yarımadası arasında yerləşən körfəz. O, Arafur dənzinin Avstraliya materikinin iç hissəsinə düzbucaqlı uzanmış dayaz davamıdır. Əsrlərdir istifadəsiz olan körfəz XX əsrin sonu XXI əsrin əvvəllərində boksit, manqan və böyük dəniz xərçəngləri ehtiyatlarının istismar edilməsi ilə əlaqədar olaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başladı. Körfəzin ümumi sahəsi 310,000 km², ən dərin yeri isə 70 m-dir. . Lakin, bəzi mənbələrdə körfəzin ən dərin yerinin 82 metrdən artıq olmadığı, sahəsinin isə 300,000 km² olduğu vurğulanır. Karpentariya körfəzi müasir dövrün ən nadir epikontinental (materikin üst tərəfində yerləşən dayaz dəniz) körfəzlərdəndir. Belə körfəzlər Yerin geoloji tarixinin erkən dövrlərində geniş yayılmışdır. == Tədqiqi == Avropalıların buranı tədqiq etməsi 1606-cı ildə hollandiyalı Villiam Yansonun səyahəti ilə başlamışdır. V.Yansonun 1623-cü ildə buraya gəlmiş həmyerlisi Yan Karstenszoon körfəzi o dövrdə İst-Hind-in general-qubernatoru olmuş Piter de Karpentierin şərəfinə adlandırdı.
Kaydak körfəzi
Kaydak — Xəzər dənizinin Qazaxıstan sahillərində dayaz və ensiz körfəz. Myortvıy Kultuk körfəzinin davamını təşkil edir. Şərqdən Bozaşı yarımadası ilə əhatələnir. Yerindən asılı olaraq 4-5 metr təşkil edir. == Tarixi == XX əsrin 30-cu illərində Xəzərin səviyəsinin enməsi ilə körfəzin suyu qurumuş və ərzisi şoranlığa çevrilir. 80—90-cı illərdə isə suyun səviyyəsinin qalxması ilə şoranlıq yenidən körfəzə çevrilmişdir.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Kizlyar körfəzi
Qızılyar körfəzi — Xəzər dənizinin qərbində yerləşən körfəz. Materikin daxilinə 20 km daxil olmuşdur. Çıxacaq hissədə eni 40 km-dir. Dərinliyi 4 metrdir. Körfəzə Kuma, Prorva, Lebıy Bakon, Talovka çayları axır. Akvatoriyasında Morskoy Biryuçok adası yerləşir. Sahilləri dayaz və bəzi yerlərdə isə bataqlıqlaşmışdır. Körfəzin ərazisində onun bütün ərazisini əhatə edən Dağıstan qoruğu yaradılmışdır. Körfəzin dayaz yerlərində qamış, adi qamış kimi bitkilər yayılıb. Nadir bitkilərdən adi qılıncotu və salviniya kimi bitkiləri göstərmək olar.
Kolyuçin körfəzi
Kolyuçin körfəzi — Çukot dənizində yerləşəm sahəsinə görə ikinci ən böyük körfəz. Körfəz Çukot yarımadasının içərilərinə doğru uzanır. İnzibati baxımdan Rusiya Federasiyası, Çukot Muxtar Dairəsi Çukot rayonu ərazisinə daxildir. == Adı == 1793-cü ildə körfəzə Qraf Bezborodki körfəzi adı verilir. Bu ad Aleksandr Andreeviç Bezborodkonun şərəfinə adlandırılır. Ancaq ad uzun ömürlü olmur. Bir müddət sonra körfəz yaxınlığında yerləşən Kolyuçin adasının adı ilə adlandırılır. == Fiziki-coğrafi xüsusiyyətləri == Körfəz materik daxilinə 100 km məsafədə daxil olur. Dənizdən Belyaka dili ilə ayrılır. Çıxacaqda uzunluğu 2,8 km-dir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Korf körfəzi
Korf körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. 1885-ci ildə Priamur diyarının birinci general-qubernatoru Andref Korfın şərəfinə adlandlrılmışdır. İlkin adı isə Olyutorski körfəzi idi. Qoven yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Körfəz həmçinin Olyotorski və Karaqin körfəzləri ilə sərhədə malikdir. Materikin daxilinə 75 km daxil olur. Eni 70 km, maksimal dərinliyi isə 70 metrdir. Körfəzə tökülən çaylar:Vıvenka, Kultuşkaya. Şimalında buxtalar vardır: Skrıtaya, Sibir və Skobolev. Körfəzdə morj, balina və sənaye əhəmiyyətli balıq növlərini müşahidə etmək mümkündür (qızılbalıq və Sakit okean siyənəyi).
Korrivrekan körfəzi
Korrivrekan körfəzi (ing. Gulf of Corryvreckan) və ya Korrivrekan boğazı (ing. Strait of Corryvreckan) — Şotlandiyanın qərb sahillərində, Cura və Skarba adaları arasında boğaz. İnzibati cəhətdən Arqayl-end-Büt qraflığında yerləşir. == Əlavə ədəbiyyat == Monro, Sir Donald (1549) Description of the Western Isles of Scotland. William Auld. Edinburgh - 1774 edition.
Kosebu körfəzi
Kosebu körfəzi — Çukot dənizində, Alyaskanın qərb sahillərində yerləşən körfəz. Uzunluğu 160 km, eni 54 km təşkil edir. Dərinliyi 13—25 metrdir. İlin böyük qismi buzla örtülü olur. Qabarma elədə böyük olmur (0,5 m). 1816-cı ildə rus ekspedisiyasının rəhbəri Otto Kosebu tərəfindən kəşf edilmişdir və onun adına adlabdırılmışdır.
Kotor körfəzi
Kotor körfəzi (mont. Boka Kotorska) — Monteneqronun cənub-qərbində, Xorvatiyanın cənubunda yerləşən körfəz. Körfəz Adriatik dənizində yerləşmiş olub fiord tipli qıvrımlı çıxıntıya oxşayır. Təbii bir liman olan Kotor dar boğazlarla bağlanan 4 hissədən ibarətdir. Körfəzin ətrafında dik dağlar uzanır. Narınc meyvə tipli bitkilərin yetişdiyi bu körfəzdə bir çox turistik təsis tikilmişdir. == Geologiya == Kotor körfəzi Kuaterner dövründə bu bölgədəki düzənliklərin su altında qalması nəticəsində yaranmışdır. Yanında Lovsen və Orjen dağlarının yüksəldiyi, sahillərin girintili-çıxıntılı olduğu dərin körfəzdir. Körfəz Verij boğazı ilə bir-birindən ayrılan 2 böyük hövzədən ibarətdir. (Tivat körfəzi, Kotor və Risan körfəzi.) == Tarix == Körfəzin ətrafındakı kiçik quru yolları turizm təsislərini bir-birinə bağlayır.
Kronos körfəzi
Kronos körfəzi — Sakit okean sahillərində, Kamçatkada, Şipunski yarımadası ilə Kronos yarımadası arasında yerləşən körfəz. Uzunluğu 68,5 km, eni 231 km təşkil edir. Dərinliyi 1500 metrə çatır. Sahilləri alçaqdır. Bəzi hissələrdə sıldırımlıdır. Qabarmanın hündürlüyü 2 metrə çatır. Qışda tamamən donur.
Kəngər körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-farsi, əl-Xəlic-əl-farsi ) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Lyaodun körfəzi
Lyaodun körfəzi — Sarı dəniz akvatoriyasına aid olan körfəz. Körfəz Lyaodun yarımadası ilə materik arasında yerləşir. Çin və Şimali Koreya sahillərini yuyur. körfəz materik daxilinə 220 km daxil olur. Çıxacaqda eni 185 km-dir. Dərinliyi isə 10 - 50 metr arasında dəyişir. Qabarmmanın maksimal hündürlüyü 4,4 metrdir. Çinin Hebei və Lyaonin vilayətlərinin sahillərini yuyur. Körfəzin şimal-şərqində İnkou limanı yerləşir. Körfəzin ərazisində dərinlik 50 m təşkil edir.
Men körfəzi
Men körfəzi (ing. Gulf of Maine) — Şimali Amerika sahillərində yerləşən körfəz. Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir. Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada). Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.
Manqışlaq körfəzi
Manqışlaq körfəzi — Xəzər dənizinin şimal-şərqində Mangistau yarımadası ilə Bozaşi yarımadası arasında yerləşir. Körfəz daxili hissələrdə elədə böyük olmayan Sarıtaş və Koçak körfəzlərinə bölünür. Körfəzin qərbində Tülen adaları yerləşir. Körfəzin ölçüləri: uzunluğu — 100 km yaxın, eni 70 km. Dərinliyi 10-12 metrdir. Cənub sahilləri hündür və sıldırımlıdır, şərqi isə nisbətən alçaqdır. Adətən qış vaxtı suyu donur.
Matuseviç körfəzi
Matuseviç fiordu — Laptevlər dənizində yerləşən iri körfəz. Fiord Şimal Torpağı arxipelaqına daxil olan Oktyabr İnqilabı adasınnda yerləşir. Oktyabr İnqilabı adsının şimal-şərq hissəsində yerləşir. Ümumilikdə Oktyabr İnqilabı adasının ən böyük, bütünlüklə Şimal Torpağın arxipelaqının ən iri körfəzlərindən biridir. Fiordun uzunluğu 60 kilometrdir, eni isə mərkəzi hissədə 12,5 kilometrdir. Dərinliyi Oktyabr adası sahillərində 10-20 metrdir. Şimal hissədə isə dərinlik 250 metr çatır. Fiordun mərkəzi hissəsindən ona şelf buzlağı daxil olur. Bununlada körfəz 3 hissətə bölünür. Körfəzin sahilləri hamar deyildir.
Meksika körfəzi
Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır. Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir. == Geologiyası == Meksika körfəzini tədqiq edən alimlərin ümumi gəldiyi nəticəyə görə, körfəz Trias dövrünə kimi mövcud olmayıb. Bəzi dənizlərin adı səhvən körfəz yazılıb. Bunların içərisində Meksika körfəzi vardır.
Middendorf körfəzi
Middendorf körfəzi (rus. Залив Миддендорфа) — Kara dənizində, Taymır yarımadasının şimal-qərb sahilində yerləşən körfəz. Körfəz fiord formasına malikdir. Körfəz Zarya yarımadasının daxilinə uzanır. Qərbdən aşıq dənizə çıxışı vardır. Burada çoxlu sayda adalar vardır. Körfəzin akvatoriyasında çoxlu sayda ada vardır. Onlar arasında Rıkaçev adası ən irisidir. Körfəzə Tolevaya çayı tökülür. İqlimi olduqca sərtdir.
Hudzon körfəzi şirkəti
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir) — Şimali Amerikadakı və dünyanın ən köhnə ticarət şirkətlərindən biri. Şirkət rəhbəri vəzifəsinə hələ də Qubernator deyilir. Şirkətin mərkəzi ofisi Kanadanın Toronto şəhərində, köhnə şəhərətrafı, indiki Skarboro bölgəsində yerləşir. == Tarixi == === Yaranması === XVII əsrin ortalarına qədər Kanadada kürk ticarəti demək olar ki, tamamilə Kvebekdəki (Yeni Fransa) Fransız müstəmləkə rəhbərliyinin əlində idi. Fransız Huguenot tələsi Pyer-Espri Radisson, Kri hindilərindən öyrəndi ki, ən yaxşı kürk ölkəsi Hudzon Körfəzi mənasını verən "donmuş dəniz" ə gedən yolda, Yuxarı gölünün şimalında və qərbində yerləşir. 1659-cu ildə Radisson və qayınatası Medard de Qrozey, öz xəsarəti və riski ilə oraya getdilər, çoxlu kürk əldə etdilər və Huron hinduları ilə ticarət əlaqələri qurdular. 1661-ci ildə iki Fransız tərəfindən edilən dəfələrlə uğurlu səyahətə baxmayaraq, təşəbbüsləri hazırkı qubernator Marquis d'Argenson'dan təsdiq almayıb, tutucuların qənimətini tutdu və bundan sonra Bostondan gələn İngilis tacirlərinə müraciət etdilər.
Karantinnı burnu (Kalamit körfəzi)
Karantinnı burnu (ukr. Карантінний) — Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə daxil olan Kalamit körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir. Burunun şimalında Evpatoriya dəniz limanı, şərqində isə çimərlik vardır. Sahilləri isə su altı və üstü daşlarla sahibdire. şimal hissəsində isə Evpatoriyaya aid yaşayış binaları vardır.
Kolıma körfəzi (Allayıaxa ulusu)
Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardır Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır.
Marina Bay körfəzi
Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View.. == Ümumi məlumat == Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.

"körfəzi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#körfəzi nədir? #körfəzi sözünün mənası #körfəzi nə deməkdir? #körfəzi sözünün izahı #körfəzi sözünün yazılışı #körfəzi necə yazılır? #körfəzi sözünün düzgün yazılışı #körfəzi leksik mənası #körfəzi sözünün sinonimi #körfəzi sözünün yaxın mənalı sözlər #körfəzi sözünün əks mənası #körfəzi sözünün etimologiyası #körfəzi sözünün orfoqrafiyası #körfəzi rusca #körfəzi inglisça #körfəzi fransızca #körfəzi sözünün istifadəsi #sözlük