Kamillo sözü azərbaycan dilində

Kamillo

Yazılış

  • Kamillo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamillo Kavur
Kamillo Kavur (10 avqust 1810- 6 iyun 1861, Torino), İtalyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı. == Ailəsi və gənclik dövrü == Köklü bir keçmişi olan Kavurlar nəsli 16-cı əsrdən başlayaraq əsgər və məmur olaraq Savoyya sülaləsinə xidmət etmişdir. Kamillonun Cenevrə doğumlu və Kalvinist olan anası, dövrün bütün siyası, dini və toplumsal cərəyanlarına açıq bir şəhər olan Cenevrənin abu-havasını ailəyə gətirərkən, atası Michele də, köhnə rejimlə əlaqələri ilə əlaqədar Fransız Burjua İnqilabı ilə nüfuzu təhlükə altına girən ailənin Napaleon dövründə yenidən seçkin bir pilləyə gətirmişdi. Kavur, 10 yaşında Turin Hərbi Akademiyasına qəbul oldu. Ailənin kiçik oğlu olaraq miras gözləntisi olmadığından, qarşısındakı tək yol Savoyya və Piyemont şahzadəsi Karl Albertin qoruyuculuğu altında parlaq bir məqama çatmaq idi. Hələ tələbəlik illəri zamanı siyası düşüncələrə maraq hiss etməyə başladı. 1821-ci ildəki məşrutiyyətçi Piyemont inqilabının hərbi tələbələrə qədər yayılan azadlıq və milli yönlərindən təsirləmdi. Ailə içindəki söhbətlər zamanı Burbonlar sülaləsinin yenidən hakimiyyətə keçdiyi Fransadakı daxili siyasi dəyişikliklər, Osmanlı idarəsinə qarşı Yunan üsyanı, Rusiyadakı Dekabrist qiyamı kimi dövrünün mövzularını yaxından izlədi. Bencamin Franklin, Piyemont inqilabının məşjur lideri və uzaq qohumu Santorre de Santarosa kimi insanlara duyduğu simpatiya coşqulu bir şəkildə üzə vurmağa başladı. Özündən üç yaş böyük bir hərbi tələbə olan Baron Severino Kassionun təsiri ilə vətənpərvər və millətçi cərəyanlara yönəldi.
Kamillo Qolci
Kamillo Qolci (7 iyul 1843[…] – 21 yanvar 1926[…], Paviya, Lombardiya[…]) — italyan alimi, histoloq, Nobel mükafatı laureatı == Həyatı == Məşhur italyan histoloqu (toxumaları öyrənən elm sahəsi) Kamillo Qolci 1843-cü il iyul ayının 7-də İtalyanın Korteno şəhərində doğulmuşdur. Paviya Universitetində məşhur botanik Eusebio Oelanın rəhbərliyi altında tibb təhsili alan Qolci 1865-ci ildə həmin universiteti bitirərək, Paviyadakı San-Matteo xəstəxanasının psixatriya klinikasında fəaliyyətə başlamışdır. Universitetdə müəllimi Culio Bissoseronun laboratoriyasında isə beyinin quruluşu və sinir sistemi sahəsində tədqiqatlarını davam etdirmişdir. == Tədqiqatı == XIX əsrdə mikroskopun texniki imkanlarının inkişafı ilə əlaqədar alimlərin hüceyrə və toxumalar sahəsindəki nəzəri bilikləri xeyli artmış, 1850-ci ildə alman alimi Rudolf Virxovun çapdan çıxmış "Hüceyrə patologiyası" kitabından sonra isə bu sahədəki tədqiqatlar daha da genişlənmişdir. Digər tərəfdən isə beyin hüceyrələrinin (neyronların) araşdırılması zamanı ənənəvi üsullara müraciət edilməsi düzgün elmi nəticələrin alınmasına çətinlik törədirdi. Kamillo Qolcinin mikroskopik neyroanatomiya sahəsində ilk tədqiqatları 1860-cı illərin sonlarında nəşr olunmuşdur. 1872-ci ildə Abyateqrasso şəhər xəstəxanasının baş sanitar müfəttişi vəzifəsinə təyin edildikdən sonra laboratoriya təcrübələri aparmağa vaxtı və imkanı məhdudlaşdığından tədqiqatlarını evinin mətbəxində davam etdirmiş və neyron toxumalarının azotlu gümüşə batırıldıqda qara rəngə boyandığını aşkar etmişdir. Bu üsul elm aləmində əvvəlcə ehtiyatla qarşılansa da, 1880-ci illərdən etibarən məşhurlaşmağa başlamışdı. Qolci 1898-ci ildə neyronlar üzərində apardığı tədqiqat zamanı onların arasında incə saplarla hörülmüş tor müşahidə etmiş və buna "Holci kompleksi" adını vermişdir. Bu toxumanın öyrənilməsi yalnız elektron mikroskopun kəşfindən sonra mümkün olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2011 ••• 0.09
2012 •••••• 0.17
2013 ••••• 0.15
2014 •••••• 0.17
2019 ••••••••••••• 0.42

Oxşar sözlər

#kamillo nədir? #kamillo sözünün mənası #kamillo nə deməkdir? #kamillo sözünün izahı #kamillo sözünün yazılışı #kamillo necə yazılır? #kamillo sözünün düzgün yazılışı #kamillo leksik mənası #kamillo sözünün sinonimi #kamillo sözünün yaxın mənalı sözlər #kamillo sözünün əks mənası #kamillo sözünün etimologiyası #kamillo sözünün orfoqrafiyası #kamillo rusca #kamillo inglisça #kamillo fransızca #kamillo sözünün istifadəsi #sözlük