Kamilə sözü azərbaycan dilində

Kamilə

Yazılış

  • Kamilə • 98.6191%
  • kamilə • 0.9206%
  • KAMİLƏ • 0.4603%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kamilə Nəbiyeva
Kamilə Nəbiyeva (25 noyabr 1991, Xanagah, İsmayıllı rayonu) — müğənni, xanəndə. == Həyatı == Kamilə Nəbiyeva 25 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində musiqiçi ailəsində doğulub. Atası Tahir Nəbiyev xanəndə olub. İlk dəfə 6 yaşından oxumağa başlayıb. İlk musiqi təhsilini atasından alıb. 1998-2007-cu illərdə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbdə, 2009-2012-ci illərdə Bakı Humanitar Kollecin (köhnə adı Mədəni-Maarif Texnikomu) xanəndəlik fakültəsində, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb. Təhsil illərində xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovadan dərs alıb. == Fəaliyyəti == 2011-ci ildən Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət göstərir. Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Xarici səfərləri == ABŞ, Fransa, Almaniya, Avstraliya, İsveç, İtaliya, Mərakeş və digər ölkələrdə keçrilən konsert və festivallarda Azərbaycanı təmsil edib.
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.20 dəfə / 1 mln.
2003 •••••• 1.57
2006 ••••••••• 2.25
2007 ••••••••••• 2.75
2008 •••••••••• 2.68
2009 •••••••• 1.92
2010 •••••••••••••••• 4.08
2011 ••••••••••••• 3.35
2012 •••••••••••••••• 4.22
2013 •••••••••••••• 3.79
2014 •••••• 1.37
2015 ••••••••••• 2.89
2016 ••••••• 1.74
2017 ••••••••••••••••• 4.39
2018 ••••••••••••••••• 4.49
2019 ••••••••••• 2.78
2020 •••••••••••••••••••• 5.44

kamilə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. yetişmiş, kamilləşmiş (qadın).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

yetkin, bitkin; mükəmməl.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"kamilə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kamilə nədir? #kamilə sözünün mənası #kamilə nə deməkdir? #kamilə sözünün izahı #kamilə sözünün yazılışı #kamilə necə yazılır? #kamilə sözünün düzgün yazılışı #kamilə leksik mənası #kamilə sözünün sinonimi #kamilə sözünün yaxın mənalı sözlər #kamilə sözünün əks mənası #kamilə sözünün etimologiyası #kamilə sözünün orfoqrafiyası #kamilə rusca #kamilə inglisça #kamilə fransızca #kamilə sözünün istifadəsi #sözlük