karvansarası sözü azərbaycan dilində

karvansarası

Yazılış

  • karvansarası • 55.8442%
  • Karvansarası • 41.5584%
  • KARVANSARASI • 2.5974%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gal karvansarası
Gal karvansarası — Culfa rayonunun Gal kəndinin ərazisində orta əsrlərə aid tarixi-memarlıq abidəsi == Coğrafi mövqeyi == Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində zəmanəmizədək qalıqları gəlib çatan karvansaralardan biri də Gal kəndinin şimal-şərq hissəsində yerləşən "İlandağ" yaşayış məskənində qalan karvansaradır. == Tarixi == Yerli əhali arasında bəzən "Nəbi qalası" da adlandırılan İlandağ yaşayış yerindən əldə olunan yerüstü materiallar onun XI–XVIII əsrlərdə fəaliyyət göstərməsini təsdiq edir. Yaşayış yerinin şərq tərəfindən Culfa-Gal-Şurut-Paradaş-Dərgəmilik-Nürgüt-Sisyan istiqamətində və əksinə uzanan karvan yolu keçir. Buna əsasən demək olar ki, şərti olaraq yaxınlıqdakı kəndin adı ilə Gal karvansarası adlandırdığımız bu karvansara həmin yolla şimala və cənuba doğru hərəkət edən insanlara və karvanlara xidmət etmişdir. == Memarlıq quruluşu == Bu karvansaranın divar qalıqlarının indiki vəziyyətdə hündürlüyü 3,5 metr, uzunluğu 12 metr, eni isə 7 metrdir. Hündür təpənin şərq yamacında inşa edilən karvansaranın divarları möhrədən hörülmüşdür. == "Şah Abbas gölü" == Bu karvansaradan təxminən 2 km şimal-şərq tərəfdə, Şurut kəndinə gedən yolun sağ tərəfində bir gölün və bəndinin qalıqları qalmaqdadır. Göl yerli əhali arasında "Şah Abbas gölü" adlandırılır. Adına əsasən demək olar ki, bu göl Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa etdirilmişdir. Bu fakta əsasən ehtimal etmək olar ki, Gal karvansarası da I Şah Abbas dövründə (1587–1629-cu illər) inşa etdirilmişdir.
Kiran karvansarası
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir. Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi.
Multani karvansarası
Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır. Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur. Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır.
Multanı karvansarası
Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır. Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur. Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır.
Qaramanlılar karvansarası
Qaramanlılar karvansarası — Ərdəbildə mövcud olmuş qədim karvansara.
Qaraçı karvansarası
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qarğabazar karvansarası
Qarğabazar karvansarası — Füzuli rayonundan 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz idi. Mənbələrdən məlum olur ki, bütün orta əsrlər boyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yollar üstündəki karvansaralardan bu məqsədlə müntəzəm surətdə istifadə olunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış, XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır.
Səlim karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Səngəçal karvansarası
Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır. Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımcı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur.1439–1440-cı illərdə inşa edilən bina hal-hazırda baxımsız qalaraq, əsaslı bərpaya ehtiyacı var. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.
Xan karvansarası
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır." Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Ələki karvansarası
Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir.
Ovşar karvansarası
Ovşar və ya Əfşar karvansarası XVI–XVIII əsrlərə aid abidə. Cənubi Qafqazdakı türk memarlığına xas binalarda olduğu kimi ikinci mərtəbənin eyvanları daxili həyətə baxır. Karvansaranın birinci mərtəbəsində mətbəx və yardımçı otaqlar, atelye və anbarlar yerləşirdi. Həyətlər isə, əsasən, düzbucaqlı formada olurdu. Karvansaranın ikinci mərtəbəsinə giriş həyətin kənarlarındakı pilləkənlərdən idi. Dövrümüzdə karvansaranın yerində (Mesrop Maştots prospektində) qapalı bazar inşa olunmuşdur.
Doxan karvansarası
Doxan karvansarası - karvansara Qacarlar dövründə Zəncan şəhərində tikilib. 2001-ci il oktyabrın 7-də 6169 qeydiyyat nömrəsi ilə İranın milli abidələri siyahısına salınıb.
Hacı Məhərrəm Karvansarası
Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara. == Tarixi == On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər. == Xarici keçidlər == "Şuşa qalasının karvansaraları". portal.azertag.az. İstifadə tarixi: 29 apr 2022.
Rüstəm Paşa karvansarası
Rüstəm Paşa karvansarası — Ədirnədə XVI əsrə aid karvansara. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşanın sifarişi ilə Memar Sinan tərəfindən şəhər mərkəzində inşa olunmuşdur. Şəhər mərkəzində yerləşən karvansara 1560–1561 tarixlərində inşa edilmişdir. İnşaatında kərpic və kəsmə daşlardan istifadə edilmiş karvansaranın ön cəbhəsində isə 21 dükan və 2 qapı yerləşir. İkimərtəbəli olan karvansara 2 hissədən ibarətdir. Önündəki meydanı nisbətən böyük olan sol tərəfdəki hissə Memar Sinan tərəfindən inşa olunmuşdur. İki meydan arasındaki keçidlə bir-birinə bağlanan karvansaranın daxilində köşk formasında bir məscidi də olmuş ancaq bu məscid 1877–1878 Osmanlı-Rus müharibəsi əsnasında dağıdılmışdır.
Səfərov qardaşlarının karvansarası
Səfərov qardaşlarının karvansarası — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Xoca Mərcanlı məhəlləsində yerləşir. XIX əsrin Respublika əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra karvansaranın binası dağıdılmışdır. Hazırda xarabalıqları qalır. Səfərov qardaşları karvansarası kimi taninan bu məşhur karvansara əslində Şuşanın adlı sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanlari — Əhəd, Səməd, Mürsəl və Manafin şərəfinə 19 əsrin sonlarinda inşa etdirmişdir. Səfərov qardaşlarının adini adını daşıyan bu karvansara zamaninda Şuşa şəhərinin ən böyük karvansarası olub. Bu karvansarayın inşasında Şuşanın məşhur memarı Kərbalayi Səfixan Sultanhüseyin oğlu Qarabağinin böyük rolu olub. Karvansarayın sağ və sol qanadları iki qatdan, mərkəzi hissəsi isə üç qatdan ibarət olub,1-ci qat dükanlardan, emalatxanalardan, 2-ci və 3-cü qatlar isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Karvansarayin öz həyəti, namaz otaqları, gələn qonaqlarin atlarinin xüsusi saxlamaq yeri və s.
Xanlıq Muxtar karvansarası
Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir. XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi. Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Zərrab xan karvansarası
Zərrab xan karvansarası — İrəvan şəhərində tarixi karvansara. Zərrab xan (Zalxana, Sərrafxana) karvansarası Göy məscid kompleksinin bir hissəsi olmuşdur. 8 girişi olan almaz formalı qapalı həyəti var idi. Kompleks XVII əsrin ikinci yarısında tikilmiş, təxminən 1675–1680-ci illərdə tamamlanmışdır. Abidə əvvəlcə zərbxana kimi istifadə edilmiş, lakin sonradan tacirlərin istifadəsinə verilmişdir. Karvansarada 38 dükan olmuşdur. Karvansaranın darvazaları hökmdar dəyişdiyi üçün yarımçıq qalmışdır. Zərrab xan karvansarası 1920-ci illərdə dağıdılmışdır.
Ağkənd karvansarası
Ağkənd karvansarası — Zəngəzur mahalında əhalisi azərbaycanlılardan ibarət qədim abidə. == Ümumi məlumat == Ağkəndin yaxınlığında Səlim çayının sahilində Ağkənd Göyçə istiqamətində Böyük İpək yolu üstündə tikilmişdir.Abidə birqapılı zaldan ibarət olub,memarlıq quruluşu Səlim karvansarasına uyğundur.Tamamilə yerin altında,iç üzdən yonulmuş bazalt daşlarla inşa edilmişdir.Çöl hissəsi torpaq altında qaldığından adi daşlardan hörülmüşdür.Üçnefli binanın daxili sütunlarla üç hissəyə bölünmüşdür.Sahəsi 306.22 kvadrat metrdir.Abidənin İpək yolunu abadlaşdırmağa çalışan Elxani hökmdarları zamanı tikildiyini ehtimal etmək olar. == Həmçinin bax == Zəngəzur Böyük İpək yolu Karvansara (karvan) == Xarici keçidlər == AĞKƏND KARVANSARASI == Ədəbiyyat == Novruzlu Ə.İ.,Baxşəliyev V.B.,Culfa bölgəsinin arxeoloji abidələri.Bakı.1993.
Batabat karvansarası
Batabat karvansarası — Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 37.
Buxara karvansarası
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Camalabad karvansarası
Camalabad karvansarası — Miyanənin Camalabad kəndində yerləşir. Elxanilər dövrünə aid abidənin yerində XVI əsrdə Şah Abbasın hakimiyyəti zamanı tikilib. == Tarixi == Karvansara XVI əsrdə Səfəvilər dövründə Şah Abbasın əmri ilə tikilib. Vaxtilə Böyük ipək yolunun üzərində yerləşən Camalabad kəndinin ərazisində Miyanə şəhərində 35 km aralıda yerləşir. Kənd vaxtilə əsas ticarət yolunun üzərində yerləşdiyinə görə burada insanlar daha çox yaşayırdılar və bu ərazi mərkəz rolunu oynayırdı, lakin ipək yolunun öz əhəmiyyətini itirməsi nəticəsində hazırda bu ərazi də atılıb. Hazırda Camalabad kəndində 5 ailə yaşayır karvansara özü isə baxımsız vəziyyətdədir.
Camaldın karvansarası
Camaldın karvansarası — Naxçıvanda ən qədim karvansaralardan biri. Culfa rayonunun Camaldın kəndi ərazisində olmuşdur. "Naxçıvan Abidələri Ensiklopediyası"nda verilən məlumatdan aydın olur ki, tarixi XII–XVII əsrlərə aid edilən bu karvansara 6750 kvadratmetr ərazidə yerləşmişdir. Ərazidə dördkünc formalı tikintilərin qalıqları bu gün də qalmaqdadır. Haçadağ karvansarası. Haçadağ (İlandağ) ətrafından keçən karvan yollarını öyrənərkən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev tərəfindən aşkara çıxarılmış karvansaraylardan biri də hündürlüyü 3 metr 50 santimetr, uzunluğu 12 metr, eni isə 7 metr olan karvansaradır. Tədqiqatçı tikiliş üslubunu nəzərə alaraq bu karvansaranın XVI əsrdə tikilməsi qənaətinə gəlmişdir.
Culfa karvansarası
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Cuğa karvansarası
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Səd əl-Səltənə karvansarası
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səlim Karvansarası (Zəngəzur mahalı)
Səlim Karvansarası – Azərbaycan tarixi Zəngəzur mahalında, dəniz səviyyəsindən 2410 m hündürlükdə, Səlim keçidindədir. Asiya ilə Avropanı birləşdirən tarixi Böyük İpək Yolunun üstındə yerləşirdi. Yaxşı cilalanmış bazalt daşından inşa edilmişdir. Salonu 7 qoşa dirəklə orta (5.3 m) və yan (3.05–3.2 m) hissələrə – neflərə bölünmüşdür. Bina tikilərkən giriş qapısının (1.80 x 0.86 m) üzərindəki divara hörülmüş daşda (1.87 x 0.86 m) cızma üsulu ilə həkk olunmuş farsca kitabədə karvansaranı Elxani hökmdarı Əbu Səidin vaxtında Çuşkyab ibn Ləvənd ibn Şax Nur ibn … adlı şəxsin vəsaiti ilə hicra 729–1328-1329 ildə inşa edildiyi göstərilir. Tədqiqatlar nəticəsində sübut edilmişdir ki, S.k. Araz boyunca Böyük İpək Yolunun abadlaşdırılmasına çalışan Elxani hökmdarları vaxtında inşa edilmiş abidələrdən olub, Qarabağ memarlıq məktəbinə mənsubdur. Nemətova M. S. Köprükənddə konfrans: "Elm və həyat" jurnalı, 1997, № 2; Немат М.С. Корпус эпиграфических памятников Азербайджана, т. 3. Арабо-персо-тюркоязычные надписи Нахичеванской Автономной Республики (XII–XX вв.), Баку, 2001, стр.
Uğurlu Xan karvansarası
Uğurlu Xan Karvansarası — Azərbaycanın Gəncə şəhərində XVII əsrə aid tikili. Karvansara Gəncə bəylərbəyi (yaxud Qarabağ bəylərbəyi) Murtuzqulu xanın qardaşı oğlu I Uğurlu xanın vəsaiti və Şeyx Bəhaəddinin layihəsi əsasında hazırlanıb. Uğurlu Xan karvansarası Gəncə şəhərində yerləşən başqa bir karvansaranın, Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Bu karvansara 1663–1664-cü illərdə Qarabağ bəylərbəyi olmuş Murtuzaqulu xan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xanın vəsaiti ilə tikilmişdir. Karvansara memar Şeyx Bəhaəddin layihəsi əsasında tikilmişdir. Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusa oxşar yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir.
Şah Abbas Karvansarası (Gəncə)
Şah Abbas Karvansarası — Şah Abbasın əmri ilə Gəncə şəhərində tikilmiş karvansara. Karvansara Çökək Hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqəli olub. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Karvansaranın inşasına 1606-cı ildə Şah Abbas Səfəvinin göstərişi ilə başlayıblar. Binanın layihələndirilməsinə və tikintisinə Şeyx Bəhaəddin başçılıq edib. Bişmiş qırmızı kərpicdən yaradılan ikimərtəbəli bina 1613–1614-cü illərdə istifadəyə verilib. Rus şairi Yakov Polonski XIX əsrin ortalarında Gəncədə səfərdə olarkən bir neçə gün Şah Abbas karvansarasında qalıb. Sonradan 1847-ci ildə Zakavkazski vestnik qəzetinin 21-ci nömrəsində çıxan "Gəncə" oçerkində şəhər və bu karvansara haqda öz təəssüratını çap etdirib. 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb. Karvansaranın yandırılması ilə bağlı Firudin bəy Köçərli öz xatirələrində yazıb: Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra karvansara 1930-cu ilə kimi fəaliyyət göstərib.
Şah Abbas Karvansarası (Mərənd)
Şah Abbas Karvansarası və ya Yam Karvansarası — Mərəndin Yam kəndində yerləşir. Elxanlılar dövrünə aid tarixi abidənin yerində XVI əsrdə Şah Abbasın hakimiyyəti zamanı tikilib. Elxanlılar dövründə karvansaranın yerində rabitə-poçt sisteminin hissəsi olan yam (rabitə dayanacağı) yerləşirdi. Daha sonra isə burada karvansara tikilir. XVI əsrdə isə Şah Abbasın hakimiyyəti dövründə İpək yolunun üzərində tikdirdiyi yüzlərlə karvansaradan biri burada tikilir. Karvansara Mərəndin Yam kəndində yerləşir. Hazırda karvansara otel binası kimi fəaliyyət göstərir.
Şah Abbas karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Şah Səfi karvansarası
Şah Səfi karvansarası — Balaxanı qəsəbəsində yerləşən XVII əsrə aid tarix-memarlıq abidəsi. Şah Səfi karvansarası 1635–1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını I Şah Səfi sifariş etmişdir. Şah Səfi karvansarası planda, tərəfləri 1:3 nisbətinə malik uzadılmış düzbucaqlı formasına malikdir. Karvansarayın giriş qapısı şimal-şərq istiqamətinə yönəlmişdir. Şah Səfi karvansarası 1635–1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını Səfəvi hökmdarı I Şah Səfi sifariş etmişdir. Yerli əhalinin "Xacə Ruhulla imarəti" də adlandırdığı abidə qəsəbənin mərkəzində yerləşir. Sovet işğalından sonra uzun illər bu karvansaradan anbar kimi istifadə edilib. Müstəqilliyin ilk illərində isə restoran kimi istifadə olunub.

"karvansarası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karvansarası nədir? #karvansarası sözünün mənası #karvansarası nə deməkdir? #karvansarası sözünün izahı #karvansarası sözünün yazılışı #karvansarası necə yazılır? #karvansarası sözünün düzgün yazılışı #karvansarası leksik mənası #karvansarası sözünün sinonimi #karvansarası sözünün yaxın mənalı sözlər #karvansarası sözünün əks mənası #karvansarası sözünün etimologiyası #karvansarası sözünün orfoqrafiyası #karvansarası rusca #karvansarası inglisça #karvansarası fransızca #karvansarası sözünün istifadəsi #sözlük