Kazimir sözü azərbaycan dilində

Kazimir

Yazılış

  • Kazimir • 94.5205%
  • kazimir • 2.7397%
  • KAZİMİR • 2.7397%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
III Kazimir
III Kazimir (pol. Kazimierz III Wielki, 1333-1370) — Polşa kralı. == Həyatı == XIV əsrin 40-cı illərində Vladimir-Volın, Lutsk, Lvov, Ostriq və sair şəhərlərdə baş verən xalq qiyamları alman mühacirlərinin əksəriyyətinin qırğını ilə nəticələndi. Daxili çəkişmələr nəticəsində zəifləyən Qaliç-Volın knyazlığı XIV əsrin II yarısında öz müstəqilliyini itirdi, onun qərb əraziləri Polşa tərəfindən işğal olundu. Yerdə qalan ərazilər Böyük Litva knyazlığının tərkibinə qatıldı. Həm Polşa, həm də Litva dövlətləri alman torpaqları ilə sıx ticarət əlaqələrinin qurulmasında maraqlı idilər. Polşa kralı III Kazimir (1333-1370) 1349-cu ildə qərbi-rus şəhərlərində yaşayan alman mənşəli sənətkarların, tacirlərin hüquqlarının daha da genişləndirilməsinə yönələn fərman imzaladı. ABŞ tarixçisi Orest Subtelninin yazdığına görə, XIV əsrin sonlarına Volının, Qalitsiyanın şəhərlərində «almanlara məxsus onlarla sənətkar sexləri, tacir gildiyaları fəaliyyət göstərirdi». XIV-XV əsrlərdə Maqdeburq şəhər hüququnun Polşa və qərbi-rus şəhərlərində qəbul edilməsi bu ərazilərə alman millətindən olan çoxsaylı ticarət adamlarının, sənətkarların köçməsinə səbəb oldu. Qərbi-rus şəhərləri — Syanokda, Lutskda, Koveldə, Vladimir-Volında, Torçində, Striydə, Lvovda və sair şəhərlərdə alman sənətkarlarının, tacirlərinin məhəllələri meydana gəlmişdi.
Kazimir Fayans
Kazimir Fayans (27 may 1887[…], Varşava – 18 may 1975[…], Ann-Arbor, Miçiqan) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada) anadan olub. O, Leypsiq Universitetini 1907-ci ildə bitirmiş, sonra 1909-cu ildə Haydelberq , 1910-cu ildə Sürix və Mançester universitetlərində təkmilləşmişdir. 1911–1917-ci illərdə Karlsruedəki Texniki Universitet də dərs deyib; 1917-ci ildən 1935-ci ilə qədər Münhen Universitetində dərs demiş və Münhen Universitetinin professoru olmuşdur. ABŞ-yə mühacirət etdikdən sonra Ann Arbor dakı Miçiqan Universitetinin professoru (1936–1957, 1957-ci ildən — fəxri professor) olmuşdur. == Tədqiqat işləri == Əsas tədqiqatları məhlullar və radiokimyaya həsr edilmişdir. Radiokimya sahəsində K. Fayans 1913-cü ildə Frederik Soddi ilə birlikdə radioaktiv elementlərin parçalanması zamanı yerdəyişmə qanununu (başqa sözlə desək, yerdəyişmə qaydası) quraraq 243mPa (UX2) və 215Po (AcA) radioaktiv izotoplarını kəşf etdi. 214Bi (RaC) ikiqat parçalanması; Fridrix Panet ilə birlikdə o, 1913-cü ildə məhlullardan radioaktiv elementlərin birgə çökdürülməsi qaydasını (Panet-Fayans qaydası) tərtib etmişdir. K. Fayansın fiziki kimya sahəsindəki əsərləri refraktometrik tədqiqatlara, elektron təbəqəsinin deformasiyası ilə qeyri-üzvi birləşmələrin kimyəvi və optik xassələri arasında əlaqənin öyrənilməsinə, duza bənzər birləşmələrdə ionların və boyaların adsorbsiyasına həsr edilmişdir. İon hidratasiyası nəzəriyyəsini inkişaf etdirərək (1920–1930-cu illər) elektrolit məhlullarında həllolma, ionlaşma və kompleks əmələ gəlmə hadisələrinin qarşılıqlı asılılığı haqqında tədqiqatlar aparmışdı və nəticələr əldə etmişdidi. O göstərdi ki, elektrolitik dissosiasiya üçün enerji mənbəyi ayrı-ayrı ionların hidratasiya istiliyidir və elektrolitin həllolma qabiliyyəti nə qədər çox olarsa, onun iki ionunun hidratasiya istiliklərindəki fərqi bir o qədər çox olar.
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev[…] – 15 may 1935[…], Leninqrad[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. == Həyatı == Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.
Kazimir Skureviç
Kazimir Brunoviç Skureviç (30 oktyabr 1866 – 11 dekabr 1950, Varşava) — memar, mühəndis. == Fəaliyyəti == 1894-cü ildə Peterburq mülki mühəndislər institutunu bitirmişdir. Bakıya O, 1895-ci ildə İosif Qoslavskinin dəvəti ilə gəlmişdi. Əvvəlcə şəhər idarəsində sahə memarı kimi çalışmış, 1904-cü ildə Qoslavskinin vəfatından sonra isə Baş şəhər memarı vəzifəsinə təyin olunmuşdu. Skureviç həm yaşayış evləri, həm də ictimai binalar layihələşdirirdi. Həmkarları kimi, Skureviç həcmli modelləşdirmə, cizgi detalların aydın çəkilməsi və daşların ustalıqla işlənməsində istifadə olunan yerli memarlıq ənənələri ilə maraqlanırdı. Yerli memarlıq ənənələrinə dəyər verən Skureviç kədərlə qeyd edirdi ki, sifarişçilər müxtəlif təmayüllü yad Avropa üslublarına üstünlük verərək, ev tikintisində Bakı memarlığının üslub keyfiyyətlərinə etinasızlıq göstərirlər.. Skureviç mətbuatda dərin xalq ənənələrinə malik şəhərin tikintisində Azərbaycan memarlığından istifadə olunması lehinə alovlu çıxışlar edirdi. O, məşhur Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə, memarlıq abidələrinin əhatəsində öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evləri tikməyə nail oldu. Skureviçin müəllif olduğu tikililər arasında ən tanınmışları Krasnovodsk və Merkuryev küçələrinin (hal hazırda Səməd Vurğun küçəsi və Azərbaycan prospekti) tinindəki Dövlət Bankının binasını (indi də orada bank yerləşir), Şamaxinkadakı Uşaq evini (1897–1899), Persidski (Muxtarov,13) küçəsindəki Rotşildin kontorunu (1899) (İndiki Respublika Prokurorluğu), Olginski küçəsində Tağıyev passajını (1896) (indiki univermaq) göstərmək olar.
II Yan Kazimir
II Jan Kasimir (polyakca: Jan II Kazimierz Waza; almanca: Johann II Kasimir Wasa; litvaca: Jonas Kazimieras Vaza) (d. 22 mart 1609 — ö. 16 dekabr 1672) — Polşa kralı və Böyük Litva knyazlığının knyazı. == Həyatı == II Yan Kazimir 22 mart 1609-cu ildə Krakovda anadan olmuşdur 1648-ci ildə Polşa və Böyük Litva knyazlığı kralı olmuşdur. Reç Pospolitanın, Yuxarı Silesiya Opole knyazlığının, İsveçin isə 1648–1660-cı illər arasında hörmətli kralı olmuşdur. Polşada Jan Kazimierz kimi tanınır və bu ad geniş yayılmışdır. Kral olarkən paytaxt Varşava İsveçlilər tərəfindən işğal edilmişdir. II Jan isveçlilərə qarşı II Şimal müharibəsində iştirak etdi. Uğursuz olmuş müharibənin sonunda Polşa-Litva İttifaqı, İsveç, Habsburg və Brandenburq arasında Oliva müqaviləsi imzalandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 •••••• 0.21
2008 •••••• 0.24
2009 •••••••• 0.32
2010 ••••• 0.18
2011 ••••••••• 0.34
2014 ••••• 0.17
2015 ••••••••• 0.34
2016 ••••• 0.17
2018 •••••••• 0.30
2019 •••••••••••••••••••• 0.83

Oxşar sözlər

#kazimir nədir? #kazimir sözünün mənası #kazimir nə deməkdir? #kazimir sözünün izahı #kazimir sözünün yazılışı #kazimir necə yazılır? #kazimir sözünün düzgün yazılışı #kazimir leksik mənası #kazimir sözünün sinonimi #kazimir sözünün yaxın mənalı sözlər #kazimir sözünün əks mənası #kazimir sözünün etimologiyası #kazimir sözünün orfoqrafiyası #kazimir rusca #kazimir inglisça #kazimir fransızca #kazimir sözünün istifadəsi #sözlük