* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [holl.] 1. Kağızı, parçanı və s.-ni bərk bir şeyə bərkitmək üçün yastı başlı mıxcıq. Sadıqzadə kağızları knopka ilə bərkidən köməkçilərinə göstəriş verirdi. S.Rəhimov. O, knopkaları ehtiyatla çıxarır, abı yerli, zərif naxışlı divar kağızının yırtılmamasına çalışırdı. Ə.Əbülhəsən. 2. Məftildəki elektrik cərəyanının dövranını bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün basma düymə. Elektrik zənginin knopkası. – Sədr yenə bayaqkı fikirlərinə qayıtdı, əlini knopkaya dayadı, gözləmə otağında əyləşən ortaboy oğlan içəriyə girib qapı ağzında durdu. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / knopka1 сущ. разг. кнопка: 1. тонкий короткий гвоздик с плоской шляпкой для прикрепления бумаги, ткани к чему-л. твердому 2. подвижная пуговка для замыкания тока в проводах и приведения в действие различных механизмов путём её сжатия. Elektrik zənginin knopkası кнопка электрического звонка
Azərbaycanca-rusca lüğət / knopka1 [holl.] кнопка (1. ччар, парча ва мс. са кӀеви затӀунал алкӀурун патал кьелечӀ кьил галай бицӀи мих; 2. электрикдин ток кӀевдай ва ахъайдай дуьгме хьтинди).
Azərbaycanca-ləzgicə lüğəti / knopka