Kommunası sözü azərbaycan dilində

Kommunası

Yazılış

  • Kommunası • 81.3333%
  • kommunası • 18.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakı Kommunası
Bakı kommunası — 25 aprel 1918–31 iyul 1918 tarixləri arası Bakıda mövcud olmuş bolşevik dövlət qurumu. == Quruluşu == Tərkibində bolşeviklər və solçular olan "Xalq Komissarları Soveti (XKS) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılmışdır. Sovetin sədri o vaxt Qafqaz fövqəladə işləri üzrə icraçı və Bakı şurasının sədri olan Stepan Şaumyan idi. Sol eserlər, sağ eserlər, menşeviklər və daşnaklardan ibarət olan bu kommunada bolşeviklər azlıq təşkil edirdi. Kommunada azərbaycanlıların təmsil olunmaması tarixçi Yakov Ratqazauerin fikrincə bolşeviklərin onlara "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə" kimi baxmaqları idi. Bunda həmçinin daşnakların çoxluğa sahib olması, hərbi qüvvələrin 70%-inin erməni zabit Z. Avetisyanın əmrində olması idi. Bakı kommunası ordusunun Gəncəyə hücumu zamanı erməni əsgərlər yerli xalqa çoxlu ziyan vermişdilər. Bakı kommunasının ilk işi bankları və digər özəl mülkləri milliləşdirmək olmuşdu. Lakin Şaumyanın işləri gecikdirməsi ucbatından neft sənayəsi hələ də milyonerlərin əlində idi.
Paris Kommunası
Paris Kommunası (fr. La Commune de Paris) — Parisdə 18 martdan (rəsmi olaraq 26 mart) 28 may 1871-ci ilə qədə davam edən sosialist hökumət. İşçi hərəkatı, 1848-ci il inqilabını qarşısının alınması və bunun ardından Luis Napoleonun 2 dekabr 1851-ci il tarixli hökumət çevrilişindən sonra yenidən təşkilatlanmaq üçün dayandırıldı. Bundan sonra işçilər "tətil etmək" haqqlarının tanınmasına çalışdılar və həmkarlar ittifaqlarında təşkilatlanmağa başladılar.1864də sərhədlərdən kənarda birləşmək lazım olduğuna inanan işçi xadimlər, Marks və Engelsin də qatılacağı Beynəlxalq İşçi Birliyini qurdular. İkinci imperiyaya qarşı 1867-ci il iqtisadi böhranının yaratdığı çətinliklərdən alovlanan narazılıq III Napoleon ordusunun 2 sentyabr 1870-ci ildə Prusya ilə döyüşdə aldığı məğlubiyyət imperatorun nüfuzuna qəti və son zərbəni vurdu. Paris xalqı, 1870-ci il sentyabrın 4-də imperatorun taxtdan salındığını və Respublikanın qurulduğunu elan etdi. General Troşunun müvəqqəti Milli Müdafiə Hökuməti bir neçə respublikaçıya da yer verən mühafizəkar bir hökumət olaraq quruldu. Ana Vətənin müdafiəsini hər şeydən üstün tutan Paris xalqı bu hökuməti qəbul etsə də, onu idarəsini də öz öhdəsinə götürdü. Dövrün xadim işçiləri, Beynəlxalq İşçi Birliyi mənsubları, inqilabçı Blankın partizanları, hökuməti nəzarət altında saxlamaq üçün təbliğat kompaniyasına başladılar. Sentyabrın 5-dən etibarən, eyni vaxtda iyirmi məhəllənin Mərkəzi Komitəsini yaratmaq üçün nümayəndələr seçildi və hər məhəllə üçün müşahidə komitəsinin qurulması çağırışı edildi.
Kənd təsərrüfatı kommunası
Kənd təsərrüfatı kommunası — SSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.

"kommunası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kommunası nədir? #kommunası sözünün mənası #kommunası nə deməkdir? #kommunası sözünün izahı #kommunası sözünün yazılışı #kommunası necə yazılır? #kommunası sözünün düzgün yazılışı #kommunası leksik mənası #kommunası sözünün sinonimi #kommunası sözünün yaxın mənalı sözlər #kommunası sözünün əks mənası #kommunası sözünün etimologiyası #kommunası sözünün orfoqrafiyası #kommunası rusca #kommunası inglisça #kommunası fransızca #kommunası sözünün istifadəsi #sözlük