Kondor sözü azərbaycan dilində

Kondor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kondor • 82.3529%
  • kondor • 17.6471%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kondor Legionu
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi. Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər. == Tarixi == İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi. İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.
Pulo-Kondor adası
Pulo-Kondor adası (vyet. Côn Sơn) — Vyetnamın cənubunda yerləşən, Kondao aripelaqının ən böyük adası. Adanın sahəsi 51,52 km²-dir. Əhalisi 6000 nəfərdir (2010). == Coğrafiyası == Konşon adası Xoşimindən 233,5 km cənubda, Hanoydan isə 1372,5 km cənubdadır. Vulkanık mənşəlli ada, bütünlüklə dağlıqdır. Ən hündür zirvəsi Müqəddəs Xaç dağıdır (610 m). Dağ ətəkləri boyunca tropik meşələr yayılmışdır. Burada əsasən çoxlu sayda quş və sürünən növləri yaşayır. Adada endemik kərtənkələ növləri vardır ki, onların qorunması məqsədi ilə 1984-cü ildə adada mili park salınmışdır.
Tanrının yaraqları 2: Kondor əməliyyatı (film, 1991)
Tanrının yaraqları 2: Kondor əməliyyatı (çin. 飛鷹計劃; ing. Armour of God II — Operation Condor) — Ceki Çanın 1991-ci ildə çəkdiyi komediya-döyüş filmi. Tanrının yaraqları filminin davamı. == Məzmunu == Filmin baş qəhrəmanı "Asiya şahini" ləqəbli macəra axtarıcısı Cekinin (Ceki Çan) yeni macəraları Vermaxtın Afrika qitəsindəki bazasında baş verir. Burada ikinci Dünya müharibəsi illərində nasistlərin gizlətdikləri çoxlu sayda qızıl vardır. Burada baş verən uzun və macəralı mübarizəyə baxmayaraq Ceki qızılsız qalır. == Rollarda == Ceki Çan — Ceki Karol Çenq — Ada Eva Kobo de Qarsia — Elza Şoko Aykeda — Momoko Daniel Mints — Amon Aldo Sambrell — Adolf Bozidar Smiljanic — Duke Skapio / Baron Bannon Conathan Isqar — Tasza Ken Qudman Stiv Tartalia Vinsent Lin == Mükafatları == 1992 — Honkonq film mükafatı == İstinadlar == == Xarici keçidlər == Tanrının yaraqları 2: Kondor əməliyyatı — azərbaycan dilində Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine YouTubedə rəsmi treyler «Tanrının yaraqları 2: Kondor əməliyyatı» — Internet Movie Database saytında.
And kondoru
And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindən olub, Cənubi Amerika quşudur və növün tək üzvü Vulturdur.
Kondorə (Piranşəhr)
Kondorə (fars. كندره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (39 ailə).
Mari Jan Antuan Kondorse
Mari Jan Antuan Kondorse (fr. Nicolas de Condorcet) (1743-1794)—fransız yazıçı, riyaziyyatçı, siyasi xadim, filosof. == Həyatı == == Fəlsəfəsi == O, şüura əsaslanmış tərəqqinin insana gətirdiyi xeyirli şeyləri göstərirdi: millətlər arasında bərabərliyə nail olmaq, sinfi fərqlərin aradan götürülməsi və dini, mənəvi səviyyənin ümumi yüksəlişi. Kondorse rasizmin aradan götürülməsinə, ticarət azadlığının genişləndirilməsinə, xəstəliyə və qocalığa görə təqaüdlərin verilməsinə, müharibələrin qadağan olunmasına, yoxsulluğun və dəbdəbənin aradan götürülməsinə, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsinə və hamı üçün eyni imkan yaradan ümumtəhsil sisteminin yaradılmasına ümid edirdi. Tərəqqiyə bu inam realizmlə sadəlövhlüyün qarışığı idi. Realizm ondan ibarət idi ki, bütün bu sadalananlar elmi və texniki cəhətdən həqiqətən də mümkündür. Sadəlövhlük isə bunda idi ki, filosof-maarifçilər bütün olanlara baxmayaraq, siyasi problemlərin əhəmiyyətini qiymətləndirə bilmirdilər. Məlum oldu ki, ümumi rifah halının yüksəldilməsinə çatmaq üçün təkcə maarifçilik kifayət deyil. Birinci dünya müharibəsindən sonra, tərəqqiyə olan inam ölümcül zərbə aldı. İndi elə bir adam tapmaq çətin olar ki,Maarifçilik dövrünün nümayəndələri kimi sadəlövhlüklə gələcəyə optimist nəzərlərlə baxsın.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2004 ••••••••• 0.34
2006 •••••••••••• 0.45
2011 ••• 0.09
2013 •••• 0.15
2017 ••••• 0.16
2019 •••• 0.14
2020 •••••••••••••••••••• 0.80

Oxşar sözlər

#kondor nədir? #kondor sözünün mənası #kondor nə deməkdir? #kondor sözünün izahı #kondor sözünün yazılışı #kondor necə yazılır? #kondor sözünün düzgün yazılışı #kondor leksik mənası #kondor sözünün sinonimi #kondor sözünün yaxın mənalı sözlər #kondor sözünün əks mənası #kondor sözünün etimologiyası #kondor sözünün orfoqrafiyası #kondor rusca #kondor inglisça #kondor fransızca #kondor sözünün istifadəsi #sözlük