köntöy sözü azərbaycan dilində

köntöy

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • köntöy • 89.1892%
  • Köntöy • 8.1081%
  • KÖNTÖY • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2013 •••••••••••••• 0.15

köntöy sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Kobud, münasibətsiz, ədəbsiz, nəzakətsiz. Köntöy söz. Köntöy hərəkət. – Siz bunun sözündən inciməyin. Bu həm avam, həm də köntöy adamdır. Ə.Abasov. // Zərf mənasında. Köntöy danışmaq. – Tahir həmin dostuna çox acıqlı və köntöy cavab vermişdi. M.Hüseyn. Bu vəziyyət belə Rüstəm kişini ayıltmadı, fikrindən döndərmədi, əksinə, onu daha da acıqlandırdı, köntöy tərpənməyə məcbur etdi. M.İbrahimov. 2. Qaba, kobud, yöndəmsiz, biçimsiz. Köntöy yaba. Köntöy balta. – Əvvəlcə Qaçay köntöy bir kürək qayırdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / köntöy

köntöy sözünün etimologiyası

köntöy sözünün sinonimləri (yaxın mənalı sözlər)

köntöy sözünün rus dilinə tərcüməsi

  • 1 грубый, неуклюжий, неловкий

    Azərbaycanca-rusca lüğət / köntöy
  • 2 I прил. грубый: 1. неучтивый, неделикатный, невежливый. Köntöy adam грубый человек, köntöy satıcı грубый продавец 2. выражающий неуважение к кому-л.; исполненный неучтивости, резкости. Köntöy cavab грубый ответ, köntöy söz грубое выражение (грубая реплика) II нареч. грубо, резко, неучтиво. Köntöy cavab vermək отвечать грубо, köntöy danışmaq говорить грубо

    Azərbaycanca-rusca lüğət / köntöy

köntöy sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. rustic, curt, rude, uncultured, awkward, boorish; ~ davranış / hərəkətlər rustic manners; ~ söz rude word; ~ cavab curt answer / reply; ~ adam a rustic, a boor II. z. rudely, curtly, rustically; ~ danışmaq to speak* rudely / roughly; ~ cavab vermək to give* a curt reply

    Azərbaycanca-ingiliscə lüğət / köntöy

köntöy sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) rude ; rustaud, -e ; grossi//er, -ère ; brutal, -e ; 2) zərf. rudement, grossièrement ; brutalement ; ~ danışmaq parler rudement ; ~ cavab vermək répondre vt brutalement

    Azərbaycanca-fransızca lüğət / köntöy

köntöy sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кунти, векъи, кубут, татугай, эдебсуз (мес. гаф, гьерекат); // нареч. кунти(даказ); köntöy cavab vermək кунти жаваб гун; 2. кунти, кубут, кӀалубсуз, усал (мес. якӀв).

    Azərbaycanca-ləzgicə lüğəti / köntöy

köntöy sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Tovuz, Salyan, Hamamlı) bax kənto. – Maηa nə köntöy baxırsaη, nə köntöy sözdər vurursaη (Tovuz); – Ə:, nə köntöy adamsan (Hamamlı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

həm daxilən, həm də xaricdən kobud olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"köntöy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köntöy nədir? #köntöy sözünün mənası #köntöy nə deməkdir? #köntöy sözünün izahı #köntöy sözünün yazılışı #köntöy necə yazılır? #köntöy sözünün düzgün yazılışı #köntöy leksik mənası #köntöy sözünün sinonimi #köntöy sözünün yaxın mənalı sözlər #köntöy sözünün əks mənası #köntöy sözünün etimologiyası #köntöy sözünün orfoqrafiyası #köntöy rusca #köntöy inglisça #köntöy fransızca #köntöy sözünün istifadəsi #sözlük