konqres-otelinin sözü azərbaycan dilində

konqres-otelinin

Yazılış

  • konqres-otelinin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konqres
Konqres – [lat. congressus – görüşmə, görüş, yığıncaq, toplaşma] Beynəlxalq – genişmiqyaslı yığıncaq, qurultay; ABŞ-də və bəzi burjua ölkələrində parlamentin adı; Dövlət, ərazi, təşkilat rəhbərlərinin, yaxud nümayəndələrinin görüşü, həmçinin beynəlxalq konfrans növü. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Brinks otelinin partladılması
1964-cü il Brinks otelinə bombalı hücum — Vyetnam müharibəsi zamanı 24 dekabr 1964-cü il tarixində, Cənubi Vyetnamın Hoşimin şəhərində, Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi) tərəfindən həyata keçirilən Brinks otelinə bombalı hücum. Biri zabit, digəri komisssar olan iki amerikalı Amerika ordusuna ev sahibliyi edən otelin altındakı avtomobildə iki Vyetqon casusunun qoyduğu bomba partlaması nəticəsində öldülər. Hərbiçilər və Vyetnam mülki vətəndaşları da daxil olmaqla altmış nəfər insan hücum nəticəsində xəsarət aldı. Vyetnam komandirləri hücumu iki məqsədlə planlaşdırdılar. Bunlardan birincisi;yaxşımüdafiə olunan paytaxtdakı Amerika institutuna hücum edərək, ABŞ-nin Şimali Vyetnama hava hücumuna başladığı halda, Cənubi Vyetnamdakı hücum imkanlarını göstərmək idi. İkincisi isə; Cənubi vyetnamlılara amerikalıların zəif olduqlarını və qorunmaq üçün onlara etibar edə bilməyəcəklərini göstərmək.Hücum ABŞ prezidenti Lindon Conson administrasiyasında mübahisələrə səbəb oldu. Bir çox məsləhətçi Şimali Vyetnamın bombalanması və ABŞ Ordusunun döyüşə girməsini müdafiə edərkən, Conson, Cənubi Vyetnamı Vyetkonqa qarşı qorumaq üçün hazırkı Vyetnam Respublikası ordusunun təlim strategiyasına üstünlük verdi. == Arxa plan və planlama == II Dünya müharibəsindən sonra kommunist quruluşlu olan Vyet Minh (Vyrtnam Beynəxalq Qurtuluş Cəbhəsi),Vyetnamın müstəqilliyini qazanmaq üçün fransız müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Fransız müstəmləkə qüvvələrinin Hindçin müharibəsində məğlubiyyətindən sonra ölkə 1954-cü ildə 17-ci paralel boyunca ikiyə bölündü. 1956-cı ildə keçirilən seçkilər Vyetnamın iki hissəsini yenidən birləşdirmək üçün cəhd kimi qəbul edilirdi, lakin bu seçkilər ləğv edildi və nəticədə Vyetnamda iki dövlətin mövcud olduğu bir dövrü meydana gəldi: kommunist Şimali Vyetnam və anti-kommunist Cənubi Vyetnam.
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmasının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Yeni Avropa otelinin binası
Yeni Avropa otelinin binası — 1913-cü ildə Ağa Musa Nağıyevin sifarişi ilə memar İosif Ploşko tərəfindən keçmiş Qorçakovski küçəsi, 13 indiki Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 ünvanında, Nəzarət döngəsinin küncündə modern üslubunda inşa edilmişdir. 1999-cu ildən bina restavrasiya olunduqdan sonra burada Lukoyl neft şirkətinin Bakı ofisi yerləşir. == Tarixi == "Yeni Avropa" otelinin binası 1913-cü ildə Ağa Musa Nağıyevin sifarişi ilə memar İosif Ploşko tərəfindən Qorçakovski küçəsi, 13 ünvanında, Nəzarət döngəsinin küncündə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mehmanxana dörd ədəd lift, sanitar-texniki avadanlıqlar, buxarlı qızdırıcılar, qapalı elektrik naqilləri ilə təchiz olunmuşdur. Binanın daşıyıcı konstruksiyası qismində dəmir-betondan (dayaqlar, örtüklər və s.) geniş istifadə olunmuşdur. Lift və pilləkənli xoll küncdəki geniş vestibülə açılır. Yastı damın üzərində açıq səhnəli yay restoranı yerləşirdi. Birinci mərtəbədə içərisində xidməti otaqlar olan restoranın geniş zalı, ikinci mərtəbədə nömrələr (otaqlar) koridorun hər iki tərəfində yerləşmişdir. Kəsişmə mərkəzində lift və mərtəbələrdə kiçik xoll var idi. İki otaqlı nömrələr küçəyə, bir yerliklər isə quyu üslublu həyətə baxırdı.
ABŞ Konqres Binası
Amerika Konqres Binası (İngilis dilində: United States Capitol) ABŞ-ni idarə edən ABŞ Konqresinin iqamətgahıdır. Bina ABŞ-nin paytaxtı Vaşinqton şəhərindəki Capitol Hill bölgəsində və National Mall dairəsinin şərq ucunda yerləşir. Orijinal binanın 1792-ci ildə Tomas Jefferson tərəfindən təşkil edilən bir yarışma ilə təyin edilməsi qərara alındı. Ən azı 10 memarın qatıldığı yarışmada Stephen Halletin dizaynı ən ideal olaraq təyin olunsa da, sonradan seçim edilmədi, çünki həmin bina tikilsəydi dəyəri çox yüksək olacaqdı. Müsabiqəyə son anda girən həvəskar memar William Thorntonun 31 yanvar 1793-cü ildə təqdim etdiyi dizaynı 5 aprel 1793-cü ildə rəsmi olaraq qəbul edildi. Bununla birlikdə bu dizayn həm inşaat zamanı, həm də gələcək illərdə xeyli dəyişikliyə məruz qaldı.
ABŞ Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Bakı Konqres Mərkəzi
Bakı Konqres Mərkəzi — Bakıda Təbriz küçəsində yerləşən müasir beynəlxalq tədbirlər mərkəzi. == Tarixi == Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanılmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel 2015-ci ildə Mərkəzin açılışında iştirak etmiş və Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir. == Ərazisi == Mərkəz Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.Bina bütün zəruri infrastrukturla təmin olunub. == Maddi-texniki bazası == Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb.Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür.Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunmuşdur.
Birinci Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmasının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Ümumi Milli Konqres
Ümumi Milli Konqres (ərəbcə: المؤتمر الوطني العام, Bərbərcə: Agraw Amuran Amatay) Liviyanın qanunverici orqanı olan çoxpartiyalı məclisdir. Liviya tarixində ilk plüralist, demokratik məclisdir. 200 üzv var == Tarixi - Qurulması == Liviya Vətəndaş Müharibəsində Müəmmar Qəddafi rejimi çökdü və ölkədə Liviya Milli Keçid Şurasının rəhbərliyi altında demokratik keçid prosesinə başlanıldı. Daha sonra ölkə daxilində bir çox siyasi qruplar yaradıldı, liderlər seçildi. 2012 Liviya Ümumi Milli Konqresi üçün seçkilər 7 iyul 2012 tarixində keçirilmişdir. 200 yer müxtəlif qruplar və şəxslər üçün ayrılmışdı. Konqres 8 avqust 2012-ci ildə quruldu. Ümumi Milli Konqres 1 aprel 2016-cı ildə ləğv olunduğunu elan etdi və yerinə Dövlət Ali Şurası gətirildi.
İkinci Kontinental Konqres
İkinci Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci- "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin-Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Heydər Əliyev Konqres Mərkəzi
Heydər Əliyev Konqres Mərkəzi - Qəbələ şəhərində, Qaraçay çayının sahilində layihələr və qlobal qərarların verildiyi görüşlərin keçirilməsi üçün fəaliyyət göstərən konqres mərkəzi.Ərazisinin ümumi sahəsi 8,5 hektar olan mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Üç mərtəbədən ibarət olan bina 4,2 metr dərinliyində zirzəmiyə sahibdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. == Tarixi == Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərinin mərkəzindən 4 km aralıda inşa edilmişdir. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyul ayında yekunlaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust, 2013-cü il tarixində, Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir. == Memarlıq xüsusiyyətləri == Mərkəz ümumi sahəsi 8,5 hektar ərazidə yerləşir və 3 mərtəbədən ibarətdir.
Vüqar Novruzov (konqres sədri)
Vüqar Şahmar oğlu Novruzov (1962, Laçın rayonu) — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri. == Həyatı == 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib.
ABŞ Konqres Binasına hücum (2021)
2021-ci il 5-6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Trampın vitse-prezident Mayk Pens və Konqresdən prezident seçkilərində Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Vaşinqton şəhərində toplaşdı. Etirazçılar ilk olaraq Tramp və Rudolf Culiani tərəfindən əvvəlcədən planlanmış olan "Amerikanı qoru" mitinqi üçün Ellips parkına gəldilər. Tramp və Rudolf Culianinin nitqləri sona çatmamış etirazçılardan ibarət kütlə Konqresə doğru irəlilədi və binaya hücum etdi. Konqress bu vaxt sessiyada idi. Sessiyada Seçicilər kollegiyası səslərinin sayılması məsələsinə baxılır və Texasın senatı Ted Kruz və Arizona dördüncü konqresional bölgəsindən olan Pol Qosarın Arizonadakı səsləri Seçkicilər kollegiyasının səhv hesablandığı debatı gedirdi. ABŞ kapitol kompleksinin bir neçə binası təxliyə edildi və etirazçılar Milli Heykəltaraşlıq Zalı da daxil olmaqla, Konqres Binasına daxil olmaq üçün təhlükəsizliyi pozdular. Sonda, Kapitol kompleksindəki bütün binalar kilidləndi. Nümayəndələr Palatası məclis otağının qapısında silahlı qarşıdurma yaşandı və Kapitol binası içində bir nəfər silahla vuruldu. Silahla vurulan şəxsin vəziyyətinin ağır olduğu deyildi. Kapitol ərazisində və Respublikaçılar Partiyasının qərargahından bir neçə blok kənarda bir ədəd əldəqayırma partlayıcı qurğu tapıldığı bildirildi.
Bütün Hindistan Ot Kökləri Konqres Partiyası
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı (Konqres Kitabxanası)
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı — ABŞ Konqresi Kitabxansının 2008-ci ilin əvvəlinə aid kataloqların məlumatları əsasında hazırlanıb. Siyahı konkret bu şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilib. Karl Marks (Marx) (1818–1883) — alman filosofu, 3180 İmmanuel Kant (Kant) (1724–1804) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, 2005. Vladimir Lenin (Lenin) (1870–1924) — rus inqilabçısı, dünyanın ilk sosialist dövləti olan SSRİ-nin qurucusu və ilk rəhbəri, 1970. Avraam Linkoln (Lincoln) (1809–1865) — ABŞ Prezidenti, 1933. Adolf Hitler (Hitler) (1889–1945) — alman siyasətçisi, 1773. Fridrix Hegel (Hegel) (1770–1831) — alman filosofu, 1654. Ziqmund Freyd (Freud) (1856–1939) — Avstriya psixoloqu, psixoanaliz elminin banisi, 1537. Mahatma Qandi (Gandhi) (1869–1948) — hind mütəfəkkiri və ictimai xadimi, 1487. Fridrix Nitsşe (Nietzsche) (1844–1900), alman filosofu, 1468.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#konqres-otelinin nədir? #konqres-otelinin sözünün mənası #konqres-otelinin nə deməkdir? #konqres-otelinin sözünün izahı #konqres-otelinin sözünün yazılışı #konqres-otelinin necə yazılır? #konqres-otelinin sözünün düzgün yazılışı #konqres-otelinin leksik mənası #konqres-otelinin sözünün sinonimi #konqres-otelinin sözünün yaxın mənalı sözlər #konqres-otelinin sözünün əks mənası #konqres-otelinin sözünün etimologiyası #konqres-otelinin sözünün orfoqrafiyası #konqres-otelinin rusca #konqres-otelinin inglisça #konqres-otelinin fransızca #konqres-otelinin sözünün istifadəsi #sözlük