Konstant sözü azərbaycan dilində

Konstant

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Konstant • 54.0541%
  • konstant • 45.9459%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
II Konstant
II Konstant (yun. Κώνστας Β'; 7 noyabr 630, Konstantinopol – 15 sentyabr 668, Sirakuza) — 641–668-ci illərdə İraklilər sülaləsinə aid Bizans imperatoru. Ögeyanası Martina və əmisi İraklonu devirərək hakimiyyətə gəlmişdir. Çevik lakin müvəffəqiyyətsiz xarici siyasət yürütmüşdür. 654-cü ildə Konstantın donanması ərəblər tərəfindən darma-dağın edilir. 63-cü ildə İtaliyanı fəth etmək istəsə də məğlub olaraq 20 000 itki ilə geri şəkilməyə məcbur, amma Siciliyanı əlində saxlamağa müvəffəq olur. == Qafqaz siyasəti == Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641–668) göndərdiyi məktubunda yazırdı: "Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant… alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır.
IX Konstantin Monomax
IX Konstantin Monomax (yun. Κωνσταντίνος Θ΄ Μονομάχος; 1000, Konstantinopol – 11 yanvar 1055, Konstantinopol) — Makedonlar sülaləsindən olan Bizans imperatoru (11 iyun 1042–11 yanvar 1055). O, imperator taxt-tacını VIII Konstantinin qızı Zoya Porfirogenet ilə evlənərək əldə etmişdir. Bizans imperiyası IX Konstantinin hakimiyyəti dövründə Kiyev rusları və Səlcuq türkləri ilə müharibə aparmışdır. Onun ölümündən bir il əvvəl Avropadakı xristianlıq Şərqi pravoslav kilsəsi və Roma-Katolik kilsəsinin yaranması ilə iki yerə bölünmüşdür. == Mənşə == Monomaxlar sülaləsinin mənşəyi naməlumdur. Sülalənin adı yunan dilindən tərcümədə «tək güləşçi» deməkdir. Sülalənin adı X əsrin axırlarından bəri qeyd olunur. Sülalənin müxtəlif sərkərdə üzvləri olmuşdur. Bir mənbəyə görə, Monomaxlar Konstantinopol şəhərinə yerləşmiş erməni aristokratiyasından gəlirlər.
I Konstantin
I Konstantin (Böyük Konstantin, Flavi Valeri Avreli; təq. 27 fevral 272, Niş[d], Roma imperiyası – 22 may 337, Nikomediya, Roma imperiyası) — Roma imperatoru (306–337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il). == Həyatı == Böyük Konstantin Roma imperiyasında ilk xristian imperator olmuşdur. Onun sayəsində xristianlıq leqallaşaraq təqiblərdən azad olunaraq, geniş yayılmağa başlamış və Avropada nüfuzlu hakim dinə çevrilmişdir. Konstantin 280-ci ildə keçmiş Yuqaslaviya ərazisində, Naissus (indiki Niş) şəhərində anadan olmuşdur. Onun atası Roma sərkərdələrindən biri olmuşdur. Konstantinin gəncliyi Nikomedidə imperator Diokletianın sarayında keçmişdir.
I Konstantin (İmereti çarı)
I Konstantin — atasının ölümündən sonra 1293-cü ildə İmereti çarı elan edilmişdir. Monqol hücumlarından uzaq qalsa da, qardaşı I Mixailin ona qarşı üsyanından uzaq qala bilmədi və 1327-ci ildə öldü. Övladı yox idi. Yerinə qardaşı I Mixail keçdi.
Konstantin Knijnikov
Konstantin Lvoviç Knijnikov (rus. Константин Львович Книжников; 20 may 1883, Staraya Kriuşa[d], Voronej quberniyası[d] – 1 noyabr 1952, Bakı) — sovet opera müğənnisi (dramatik bariton), professor, Azərbaycan SSR xalq artisti (1940). == Həyatı == Konstantin Knijnikov 20 may 1883-cü ildə Voronej quberniyasının Staraya Kriuşa kəndində anadan olmuşdur. Təhsilini Moskva Universitetində və Moskvada A. Şpigelin Teatr Studiyasında almışdır. Səhnə fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburqda başlamış, həmin ildən 1916-cı ilədək buradakı musiqili dram teatrının solisti olmuşdur. 1916–1929-cu illərdə SSRİ-nin müxtəlif teatrlarında fəaliyyət göstərmişdir. 1929–1946-cı illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Konstantin Knijnikov səhnədə 1946-cı ilədək çıxış etmişdir. O, ömrünün sonunadək pedaqoji fəaliyyət göstərərək bir sıra elmi əsərlər yazmış və 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur. Müğənni 1 noyabr 1952-ci ildə Bakıda vəfat etmişdir.
Konstantin Korovin
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861, Moskva – 11 sentyabr 1939[…], Paris) — rus əsilli rəssam. == Həyatı == Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi. 1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
Konstantin Kostışin
Konstantin Yakovleviç Kostışin (ukr. Костянтин Якович Костишин; d. 15 oktyabr 1965, Kiyev, Ukrayna SSR) — ukraynalı kino və teatr aktyoru. == Həyatı == Konstantin Kostışin 15 oktyabr 1965-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. İlk təhsilini A.Qaydar adına uşaq teatr studiyasında almışdır. Məktəbi bitirdikdən sonra bir il müddətində Kiyevdə zavodda tornaçı olaraq işləmişdir. 1989-cu ildə Karpenko-Karıy adına Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1991-ci ildən Dneprin sol sahilində yerləşən Kiyev Akademik Dram və Komediya Teatrının aktyorudur, əsasən, baş rolları ifa edir. Teatr institutunda bir il təhsil aldıqdan sonra iki il müddətində sovet ordusunda hərbi xidmət etmişdir. Muxtarın qayıdışı teleserialında kriminalist İnnokenti Sadovski rolu ilə məşhurluq qazanmışdır.
Konstantin Krasuski
Krasuski Konstantin Adamoviç (2 (14) sentyabr 1867 və ya 14 (26) sentyabr 1867, Ryazan quberniyası[d] və ya Zaraysk, Ryazan quberniyası[d] – 7 aprel 1937, Bakı) — Professor, SSRİ EA-nın müxbir üzvü (1933). == Həyatı == Krasuski Konstantin Adamoviç 1867-ci il sentyabrın 14-də Moskva vilayətinin Zaraysk şəhərində anadan olub. 1891-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1902-ci ildə kimya üzrə magistr alimlik dərəcəsi, 1903-cü ildə professor elmi adı almışdır. 1902-1907-ci illərdə Varşava Universitetində professor kimi çalışıb, 1911-ci ildə Kiyev Universitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə edib, 1926-cı ildə Ukrayna SSR EA-nın, 1933-ci ildə isə SSRİ EA-nın müxbir üzvü seçilib. 1907-1912-ci illərdə Kiyev Politexnik İnstitutunda, 1913-1916-cı illərdə Kiyev Universitetində, 1916-1919-cu illərdə Xarkov Universitetində işləyib. 1929-cu ildə Azərbaycana dəvət olunub. 1929-30-cu illərdə Bakı Dövlət Universitetində, 1930-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunda “Üzvi-kimya” kafedrasına rəhbərlik edib. 1935-1937-ci illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun təşki¬latçısı və ilk direktoru olub. == Elmi fəaliyyəti == K.Krasuskinin elmi fəaliyyətinin əsasını hipoxlorit turşusunun olefinlərə birləşmə qaydasının müəyyən edilməsi, üzvi oksidlərin iştirakı ilə gedən izomerləşmə reaksiyalarının öyrənilməsi, ammonyak və aminlərin üzvi oksidlərə təsirinin araşdırılması məsələləri təşkil edib.
Konstantin Krasusski
Konstantin Krasusski (Moskva, 14 sentyabr 1867–Bakı, 4 aprel 1937) == Həyatı == 1891-ci ildə Peterburq Universitetini bitirmişdir. 1902-ci ildə Sankt-Peterburqda dissertasiya müdafiə edərək, kimya üzrə magistr - alimlik dərəcəsi almışdır. 1902-ci ildən Varşava Universitetində işləmişdir. 1929-cu ildə Azərbaycana dəvət olunmuş və1929-30-cu illərdə Bakı Dövlət Universitetində, 1930-37-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda «Üzvi kimya» kafedrasına rəhbərlik etmişdir. 1935-ci ildə Azərbaycan Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. K.A.Krasusski Azərbaycanda üzvi kimya elminin inkişafı və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə1936-cı ildə “Azərbaycanın Əməkdar elm xadimi” adına layiq görülmüşdür. 1926-cı ildə Ukrayna EA-nın, 1933-cü ildə isə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. Onun tərəfindən tədqiq edilmiş proseslərdən biri “Krasusski qaydası” adı ilə üzvi kimyada geniş istifadə olunur.
Konstantin Krimets
Konstantin Dmitriyeviç Krimets (2 oktyabr 1939, Kiyev – 4 avqust 2008, Moskva) — dirijor. == Həyatı == Konstantin Krimets 1939-cu ildə Ukraynada anadan olmuşdur. Kiyev konservatoriyasını bitirdikdən sonra, təhsilini Moksva konservatoriyasının aspiranturasında və məşhur dirijor İqor Markeviçin ali kurslarında davam etdirmişdir. Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Koreya, Türkiyə, Yusoqslaviya və başqa ölkələrdə (ümumən 26)simfonik orkestrlərə uğurlu dirijorluq etmişdir. 1990-cı ildə "Qlobalis" simfonik orkestrinin əsasını qoymuşdur. O orkestrin həm bədii rəhbəri, həm də baş dirijorudur. == Filmoqrafiya == Asif, Vasif, Ağasif (film, 1983) Bağlı qapı (film, 1981) Bircəciyim (film, 1986) Əlaqə (film, 1989) Gənc qadının kişisi (film, 1988) Gümüşgöl əfsanəsi (film, 1984) Həyat üçün təhlükəlidir! (film, 1985) Xüsusi vəziyyət (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ölsəm...
Konstantin Leontyev
Konstantin Nikolayeviç Leontyev (rus. Константи́н Никола́евич Лео́нтьев; (1831—1891) — rus filosofu. == Həyatı == === Fəlsəfi baxışları === Pravoslavlığın bu dinə etiqad edənlərin hamısını bütövlükdə əhatə edən bir sivilizasiya dəyəri ola bilməməsinin səbəblərini Bizans imperiyasının parçalanmasında görən rus filosof Konstantin Nikolayeviç Leontyev (1831-1891) yazırdı: “Türk təhlükəsi qarşısında Bizans mədəniyyətinin (vizantizm) qalıqları qərbə və şimala parçalanmaqla iki fərqli əsasa döndü. Qərbdə romano-germanlar onsuz da artıq inkişaf dövrü yaşayırdılar və yaxşı hazırlıqlı idilər. Bizans və onun vasitəsilə antik dünya ilə yenidən yaxınlaşma Avropanı dərhal İntibah (Renessans) adlanan inkişaf mərhələsinə gətirib çıxardı və daha yaxşı olardı ki, bu mərhələ Qərbin mürəkkəb inkişaf dövrü adlandırılsın. Şimala doğru Rusiyaya toxunan vizantizm isə XV əsrdə hələ də davam edən sadəlik, yoxsulluq, yekcinslik və hazırlıqsızlıqla qarşılaşdı. Ona görə də burda Qərbdə olduğu kimi yenidən doğula bilmədi. Rusiya öz intibah dövrünə yalnız XVII əsrdə çatdı. Bizans və ellinizmin XV və XVI əsrlərdə Qərbdə oynadığı rolu, Rusiyada XVII əsrdə Qərbin nümayəndələri (polyaklar, hollandlar, almanlar, fransızlar) oynadı”.
Konstantin Leselidze heykəli (Tbilisi)
Konstantin Leselidze heykəli (gürc. კონსტანტინე ლესელიძის ძეგლი) — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir.. Sovet hərbi lideri general-polkovnik Konstantin Leselidzenin (1903—1944) xatirəsinə qurulmuşdu. == Tarixi == 1947-ci ildə Kote Abxazi küçəsində əsası qoyulmuşdur. Heykəltəraş — Yakov Nikoladze. 1990-cı ildə anti-sovet mitinqi zamanı komandirin büstü zədələnmişdir.
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu. 1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni "1917-ci ildən əks-inqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əks-inqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən" Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi. Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
Konstantin Lordkipanidze
Konstantin Lordkipanidze (gürc. კონსტანტინე ლორთქიფანიძე, rus. Константин Лордкипанидзе; 7 yanvar 1905, Didi Cixaişi[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 30 iyul 1986, Tbilisi) — gürcü tərcüməçisi, yazıçısı və ssenaristi. == Həyat == === Erkən illər === Konstantin Lordkipanidze 7 yanvar 1905-ci ildə Gürcüstanın Samtredia yaxınlığındakı Didi Cixaişi kəndində anadan olub. O, Kutaisi Humanitar Texnikumunda təhsil alıb və 1924-cü ildə oranı bitirib. Həmin il o, ilk şeirini, 1926-cı ildə isə ilk şeirlər toplusunu nəşr etdirdi. Əvvəlcə gürcü simvolistlərindən güclü təsirləndi, lakin tezliklə onlardan ayrılaraq özünü proletar şair elan etdi. O, inqilabi mübarizə haqqında çoxlu təmtəraqlı şeirlər yazıb. 1930-cu illərin əvvəllərindən yalnız nəsrlə yazmağa başladı. Onun nəsr əsərlərində mövzular köhnə ideyalardan qoparaq yeni ictimai münasibətlər, sovet xalqının qəhrəmanlığı və fəal humanizm idi.
Konstantin Lupulesku
Konstantin Lupulesku (rum. Constantin Lupulescu; doğ. 25 mart 1984, Buftya, Rumıniya) — rumıniyalı şahmatçı, qrosmeyster (2006). Ölkəsinin ən yüksək əmsallı oyunçusudur. == Şahmat karyerası == Gənclər arasında Avropa çempionatının ikiqat mükafatçısıdır: bürünc (1998, Murekk, 14 yaşadək kateqoriyasında) və gümüş (2000, Halkidiki, 16 yaşadək kateqoriyasında). Yeddi dəfə Rumıniya çempionatında medal qazanıb: beş dəfə qızıl (2007, 2010, 2011, 2013, 2015), iki dəfə bürünc (2008, 2009). Dəfələrlə Rumıniyanı komanda yarışlarında təmsil etmişdir: dörd dəfə şahmat olimpiadalarında (2004, 2008, 2012, 2014) altı dəfə Avropa çempionatlarında (2005, 2007, 2009, 2011, 2013, 2015) 16 yaşadək yeniyetmələr arasında şahmat olimpiadasında (2000) iki dəfə 18 yaşadək yeniyetmələr arasında Avropa çempionatlarında (2001, 2002) O, 2009, 2011, 2013 və 2015-ci il Dünya Kuboklarında iştirak etmiş və ilk raundlarda müvafiq olaraq Liviu-Diter Nisipianu, Rüstəm Qasımcanov, Krişnan Sasikiran və İqor Lısıy tərəfindən məğlub edilmişdir. Lupulesku 2003 və 2006-cı illərdə Buxarest turnirinin qalibi olmuşdur. 2008-ci ildə Timişoara turnirində Vladislav Nevedniçi ilə birinci yeri bölüşdürmüşdür. Eyni ildə Buxarestdə keçirilmiş Viktor Çokıltyanın xatirə turnirində ikinci yeri tutmuş və Open Romgaz turnirində Tamaz Gelaşvili, Anton Filippov, Nicat Məmmədov və Aleksandr Zubarev ilə 4-8-ci yerləri bölüşdürmüşdür.
Konstantin Mesxi
Konstantin (Kote) Semyoniviç Mesxe (gürc. კოტე (იაკობ) სიმონის ძე მესხი;1 (13) may 1857, Kutaisi – 28 may (10 iyun) 1914, Tiflis — gürcü aktyor və rejissoru. == Həyatı == Kostantin Mesxi ailənin 8-ci uşağı olaraq dünyaya gəlir. Kutaisi klassik gimnaziyasında təhsil aldıqdan sonra Konstantin böyük qardaşı Sergey ilə Tiflisə köçür. Mesxi, Droeba (Vremya) qəzetinin redaksiyasında çalışanlardan - Gürcüstanın tanınmış yazıçı və ictimai xadimlərindən (İlya Çavçavadze, İvan Maçabeli, Pyotr Umikov, Aleksandr Kazbeqi, Baçan Razikaşvili, Akaki Sereteli) çox təsirlənir. Onun teatra olan sevgisi məhz bu zaman formalaşır. 1874-cü ildən səhnədə həvəskar tamaşalarda çıxış edir. Efrosine Kldiaşvili ilə birlikdə təhsil alır. 1879-cu ildən peşəkar səhnə çıxış etməyə başlayır. Tiflisdəki gürcü teatrının yenidən qurulmasının fəal iştirakçılarından biri olur.
Konstantin Mixaylov
Konstantin Mixaylov Aleksandroviç ― texni­ka elmləri üzrə elmlər doktoru (1944), Azərbaycan SSR Elmlər Akademiya­sı­nın həqiqi üzvü. == Həyatı == Konstantin Mixaylov 20 noyabr 1895-ci ildə Skobelev (indiki Fərqanə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. Oğlanlar gimnaziyasını Gümüş medalla bitirdikdən sonra ali təhsilini Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində almış, 1925-ci ilin yanvar ayında həmin fakültəni bitirmişdir. 20 oktyabr 1935-ci il tarixində SSRİ Ali Attestasiya Komisiyasının qərarı ilə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Hidravlika kafedrasının professoru təyin olunmuşdur. == Elmi fəaliyyəti == Konstantin Mixaylov 26 avqust 1944-cü ildə AAK-nın qərarı ilə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri üzrə elmlər doktoru dərəcəsini almışdır. 18 iyun 1949-cu ildə AAK-nın qərarı əsasında Moskva Avtonəqliyyat İnstitutunun Hidravlika kafedrasında professor vəzifəsinə təyin edilmişdir. 1925-1927-ci illərdə Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində assistent, 1928-1930-cu illərdə Tiflis Politexnik İnstitutunda fakültə rəhbəri və müəllim kimi fəaliyyət göstərmişdir. 1930-1931-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun professoru kimi çalışmış, həmçinin Hidrotexnika sektorunun müdiri olmuşdur. 1929-1934-cü illərdə Zaqafqaziya Elmi Tədqiqat İnstitutunda direktor, daha sonra direktor müavini olmuş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsini tutmuş, 1934-1937-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Elmi Tədqiqat Sektorunun müdiri olmuşdur. Konstantin Mixaylov 20 sentyabr 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və vitse-prezidenti təyin edilmişdir.
Konstantin Mixayloviç
Konstantin Mixayloviç (serb. Константин Михаиловић; XV əsrin ikinci yarısı) — == Həyatı == Konstantin Mixayloviç 1435-ci ildə anadan olmuş və Novoe Brdo şəhərinin alınmasında türklərə əsir düşmüşdür. Konstantinin Adjam Orxan tərəfindən idarə olunan yanıçar məktəbində olması haqqında məlumat verilmir. Konstantinin islam dininin qaydalarını mənimsəməsi, ancaq xristian dininin qəti tərəfdarı olması xüsusi qeyd edilir. Konstantin 1460-cı ildə Belqrad şəhərinin mühasirəyə alınmasında və 1461-ci ildə Sinopun Osmanlılar tərəfindən tutulmasında iştirak etdiyini yazmışdır. “Yanıçarın qeydləri” kitabını Konstantin 1497-1501-ci illər arasında yazdığı göstərilir. Həmin dövrdə o birləşmiş Polşa-Litva dövlətinin şərq hissəsində məskunlaşmışdır. Polşa-Litva ərazisində yaşamağının əsas səbəbi isə onun provoslav dininə inandığı göstərilir.
Konstantin Moskoviç
Konstantin Moskoviç (d.
Konstantin Myakişev
Konstantin Mixayloviç Myakişev (rus. Константин Михайлович Мякишев; 29 iyul (11 avqust) 1910, Bakı – 22 fevral 1990, Moskva) — rus əsilli Azərbaycan və Rusiya aktyoru, Azərbaycan SSR xalq artisti (1955). == Həyatı == 1910-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1929-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, 1930-cu illərdən Azərbaycan Rus Dram Teatrında, 1960-cı illərdən isə Moskvada çalışmışdır. Bakı Teatrında rejissor kimi bir neçə tamaşaya quruluş vermişdir. 1960-cı ildən ömrünün sonuna qədər Moskvanın Malıy teatrında çalışmışdır. 22 fevral 1990-cı ildə Moskvada vəfat etmişdir.
Konstantin Nazarov
Konstantin Aleksandroviç Nazarov (17 avqust 1923, Kislovodsk, Qafqaz quberniyası[d] – 8 oktyabr 1996, Moskva) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Konstantin Aleksandroviç Nazarov RSFSR-in Stavropol diyarının Kislovodsk şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri Bakı şəhərində keçib. Böyük Vətən müharibəsi başlamasına bir-neçə gün qalmış Tbilisi Dağ-Topçu Məktəbinə daxil olub. Buranə bitirdikdən sonra atıcı diviziyanın bölmə komandiri təyin edilir. Narev çayının alınmasında igidlik göstərmişdir. Müharibədən sonra Dzerjinsk adına Artileriya Akademiyasını bitirmişdir. Müxtəlif hərbi vəzifələrdə çalışmış, General-mayor rütbəsinə qədər yüksəlmişdir. 1985-ci ildə vəfat edib. == Təltifləri == Narev çayının alınmasında igidlik göstərdiyinə görə Konstantin Aleksandroviç Nazarov 1945-ci il 21 fevral tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Konstantin Pavloviç
Konstantin Pavloviç (rus. Константин Павлович) (8 may 1779, Çarski Selo, Puşkin[d] – 27 iyun 1831, Vitebsk) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın ikinci oğludur.
Konstantin Plisovski
Konstantin Plisovski (8 iyun 1890, Podolsk quberniyası[d] – 1940[…], Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Konstantin Pobedonotsev
Konstantin Petroviç Pobedonotsev(rus. Константи́н Петро́вич Победоно́сцев; 21 may (2 iyun) 1827[…] və ya 2 iyun 1827, Moskva – 10 (23) mart 1907 və ya 23 mart 1907, Sankt-Peterburq) — Rusiya hüquqşünası. == Həyatı == Konstantin Petroviç Pobedonotsev 21 may 1827-ci ildə Moskva şəhərində anadan olmuşdu. 1841-1846-cı illərdə hüquq təhsili almışdı. II Aleksandrın 1856-cı ildə tacqoyma mərasimində Moskvada kilsələrdən birində kilsə zəngi qırılıb yerə düşmüş iki adamın ölümünə səbəb olmuşdu. Beləcə, 1881-ci ildə II Aleksandr da öz həyatını faciə ilə başa vurur... Bu hadisədən sarsılan, böyük həyəcan keçirən dövlət xadimi, ober-prokuror K.P.Pobedonotsev 1881-ci il martın 6-da qanlı hadisə ilə bağlı yeni imperator III Aleksandra yazır: “...Ya bu gün özünüzü və Rusiyanı qorumalısınız, ya da heç vaxt. Əgər Sizi əvvəlki kimi inandırmağa çalışsalar ki, sakitləşmək lazımdır, liberal istiqaməti davam etmək, necə deyərlər, ictimai fikirlərə güzəştə getmək lazımdır, Ali həzrətləri, Tanrı xatirinə qulaq asmayın... Qraf Loris-Məlikovu saxlamayın. Mən ona inanmıram.
Konstantin Qamsaxurdiya
Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891, Abaşa, Kutaisi quberniyası, Rusiya imperiyası – 17 iyul 1975, Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki(1944), Şota Rustaveli Adına Dövlət Mükafatının laureatı(1965). == Həyatı == Konstantin Qamsaxurdiya 1893-cü ildə Köhnə Abaşa kəndində Simon Qamsaxurdiya və Elizabet Topuradzenin ailəsində doğuldu.Konstantine Simonun axrıncı, 9-cu oğlu idi. Əlifbanı kəndin klisə məktəbində öyrəndi. Sonra atası oğulları Konstantin və Venonu Senakinin kilisə məktəbinə qoydu. Konstantin 1904-cü ildə məktəbi bitirdi. Bundan sonra atası Konstantineyi qardaşı ilə birlikdə Ktuaisi Zadəgan Gimnazyasına yerləşdirdi, gimnaziyada oxuduğu illərdə o kəndi Abaşişiyə yanlız tətilllərdə gedirdi. Qamsaxurdiyanın Abaşadakı evi Konstantine 1911-ci ildə Ktuaisi Zadəgan gimnaziyasını bitirdi. O Peterburq,Köniqsberq, Leypsiq, Münhen, Berlin universitetlərində təhsil aldı. 1913-cü ilin yazında ölkəsinə müvəqqəti olaraq qayıtdı. Bu dəfə o, Kita Abaşidze tərəfindən qara daş sənayesi təqaüdünə təyin edildi və 1913-cü ilin oktyabrından 1914-cü ilin mart ayına qədər Moskva Universitetinin tarix və filologiya fakültəsində təhsil aldı.
Konstantin Qavriş
Konstantin Viktoroviç Qavriş — inzibatçı, kompüter xidməti üzrə mütəxəssis, "Tərəqqi" medalı laureatı (2016). == Həyatı == Konstantin Qavriş 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Filmoqrafiya == Cavanşir (film, 2002) Kitabi Dədə Qorqud.

"konstant" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#konstant nədir? #konstant sözünün mənası #konstant nə deməkdir? #konstant sözünün izahı #konstant sözünün yazılışı #konstant necə yazılır? #konstant sözünün düzgün yazılışı #konstant leksik mənası #konstant sözünün sinonimi #konstant sözünün yaxın mənalı sözlər #konstant sözünün əks mənası #konstant sözünün etimologiyası #konstant sözünün orfoqrafiyası #konstant rusca #konstant inglisça #konstant fransızca #konstant sözünün istifadəsi #sözlük