Koreyanın sözü azərbaycan dilində

Koreyanın

Yazılış

  • Koreyanın • 99.8608%
  • koreyanın • 0.0928%
  • KOreyanın • 0.0464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Koreyanın bölünməsi
Koreyanın bölünməsi — Koreya yarımadasının Şimal və Cənuba bölünməsi. Bu iki ölkənin meydana gəlməsi 1945-ci ildə o zamana kimi tərkibində olduğu Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində baş verir. İkinci dünya müharibəsindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Hər iki ölkənin sərhəddi 38-ci şimal paralelindən keçməli idi. Koreya müharibəsindən (1950—1953) sonra iki yeri təşkil olunan dövlət Koreya silahsızlaşdırılmış zonası ilə bir-birindən ayrılır. == Tarixi fon == === Koreyanın yapon işğalı (1910—1945) === 1905-ci ildə Rus-yapon müharibəsindən sonra Koreya Yaponiyan protektaratılna çevrilir. 1910-cu ildə isə Yaponiyaya birləşdirilir. === İkinci Dünyan müharibəsi (1939—1945) === 1943-cü ildə Qahirə konfransında iştirak edən ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi yapon koloniyalarının taleyi məsələsində müzakirələr zamanı onun bütün işğal etdiyi ərazilərdən çıxarılmasına qərarverirlər. Koreyada bu qəbildən olan ərazilərdən idi. ikinci Dünya Müharibəsinin sonlarında, 1945-ci ilin avqustunda hələ də Koreyanın taleyi aydın deyildi.
Koreyanın nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. == Avtobus == Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyanın Xatirə Abidələri
== Koreyanın Müstəqillik Xatirəsi ( Hanqılla: 독립기념관 ) == Cənubi Koreyanın Cheonan şəhərində yerləşən Koreyanın tarixi muzeyidir. Əvvəllər Çində Koreyanın keçici hökumət binası olan bu yer 1945-ci il 15 avqust Yaponiya müstəmləkəçiliyindən azad olduqdan sonra Koreyaya təhvil verilir. Müstəqillik gününün ildönümündə, 1987-ci ildə Muzeyin açılışı olmuşdur. Ümumi sahəsi 23.424 m² olan muzey Cənubi Koreyanın ən böyük sərgi obyektidir. Muzey Yaponiyanın müstəmləkəlik dövrünün azadlıq hərəkatına yönəlmişdir. Bununla bərabər ilk salon olan Milli İrs salonu tarixdən əvvəlki dövrdən Coson sülaləsinə qədər olan dövrə həsr olunmuşdur. Yeddi bağlı sərgi salonu və bir Circle Vision Teatrı vardır. === Tarixi === 5 oktyabr 1982: İstiqlal Hall İnşaatı Təqdimat Komitəsinin yaradılması. 15 Avqust 1983: İstiqlal Salonunun təməlinin qoyulması. 9 May 1986: İstiqlal Zalı Qanuni icrası elan olundu.
Koreyanın toy adətləri
Cənubi Koreya adətlərinə bağlı yaşayan ölkələr arasında yer alır. Toylarında hələ də bu adətləri qoruyub saxlayıblar. Koreyada bir kişi ilə qadın arasındakı nikah iki nəfərin birləşməsindən çox, iki ailənin birləşməsini təmsil edir. Beləliklə, hadisə tez-tez Taerye (Böyük Ritual) adlandırılmışdı və bütün insanlar iştirak edirdilər. Ənənəvi Konfüçyen dəyərlərində saxlanan, əsl nigahı əhatə edən mərasimlər uzan və mürəkkəb idi. Profesional aradüzəldənlər ən yaxşı nazmizədləri seçirdilər, cütlüklər adətən ilk dəfə toy günü bir-birlərin görürdülər. Ailələr qərarə bir çox amillərə görə düşünərək, həttda cütlüklərin gələcək taleləri ilə bağlı falçılarla danışaraq verirdilər. Coson dövrünlə insanlar çox kiçik yaşlarında evləndirilirdi. Qızlar oğlanlardan adətən bir neçə yaş böyük olurdu. Toy mərasimində bir çox simvolik hərəkətlər və kiçik rituallar olurdu.
Cənubi Koreyanın SKY universitetləri
== Ümumi məlumat == SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır.
Şimali Koreyanın dövlət quruluşu
Şimali Koreyanın dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Şimali Koreya qeyri-məhdud hakimiyyətli bir partiyalı idarəetmə üsuluna malik, sosialist respublikasıdır. Milli bayram günü olan dövlətin yaranması günü (1948) 9 sentyabr tarixində qeyd edilir. Ölkə Konstitusiyası 27 dekabr 1972-ci ildə qəbul edilmişdir (9 aprel 1992-ci ildə, 5 sentyabr 1998-ci ildə, 27 sentyabr 2009-cu ildə və 2012-ci ilin aprel ayında Konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir). Koreya Xalq Demokratik Respublikası 9 əyalətə (Çaqando, XamqenPukto, Xamqen-Namdo, Xvanxe-Pukto, Xvanxe-Namdo, Kanvondo, Pxenan-Pukto, Pxenan-Namdo, Yanqando), mərkəz tabeçiliyində olan 2 iri şəhərə (Pxenyan və Rason) və 3 xüsusi inzibati regiona (Keson sənaye regionu, Kımqansan turistik regionu və Sinıycu xüsusi inzibati regionu) bölünür. Koreya Xalq Demokratik Respublikasında dövlət hakimiyyətinin ən yüksək rəhbərlik orqanı sayılan Mərkəzi Xalq Komitəsinə KXDR Prezidenti başçılıq edir. Ölkədə siyasi sabitliyin və dövlət təhlükəsizliyinin təminatçısı, habelə daxili və xarici münasibətlərdə KXDR-in ali təmsilçisi sayılan Prezident dövlət siyasətini formalaşdırır və onun həyata keçirilməsi üçün Ali Xalq Məclisi qarşısında bilavasitə məsuliyyət daşıyır, digər ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndələri vəzifəyə təyin edir və geri çağırır və qüvvədə olan Konstitusiya ilə müəyyən edilmiş digər mühüm səlahiyyətləri icra edir. Şimali Koreyada hərbi və müdafiə sferası dövlət hakimiyyətinin ən yüksək hərbi rəhbərlik orqanı sayılan Milli Müdafiə Komissiyasının müstəsna səlahiyyətinə aiddir. Bütün ölkə üzrə silahlı qüvvələrə və dövlət müdafiə sisteminə rəhbərlik edilməsi, ali hərbi kadrların təyinatı, müharibə və ümumxalq səfərbərliyi elan edilməsi və s. məsələlər Milli Müdafiə Komissiyası tərəfindən həyata keçirilir.
Şimali Koreyanın diplomatik nümayəndəliklərinin siyahısı
Şimali Koreyanın diplomatik nümayəndəliklərinin siyahısı (kor. 조선민주주의인민공화국의 재외공관 목록) — Koreya Xalq Demokratik Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Koreya Xalq Demokratik Respublikası məhdud sayda xarici dövlətlərlə ikitərəfli və diplomatik əlaqələr saxlamaqdadır. Ölkənin Qərbi Avropada ilk səfirliyi İsveçin paytaxtı Stokholm şəhərində açılmışdır. Bu gün isə Vyana, Roma, Berlin, Varşava və Buxarest kimi şəhərlərdə səfirliklər mövcuddur. Şimali Koreyanın Afrikada 11, Cənubi Amerikada 5, Asiyada 18 və Avropada 13 səfirliyi fəaliyyətdədir. Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən səfirliklə yanaşı Nijni Novqorod, Naxodka və Xabarovsk şəhərlərində konsulluq şöbələri fəaliyyət göstərir. Çinin Honkonq və Şenyan şəhərlərində də, Pekində yerləşən səfirliyə tabe olan konsulluq şöbələri mövcuddur.
Cənubi Koreyanın Ailə nazirliyi və Gender bərabərliyi
Gender bərabərliyi və Ailə nazirliyi (koreyaca 여성 가족부) — Cənubi Koreya Respublikasına aid bir qurumdur. 28 fevral 1988-ci ildə "Qadın işləri" adlı komissiya yaradıldı. 29 yanvar 2001-ci ildə nazirlik kimi fəaliyyətə başladı. Baz nazir Jeong Yeongae, birinci müavini isə Kim Kyongseondur.

Oxşar sözlər

#koreyanın nədir? #koreyanın sözünün mənası #koreyanın nə deməkdir? #koreyanın sözünün izahı #koreyanın sözünün yazılışı #koreyanın necə yazılır? #koreyanın sözünün düzgün yazılışı #koreyanın leksik mənası #koreyanın sözünün sinonimi #koreyanın sözünün yaxın mənalı sözlər #koreyanın sözünün əks mənası #koreyanın sözünün etimologiyası #koreyanın sözünün orfoqrafiyası #koreyanın rusca #koreyanın inglisça #koreyanın fransızca #koreyanın sözünün istifadəsi #sözlük