Kristin sözü azərbaycan dilində

Kristin

Yazılış

  • Kristin • 99.4310%
  • kristin • 0.2845%
  • KRİSTİN • 0.2845%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kristin
Kristin — ad. Kristin Larsen — Kanadanı təmsil edən sinxron üzgüçü. Kristin Ruz — ABŞ-lı akrisa. Kristin Freyzer — Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. Kristin Çabbak — Amerikan televiziyasında xəbər aparıcısı, jurnalist.
Kristin Freyzer
İqor Lukanin - Kristin Freyzer - Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. 33 yaşlı İqor və 29 yaşlı Kristin təxminən 10 il Azərbaycan şərəfini qoruyublar. Onlar 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil ediblər və müvafiq olaraq, 17-ci və 19-cu yeri tutublar. Bu cütlüyün dünya çempionatlarında ən yaxşı nəticəsi 2008-ci ilə təsadüf edir - 11-ci pillə. Lukanin – Freyzer Avropa çempionatlarında bir neçə dəfə qüvvəsini sınayıb. Bunlardan birində 7-ci, üçündə isə 9-cu sırada qərarlaşıb.[mənbə göstərin]Bu cütlük 2009-cu ildə karyerasını başa vurub.
Kristin Larsen
Kristin Larsen (15 dekabr 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kristin Larsen Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kristin Larsen Olimpiadanın gümüş medalına sahib olub.
Kristin Ruz
Kristin Sui Ruz (31 yanvar 1951, Linvud[d], Kaliforniya) — ABŞ-lı akrisa. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Ancel Petrelli rolu ilə tanınır. == Həyatı == Kristin Ruz Linvudda (Kaliforniya) anadan olmuşdur. Ali təhsilini Stanford Universitetində almışdır. == Karyera == Kristin Ruz karyerasına 1990-cı ildə "Ferris Bueller" adlı serialla başlamışdır.
Kristin Çabbak
Kristin Çabbak (ing. Christine Chubbuck; 24 avqust 1944 – 15 iyul 1974, Sarasota, Florida, ABŞ) — Amerikan televiziyasında xəbər aparıcısı, jurnalist. Canlı yayımda intihar edən ilk və tək aparıcı olmaqla tarixə keçmişdir. == Həyatı == Kristin Hudson vilayətinin Ohayo şəhərində dünyaya gəlib. İlk təhsilinə Shaker Heightsda yerləşən qızlar üçün təşkil edən Laurel Schoolda başlayıb. Oxford Universitetində teatr və aktyorluq təhsili almış, daha sonra Boston Universitetinə daxil olmuşdur. == Karyera == ===== İlk zamanlar ===== Karyerasına başladığı ilk zamanlarda o, Klevelandda yerləşən WVIZ-də çalışmışdır. Daha sonra Nyu-York Universitetinin yay karyera məktəbi təşkilatçılığı ilə müxtəlif radio və televiziya kanallarında çalışan Çabbak, eyni zamanda Floridada da aparıcılıq etmişdir. ===== WXLT-TV ===== Kanalda cəmiyyətə daxil olmaqda çətinlik çəkən şəxslər üçün yayımlanan "Suncoast Digest" verilişinin aparıcısı olmuşdur. Bu verilişdə aparıcılıq təklifi ona şəxsən kanalın sahibi olan Bob Nelsondan gəlmişdi.
Avstriyalı Mariya Kristina
Avstriyalı Mariya Kristina (isp. María de las Mercedes de Orleans y Borbón) (21 iyul 1858[…] – 6 fevral 1929[…], Madrid) — İspaniya kralının xanımı. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Christina of Spain" . Encyclopædia Britannica. Vol. 6 (11th ed.). Cambridge University Press. p.
Brünsvikli Elizabet Kristina
Brünsvikli Elizabet Kristina (alm. Elisabeth Christine von Braunschweig‎) (28 avqust 1691, Braunşveyq – 21 dekabr 1750, Vyana) — Müqəddəs Roma imperatoru VI Karlın xanımı. Atası Brünsvik hersoqu Luiz Rudolf, anası isə Brünsvikli Kristina Luizadır. == Mənbə == Ingrao, Charles W.; Thomas, Andrew L. (2004). "Piety and Power: The Empresses-Consort of the High Baroque". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660-1815: The Role of the Consort. Cambridge University Press. pp. 107–130.
Kristina
Kristina — ad. Kristina Qrimi — rumın-italyan əsilli ABŞ müğənnisi. Kristina Zantlyaytner — Macarıstanı təmsil edən su poloçusu. Kristina Şremko — Macarıstanı təmsil edən su poloçusu. Kristina Qarda — Macarıstanı təmsil edən su poloçusu. Kristina Tsukala — Yunanıstanı təmsil edən su poloçusu. Kristina Pravdina — Rus əsilli Azərbaycanlı idman gimnastı. Kristina Siliç — Belarusu təmsil edən qadın badmintonçu. Kristina Franiç — Xorvatiyanı təmsil edən həndbolçu. Kristina Vurviç — Rusiyanı təmsil edən qadın badmintonçu.
Kristina (İsveç kraliçası)
Kristina (7 dekabr 1626, Stokholm – 9 aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Kristina Aqilera
Kristina Mariya Aqilera (ing. Christina María Aguilera; 18 dekabr 1980[…], Staten-Aylend, Nyu-York ştatı) — ABŞ müğənnisi, bəstəkarı və aktrisası.
Kristina Asmus
Kristina Asmus (rus. Асмус, Кристина Игоревна, Əsl familyası: Myasnikov; d.14 aprel 1988, Korolyov, Moskva) — Teatr və kino aktrisası. "İnternlər" serialında Varvara Çernous rolu ilə tanınır. == Həyatı == Kristina Myasnikova 14 aprel 1988 il İqor Lvoviç və Radada Myasnikovun ailəsində Kalininqradda (İndi Korolev) anadan olub, üç bacısı var: böyüklər — Yekaterina və Olqa, ikisi də Saratovda, Karina isə Korolyavda anadan olmuşdur.Gəncliyində gimnastika ilə məşğul olmuş, idman ustası namizədi rütbəsinə nail olmuşdur. Bir məktəbli olaraq, "MEL" teatrında ""Burada şəfəqlər sakitdir"" (Jenya Komelkova) tamaşasında və Korolyov şəhərindəki bir teatrda N.Yermakova "Madmazel Tarjinin portreti" (Fantin) pyesini oynamışdı. Uşaqlıqda "Vəhşi mələk" serialına baxaraq aktrisa olmağa qərar verən A.Kristina Nataliya Oreyronın pərəstişkarı olub. 2005-ci ildə Moskva İncəsənət Teatr Məktəbinin A.Raykin kursunda daxil oldu, lakin təhsil ala bilmədi. 2008-ci ildə M.Şepkin adına Teatr Məktəbinin Boris Klyuyevin kursuna daxil oldu.Aktrisanı daha da məşhurlaşdıran 2010-cu ildə "İnternlər" komediya serialındakı Varvara Çernous rolu oldu. Sonra "Şam ağacları", "Əjdaha sindromu", "Zoluşka" filmlərində rol aldı. 2013-cü ildə "Dubler" filmində əsas qadın rolunu ifa etmiş, 2014-cü ildə "Лёгок на помине" filmində rol almışdır.
Kristina Bauer
Kristina Bauer — fransız qadın voleybolçu. Norveçdə yaşayan fransız ailələrindən birində dünyaya göz açmışdır. Mövqeyi orta blokçudur. Hündürboy voleybolçudur (1.96 m). Fransızca, italyanca, ingiliscə və norveçcə bilməsi ilə, həmçinin də çalışqanlığı ilə öz həmkarlarından seçilir. Fənərbaxça komandasının şərəfini qoruyur. 2007-ci ildən bəri stabil olaraq Fransa milli komandasına dəvət alır. Eyni zamanda Fransa voleybolunun yetişdirdiyi ən güclü voleybolçulardan hesab olunur. == Karyerası == Voleybolçunun həvəskar karyerası Fransanın iki fəqli klubunda keçmişdir. 2004-cü ildə (16 yaşında) ASPTT Mulhouse komandası ilə peşəkar karyerasında ilk addımını atan Kristina bu klubda ulduzlaşmağa başlamışdı.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
Kristina Eqerseqi
Kristina Eqerseqi (16 avqust 1974, Budapeşt) — Macarıstanın üzgüçülük üzrə sabiq dünya rekordçusu və müasir dövrün ən böyük macar Olimpiya çempionlarından biri. Üç dəfə Olimpiyaçı və beş dəfə isə Olimpiya çempionu olmuşdur və üç ardıcıl Yay Olimpiadasında eyni üzgüçülük yarışında qalib gəlmiş üç nəfərdən biridir (digər iki nəfər isə Don Freyzer və Maykl Felpsdir). Hal hazırda beş fərdi Olimpiya qızıl medalını qazanan yeganə qadın üzgüçüdür. == Həyatı == Eqerseqi 13 yaşı olarkən ilk beynəlxalq debütünü 1987-ci ildə keçirilən Avropa Su İdmanları Çempionatında 200 m arxa üstə üzmə üzrə dördüncü yerə, 100 m arxa üstə üzmə üzrə beşinci yerlə çıxaraq etdi. 1988-ci ilin Yay Olimpiya Oyunlarında 100 m məsadəfə arxası üstə üzmə üzrə gümüş medal qazandı və 200 m məsafədə Olimpiya çempionu oldu. 14 yaşında üzgüçülük üzrə ən gənc qadın Olimpiya çempionu oldu. Gənclər üzrə bu rekord 1992-ci ildə yapon üzgüçü Kyoko İvasaki tərəfindən yeniləndi. 1988-ci ilin sonunda 200 m məsafəyə arxası üstə üzgüçülük yarışlarında birinci olmuşdur. == Macarıstan mədəniyyətinə təsiri == Onun 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında qələbə qazanması Macarıstanın televiziya kanallarında ən önəmli məqamlardan birinə çevrildi. Eqerseqi hələ də Macarıstanda "çempion" rol modeli kimi qəbul edilir.
Kristina Fino
Kristina Franiç
Kristina Franiç (d. 22 may 1987; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Kristina Franiç Xorvatiya 2012 Yay Olimpiya Oyunlarında Xorvatiya milli futbol komandasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Kristina Pelankova
Kristina Pelankova (slovak. Kristína Peláková; 20 avqust 1987, Svidnik, ÇSR) — slovak müğənnisi, 2010 Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı. == Bioqrafiya == Erkən yaşlarında musiqi və mahnı sevirdi, doqquz il isə piano dərslərinə getmişdir. Koşise Konservatoriyasının musiqi və teatr şöbəsinə daxil oldu və burada prodüser Martin Kavulic ilə tanış olur. 19 iyul 2007-ci ildə o mövsümün ilk sinqlı olan «Som tvoja» buraxır. Bratislavanın A.M.O. qrupnun üzvü olan reper Opakla ifa etmişdir. Beat Dubosovla «Vráť mi tie hviezdy» kompazisiyasını oxuduqdan sonra məşhurlaşır. İlk albomu Bratislavanın ROUTE 69 klubunda «Ešte Váham» 11 noyabrda buraxılır. 2011-ci ilin noyabrında Kristina Çexiyanın «Óčko» kanalının saytının ziyarətçilərinin nəticələrinə görə «İlin müğənnisi» seçilir.
Kristina Perri
Kristina Perri (19 avqust 1986, Filadelfiya) — amerikalı müğənni, bəstəkardır.
Kristina Pimenova
Kristina Ruslanovna Pimenova (rus. Кристина Руслановна Пименова; 27 dekabr 2005, Moskva) — ABŞ-də yaşayan Rusiya fotomodeli.
Kristina Pravdina
Kristina Pravdina — Rus əsilli Azərbaycanlı idman gimnastı. 2006-cu ildə Orhus şəhərində keçirilən Dünya Çempionatının bürünc medalçısıdır. == Həyatı == Kristina Pravdina 28 dekabr 1990-cı ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. Kristina Pravdina 1995-ci ildən idman ilə məşğul olur. Kristina Pravdina Voronej Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunudur. == Karyerası == Kristina Pravdina ən böyük uğurunu 2006-cı ildə Rusiya bayrağı altında qazandı. O Danimarkanın Orhus şəhərində keçirilən Dünya Çempionatında komanda yarışlarında bürünc medal qazandı. Daha sonra Kristina Pravdina Azərbaycanın uğurları üçün çalışdı. O Azərbaycan bayrağı altında birinci uğurunu Azərbaycan Çempionatında qazandı. Kristina Pravdina 2015-ci ildə çoxnövçülük və müxtəlif hündürlüklü qollarda Azərbaycan Çempionatının qızıl medalını qazandı.
Kristina Zantlyaytner
Kristina Zantlyaytner (8 may 1974, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Kristina Şremko
Kristina Şremko (6 yanvar 1972, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Şremko, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Şremko, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Kristine
Kristine — ad. Kristine Esebua — Gürcüstanlı oxatan. Kristine Kalmer — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu.
Kristine Esebua
Kristine Esebua (19 mart 1985, Xobi bələdiyyəsi[d], Sameqrelo-Yuxarı Svaneti diyarı) — Gürcüstanlı oxatan. Kristine Esebua Gürcüstanı 2004, 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kristine Esebua birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistannın nümayəndəsi Reena Kumari ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 149:153 hesabı ilə uduzdu. Kristine Esebua növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Pekində qatıldı. O, XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Yaponiyanın nümayəndəsi Yuki Hayaşi ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 111:110 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Yunanıstan təmsilçisi Elpida Romantziyə 111:112 hesabı ilə uduzdu. Kristine Esebua özünün üçüncü Olimpiya Oyunlarına 2012-ci ildə Londonda qatıldı. O, XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çilinin nümayəndəsi Denisse van Lamoen ilə üz-üzə gəldi.
Kristine Kalmer
Kristine Kalmer (10 fevral 1986) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Kristine Kalmer Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kristine Kalmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 24 saniyəyə qət edərək 157 marafonçu sırasında 96-cı yeri tutdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.68 dəfə / 1 mln.
2003 •••••• 1.97
2004 0.34
2005 •••••• 2.02
2006 ••••••••••• 4.05
2007 •••••••••••••••••••• 7.40
2008 •••••• 2.19
2009 ••••••• 2.56
2010 •••••••• 2.63
2011 ••••••••••••••• 5.49
2012 ••••••• 2.58
2013 ••••••• 2.48
2014 ••••••• 2.23
2015 ••••••• 2.55
2016 ••••• 1.56
2017 •••••••• 2.76
2018 •••• 1.35
2019 •••• 1.11
2020 •• 0.66

Oxşar sözlər

#kristin nədir? #kristin sözünün mənası #kristin nə deməkdir? #kristin sözünün izahı #kristin sözünün yazılışı #kristin necə yazılır? #kristin sözünün düzgün yazılışı #kristin leksik mənası #kristin sözünün sinonimi #kristin sözünün yaxın mənalı sözlər #kristin sözünün əks mənası #kristin sözünün etimologiyası #kristin sözünün orfoqrafiyası #kristin rusca #kristin inglisça #kristin fransızca #kristin sözünün istifadəsi #sözlük