* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 icb. 1. Kövrək hala salmaq, kövrək etmək. 2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi. – Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. [İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rəhman. Qızı təzədən kövrəltməmək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı… Q.İlkin. ◊ Ürəyini (qəlbini) kövrəltmək – bax ürək. Məsmə oğlunun ürəyini kövrəltmək istəmədi, daha da təsəlli verdi. Mir Cəlal. Hümmətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / kövrəltmək1 глаг. 1. делать, сделать рассыпчатым 2. перен. растрогать; умилять, умилить, приводить, привести в умиление. Ürəyini (qəlbini) kövrəltmək растрогать до слез (до глубины души), hekayə hamını kövrəltdi рассказ растрогал всех
Azərbaycanca-rusca lüğət / kövrəltmək1 сущ. 1. кеврек авун, хцӀу авун, кеврек тир гьалда ттун; 2. пер. рикӀ хцӀу (сугъул) хьуниз, къурвах хьуниз, вилер ацӀуниз себеб хьун; ** ürəyini (qəlbini) kövrəltmək кил. ürək.
Azərbaycanca-ləzgicə lüğəti / kövrəltmək