kövrəlmək sözü azərbaycan dilində

kövrəlmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kövrəlmək • 93.3333%
  • KÖVRƏLMƏK • 3.3333%
  • Kövrəlmək • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

kövrəlmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ovulmaq, dağılmaq. Lavaş kövrəlib. 2. bax kövrəklənmək 2-ci mənada. [Xavər] sevincindən kövrəlmiş halda qapını açdı… M.İbrahimov. Qoca sanki öz acı istehzasından özü kövrələrək, yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. Arvadın kövrəldiyini görən kişi, Ümidin başına gələn əhvalatı qəti dandı… B.Bayramov. ◊ Ürəyi (qəlbi) kövrəlmək – bax kövrəklənmək 2-ci mənada. [Mahmud:] Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur. Ə.Haqverdiyev. Bizimlə görüşərkən ürəyi kövrəlib ağladı. A.Şaiq. Dodağı nəğməli bu büllur bulaq; Könlümü açmayır, kövrəlir könül. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / kövrəlmək

kövrəlmək sözünün etimologiyası

  • 1 İndi ağlamağa meyil etmək anlamında işlədilir. Əsli köy (yanmaq), kepimək feili ilə bağlıdır. Qayğı ilə kökdaşdır, yanmaq, kövrəlmək mənasını əks etdirib. Kövrək, kövrəl sözləri eyni kökə maklikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kövrəlmək

kövrəlmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

kövrəlmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 KÖVRƏLMƏK – BƏRKİMƏK Səfər tez-tez kövrəlirdi (İ.Tapdıq); Biz mübarizədə böyüyüb bərkimişik (Ə.Vəliyev). KÖVRƏLMƏK – SƏRTLƏŞMƏK Qəhərlənir, çox kövrəlirəm (M.Rahim); Çoban Kərəm yenidən sərtləşdi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / kövrəlmək

kövrəlmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. стать хрупким, нежным; 2. быть готовым расплакаться;

    Azərbaycanca-rusca lüğət / kövrəlmək
  • 2 глаг. 1. становиться, стать рассыпчатым 2. становиться, стать хрупким (ломким). Buz kövrəlib лед стал хрупким 3. перен. растрогаться, расчувствоваться, приходить, прийти в умиление. Ayrıldıqda (vidalaşarkən) kövrəlmək растрогаться при расставании; ürəyi (qəlbi) kövrəlmək растрогаться до слез

    Azərbaycanca-rusca lüğət / kövrəlmək

kövrəlmək sözünün inglis dilinə tərcüməsi

kövrəlmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кеврек хьун, авахьун, чкӀун (мес. лаваш); 2. кил. kövrəklənmək 2); ** ürəyi (qəlbi) kövrəlmək кил. kövrəklənmək 2).

    Azərbaycanca-ləzgicə lüğəti / kövrəlmək

Oxşar sözlər

#kövrəlmək nədir? #kövrəlmək sözünün mənası #kövrəlmək nə deməkdir? #kövrəlmək sözünün izahı #kövrəlmək sözünün yazılışı #kövrəlmək necə yazılır? #kövrəlmək sözünün düzgün yazılışı #kövrəlmək leksik mənası #kövrəlmək sözünün sinonimi #kövrəlmək sözünün yaxın mənalı sözlər #kövrəlmək sözünün əks mənası #kövrəlmək sözünün etimologiyası #kövrəlmək sözünün orfoqrafiyası #kövrəlmək rusca #kövrəlmək inglisça #kövrəlmək fransızca #kövrəlmək sözünün istifadəsi #sözlük