Kürdüstan sözü azərbaycan dilində

Kürdüstan

Yazılış

  • Kürdüstan • 99.3443%
  • kürdüstan • 0.6557%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kürdüstan
Kürdüstan və ya Kürdistan (tələffüzü: kyɾd'y'stɑn; kürd. Kurdistan/کوردستان, translit. Kurdıstan, qulaq as; mənası – "Kürdlərin ölkəsi") və ya Böyük Kürdüstan — Qərbi Asiyada, əsasən kürdlərin məskunlaşdığı dağlıq vilayət. Kürdüstan kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı bir ərazidir. Vilayət təxminən Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir. Ərazi kürd irredentist iddialarına uyğun gəlir. Bölgənin kürd diyarı kimi ilk dəfə Mahmud Kaşğarinin dünya xəritəsini hazırladığı və əl-İraq və Əş-Şam arasındakı bölgəni "Ərz-əl-Əkrad" kimi qeyd etdiyi "Divanü Lüğat-it-Türk" əsərində xatırladıb. Ərz-əl-Əkrad, ərəb dilində "kürdlərin ölkəsi" deməkdir. Kürdüstan adı ilk dəfə 1150-ci ildə Böyük Səlcuq hökmdarı Sultan Səncər tərəfindən qərbi İranı təsvir etmək üçün istifadə edilmişdir. Bu ad daha əvvəllər istifadə olunan Kurdiya və qədim Korduena toponimləri ilə əlaqədardır.
Alakəbud (Kürdüstan)
Alakəbud - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Xosrov kəndistanında, Bicar şəhərindən 12 km şərqdədir.
Alan (Kürdüstan)
Alan - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qərvə bölgəsinin Xudabəndalu kəndistanında, Gültəpə qəsəbəsindən 7,5 km şimalda, Həmədan-Bicar avtomobil yolunun üstündədir.
Ağcaqaya (Kürdüstan)
Ağcaqaya - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 20 km cənub-şərqdədir.
Ağcaxaraba (Kürdüstan)
Ağcaxaraba - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 31 km cənub-şərqdədir.
Ağdaş (Kürdüstan)
Ağdaş — İranın Kürdüstan ostanı, Sənəndəc şəhristanına daxil olan kənd. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qurvə bəxşinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 25 km şərqdədir.
Cənubi Kürdüstan
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. == Tarixi == === İraq mandatı === Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Kürdüstan (dəqiqləşdirmə)
Kürdüstan
Kürdüstan (ostan)
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Kürdüstan Briqadaları
Kürdüstan Briqadaları, Kürdüstanda Əl-Qaidə və ya Əl-Qaidənin Kürd Briqadaları (ƏQKB) kimi də tanınır — İraq və İranda silahlı islamçı təşkilat. Əl-Qaidənin kürd qoludur. Əsasən İran–İraq sərhədinin şimalında fəaliyyət göstərir Şimali İraqda Kürdüstan Regional Hökumətinə bir neçə dəfə hücumlar təşkil etmişdir. Qrup ABŞ Dövlət Departamenti tərəfindən 1 yanvar 2012-ci ildə terror təşkilatı kimi təsnif edilmişdir. == Formalaşması == ƏQKB 2007-ci ildə, Əl-Qaidə ilə əlaqəli başqa bir qrup olan "Ənsar əl-İslam"ın ictimai formada dağılmasından sonra yaradılmışdır. Qrup nisbətən kiçik hesab olunur, lakin onun İranın Mərivan və Sənəndəc şəhərlərində düşərgələri var. == Hücumlar == Qrup bir neçə hücum həyata keçirmişdir. Onlardan ən böyüyü 2007-ci ilin mayında Kürdüstan Regional Hökumətinin Ərbildə yerləşən Daxili İşlər Nazirliyi binasına hücumu idi. Burada 19 nəfər həlak olmuşdur. ƏQKB 2007-ci ilin iyulunda Pəncvanda 7 sərhədçini və bir KVİ təhlükəsizlik əməkdaşını öldürmüşdür.
Kürdüstan TV
Kürdüstan TV — Kürd ərazilərində 1999-cu ildə yayımlanan ilk kürd dilli peyk televiziya stansiyasıdır. == Tarixçə == Talabani və Bərzaniyə yaxınlığı ilə bilinən türk jurnalist İlnur Çevik İraqda müstəqil bir Kürdüstanın qurulması üçün onlara müşavir-məsləhətçi olduğu dövrdə 65 milyon dollarlıq layihə ilə mükafatlandırıldı. Bu layihəni əhatə edən mövzular arasında “Kürdüstan” TV-nin (KTV) Quzey İraqda yaradılması planlaşdırıldı. 1999-cü il yanvarın 1-i İraqın quzeyində Səlahəddin bölgəsində həmin jurnalistin iştirakı ilə Kürdüstan TV kanalı yaradıldı. KTV kürd dilində və süryanicə yayımlanır. Karuhan Akçe 2000-ci il noyabr ayında verdiyi açıqlamada KTV-nin türk dilində də yayım həyata keçirəcəyini bildirmişdi. “Washington Post”un iddialarına görə, KTV türk texniki şəxslərin köməyi və Türkiyənin logistik dəstəyi ilə yaradılıb. Türk rəsmiləri bu iddianı açıq bir tərzdə təsdiqləməsə də, Xarici İşlər Nazirliyi kanalın yayımlanmasından duyduğu məmnuniyyəti açıq şəkildə dilə gətirmişdi. PKK terror təşkilatı KTV-nin Türkiyə tərəfindən PKK-ya qarşı yaradılmış bir kanal olduğunu bildirərkən tərəfdarlarını KTV əleyhinə fəaliyyət göstərməyə çağırmışdı. == Məqsəd == Müstəqil kürd dövləti qurmaq, kürd dilinə beynəlxalq təşkilatlarda yer almaq, kürdlərə qarşı tətbiq edilən təzyiq və zorakılıq olaylarını şişirdilmiş şəkildə ictimaiyyətə təqdim etmək, kürd “mübarizəsini” və liderlərini gündəmə gətirmək, kürd varlığının İraqda min illərdir mövcudluğunu göstərmək və Kərkükün “kürd şəhəri” olmasını xalqa yeritmək bu kanalın əsas məqsədi olmuşdur.
Kürdüstan bayrağı
Kürdüstan bayrağı (kürd. Alaya Kurdistanê, Ala Rengîn) — Kürdüstan ı təmsil edən bayraq. İraq Respublikasınə bağlı Kürdüstan Regional Hökumətinin bayrağı olaraq istifadə edilməkdədir.
Ağbulaq-Mirzəbəy (Kürdüstan)
Ağbulaq-Mirzəbəy - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km cənub-şərqdədir.
Ağbulaq-Nəzəryan (Kürdüstan)
Ağbulaq-Nəzəryan - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km qərbdədir.
Kürdüstan Demokrat Partiyası
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya. == Tarixi == Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.KDP-də Bərzani tayfası üstünlük təşkil edir və kürd milliyətçisi böyük çadır partiyası kimi təsvir olunur.
Kürdüstan Fəhlə Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış terror təşkilatı. Türk millətinə qarşı çoxlu hücümlar etmiş və türk millətlərinə nifrət etmiş təşkilatdır. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdır. == Haqqında == Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. == PKK-nın təşkil etdiyi terror aktları == == PKK Terror Təşkilatının Liderləri və Nümayəndələri == Murad Karayılan Abdullah Öcalandan sonra PKK-KCK terror təşkilatının lideridir. Sabri Ok PKK terror təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK terror təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK terror təşkilatının nümayəndəsidir.
Kürdüstan ostanı
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Kürdüstan qəzası
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Kürdüstan silsiləsi
Kürdüstan silsiləsi — İrannın qərbində, İraq və Türkiyə sərhədi boyunca uzanan dağ silsiləsi. Silsilə 240 km uzunluğa malikdir. Orta hündürlük 3000 m təşkil edir. Kristalik və metomorfik suxurlardan ibarətdir. Silsilələr arasında ensiz ancaq dərin dərələrə sahibdir. Silsilənin şərqi quru dağ çölləri, qərb ətəklərində isə nadir palıq meşələrimə rast gəlinir. Yüksəklik artdıqca alp çəmənlər geniş sahələr tutur.
Kürdüstan əyaləti
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Qızıl Kürdüstan
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Qərbi Kürdüstan
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir.Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır.Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir. Həmçinin, onlara görə, bu dəyərlər muxtar regionun konstitusiyasında, cəmiyyətində və siyasətində əks olunur. Bəzi müşahidəçilər Rojavanın müstəqilliyin yox, bütövlükdə federallaşmış bir Suriya üçün bir model olacağını bildirmişdir.
Şimali Kürdüstan
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır.Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir.Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir. Termindən Türkiyənin əhəmiyyətli bir kürd əhalisi olan cənub-şərqi ərazilərinə xitab etmək üçün elmi məqalələrdə və xəbərlərdə istifadə edilir. == Tarix == Osmanlı imperiyası dövründə Kürdüstan toponimindən istifadə edilirdi, ancaq Türkiyə Respublikasında Maarif Vəkalətinin (indiki Milli Təhsil Nazirliyi) yayımladığı 8 dekabr 1925-ci il tarixli "Türk birliyini parçalamağa çalışan cərəyanlar" başlıqlı xəbərdarlıq ilə Lazistan və digər bütün etnonimlər ilə qurulan toponimlər, o cümlədən "Kürdüstan" toponimi də rəsmi istifadədən qaldırılmışdır.
Şərqi Kürdüstan
İran Kürdüstanı və ya Şərqi Kürdüstan (kürd. Rojhilatê Kurdistanê/ڕۆژھەڵاتی کوردستان‎) — İranın İraq ilə sərhədlərində yerləşən şimal-qərbi ərazilərində, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. İran Kürdüstanı Qərbi Azərbaycan ostanı, Kürdüstan ostanı və Kirmanşah ostanını əhatə edir.Kürdlər İranın şimal-qərbi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya) Şimali Kürdüstan (Türkiyə) və Cənubi Kürdüstan (İraq) aiddir.2006-cı ildə keçirilən sonuncu əhalinin siyahıyaalmasında əldə edilən məlumatlara görə, kürd əhaliyə malik üç ostanı – Kürdüstan, Kirmanşah və İlam ostanlarında ümumilikdə və habelə Qərbi Azərbaycan ostanı'nın cənubi şəhərlərində ümumilikdə 6.730.000 nəfər yaşayır. İlam ostanının cənubunda əsasən lurlar yaşayır. İran kürdləri İran əhalisinin təxminən 7–10 %-ni təşkil edir. Bir sıra mənbəyə görə, İran kürdlərinin əksəriyyəti şiədir, lakin başqa mənbələr əksinə, onların əksəriyyətinin sünni olduğunu iddia edir. İran İslam İnqilabı zamanı kürd siyasi partiyaları muxtariyyət ilə maraqlanmayan şiə kürdləri öz tərəflərinə çəkməkdə uğursuz olmuşdurlar. Buna baxmayaraq, 1990-cı illərdən bəri kürd milliyətçiliyi şiə kürdlərə də yayılmışdır. Buna əsas səbəb şimaldakı kürdlərin zorakılıq ilə yatırılmasıdır.
Kürdüstan dairəsi
Kürdüstan dairəsi və ya Kürdüstan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. == Tarixi == Kürdüstan dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Qarabağ dairəsinin tərkibindən ayrılmış müstəqil inzibati vahid kimi yaradılmışdır.SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Kürdüstan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Kürdüstan Azad Həyat Partiyası
PJAK (kürd. Partiya Jiyana Azad a Kurdistanê) - İranda fəaliyyət göstərən terror təşkilatı. PJAK, PKK-nın əsas silahlı qanadlarından biridir. Təşkilatın məqsədi, İran ərazilərinin kürdlər yaşayan mərkəzlərini ələ keçirmək və buranı Kürdistan adlanan dövlətə qatmaqdır. PJAK 2009 - 2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmişdir. Terror təşkilatının bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır. == Pjak terror təşkilatının törətmiş olduğu terror aktları == == 2005 == 20 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 6 İran əsgəri həlak olmuş və 8-i yaralanmışdır. 21 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 İran əsgəri öldürülmüşdür. 26 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 16 İran əsgəri öldürülmüşdür. == 2006 == 3 aprel Terrorçuların İranın Maku şəhərində təhlükəsizlik qüvvələrinə hücum etmələri nəticəsində 24 təhlükəsizlik qüvvəsi həlak olmuşdur.
Kürdüstan Demokrat Partiyası (İran)
İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır. == Yaradılması == 1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu. Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı. Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb.
Kürdüstan Milli Hökuməti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Kürdüstan Regional Hökuməti
Kürdüstan Regional Hökuməti (KRH; kürd. حکوومەتی هەرێمی کوردستان, Hikûmeti Herêmî Kürdistan; ərəb. حكومة اقليم كردستان‎) — İraq Kürdüstanının rəsmi idarəetmə orqanı. Ərbil, Dəhuk və Süleymaniyyə mühafəzələrini idarə edir.Nazirlər Kabineti çoxluq partiyası və ya İraq Kürdüstanının Baş naziri tərəfindən seçilən siyahı ilə seçilir. Prezidentin elektoratı bilavasitə regionun sakinləridir, Nazirlər Kabinetinin sədri və icra hakimiyyətinin səlahiyyətlərini Nazirlər Kabinetində təhvil verən dövlət başçısıdır. Ənənəvi olaraq, baş nazir qanunverici hakimiyyətə rəhbərlik edir, lakin icraedici hakimiyyətə nəzarəti prezidentlə bölüşür. İraq Kürdüstanı Prezidenti həm də Peşmərgə silahlı qüvvələrinin ali komandanıdır.
Kürdüstan Regional Hökuməti bayrağı
Kürdüstan bayrağı (kürd. Alaya Kurdistanê, Ala Rengîn) — Kürdüstan ı təmsil edən bayraq. İraq Respublikasınə bağlı Kürdüstan Regional Hökumətinin bayrağı olaraq istifadə edilməkdədir.
Kürdüstan Regional Hökuməti gerbi
Kürdüstan Regional Hökuməti gerbi — qanadlarında bir günəş tutan bir qartaldır.
Kürdüstan Regional Hökumətində mədəniyyət
Kürdüstan Regional Hökumətinin mədəniyyəti Mesopotamiya mədəniyyəti, İslam dini və ənənəvi Ərəb ve Kürd mədəniyyəti ətrafında biçimlenmişdir. Buna qarşı, bölgə çeşitlilikler içində yüksək bir kosmopolit cəmiyyət və canlı bir mədəniyyətə malikdir. İslam təsiri Ərəb və Kürd mədəniyyətinin memarlıq, musiqi, geyim, mətbəx və həyat tərzində görülə bilməkdədir.
Kürdüstan Universiteti Həvler
Kürdüstan Universiteti Həvler (UKH) — İraq Kürdüstanının Ərbil şəhərində təhsil müəssisəsi. UKH Kürdüstanda açılan beşinci dövlət universiteti olmuşdur. 2006-cı ildə təsis edilmişdir. Kürdüstan Universiteti Həvler 2018-ci ildə regionda ən yaxşı universitet seçilmişdir.
Kürdüstan Vətən İttifaqı
Kürd Vətən İttifaqı — İraqın siyasi partiyası. Səddam Hüseyndən sonra gələn 3 prezident: Bərham Saleh, Fuad Məsum və Cəlal Talabani məhz bu partiyanın üzvü olub və Partiyanı ölkənin rəsmi partiyasına çeviribdir. Ən böyük rəqibləri BƏƏS dövründə İraq, Türkiyə, PKK, YPG, İŞİD-dir. Ən böyük müttəfiqi isə Qəddafist Liviyadır (1983). Mərkəzi Süleymaniyədə Yerləşir. Cənubi İraqda partiyanı "terror anbarı" kimi tanıyırlar. 2014–2018 ci illər arasında aktiv fəaliyyət göstərir. == Tarixi == PUK siyasi irsini Süleymaniyyədə doğma İbrahim Əhməddə başlayır. 1947-ci ilin əvvəlində İranda Sovet tərəfindən dəstəklənən kürd kürd Mahabadın süqutundan sonra İbrahim Əhməd, İran KDP-nin (KDP-I) ​​Süleymaniyyə təmsilçisi, yeni yaradılan İraq KDP-yə qoşuldu. Əhməd, 1951-ci ilə qədər İraq Kürd solçu millətçilərinin əksəriyyətini yeni İraq KDP-yə toplamağa müvəffəq olmuş yüksək nüfuzlu solçu bir ziyalı idi, bu da öz növbəsində ikinci Partiya Qurultayını çağırmaq və Əhməd baş katib seçmək imkanı əldə etdi. .

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.89 dəfə / 1 mln.
2003 •••••• 1.97
2004 ••••• 1.35
2005 ••• 0.67
2006 ••• 0.90
2007 •••• 1.27
2009 •••••••• 2.56
2010 ••••• 1.45
2011 ••••• 1.46
2012 ••• 0.69
2013 •••••••••••••••••••• 6.56
2014 •••••••••••• 3.78
2015 ••• 0.85
2016 ••••• 1.39
2017 ••••• 1.46
2018 ••• 0.75
2019 •••••• 1.81
2020 ••••••••••••• 3.98

"kürdüstan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kürdüstan nədir? #kürdüstan sözünün mənası #kürdüstan nə deməkdir? #kürdüstan sözünün izahı #kürdüstan sözünün yazılışı #kürdüstan necə yazılır? #kürdüstan sözünün düzgün yazılışı #kürdüstan leksik mənası #kürdüstan sözünün sinonimi #kürdüstan sözünün yaxın mənalı sözlər #kürdüstan sözünün əks mənası #kürdüstan sözünün etimologiyası #kürdüstan sözünün orfoqrafiyası #kürdüstan rusca #kürdüstan inglisça #kürdüstan fransızca #kürdüstan sözünün istifadəsi #sözlük