Türküstan sözü azərbaycan dilində

Türküstan

Yazılış

  • Türküstan • 99.4398%
  • türküstan • 0.5602%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türküstan
Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir. İlk dəfə olaraq "Avesta" da" iti sürətli atlara malik olan" tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilir."Avesta" da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan Arilərin qatı düşməni,həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana(ari etnonimindən) qarşı qoyulur.İranda Sasanilər sülaləsi dövrünə aid ədəbi abidələrdə,IX əsr və sonrakı dövr tarixçilərin əsərlərində və Firdovsinin "Şahnamə"sində Turan Türküstan, Turanlılar isə türklər adlandırılır.Azərbaycanın XIV əsrin ikinci yarısı və XV əsrin I yarısında yaşamış görkəmli coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvi Türküstanın bütün Türk ölkələrinin ümumı adı olduğunu və onun sərhədlərinin 1-ci iqlim qurşağından başlayaraq şərqin dərinliklərinə doğru 7-ci iqlimə qədər uzandığını yazmışdır.Bakuvi həmçinin türklərin cənubdan şimala doğru bütün iqlimlərdən şərqdə yaşadıqlarını göstərmişdir. XVII–XIX əsrin əvvəllərində Qərbi Avropa və rus tədqiqatçıları Türküstanın mühüm ticarət, siyasi və mədəni mərkəzi olan Buxaranın adı ilə indiki Mərkəzi Asiyanı bəzən "Böyük Buxariyə",ondan şərqdə yerləşən torpaqları isə" Kiçik Buxariyə"adlandırırdılar. XVIII əsrin ortalarında Türküstanın Mərkəzi Asiyadan şərqdəki ərazisi ("Kiçik Buxariyə") Çinə birləşdirildikdən sonra çinlilər ona Sintszyan (" Yeni sərhəd", "Yeni ərazi") adı veriblər. XVIII–XIX əsrlərdə Şərqdə,sonra isə Rusiya və Avropada Böyük Buxariyə və Kiçik Buxariyə birlikdə Türküstan adlandırıldı və həm də "Buxara Türküstanı" və Çin Türküstanı hissələrinə bölünürdü. XIX əsrin ortalarından başlayaraq Buxara Türküstanı Qərbi Türküstan, Çin Türküstanı isə Şərqi Türküstan adlandırılmağa başlanmış və sonralar bu coğrafi istilahlar vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində müasir Mərkəzi Asiya və Qazaxıstan,Mərkəzi Asiyanın türk xalqları yaşayan hissəsin əhatə edən coğrafi vilayət Türküstan adlanır və şərti olaraq Qərbi (və ya Rusiya), Şərqi (və ya Çin), Cənubi (və ya Əfqanıstan) Türküstanına bölünürdü. Rusiyaya birləşdirilmiş Qərbi Türküstanda 1867-ci ildə Türküstan general-qubernatorluğu təşkil olunmuşdu. 1886-cı ildən "Türküstan ölkəsi" adı rəsmiləşdirildi. 1918-ci ilin aprel ayında Qərbi Türküstan ərazisində RSFSR-in tərkibinə daxil olan Türküstan MSSR yaradılmışdı.
Qərbi Türküstan
Qərbi Türkistan- bugünkü Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistanın hamısı ilə Qazaxıstanın böyük bir hissəsi və Əfqanıstanın kiçik bir hissəsini əhatə etməkdədir. Əfqanıstanda olan hissəsi Əfqan Türkistanı olaraq xatırlanar və Məzarı Şərif və ətrafından yaradılar.
Türküstan xoruzgülü
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Türküstan (dəqiqləşdirmə)
Türküstan — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisi Türküstan İslam Partiyası — dini siyasi qruplaşma Türküstan Hərbi Dairəsi — Rusiya imperiyasında hərbi dairə Türküstan — Azərbaycanda nəşr edilən qəzet Türküstan xoruzgülü Türküstan Muxtar Sovet Sosialist Respublikası — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika.
Türküstan (şəhər)
Türkistan — Qazaxıstanın cənub hissəsində Sırdərya çayının yaxınlığında şəhər.
Türküstan MSSR
Türküstan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. 20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur.
Türküstan dağlaləsi
Türkistan dağlaləsi (lat. Tulipa turkestanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Bu bitkinin mənşə yeri Çinin qərbi və Türkistandır. Hər lampoçkadan 1-12 ağ ulduzvarı gül çiçəklənəbilər. Bu növ dağlaləsi gülünün qruplarının 15-ci qrupuna aiddir. Uzunluğu 30 sm dir. Ləçəkləri kremi rəngli ağ və güllün ortası sarı və ya narıncıdır. Çiçəklənmə zamanı çox erkən və fevral ayının sonundadır.
Türküstan vilayəti
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət. Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi. Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub. Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var.
Türküstan yemişanı
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır. Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir.
Türküstan Hərbi Dairəsi
Türküstan Hərbi Dairəsi — Orta Asiya və Qazaxıstan ərazisində 1867-1920-ci illərdə Rusiya imperator ordusunun tərkibində, 1945-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə. Türküstan Hərbi Dairəsi Rusiya İmperiyasının hərbi naziri tərəfindən 1874-cü ildə həyata keçirilən hərbi islahat nəticəsində Rusiya ərazisində yaradılan 14 hərbi dairədən biridir. Türküstan Hərbi Dairəsinin ilk komandanı konstantin Petroviç fon Kaufman (1867-1882) olmuşdur. Türküstan Hərbi Dairəsinin komandanı eyni zamanda Türküstanın general-qubernatoru və Yeddisu kazak ordusunun atamanı vəzifələrini də tuturdu. 1897-ci il 26 dekabrda Zakaspi və Yeddisu vilayətləri Rusiya Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Türküstan Hərbi Dairəsinin tabeliyinə verildi Bolşeviklər hakimiyyətə gəldikdən sonra 30 aprel 1918-ci ildə Rusiyanın tərkibində Türküstan Muxtar Respublikası təşkil olundu. 4 may 1918-ci ildə Türküstan Muxtar Respublikasının tərkibinə daxil olan Zakaspi, Yeddisu, Sır-Dərya, Səmərqənd və Fərqanə vilayətlərini əhatə edən Türküstan Hərbi Dairəsi yenidən təşkil olundu. Bu ərazidə Türküstan Hərbi Dairəsinin yenidən təşkilindən dərhal sonra fəal fərbi əməliyyatlar başlandı. Basmaçılar hərəkatının fəallaşması ilə əlaqədar 9 iyul 1918-ci ildə Fərqanə vilayətində hərbi vəziyyət elan olundu. 7 dekabr 1918-ci ildə P.D.Krutikovun başçılığı ilə Fərqanə cəbhəsinin operativ qərargahı təşkil olundu. Hərbi dairənin ərazisində aparılan döyüş əməliyyatlarının güclənməsi ilə əlaqədar onun funksiyaları 7 mart 1920-ci ildə Türküstan cəbhəsi komandanlığına verildi, hərbi dairə isə ləğv olundu.
Türküstan İslam Dövləti
Türküstan İslam Partiyası və ya qısaca TİP — Həsən Məhsum tərəfindən Pakistanda qurulmuş terrorçu, uyğur, islamçı, ekstremist silahlı təşkilat. Bəyan etdiyi məqsədi Sincanda və Orta Asiyada İslam dövləti qurmaqdır. ÇXR, Pakistan, Rusiya, ABŞ, Tacikistan, İran tərəfindən terror qruplaşması kimi tanınır. Pakistanda, Əfqanıstanda, Suriyada mərkəzi var və qruplaşma bu ölkələrdə 1996-cı ildən aktiv fəalliyyət göstərir.
Şərqi Türküstan bayrağı
Şərqi Türküstan bayrağı (uyğ. شەرقىي تۈركىستان بايرىقى) və ya Kökbayraq (azərb. Göy bayraq‎ - Birinci Şərqi Türküstan Respublikasının milli bayrağı. 1933-cü ilin 12 noyabr tarixində yaradılmışdır. Şərqi Türküstan azadlıq hərəkatının simvoludur. Bu bayraq Türkiyə və Azərbaycan respublikalarının bayraqlarına bənzəyir. Hər üçündə Tenqriçiliyin simvolları olan ay və ulduz vardır. Bayraqdakı göy rəng Göytürkləri tərənnüm edir. RGB rəngli bir məkanda Şərqi Türküstan bayrağının mavi hissəsi 101/183/255; altıbucaqlı rəng kodunda #65B7FF-dir. CMYK rəngli bir məkanda 58% siyan, 19% mavi, 0% sarı və 0% qara rəngdən ibarətdir.
Türküstan İslam Partiyası
Türküstan İslam Partiyası və ya qısaca TİP — Həsən Məhsum tərəfindən Pakistanda qurulmuş terrorçu, uyğur, islamçı, ekstremist silahlı təşkilat. Bəyan etdiyi məqsədi Sincanda və Orta Asiyada İslam dövləti qurmaqdır. ÇXR, Pakistan, Rusiya, ABŞ, Tacikistan, İran tərəfindən terror qruplaşması kimi tanınır. Pakistanda, Əfqanıstanda, Suriyada mərkəzi var və qruplaşma bu ölkələrdə 1996-cı ildən aktiv fəalliyyət göstərir.
İkinci Şərqi Türküstan Respublikası
İkinci Şərqi Türküstan Respublikası və ya Şərqi Türk İnqilabı Respublikası — 1944-1949-cu illərdə Çin Respublikasının Sintszyan (tarixi Şərqi Türküstanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində mövcud olmuş sovetyönümlü dövlət qurumu. 1949-cu ildə İkinci Şərqi Türküstan Respublikası SSRİ-nin razılığı ilə Çin Xalq Respublikası tərəfindən ilhaq edilmişdir. 1946-cı il ərzində Şərqi Türküstan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qorumuşdur. 1947-ci ilin avqustunda Şərqi Türküstan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türküstanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi. 1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türküstan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu. Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sintszyan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türküstan Cümhuriyyəti tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi.
Şərqi Türküstan İslam Respublikası
Şərqi Türküstan İslam Respublikası və ya Birinci Şərqi Türk İslam Respublikası (uyğ. شەرقىي تۈركىستان جۇمۇھۇرىيىتى, Шәрқий Түркистан Ислам Җумхурийити, Sherqiy Türküstan Islam Jumhuriyiti), yaxud Uyğurıstan Respublikası — 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda, Çində vətəndaş müharibəsi zamanı yaradılmış qısa müddətli dövlət quruluşu. Uyğurların milli və islami birlikləri dövlətin qurulmasında aparıcı rol oynasa da, dövlətin əhalisi çoxmillətli idi və həm hökumətdə, həm də əhali arasında qazaxlar, qırğızlar və digər türk xalqlarının nümayəndələri çoxluq təşkil edirdi. Çin hakimiyyəti Şərqi Türküstandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir. Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı.
Şərqi Türküstan İstiqlaliyyət hərəkatı
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi.
Türküstan Muxtar Sovet Sosialist Respublikası
Türküstan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. 20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur.
Şərqi Türküstan milli futbol komandası
Şərqi Türküstan milli futbol komandası — Şərqi Türküstanı təmsil edən futbol komandasıdır. Əvvəllər "Uyğur" ("Uyghur") kod adı ilə qeydiyyatdan keçən komanda Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (KONİFA) üzvüdür. Şərqi Türküstan milli futbol komandası yarandıqdan sonra ilk beynəlxalq oyununu 19 oktyabr 2019-cu ildə Haaqada Qərbi Papua milli futbol komandası ilə keçirdi. Komanda Qərbi Papua komandası üzərində 8–2 hesablı qalibiyyət əldə etdi. 14 dekabr 2019-cu ildə Şərqi Türküstan 2020 KONİFA Dünya Kubokunun seçmə mərhələsi Fransanın Serji şəhərində Tamil İlam milli futbol komandası ilə oyun keçirdi və komandaya 3:0 hesabı ilə uduzdu. Şərqi Türküstan Futbol Assosiasiyasının yaradılması fikri futbol komandası hələ qurulmazdan əvvəl, 2014-cü ildə irəli sürülmüşdür. Şərqi Türküstan Futbol Federasiyasının saytı.
Rusiya Türküstanı
Rusiya Türküstanı və ya Rus Türküstanı (rus. Русский Туркестан) — 1867–1918-ci illərdə Türküstan bölgəsində Rusiya imperiyasına bağlı quberniya. Rusiya Türküstanı bölgənin 1860-cı illərin əvvəllərində ruslar tərəfindən ələ keçirilməsi ilə qurulmuş, 1918-ci ildə Bolşevik inqilabının nəticəsi olaraq Rusiya imperiyasının süqut etməsi ilə ləğv olunmuşdur. 1865-ci ildə Orenburq general qubernatoru tərkibində Türküstan bölgəsi yaradıldı. 1867-ci il 11 iyul tarixli sərəncamla Türküstan bölgəsi iki bölgəni — general qubernatorun iqamətgahının yerləşdiyi Daşkənddə mərkəzi olan Sirdaryo bölgəsini və Semirechensky bölgəsini — Verny şəhərində bir mərkəzi olan müstəqil Türküstan general-qubernatoruna çevrildi. General-qubernatorun köməkçisi vəzifəsi 1899-cu ildə quruldu (Hərbi şöbə üçün 176/1899 nömrəli əmr və Dövlət Şurasının 1900-cü il 3 (15) nömrəli qərarı ilə təsdiq edildi). 1868-ci ildən və 30 ildən çoxdur ki, məşhur rus tədqiqatçısı S. I. Jilinsky Türküstanı tədqiq edir. 1868-ci ildə Zəravşan rayonu Türküstan general-qubernatorluğuna qatıldı, daha sonra 1887-ci ildə Səmərqənd vilayətinə çevrildi. 1874-cü ildə Amudərya rayonu yarandı. 1876-cı ildə Fərqanə vadisində Kökənd xanlığının ərazisi fəth olunduqdan sonra Fərqanə Bölgəsi meydana gəldi.
Əfqan Türküstanı
Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hinduquş dağlarına qədər olan ərazi. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgədə yerləşir. XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı. Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir: Çar vilayəti Akçı xanlığı Andxoy xanlığı Sarı-pul xanlığı Şibirxan xanlığı Bədəxşan xanlığı Bəlx xanlığı Qurzivan xanlığı Darzab xanlığı Künduz xanlığı Meymen xanlığı Hulum xanlığı Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır.

"türküstan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türküstan nədir? #türküstan sözünün mənası #türküstan nə deməkdir? #türküstan sözünün izahı #türküstan sözünün yazılışı #türküstan necə yazılır? #türküstan sözünün düzgün yazılışı #türküstan leksik mənası #türküstan sözünün sinonimi #türküstan sözünün yaxın mənalı sözlər #türküstan sözünün əks mənası #türküstan sözünün etimologiyası #türküstan sözünün orfoqrafiyası #türküstan rusca #türküstan inglisça #türküstan fransızca #türküstan sözünün istifadəsi #sözlük